Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə44/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   40   41   42   43   44   45   46   47   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
130 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
 
Razılaşdım, biz onun iş yerinə gəldik.  
 
Ofis «Nizami» kinoteatrından bir az yuxarıda, mağazaların arasında yerləşir, üstündə heç nə 
yazılmayıb, tanımayan oranı çətin tapa. 
 
Doğrudan da, o deyən kimi oldu, içəri girəndən bir-iki dəqiqə sonra pürrəngi çayı, limonu, qəndi, 
şirnini, çərəzi qabağımıza düzdülər.  
 
Mən darıxırdım, onun öz hekayətinə başlamasını səbirsizliklə gözləyirdim. Nəhayət, o, 
danışmağa başladı.  
 
Və inanın ki, o qədər gözəl, səlis danışmağa başladı ki, mən onun danışığına heyrətləndim, dil 
qabiliyyəti olmayan bir adamın belə rəvan danışması qəribəydi, bəlkə onu danışdıran tamam 
başqa bir qüvvəydi, özü demiş həmin sirr idi.  
 
Qadın açan dili heç kim aça bilməz. 
 
- İstəyirsən inan, istəyirsən inanma, amma danışacağım əhvalat mənim öz başıma gəlib. Köhnə 
tanışım danışmağa başladı: 
 
- O gözəl qızın şəkilləri çox yerdə var: jurnallarda, istəsən televizorda da görə bilərsən.  
 
Reklam modelidir. Mən onun şəklini ilk dəfə «Kosmopolitan» jurnalında gördüm.  
 
Qara, qırçınlı alt paltarı reklam eliyirdi. Ağappaq bədən və qara alt paltarı, təsəvvür eliyirsən 
də!?  
 
Şəklin altında reklam agentliyinin İnternet ünvanı, telefon nömrələri də yazılmışdı. Gözümü 
ondan çəkə bilmirdim.  
 
«Bu qədər ehtiraslı və gözəl olmaq mümkün deyil»,- deyə düşünürdüm, onu huri-mələyə 
oxşadırdım.  
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
131 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Gecə-gündüz o şəklə baxmaqdan doymurdum, yuxum də ərşə çəkilmişdi, gecələr onu 
fikirləşirdim, hətta xəstəlik də tapmışdım, yuxu dərmanı atmasam, yata bilmirdim, axırda həkim 
dostlarımdan biri dedi ki, bu, ürəyə ziyandır və belə davam eləsə, sən bu gözəl simaynan 
vidalaşmalı olacaqsan.  
 
Həkim dostum xəstəliyimin səbəbini bilmirdi, amma fəhmnən başa düşürdü ki, mən kiməsə 
vurulmuşam.  
 
Arvadım da məndən şübhələnmişdi. Amma ciddi əsası olmadığına görə susurdu, yəqin ürəyində 
qara gününə lənət yağdırırdı.  
 
Bir gecə ağlıma qəribə fikir gəldi. Bəlkə o qızı axtarıb tapım!? Pulum var, ağlımdan da şikayətim 
yoxdur, ofisi işlətməyə adam nə qədər desən. 
 
Elə həmin gecə İnternet ünvanına məktub göndərdim, o qız barədə məlumat almaq istədim.  
 
Üstündən bir neçə gün keçdi, cavab gəlmədi. Axırda telefonla Moskvaya zəng elədim. Reklam 
agentliyi orada yerləşirdi.  
 
Agentliyin əməkdaşı dedi ki, modellər haqqında heç bir məlumat vermirlər.  
 
- Heç olmasa deyin görüm, o ərdədir? Telefonun o başında güldülər. Mən Bakıdan zəng 
eliyirəm,-dedim. 
 
- Bunun məsələyə dəxli yoxdur. Biz modellər barədə məlumat vermirik.  
 
Əlacım kəsilmişdi. İstəyirsən inan, istəyirsən inanma. Moskvaya uçası oldum. 
Tələbəlik xatirələrim hələ köhnəlməmişdi, Moskva on beş il əvvəlki kimi araq qoxuyurdu, amma 
şəhər dəyişmişdi.  
 
Mən tanıdığım mehmanxanalırn əksəriyyəti sökülmüşdü, «Rossiya» mehmanxanası isə olduğu 
kimi qalırdı, aralıdan tükü yolunmuş qartallara oxşayırdı. 
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
132 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Nömrə aldım, rahatlandım, yuyunandan sonra saçımı qurulaya-qurulaya telefonun dəstəyini 
götürdüm, tanış reklam agentliyinə zəng elədim. Bakıda eşditdiklərimi yenidən təkrar elədilər: 
 
-Biz modellər barədə telefonla məlumat vermirik, ümumiyyətlə, məlumat vermirik. 
 
May ayıydı, yağış təzəcə kəsmişdi, gün çıxmışdı. Bu cür hava adamda xiffət hissini artırır, 
arzusuna çata bilməyən adam özünü «uf» demədən asa bilər.  
 
Yəqin, intiharların yazda çoxaldığını bilirsən. Nə başını ağrıdım, həmin agentliyi tapmaq elə də 
çətin olmadı. «Arbat»ı tanıyırsan da? 
 
Başımı buladım: 
 
-Mən Moskvada olmamışam,-dedim.  
 
- Bizim «Torqovı» kimi bir yerdir, amma çox genişdir. Arbat küçəsində ətir dükanı vardı, 
agentlik indi onun yerində yerləşirdi.  
 
Qafıqazlı olasan, özü də Moskva qızlarının qabağına əliboş çıxasan. Yüngülvari bazarlıq elədim: 
duxi, şampan, şokolad aldım.  
 
Zövqümə, yəqin inanırsan. Amma agentlik işçilərinin zövqü xoşuma gəlmədi.  
 
Heç biri o qızı xatırlaya bilmədi. Təsəvvür eliyirsən, heç biri xatırlaya bilmədi. Qızı nə qədər 
təsvir eləsəm də, yadlarına düşmədi.  
 
Mənim əliboş qayıtmaq fikrim yoxuydu. Agentliyin direktoru yaşlı qadınıydı. Cavanlar «o çox 
qocadır», yaşlılar «canı suludur», qocalar «cavanlıqda yaman şey olub» deyərdilər.  
 
Bizimkiləri tanımırsan? Nəsə bir şey fikirləşərdilər. Amma mehriban qadınıydı. Onun bu 
mehribançılığında bağışladığım «Şanel» duxisinin də təsiri varıydı.  
 
Nə olsun ki, imkanı çoxdur, hədiyyə açan qapını heç kim aça bilməz.  
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
133 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Qadının açıq- aydın məndən xoşu gəlirdi. «Kavkazskiy oryol» -elə beləcə utanmadan və 
yorulmadan təkrar edirdi.  
 
O, fotoqrafları bir-bir çağırıb, həmin qızı tanıyıb-tanımadıqlarını soruşdu. Oleq adlı saqqallı 
fotoqraf:  
 
- A, bildim kimi deyir, bizim Yuliyanı. 
 
- Yuliyanı!?-agentliyin direktoru təəccübləndi. Düzü, onun təəccübünün səbəbi mənə aydın 
deyildi.-Nədənsə hamı onu axtarır.  
 
Bednaya Yulya! O, indi bizdə işləmir, -deyə qadın üzünü mənə çevirdi,- hansısa restoranda 
striptizyorşalıq edir.  
 
Mənim əl çəkmək fikrim yoxuydu. O qədər yolu basa-basa gəlməmişəm ki, əliboş geri 
qayıdam… 
 
Köhnə tanışım danışdıqca mən onun üzünə baxırdım, danışdıqlarının nə dərəcədə səmimi 
olmasını öyrənmək istəyirdim. Onun üzündə uşaq təbəssümü vardı, bu cür adamlar yalan 
danışmağı bacarmır.  
 
- Həmin Oleq dedi ki, Yuliya şəhərin mərkəzindən kənarda, çinlilərin işlətdiyi restoranda striptiz 
göstərir, çünki ora varlılar tez-tez baş çəkir.  
 
Mən restorana axşam gəldim.  
 
Ona qədər Arbatda xeyli fırlandım, «Leninskiye qorı»da oldum, universitetin yataqxanasına baş 
çəkdim, amma mühafizəçilər məni bir zamanlar yaşadığım otağa baxmağa qoymadılar.  
 
Pərtliyimi aradan götürmək üçün parkda gəzişən qızlara sataşdım, daha doğrusu, komplimentlər 
dedim.  
 
Amma mənim komplimentlərim, deyəsən, köhnəlmişdi ona görə də məni vecinə alan olmadı, 
qızlar eləcə gülüşdülər. 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə