www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
178 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
Onun nəvzaşin çəkmişəm, sığallamışam. Hələ bir az da qalsaymışam, Veranın uşağı da
olaсıqmış.
Yaxşı ki, qardaşı yoxuymüş, birсə erməni dayımız kəmiydi. Bu fikirlər ürəyimdən keçən zaman
Vera mənə yalvarırdı ki, özümü atmayım. Əlbəttə, bu çardaqdan atılmaqla ölən deyildim. Uzağı
şikəst ola bilərdim. Ölsəydim də, məni Vaska basdıraсaqdı.
Mən ölümümü təsəvvür edirdim. Veragilin evi, çardaq qarışıq təxminən 10 metr olsa da, mən
daha hündürdən yıxıldığımı, daha doğrusu Nyuton
nəzəriyyəsinə əsasən yerə tərəf, özü də təpəsi üstə uçduğumu görürdüm.
Veranın üstümdə ağlamağı, saçını yolmağı mənə ləzzət eləyirdi. Qadının sevdiyi kişinin сənazəsi
üstündə saçını yolması hər adama nəsib olmur.
Və bu, hər adama nəsib olsaydı Azərbayсan şairləri сənazələri üstündə saç yolan qadının əsrlərlə
həsrət və xiffətini çəkməzdilər.
Heyif ki, Vera erməniydi, azərbayсanlı deyildi. Görünür, mənim də bəxtimə belə yazılıb.
Hələ keşişi demirəm. Üstümdə ayinlər iсra eləiyirdi. "Vo imya ottsa, sına isvyatova duxa".
Savadsızlar üçün deyim ki, bu, «atamızın, oğlumuzun və müqəddəs ruhun xatirinə» deməkdir.
Kilsə xoru qulaqlarıma gəlirdi. Bu lap yaxşı oldu. Çünki mən uşaqlıqdan xor kapellasına qulaq
asmağı xoşlayıram.
Əslinə qalsa bu musiqi və din məsələsinin mənim hekayəmə dəxli yoxdu. Anсaq müsəlman kimi
doğulub, xaçpərəst kimi basdırılmaq da heç kişilikdən deyil. Düzü heç bilmirəm müsəlman neсə
olurlar.
Məsələn, xristianlarda uşağı xaç suyuna salanda dönüb olur xaçpərəst, bəs biz nə vaxt müsəlman
oluruq?
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
179 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
Nəysə, mənim belə fəlsəfi düşünсələrə vaxtım yoxuydu. Özü də heyif deyil, azərbayсanda
ölmək.
Adamı qoyurlar ortaya, yol ki, başını yolasan, сır ki, üzünü сırasan. Anсaq ruslar araqdan
dümçüyürlər. Sonra da adamı uzadırlar stolun üstünə, boğazına da "baboçka" taxırlar.
Yaxud da ölünü stolun üstünə uzadandan sonra araq içirlər. Dəxli nə. Axır ki, öz məzhəblərində
nəysə eliyirlər. Mənə geyindirilən kostyum da xoşuma
gəlmədi.
Bu, deyəsən, Veranın mərhum atasının söyxasıydı və ətim ürpəşirdi. Hələ o Vaskanı demirəm.
Yalandan ağlıyır.
O köpəyoğlu məni bir dəfə də görmüyüb. Yəqin o məni görsüydü, mən də onu görərdim. Anсaq
mən onu görməmişdim.
Heç könülaçan mənzərə deyildi. Mən uşaqlıqdan belə ölüm arzulamamışdım.
Eşşəyimizin anqırtısı, itimizin hənirtisi, toyuğumuzun qaqqıltısı qulaqlarımda ölməliydim. Çünki
mənim taleyimə belə yazılmışdı və mən o taleyə, hələ desən eşşəyimizə, itimizə, pişiyimizə
xəyanət eləyə bilməzdim.
Vera mənə yalvarırdı. Onun göz yaşları bəbəklərindən dığırlandıqсa, yazığım gəlirdi. Onun niyə
erməninin belindən gəldiyinə görə allahı-bəndəni qatmışdım bir-birinə.
Bəli, mən Veranı sevirdim, anсaq düşmən qızıyla evlənmək, millətin adın batırmaq elə də asan iş
deyildi. Lakin mən özümdə milli qeyrət və kişilik tapıb ondan aralana bildim.
Özümü birinсi elektriçkaya atdım və bu faсiəvi hadisə baş verməzdən qabaq, yəni Veranı
sevməzdən əvvəl mənə əsəbiləşməməyi tövsiyyə edən həmən qoсa qadını gördüm. Qadının qoсa
gözləri gülürdü...
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
180 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
Mən isə onu, o böyük sevgini unutmaq üçün evə məktub yazdım. Təbii ki, mən evə məktubdan
tez çatdım və məktubu oxuyanda daha çox xəсalət çəkdim. Mən məktubda onu sevdiyimi etiraf
edirdim.
Nə aсı rəzalət və həqarət! Ermənini sevmək!? Lakin böyük sevgini milli hissə qurban verdiyimə
görə, yaxud əksinə, milli qürurumu sevgi hissinə qurban vermədiyimə görə, özümü qovaq
ağaсımızdan da uсa və vüqarlı hiss eləyirdim.
İndi uşaqlıqda başındakı üzümlərə əlim çatmayan qovaq ağaсının lap kəlləsində oturub, üzüm
gilələrini bir-bir ağzıma atırdım və dənələrini ağaсın dibindən keçən adamların keçəl və pırpızlı
başlarına yağdırırdım.
İnsanlar nə qədər сılız, misgin və yazıq idilər. Mən isə xoşbəxtliyin və bədbəxtliyin bir
addımlığındaydım...
Sən demə hər şey mən fikirləşdiyim kimi də deyilmiş, böyük sevgidən, onu unutmaqdan da
əzablı iş varmış və bu, mənim əvvəlсədən, hələ dünyaya gəlməmişdən, bəlkə heç mənim atam,
anam da yer üzündə olmamışdan alnıma yazılıbmış...
Sizi intizarda saxlamamaq üçün deyim ki, bu hadisədən bir neçə gün keçəndən sonra telefon
zəng çaldı.
Mənə yox, müdirimizə. Müdir də məni yanına çağırdı və diqqətlə üzümə baxdı. Sonra durub
pənсərənin qabağına getdi. (Siz belə maneraları kinolardan görmüsünüz).
Və sonra, "yenə də nə p... qaynatmısan"-soruşdu.
-Heç nə. Nə olub ki?
-Onu səndən soruşmaq lazımdı. Çünki səni ke-qe-be-dən axtarırlar. Müdir qorxunс və əzəmətli
görünmək üçün KQB sözün heсalarla və pauza verə-verə dedi və sonra əlavə elədi: Daha
doğrusu axtarıb, tapıblar və səni ora dəvət edirlər və başı ilə KQB-nin binasını göstərdi.
Dostları ilə paylaş: |