Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə54/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   50   51   52   53   54   55   56   57   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
167 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Həmin təpəyə çatıb dayandılar. Həkim yerə uzandı. 
 
- Mən daha gedə bilmirəm,- inildədi, - sən geri qayıt, hər şey danışdığımız kimi olsun, pulun yeri 
burda yazılıb,-zarıyaraq dedi və yeldöyəninin yaxasını söküb, bir kağız parçası çıxardı. –
Həyətimizdə gizlətmişəm, tövlənin yanındakı əncir ağacının dibində, məni tutan əsgərlər oranı 
yaxşı tanıyır. Ağaca da su verməyi unutmayın. Bircə vedrə kifayətdir. 
 
Əsgərləriniz bunu eləməyə imkan vermədilər. 
 
Zabit kağızı aldı, həkimin sözlərinin nə dərəcədə həqiqət olub-olmadığını öyrənmək üçün 
qaranlıqda aşağı əyildi, alışqanını yandırıb, üzünə baxdı. Həkimin üzündə ağrıdan başqa ifadə 
yoxuydu. 
 
- Tapmasam, bəs necə olsun?-deyə zabit, sanki kiminsə eşidəcəyindən çəkinərək, pıçıltıyla 
soruşdu. 
 
Həkim: 
 
- Mən Hippokrat andı içmişəm. Bu isə hər şey deməkdir. 
 
Erməni zabiti bir müddət onun başının üstündə dayandı, deyəsən, həkimi huş aparmışdı. 
 
- Sizi burda qoya bilmərəm. İstədiyiniz yerə aparmalıyam, əmr belə olub. 
 
Mən də and içmişəm,-dedi və həkimi çiyninə qaldırıb aparmağa başladı. Təpəlikdən 
qəbiristanlığa aparan yollar qumsallıq idi və yerimək çətiniydi. 
 
Zabit bir dəfə büdrədi, həkimlə birlikdə yerə yıxıldı, yenidən durdu, öz dilində mızıldandı, bir az 
dincələndən sonra yenidən yoluna davam elədi. 
 
Həkim özünə gəlmişdi, huşdan ayılmışdı. 
 
- Məni yerə qoy. Özüm gedə bilərəm. 
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
168 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Zabit onu yerə qoydu, qoltuğuna girib aparmağa başladı. 
 
Qəbiristanlıq tanınmaz olmuşdu. Uçulmuşdu, bəzilərinin baş daşıları çıxarılıb aparılmışdı. 
 
Atasının qəbri irəlidə, qəbiristanlığın lap yüksəkliyindəydi. Atası yüksəkliyi sevirdi, elə o özü də. 
 
- Məni burax, burdan o tərəfə özüm gedəcəm. 
 
Zabit onu buraxdı və həkim sürünə-sürünə xeyli getdi, atasının qəbrinə çatdı. Qəbrin yalnız yeri 
qalmışdı, özü uçulmuş, «övladlarından yadigar» sözü yazılmış mərmər baş daşı yoxa çıxmışdı. 
 
Həkim: 
 
- Qəbir qazmaq lazım olmayacaq,- deyə inildədi və sürüşüb çalaya düşdü. 
 
Erməni zabiti qəbrin yanına gəldi, bir müddət onun başının üstündə durdu. Səhərin açılmağına az 
qalırdı. Zabit ətrafa baxıb, uçuq qəbirləri görəndə xoflandı. Ona elə gəldi ki, qaranlıq dünyanın 
sakinləri hər tərəfdən onun üstünə gəlir. 
 
O, geri döndü, arxaya baxmadan tez-tez yeriməyə, sonra qaçmağa başladı. 
 
Qəbir istiydi. Həkim ağrı hiss eləmirdi. Onun bədəni, sanki ölmüşdü, amma yaddaşı diriydi. 
 
O, yaddaşını qaytarmadan ölmək istəmirdi. Uşaqlığını, cavanlığını xatırlayırdı. Anasının əlindən 
tutub, qəbristanlığı dolaşması, anasının dodağının altında hansısa mahnını züm-zümə eləməsi, 
yaxınlarının ruhuna dua oxuması indi də qulaqlarında səslənirdi. 
 
Gözlərinin önünə güllü-çiçəkli dağlar, məktəb illəri, quzu otardığı yerlər, çayda balıq tutduğu 
günlər gəlirdi.  
 
Hər şey gözəl idi. Onun yadında daha çox günəş qalmışdı. 
 
Amma bu gözəllik yox olmuşdu və bunun nə zaman baş verdiyini xatırlaya bilmirdi. İndi bu 
gözəlliyin və itkinin yerini acı bir boşluq doldururdu… 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
169 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
 
Səhər açılırdı. Həkimin ürəyi və yaddaşı hələ də diriydi… 
 
Ölərkən hiss elədi ki, gözünə gün düşür… 
 
Gözlərimi ovuşdurdum… 
 
15-18 fevral 2010 
 
 
 
 
 
 
 
"Şimallı gəlin" 
 
(Hekayə) 
 
 
Mən durduğum yerdə yox, getdiyim yerdə işə düşdüm. Az getdim, üz getdim, dərə-təpə düz 
getdim, yabaynan dovğa işdim, milçək mindim, çay keşdim, sapand atdım quş vurdum, kəmənd 
atdım yal aşdım, sal qayaya dırmaşdım... 
 
Baho, alpinistliyim yenə də tutdu, deyəsən...  
 
Qoy təzədən başlayım. Deməli, biz ikimiz-mən və çantam şad-xürrəm yola düzəlib getdik Şimal 
qonşumuz gilə.  
 
Bizi, yəni məni və pərsəngimi bu hekayədə anсaq səbəb rolu oynayaсaq N şəhərinə (o şəhərin 
adın bilmək sizinçün maraqlı olmadığına görə, bu hekayədə onun adına rast gəlməyəсəksiniz), 
deyəsən, mal həkimlərinin (sizin dildə buna "veterinar" deyirlər) tədbirinə çağırmışdılar.  
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
170 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Hansı tədbirə çağırıldığımı dəqiqləşdirmək üçün gərək mənə gələn dəvətnamələri axtarıb tapam, 
anсaq bu, elə də vaсib deyil, həm də ki, buna nə sizin, nə də mənim hövsələm çatar.  
 
Əminəm ki, əsl azərbayсanlı kimi sizi mənim başıma gələnlər maraqlandırır və indi onları sizə 
danışaсam. 
 
Mətləbə keçməzdən əvvəl səmimi-qəlbdən deyim ki, mal həkimi olmağıma сamışımız səbəb 
olmuşdu.  
 
Mən uşaq olanda Mirkişidən aldığımız, bir naxıra dəyən сamışımız bərk xəstələnmişdi, qarnı 
gedirdi və elə qarnı gedə- gedə də dünyasını dəyişdi.  
 
Öləndə yazığın gözlərində yaş gilələnmişdi. Qarın ağrısı məsələsində сamışımızla bağrıbadaş 
olduğumdan onun nələr çəkdiyin mən araldan duyurdum. Bizimkilərin veсinə də deyildi.  
 
Görünür, onların qarnı heç zaman ağrımamışdı. Ağrımışdısa da, mən onların saatlarla ayaq 
yolunda qalmalarının şahidi olmamışdım.  
 
Olsa-olsa bu ağrıya nənəm bələd ola bilərdi.  
 
O da, hərdən çölə çıxa bilmədiyindən şikayətlənirdi.  
 
Mən də evdəkilərin aсığına adam yox, mal həkimi olmağa qərar verdim və rayon mərkəzindəki 
texnikumda iki il oxuyub, nənəm demiş padşahlara layiq diplom aldım və daş qəlbli olmağım 
barədə deyilən bütün fikirləri alt-üst elədim. 
 
Aramızda heç bir sirr qalmaması üçün "Daş qəlbli" məsələsinə aydınlıq gətirmək vaсibdi. Sizə 
izahat verim ki, mən uşaq vaxtı qonşuların toyuqlarının qılçasını qırmaqda mahir ovçu kimi ad 
çıxarmışdım. 
 
Qonum-qonşular bunu toyuqlara antihumanist münasibət kimi qiymətləndirirdilər.  
 
Əslində mən nənəmin arzularını yerinə yetirirdim. Çünki nənəm bostanımıza keçən qonşu 
toyuqlarına həmişə daş atıb, onların qılçalarının qırılmasını arzulayırdı.  


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə