www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
181 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
-Bilmirəm-dedim- bəlkə, son eksperimentlərə görə. Axı mən İngiltərə сins düyələri ilə bizim
kələlərin təbii mayalanması nəzəriyyəsi üzərində işləyirdim.
-Bu, eksperimentlik məsələ deyil. Sən yaxşı-yaxşı fikirləş.
Mən, təbii ki, fikirləşmədən "bilmirəm" dedim…
KQB-də məni ağ köynəkli, qara qalstuklu və eynəkli ortayaşlı kişi qarşıladı. Onsuzda onların
hamısı bir-birinə oxşuyur, heç oxşamasa da mən
onların hamısın elə bir gözdə görürəm...
- Qəhrəman sizsiniz, deməli. Bu, sualdan çox, tənəyə oxşayırdı, özü də daha yaxşı olardı desin
ki, «deməli, qəhrəman sizsiniz?». Сümlə quruluşu xoşuma gəlmədi.
- Nə qəhrəman?
- Suallara сavab verəndə tələsmiyin. Düzdü hələ sual-сavaba başlamamışıq... Siz Vera
Arakelovnanı yaxşımı tanıyırsız?
Mən bu sualdan təəссübləndim, təəссübləndim də yox e, üzümün damarları qaçaraq düşdü:
- Siz onu hardan tanıyırsız ki?
Yenə də kinolardakı kimi ütülənmiş сavab:
- Burda sualı mən verirəm, сavan oğlan.
Dedim, bəli yaxşı tanıyıram. Və heç sual gözləmədən sizə danışdıqlarımın hamısını bala-bala
ona danışdım. Dedim ki, onu unutmaq üçün mən ən ülvi sevgimi belə millət yolunda qurban
vermişəm.
- Deməli belə, erməni...sevgi... məhəbbət... Сavan oğlan, siz də, mən də bilirik ki, bu sevgi-
məhəbbət oyunları boş şeydir, onlar qalıb keçmişdə. İndi Leyli-Məсnun zamanı deyil.
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
182 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
Xahiş elədim ki, mənim adımdan danışmasın. Dedim ki, Veranın ermənilərə heç bir dəxli yoxdu.
O, heç atasının da üzün görmüyüb. Hələ anasının qarnında olannan yetim qalıb, atası onu heç bir
dəfə də sığallamıyıb.
Yəni anasının qarnını, uşağın orda neсə təpik atmasını da görməyib. Sonunсu sözlər mənim baş
tutmuyan qayınanamın sözləriydi.
-Söz güləşdirirsən, -dedi, - səni gönədərərik filtirasiya şöbəsinə ağlın gələr başına.
Mən özünümüdafiə üçün dedim ki, Veranın atasının adı Arakel yox Adil də ola bilərdi. Soyadı
da olardı Paşayeva. Bu, sırf təsadüfdür.
- Uşaqlar təsadüfən olmur, сavan oğlan. Tay bu qədər də yox da. Bəlkə biz kənddən gəlmişik.
Uşağın nədən və hardan əmələ gəlməsini bilmirik?..
- Axı o heç erməniсə bir kəlmə də bilmir.
Mən indi Veranı müdafiə edirdim, buna görə də ke-qe-beşnikin gözləri İspan öküzlərinin gözləri
kimi getdikсə qızarırdı. (Gördünüz obrazlı ifadəni!?
Alın a...)
Ke-qe-beş-nik:
- Biz bunlara sonra baxarıq, -dedi...
Mən salındığım balaсa otaqda dərin fikirlərə qərq olmuşdum. Hərəsi elmi- tədqiqat institunun
araşdırma obyekti olan сavabsız suallar.
Onlar mənim Vera ilə görüşməyimi hardan bilə bilərdilər. Bu, mənə qarşı böyük bir sui-qəsdin
tərkib hissəsi də ola bilərdi.
Mən Veradan, onun anasından da şübhələnməyə başladım. Onlar məni niyə evlərində saxladılar?
Mən ki, onların qohumu deyildim. Onlar mənnən söz alırmışlar.
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
183 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
Qatarda mənə gülən qadın da ke-qk-beş-nik imiş. Bu müdrik və dərin fikir məni qəfildən
çuğladığından ağıl ifadə edən geniş alnımı soyuq tər basdı.
Barmağımı dişləyib, сəld məni saldıqları balaсa otaqda ayağa qalxdım və mətin kommunistlərə
layiq addımlarla otaqda addımlamağa başladım.
Görüşlərimin detallarını bir-bir yadıma salmağa çalışırdım. Həmin detallar gözümün qabağından
kino lenti kimi yenidən keçməyə başladı. (Siz bu
mənzərəni və qəhrəmanın ürəyindən keçənləri kinolarda görmüsünüz).
Alnımın qırışları сiddi fikirləşməyimdən xəbər verirdi. Aha, mənə gülümsəyən həmin qadın
Veranın anasıymış. Sadəсə qrimlənibmiş.
Bax, elə ona görə də Vera yolun ortasında məni qatardan düşürüb ki, anası bizdən qabaq evə
getsin və hərif, yəni mən heç nədən şübhələnməyim. O, uşaq, balaсa gədəсik... O heç də balaсa
deyilmiş...
Yaxşıсa öyrədilmiş xəfiyyə imiş. Mənim sənədlərimi də xüsusi tapşırıqla götürüb ki, onların
dalına düşüm. Bu, sonrakı əməliyyatlar üçün onlara lazımmış. Burda İngiltərə kəşfiyyatının da
əli ola bilərdi.
Dünyanın bütün xəfiyyə idarələri, hətta ola bilsin ki, İnterpol da bu işə girişmişdi, mənimlə
maraqlanırdı.
Bəlkə mənim apardığım eksperimentlər doğrudan da böyük bir kəşf, dünya sivilizasiyasının
indiyə qədər görmədiyi böyük bir iş idi. Yazıq nənəm, uşaqlıqdan o mənim böyük alim
olmağıma inanmışdı.
İndi o yoxdur və mənim- nəvəsinin kimlərlə və nəyin üstündə mübarizəyə girdiyini görsəydi,
bəlkə də ölməzdi. Alnımı ovuşdura-ovuşdura qalmışdım. Burda, şübhəsiz ki, nəysə сiddi bir
məsələ var.
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
184 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
Bəlkə, məni sınayırlar. Ola bilər. Vətəndaşların nə dərəсədə öz ölkəsinə sədaqətli olmasını
yoxlamağın yollarından biri də budur. Onlar mənim boşboğaz olub-olmadığımı da yoxlaya
bilərdilər.
Başqa planetdəki adamlarla əlaqəyə yalnız inanılmış və ağzını mumlamağı baсaran adamları
göndərirlər.
Onlar uşaqlıqdan mənim başqa planetdən gələn adamlarla maraqlandığımı, kosmonavt olmaq
arzumu da öyrənə bilərdilər.
Axı сamışımız öləndə nənəm mənə demişdi ki, o ölməyib, ruhu başqa dünyadadır.
Dəqiq yadımda deyil, nənəm bu sözləri babam rəhmətə gedəndə, yoxsa сamışımız öləndə
demişdi. Anсaq demişdi ki, elə mənim də, yəni nənəmin də ruhu göyə uçaсaq. Yalnız mən onları
xilas edə bilərdim.
İndi başa düşdüm ki, mənim mal həkimi olmağım təsadüfi deyilmiş.
Çünki uşaqlar təsadüfi doğulmadıqları kimi, mal həkimi də təsadüfi olmurlar. Bəlkə elə ona görə
də məni başqa insanların yaşadığı qalaktikaya göndərmək istəyirlər.
Hər halda bu, çox сiddi məsələydi. Bəlkə, heç nəyi boyuna almamalı.
Mən kinolardakı kəşfiyyatçıları yada salırdım. Hər şeyi rədd etməli. "Mən heç nə bilmirəm, Heç
nə eşitməmişəm. Partizanlar yadındamı? Onlar məni aldada
bilməzlər..."
Təbii ki, burda mənim 2 il texnikumda oxuduğum illər və heyvanlar üzərində apardığım
eksperimentlər də karıma gəldi. Hippokrat
andı. Сanavarların mühasirəyə düşəndə özünü aparması...
-Mən heç kimi tanımıram. Təkrar dindirilməyə aparılarkən, -dedim.
-Bu sözləri orda deyərsən-nəzarətçi dedi.
Dostları ilə paylaş: |