Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə52/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   48   49   50   51   52   53   54   55   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
159 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Bir zamanlar bura sovet sərhədçilərinin qərargahıydı. SSRİ dağılandan sonra özlərinin ixtiyarına 
keçdi, işğaldan sonra ora erməni əsgərləri yiyələndilər. 
 
Zastava həminkiydi, amma bir balaca əl gəzdirmişdilər, darvazanı, hasarı və binanın divarlarını 
rəngləmişdilər. 
 
Üstünə ermənicə lövhə vurulmuş otağın qapısını açıb içəri girəndə başa düşdü ki, onu 
komandirin yanına gətiriblər. Əslində, burda anlaşılmaz bir şey yoxuydu, əvvəlcədən də bunu 
təxmin eləmişdi. 
 
Erməni zabiti cavan oğlanıydı. Paqonunda üç xırda ulduz parıldayırdı. 
 
Yad adamı görəndə təəccüblənmədi, oturmaq üçün yer göstərdi, güman ki, əsgərlər ratsiya ilə 
komandirlərinə öncədən məlumat vermişdilər. 
 
Erməni zabiti pis adama oxşamırdı, elə bil onun ermənilərə aidiyyatı yox idi və sakit görünürdü. 
 
- Kimsiniz?-deyə o, rus dilində, özünəxas ləhcəylə soruşdu. Xoşu gəlmirdi onların ləhcəsindən. 
Beynəlxalq tədbirlərdə ermənilərlə etika xatirinə salamlaşardı, onlardan kənar gəzməyə çalışardı. 
 
O, özünü təqdim elədi və zabitin növbəti sualını gözləmədən kəndə gəlməyinin məqsədini 
danışdı. Zabitin ona inanmadığını sezdi və: 
 
- İnanmırsınızsa, internetə girib baxa bilərsiniz, -dedi. 
 
-Burda internet nə gəzir,-deyə zabit mızıldandı, sanki bu yeknəsək həyatından bezmişdi, - heç 
işığımız da yoxdur. Yanacaq bol olanda generatordan istifadə eləyirik. 
 
- Onda yuxarılarla danışın, qoy, onlar baxsınlar, biləcəksiniz ki, yalan demirəm. 
 
Zabit: 
 
- Mənim yuxarılarla danışmağa vaxtım yoxdur. Sizi onların yanına göndərəcəyik. Orda özləri 
qərar qəbul edərlər. 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
160 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
 
- Mənim vaxtım azdır, ömrümə bircə gün qalıb,-dedi və şalvarının balağını yuxarı qaldırıb, 
şişmiş dizini göstərdi. -Doğrudan da son iki gündə onun dizi həddən artıq şişmiş və qızarmışdı. 
Uzaq yolu piyada gəlmək öz işini görmüşdü. –Metastaz altı aydan çoxdur başlayıb, bu gün-səhər 
o dünyalığam,-deyə əlavə elədi və nədənsə öz ölümünə gülümsündü. 
 
Erməni zabiti onun qıpqırmızı və şişkin dizinə baxdı, deyəsən, inandı. 
 
- Özünüz fikirləşin, sağlam olsaydım, ölümü niyə bu xarabalıqlarda axtarardım. Deyə 
bilməzsiniz ki, erməni xalqı bu müharibədən nəsə qazanıb. Müharibə heç kimə lazım deyil. Mən 
o ağacı bütün münaqişələrin əleyhinə, etiraz əlaməti olaraq əkdim. 
 
İstəyirəm ki, onu qoruyasınız. Siz, ya başqası, mənimçün fərqi yoxdur,-deyə həkim davam elədi. 
O, «bizimkilər gələnə kimi qoruyun» demədi, düzü, deməyə ürəyi gəlmədi, zabiti acıqlandıra, 
işləri korlaya bilərdi. 
 
Zabit fikrə getdi, görünür, onun dedikləri haqda düşünürdü və: 
 
- Hər halda, mən zəng eləməliyəm,-dedi, əsirin adını və soyadını yenidən soruşdu və o biri otağa 
keçib, səhra telefonuyla uzun-uzadı danışdı. Bir müddət susdu və yenə də telefonla danışdığı 
adama nəsə dedi və yerinə qayıtdı. 
 
- Onlar sizin dediklərinizi təsdiqlədilər. Doğrudan da internet portallarında sizin bəyanatınız 
yayılıb. 
 
- Görürsünüz,-həkim üzündəki bayaqkı təbəssümlə dedi,-mənim bura gəlməkdə işıqlı məqsədim 
var. Amma məsələ təkcə ağac əkməklə bitmir. Mən həm də ölməyə gəlmişəm. 
 
Əgər ölməsəm, yaxud ölə bilməsəm, sizlərdən kimsə məni öldürməlidir. Özü də dan üzü, günəş 
üfüqdən çırtlayanda. –Zabitin üzündə istehza yaransa da, ona əhəmiyət vermədi və davam elədi.-
Əvvəlcə qəbrimi qazmalıyam. 
 
Ora elə də uzaqda deyil. Bəlkə də görmüsünüz. Görünən boz yalların başındadır. Babalarım orda 
basdırılıb. 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
161 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
 
- Biz bunu eliyə bilmərik,-zabit etiraz elədi,-dərimizə saman təpərlər. 
 
- Niyə?-həkim təəccübləndi. 
 
- İki şeyə görə: birincisi, siz düşmən də olsanız, silahsızsınız və əsir hesab olunursunuz, ikincisi, 
sizi öldürməyi yox, qorumağı tapşırıblar. Özü də bərk-bərk tapşırıblar. 
 
Bu sözlərdən sonra zabit çölə çıxdı, əsgərləri içəri çağırdı və ermənicə nəsə dedi. Sonra həkimə 
tərəf dönüb: 
 
- Hələ ki, sizi müvəqqəti saxlama kamerasında mühafizə edəcəyik. Sabah yeni naryadla 
Yerevana göndərəcəyik. Qoy orda taleyinizi həll eləsinlər. 
 
- Mən dedim, axı, ömrümə bircə gün qalıb. Yerevana gedib çata bilmərəm. Özümü öldürmək elə 
də çətin deyil. Mən onun yollarını yaxşı bilirəm. Amma məqsədim var. Onu mütləq həyata 
keçirməliyəm. Məni təklikdə dinləsəniz, sizə daha vacib bir məsələdən danışaram. 
 
-Nə vacib məsələdi elə? 
 
- Tək deyərəm. 
 
Zabit əsgərlərə işarə ilə: 
 
- Onsuz da rus dilini bilmirlər. Kənddən dünən gəliblər,-dedi. 
 
- Yaxşı, qoy siz deyən kimi olsun. Mən sizə çoxlu pul verərəm. 
 
Zabit «pul» sözünü eşidəndə əsgərlərin çölə çıxmasına işarə elədi. 
 
- Nə puldu elə? 
 
- Məni sakit ölümlə baş-başa buraxmağınızın, yaxud da güllələməyinizin əvəzində sizə on min 
verərəm. Dollarla. 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
162 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
 
Zabit fikrə getdi. Bu təklifə hazır cavabı yoxuydu, sonra mızıldadı: 
 
- Pul sizdədir? 
 
-Mən onu gizlətmişəm. Məqsədimi yerinə yetirsəniz, harada gizlətdiyimi deyərəm. 
 
- Mən sizə niyə inanmalıyam ki? 
 
-Bu qədər yolu gələn adam məqsədinə çatmaq üçün hər şeyə əl atardı. Yalan da danışa bilərdi. 
Amma yalan danışmağa ehtiyac yoxdur. Mənim pulum çoxdur. Nəvələrimə də çatar. 
 
Sizə verəcəyim isə kəfənlik əvəzidir. Bircə durub gözləməyiniz qalır, vaxtında ölməsəm, tətiyi 
çəkməyiniz yetər. İstəsəniz, əsgərlərinizdən biri də bunu edər. 
 
Erməni zabiti: 
 
- Mən fikirləşməliyəm,-dedi, -siyirmədən siqaret çıxarıb yandırdı, bir qullab aldı. Tüstüsü çox 
oldu, deyəsən. Öskürdü. -Üç gündür ki, tərgitmişdim,-öskürə-öskürə əlavə elədi. 
 
Bir müddət hər ikisi dinmədi. Sonra erməni zabiti: 
 
- Nə qədər qalıb?-deyə soruşdu. –Həkim onun sualını anlamadı. –Demək istəyirəm ki, 
ölümünüzə nə qədər qalıb? 
 
- Təxminən bir sutka. Əvvəllər dərman atırdım, həmin həblər xəstəliyi ləngidirdi, amma bir 
həftədir ki, onlardan imtina eləmişəm. Gələndə də özümlə götürmədim. 
 
- Mən sizi güllələyə bilmərəm. Yaxşısı budur, gözləyək. 
 
- Ağrıkəsicilərim qurtarıb. Çox dözə bilmərəm. Çox ağrıdır. 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə