Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə50/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   46   47   48   49   50   51   52   53   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
153 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
 
İki kəndi geridə qoydu. Qarşıdakı kəndlə arxada qalanların arasında uzun bir məsafə vardı və 
həmin aranı tut bağları, ilğın və söyüd meşəsi doldururdu. Qəribəydi, bu qaranlıqda o, hər tərəfi 
aydınca görürdü. 
 
Sanki ay çıxmışdı, amma aydan əsər-əlamət yoxuydu. O düşündü ki, yəqin, bu aydınlığa səbəb 
yer qatının həddən artıq basırıq və qaranlıq olmasıdır. 
 
Kəndlər yox idi, onların kölgələri qalmışdı. Evlərin çardaqları, divarları sökülüb aparılmışdı, 
talan edilmişdi, yalnız yaşayış üçün yararsız olan kərpic tövlələrin, qamışdan olan çovustanların, 
kümlərin, toyuq hinlərinin divarları qalırdı. 
 
O, bunları aydınca görməsə də duyurdu. Evlərin bir qismini sərhədin o tayında, Arazın 
güneyində yaşayan iranlı soydaşları, bir qismini də ermənilər aparmışdılar. 
 
Yorulmuşdu. Kol-kos qırmaqdan dizlərində təpər, qollarında güc azalmışdı. 
 
Çayın sahilindən aşağı endi və böyük bir tut ağacının dibinə söykənib oturdu. 
 
Bir müddət dinməzcə sakitliyi dinlədi. Sonra onun oturduğu yerdən bir az aralı xışıltı gəldi. Ya 
çaqqal, ya da dovşan ola bilərdi. 
 
Buralarda canavarın olmasını ağlına da gətirmirdi. Birdən yadına düşdü ki, uzun müddət boş-
kimsəsiz qalan yerlərdə vəhşi itlər dolaşır. Sahibini itirmiş itlər qəzəblərindən vəhşiləşirlər. 
 
Sahiblərinin onları atıb getməsini bağışlamırlar və öz sədaqətlərini belə ucuz tutanlarla 
barışmırılar. Ona görə də güc-bəla ayağa durub, təzədən çayın qırağına gəldi. 
 
Çayı buraxıb gedə bilməzdi, yolu itirərdi. Amma çay yolun itməsinə imkan verməzdi, çünki düz 
evlərinin yanına aparıb çıxarırdı. Bir müddət dayanıb dincini aldıqdan sonra yoluna davam elədi. 
 
Böyük bir məsafə arxada qalmışdı. Növbəti iki kənddən sonra onların doğma yerləri gəlirdi. 
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
154 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Öz kəndlərini tanımağa nə vardı ki. Gecənin istənilən vədəsində onu yuxudan durquzub, gözü 
bağlı kəndlərinə aparsaydılar, oranı iyindən tanıyardı. Vətən də anadır, deməli, ondan da ananın 
iyi kimi doğma bir qoxu gəlir. 
 
Qarşıdakı kəndləri də keçdi. Burada sahilin kənarı nisbətən hamar idi. Kol-kos o qədər də 
böyüməmişdi. 
 
Çayın o biri tərəfindən keçən dəmiryolu daha görünmürdü. Relsləri söküb aparmışdılar, yerində 
nəhəng bir cığır qalmışdı. 
 
Qədim körpüyə çatdı. Körpü üçülmüşdü. Bir zamanlar həmin körpünün altında mini elektrik 
stansiyası vardı, işıqlar sönəndə o, işə düşürdü, əsasən çörək sexlərini və hökümət idarələrini 
işıqlandırırdı. 
 
Sevindi, kəndlərinə çatmağa az qalırdı. Bir az irəlidə «Maralyan bağı», sonra «dukker» 
olmalıydı. Su o tərəfdən batıb, bu tərəfdən çıxırdı. Uzunluğu azı iki yüz metr vardı. 
 
Həmişə ordan qorxardı. «Dukker»ə düşən ordan sağ çıxmazdı. Su azalanda özündən deyən 
uşaqlar bu qorxunc tuneldən keçərdilər və orada çiləkənlərdən başqa özgə bir şey olmadığını 
deyərdilər, gopbazlar isə əcdahaya rast gəldiklərini uydurardılar. 
 
«Çayağzı» bağı cəngəlliyə bənzəyirdi. Birdən ona elə gəldi ki, Amazoniyanın sahillərində gəzir 
və bir azdan ceyran, vəhşi at sürülərinə rast gələcək. 
 
Qəribəydi, heç nə yox idi. Bəs çöl donuzları hara yoxa çıxıb?! 
 
Onlar burda sürüynən olardı. Gecələr ova çıxan kişilər əliboş qayıtmazdılar. 
 
«Qurdağzı dərəsi»ndə dayandı. Burdan o tərəfə çayı əlindən buraxa bilərdi. Azmazdı, çünki 
doğma yerləriydi. Bura onun uşaqlıq vətəniydi. Sahildən aşağı yola tərəf təpəlik uzanırdı. 
 
Təpəlik bomboş idi. Dazlaşmışdı. Bunun səbəbini bir azdan bildi. Buralar yayda yanmışdı. 
Yanmış küləş iyi gəlirdi. 
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
155 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
«Küdrü» deyilən yerin üstünə çıxıb, uzaqlara göz gəzdirdi. 
 
Ulduzların və ağ-mavi səmanın fonunda Qarağacı sezdi. Adamlar ilğınlığın arasında bitmiş bu 
ağacın kölgəsində dincələrdilər. 
 
Kölgəsi o qədər böyük idi ki, günorta vaxtı az qala bütöv bir kənd orada dincələ bilərdi. Qarağac 
dururdusa, deməli, kəndləri də dururdu və yaşamağa dəyərdi. Uşaq kimi sevindi. 
 
Sağ dizinin ağrılarının şiddətlənməsinə baxmayaraq, Küdrüdən düşüb, ona tərəf qaçdı, amma 
kol-kosa ilişib yıxıldı. Əvvəllər burda torpaq yol vardı, indi yoxuydu. 
 
Birtəhər özünə yol aça-aça qarağacın yanına çatdı. Onun gövdəsini qucaqladı. Əvvəlcə kövrəldi
özünü sındırmamaq üçün ağlamadı, için-için göynədi. 
 
Sanki axşamın onu eşidəcəyindən, ağlamağına şahid duracağından qorxdu, axırda içindəki 
hisslər bu qorxuya üstün gəldi və hönkürdü. 
 
Qarağac göyərmişdi, yarpaqlamışdı. Yarpağının tumturş və nəm qoxusu ona ağrılarını 
unutdurmuşdu.  
 
O, indi heç kimdən və heç nədən qorxmurdu. Eləcə qarağacın dibinə söykənib, hönkür-hönkür 
ağlayırdı. 
 
Kimsə qarağacın dibində ocaq qalamışdı. Yəqin erməni əsgərləriydi. Birdən ağlına qəribə bir 
fikir gəldi. 
 
Bəlkə, kəndçilərindən kimsə buralarda yaşayır və indi onu görür. Ocaq yeri təzəydi. Bir-iki gün 
öncə qalamışdılar. Ürəkləndi. Ayağa durub, ətrafa boylandı və: 
 
- Ey, burda kimsə var?!-deyə çağırdı, sonra qışqırdı. Mən gəlmişəm! Eşidirsiniz!? 
 
Hay verən olmadı. Yalnız səssizlik. Və birdən it hürdü. Sonra it uladı. Axırda bu səs yox oldu və 
bir daha gəlmədi. Bəlkə onu qara basır. İt hürməyib, ona elə gəlib. 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə