Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə53/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   49   50   51   52   53   54   55   56   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
163 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
- Gözləməkdən başqa çarəmiz yoxdur,-erməni zabiti əlacsız şəkildə əllərini yellədi və durub 
otaqda var-gəl eləməyə başladı, sonra yan otağa keçib, yenə də telefonla uzun-uzadı nəsə 
qırıldatdı, geri qayıdıb dedi ki, yuxarılar onu hökmən göndərməyi tələb edirlər. 
 
-Siz onlara deyin ki, mənim istəyimi yerinə yetirməsəniz, dünyada biabır olarsınız. 
 
Hamı deyəcək ki, bir müsəlmanın, yaxud bir insanın öz doğma torpağında ölməsinə icazə 
vermədilər. 
 
Özü də mən ölümümü pulla satın alıram, öz pulumla öz ölümümü. 
 
Zabit həkimin bu sözləri üstündə bir az baş sındırandan sonra yenə də telefon olan otağa keçdi. 
Bir azdan qayıtdı: 
 
- Mən onlara yalan satmağa məcbur oldum, dedim ki, siz artıq ölmüsünüz, daha doğrusu, can 
üstəsiniz. 
 
Onlar da sizi basdırmağa razılıq verdilər, amma hökmən sizin nəşinizi və qəbrinizin şəklini çəkib 
onlara göndərməliyik ki, bütün dünyaya yaysınlar. İndi isə pulun yerini deyin. 
 
- Mən pulun yerini son nəfəsimdə deyəcəm. 
 
Həkim narahat idi ki, pulu alandan sonra erməni zabiti sözünün üstündə durmaz. 
 
- Mənə etibar eləmirsiniz?-deyə zabit xəbər aldı. 
 
- Söhbət etibarda deyil, yuxarılar sizə təzyiq edə bilər. Mən yalnız öz qəbrimdə, atamın yanında 
uzananda rahat ola və ölümümə inana bilərəm. 
 
- Siz ora nə vaxt getməlisiniz?-deyə zabit boz yallara işarə ilə soruşdu. 
 
- Bu gün axşam. 
 
- Dediniz ki, bir sutka qalıb. 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
164 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
 
-Mənə elə gəlir ki, xəstəlik daha da sürətlənib. Bədənimdə əvvəl atdığım dərmanların təsiri 
tamam yoxa çıxıb və xəstəlik daha da sürətlənib. Mən bunu yaxşı bilirəm. Hesablamışam. 
 
Sabah sübh tezdən bu hadisə baş verəcək. Ona qədər isə qəbrimi qazacam. 
 
- Yox. Yaxşısı budur, siz burda qalın, o məsələ baş verəndən sonra özümüz dəfn edərik, şəklinizi 
də necə lazımdır, çəkərik. 
 
- Mənim istəyim öz qəbrimi əllərimlə qazmaqdır. Bu, bir etirazdır. 
 
Təkcə sülh ağacı ilə iş bitmir. Qoy, onlar görsünlər ki, bu müharibələr uzandıqca hələ çox adam 
özünü diri-diri basdırmağa hazır olacaq. 
 
Əslində, belə də olur, hamı öz içində ölür, yaxud hansısa bir sevgini, deyək ki, vətən sevgisini 
öldürür. Bundan dəhşətli nə ola bilər? Mən günəş üfüqdən çıxanda ölməliyəm. Ona baxa-baxa. 
 
Belə ölüm mənimçün rahat və ağrısız keçəcək. 
 
Səhərə kimi qəbrimi qazacam. Dediyim zaman ölməsəm, məni güllələyin. 
 
Zabit bir söz demədi, eləcə əllərini yellədi və siqaret çıxarıb yandırdı və yenə də eyni sözü təkrar 
elədi: 
 
- Siqareti təzəcə tərgitmişdim. -Öskürəyi ara verəndən sonra,-indi əsgərlərim sizi müvəqqəti 
saxlama otağına aparacaqlar. Bu gün axşam onları başqa məntəqəyə göndərəcəm. 
 
Qoy qəbiristanlığa getməyimizi görməsinlər. 
 
Qaranlıqlaşandan sonra yola çıxarıq. 
 
Zabit əsgərləri çağırdı və əsiri müvəqqəti saxlama otağına aparmağı tapşırdı. 
 
*** 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
165 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
 
Nəm iyi verən otaqda bir köhnə çarpayı, sınıq-salxaq stol və stul vardı. 
 
Çarpayıda oturdu, ağıryan dizini əlinə alıb çarpayının üstünə qoydu, ehmalca uzandı. 
 
Axşama kimi dilinə heç nə vurmadı, yeməyə həvəsi yoxuydu. Ağrıdan qıvrılırdı, hərdən qalxıb 
dizini sığallayırdı, az qala ona yalvarırdı, dizini ağrılardan qorumaq üçün hərdən qucaqlayırdı. 
 
Öz içindən keçmişə boylanırdı, arvadını, uşaqlarını, körpə nəvələrini düşünürdü. İndi onlar 
hamısı narahat idi, yəqin ki, onu ağlayırdılar, həyətdə mağar da qurmuşdular, ya bəlkə 
yaxınlıqdakı restoranı kirayələmişdilər. 
 
O öz yasına uzaqdan baxırdı, sanki onu görürdü, kimlərin lap yuxarı başda oturduğunu da bilirdi. 
 
Onun yaxın dostları, həmkarları və yəqin ki, hansısa dövlət məmuruydu, çox güman, Səhiyyə 
Nazirliyindəndi. 
 
Əsas arvadıydı. Bacıları başına yığışıblar, yəqin. O isə özünü dözümlü və qürurlu aparır, heç nə 
olmayıbmış kimi davranır, ərinin bu hərəkətini qəhrəmanlıq kimi qələmə verir, açıq şəkildə 
deməsə də, onun fədakar qadınlara xas məğrurluğunu hamı duyur. 
 
Axşama yaxın vaxt ləng getdi. 
 
Günəş qoca və əldən düşmüş ilanlar kimi qüruba tərəf sürünürdü. 
 
Bir az mürgülədi. Yorğunluq onu əldən salmışdı. Amma tam yuxuya gedə bilmədi. 
 
Qarşıdakı səfər onu yatmağa qoymurdu. Hər şeyi götür-qoy edirdi… 
 
O, buraladardan birdəfəlik gedirdi. Bir də heç zaman doğmalarını görməyəcəkdi. «Ağır 
hisslərdir. Sağ adamın başı xarab olar. Mən heç, mən xəstəyəm»,-deyə öz vəziyyətinə istehza 
elədi, güldü. 
 
Gözlərini açanda pəncərədən düşən işığı görmədi, deməli, qaranlıq düşmüşdü. 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
166 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
 
Dikəldi ağrıyan dizini əlinə alıb yerə qoydu, oturdu. Ağrıları artmışdı. Əllərini başının arasına 
aldı. Harda olduğunu, sanki, bir anlığa unutdu, yaddaşını itirən kimi oldu, sonra özünü ələ aldı. 
 
Erməni zabiti bir azdan gəlib çıxdı, dedi ki, o istədiyi yerə piyada gedəcəklər, maşını götürə 
bilməz, istəmir ki, kimlərsə onları izləsin. 
 
Həkim: 
 
- Belə daha yaxşı olar, mən də köhnə yerləri görərəm,-dedi. 
 
Təxminən bir saat keçmiş yola çıxdılar. 
 
Aşağı yola düşüb, asfaltla bir az getdilər. Bu yolda hərbi maşınlar hərdən hərəkət etdiyinə görə, 
nisbətən hamar idi, asfaltı yarıb çıxmış kol-kos tapdalanmışdı. 
 
Onun üçün hərəkət eləmək çətinləşmişdi, sanki ayağından ağır daş asmışdılar, ürəyi sancırdı, 
nəfəsi kəsilirdi, elə bil yerimirdi, sürünürdü. Amma bu yolu getmək lazımıydı. 
 
Kilometrdən bir az artıq olan yolu allah bilir neçə saata getdilər. 
 
Zabitin hövsələsi daralmışdı, cavanlıq həvəsi hövsələsini üstələmişdi, əsiri az qala çiyninə alıb 
aparmaq istəyirdi, amma həkim buna razı olmurdu. 
 
- Mən özüm gedəcəm. Ölüm onda daha yaxın olacaq,-dedi. 
 
Birinci aşırımı keçmək daha çətin oldu. Həkim bir-iki addım atmamış dayanır, sol dizini yerə atır 
və böyrü üstə uzanır, dincini alandan sonra zabitin köməyilə qalxırdı. Artıq o, zabitin köməyi 
olmadan yeriyə bilmirdi. 
 
- Hələ çox qalıb?-deyə zabit səsində qəzəb notuyla soruşdu. 
 
- Bir təpə də aşsaq ordayıq. 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə