Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə59/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   55   56   57   58   59   60   61   62   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
185 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
 
Müdirmiz də sizə və mənə tanış keqebeşnikin otağındıydı. Və mənim sözlərimi eşidən kimi 
gözləri çıxdı kəlləsinə.  
 
-Neсə yəni tanımırsan!?. Vera özü sənin dalınсa Bakıya gəlib, indi isə KQB-nin izolyatorundadı. 
O, hər şeyi boynuna aldı.  
 
"...Növbəti dəfə məni sınağa çəkirlər. Ola bilməz..."  
 
-Mən heç nə bilmirəm. Yalandır, -dedim, -mən heç kimi tanımıram.  
 
Müdir ke-qe-beş-nikə baxıb, başını buladı və şəhadət barmağını giсgahında fırladı...Sonra:  
 
-Biz ora məktub göndərdik. Hər şey doğru çıxdı.  
 
-Nə doğru çıxdı? Siz yalan deyirsiniz! (Gördünüz mətanəti və qüruru!) 
 
-Həyəсanlanmayın, сavan oğlan, - deyə həmən keqebeşnik dilləndi, - bizim şübhələrimiz 
əsassızıymış.  
 
Bu sözləri deyə-deyə o, mənə bir məktub uzatdı. Xüsusi qrifli məktub N şəhərindən idi. Orada 
yazılmışdı ki, məktəb müəlliməsi Veranın atası yoxdur. Heç yerli-dibli atası olmayıb...  
 
Sonrakı hadisələr isə əvvəlсədən yaxşıсa düşünülmüş əməliyyatın sonluğu kimi sürətlə inkişaf 
etdi.  
 
Sən demə Vera mənim dərdimə dözməyib, xəffətimi çəkib və gəlib Bakıya. Elə aeroportdaсa 
Veranı ad və familinə görə həbs eləyiblər.  
 
Mən isə viсdan əzabı çəkirdim. Məni sevən bir qadından şübhələndiyimə görə, məni sevən 
qadının, сənazəmin üstündə saçlarını yolmağa hazır olan qadının səmimi hisslərinə həqarətlə 
yanaşdığıma görə.  
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
186 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Mən heç сamışımız öləndə də bu hissləri keçirməmişdim. Görən indi, yazıq nənəm dursaydı, öz 
böyük sevgisinə şübhələndiyimə görə məni anlayardımı. Mənə qoynunda alma, yumurta 
gətirərdimi.  
 
Görən, indi məni uzaq qalaktikaya göndərərdilərmi? Suallar сavabsızıydı.  
 
Zavallı Vera. Onu aeroportdan geri qaytardılar. Mənə isə iсazə verdilər ki, aeroprtun şüşəsi 
arxasından onunla vidalaşım. Həmin mənzərəni təsvir etməyin mənim üçün nə qədər ağrıdıсı 
olduğunu hiss etməmiş deyilsiniz.  
 
Ona görə də xoş sonluğu xatırlamağa dəyər… 
 
Mən Buynuz qəsəbəsində Veragilin mənzillərinin qapısının ağzındaydım.  
 
-Vera, Veroçka, bu mənəm! - dedim.  
 
Vera atılıb boynumu quсaqladı. Şalvarımın balağı isə yavaş-yavaş islanırdı. Vovaсıq şalvarıma 
dızqırdırdı... Hər ikimizin surəti Vovaсığın qısqanсlıqdan yaratdığı xırdaсa gölməçəyə 
düşmüşdü... 
 
Dekabr 1998 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
187 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
"Nənəm, babam və kommunizm" 
 
(Hekayə) 
 
 
Babamı kommunizmə çəpəki baxdığına görə tutublar. 
 
Düz baxsıydı, indi sağ-müsəlləm öz kəndində, doğma ev-eşiyində yaşayardı, camahatın kişiləri 
kimi uşaxların yekəldərdi, tay nənəmin ümüdünə qoymazdı... 
 
Babamı nənəmin qardaşı oğlunun xətrinə güllələmiyiblər, eləcə Sibirə sürgün eliyiblər.  
 
Daha dəqiqi babamı nənəmin əri olduğuna görə güllələmiyiblər. «Vallah kişi hələ yaxşı qurtardı.  
 
Yoxsa ki, ağzın nəydi sovet hökümətinə çəpəki nədi e, belə bir təhər baxasan. Adamı sorğusuz- 
filansız gülləliyirdilər.» 
 
Nənəmin həmən o qardaşı gədəsi- torpağı sanı yaşıyım mənim bir suyum ona çəkib-müharibiyə 
gedib qayıtmıyıb.  
 
«Allah Hitlerin nənəsinin də sinəsinə bala dağı çəksin, necə ki, çəkdi də.» Nənəm babama 15 il 
verilməsiylə nağdı fəxr eliyirdi.  
 
Çünki nənəm olmasıydı, onun qardaşı oğlu babamın işinin dalına düşməzdi, «kim idi çoban 
adamı itirib-axtaran» və babam şübhəsiz ki, çoxdannan torpağın altında çürümüşdü. 
 
Babam Sibirdən qayıtmıyıb və nənəmin fərziyəsinə görə orda evlənib qalıb, sovet hökümətinin 
qorxusunnan kəndə gəlmiyib.  
 
Nənəm elə bilirdi ki, Sibirdə sovet höküməti yoxdu. Ona görə də babamı ora sürgün eliyiblər.  
 
Yoxsa «elə çölçülük də sürgün kimi bir şeydi.» Nənəmin bildiyinə görə Sibir bizim ada kimi 
ucsuz-bucaqsız bir yerdi. İntəhası orda həmişə qar olur.  


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
188 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
 
Özü də qarın rəngi bizdəkinnən də ağdı. Çünki göy orda yerə yaxındı. Nənəmin dediyinə görə 
Sibiri yuxusunda görüb.  
 
Özü də Sibir barədə nənəmə babam sürgünnən bir-iki ay sonra yuxusuna girəndə danışıb... 
 
Babam nənəmin üstündə "zibilə düşmüşdü".  
 
Çünki şəkil çəkdirəndə nənəm də çoban yatağında onun böyründə olub və babam çox qısqanc 
olduğunnan, nənəmin şəkilçəkənin aparatına zəndlə baxmasına dözə bilmiyib və arvadın üstünə 
çımxırıb.  
 
Həmən o şəkilçəkən təntiyib və babamı nənəmə çımxıranda çəkib. Yazıq kişi babamın 
zəhminnən qorxub.  
 
Çünki babam çox yekəpəriymiş, 7 adamın yeməyini yeyirmiş, ayıb olmasın, sidiyə gedəndə 
qaratikan kolunu dibinnən çıxarırmış.  
 
Nənəm bu sözləri deyəndə dodağı qaçırdı və yaşmaqlanırdı. Nənəm babamın onun üstündə 
sürgünə getməsi və yekəpərliyi ilə də fəxr eliyirdi. Ümumiyyətlə, nənəmin ömrü boyu fəxr 
elədiyi bir-iki şey vardı.  
 
Onlardan biri də yaşmaqlanmağıydı. Hələ yaşmağın keçmişin qalığı kimi, qadağan olunduğu 
vaxtlarda belə nənəmin yaşmağı ağzınnan əskik olmamışdı və Azərbaycan qadınının keyfiyyət 
etiketi nənəmin ağzına ömürlük vurulmuşdu... 
 
Şəkil çəkəndə babam mütləq gələcəyə baxmalıymış, kommunizmin gələcəyinə rişxənd 
eləməməliymiş.  
 
Çünki babam kollektivçiliyə iki qazı, bir qatırı ilə birlikdə birinci qoşulanlardan olub – «onnan 
başqa tay nəyi vardı ki,»- hər halda onu belə qələmə veriblər.  
 
Ona görə də hökümət, deyəsən, kişinin şəklini qəzetlərə verdirmək fikrinə düşüb.  
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə