Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə49/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   45   46   47   48   49   50   51   52   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
150 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Üst-başlarından, çayxanaçı ilə münasibətlərindən sezilirdi ki, işçiz-gücsüz adamdılar. Cavanlar 
daha çox təsadüfi qazanca və hökümətin ayırdığı yardımlara, ata-analarının, babalarının 
pensiyalarına, yaşlılar isə allaha bel bağlayırdılar. 
 
Cavanlardan artıq qalsa, onlara da nəsə çatardı. 
 
Çayxanaçı nisyə dəftərini piştaxtanın üstünə qoymuşdu ki, hamı nisyə çay içənlərin adını oxuya 
bilsin. Borclular utandıqlarından pullarını vaxtında qaytarsınlar. 
 
Zarafatlardan və atmacalardan borcluların sayının müştərilərdən çox olduğu bilinirdi. 
 
O, çayın pulunu verdi, sonra dəftərə işarə ilə: 
 
-Bu borcları da sil,-dedi. 
 
Çayxanaçı göydən düşmüş bu adamın səxavətinə təəccüblənib - eləmədi, eləcə sevincək oldu. 
 
-Allah əvəzini versin,-dedi, - amma sizi tanımadım. Bura adamlarına oxşamırsınız. 
 
- Nədən bildiniz? Danışığımdan? 
 
-Yox, danışığınız bizimki kimidir. Amma adamlara birtəhər baxırsınız, elə bil, tələsən yeriniz 
var. 
 
-Hə, var. Tələsirəm,-dedi və çayxanadan çıxdı. 
 
Müştərilər bir müddət maddım-maddım onun arxasınca baxdılar. Yaşlı bir kişi: 
 
-Buraların adamı olmasa da, allah adamına oxşayır. 
 
Cavanlardan biri də dedi ki, elə bil, onu hardasa görüb… 
 
-Allah adamları hər yerdə olur,-yaşlı kişi müdrikliyini gizlətmədi. 
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
151 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Sonra daha bir neçə adam səxavətli qəfil qonaqla bağlı mülahizələrini bildirdilər və yenidən nərd 
oynayanların başına yığışıb, yad adamı unutdular. 
 
Həkim qəsəbənin aşağısından axan çaya düşdü. Çay həminkiydi, suyu bir az da çoxalmışdı. 
Aprelin əvvələriydi. Dağlarda qarın əriyən, bulaqların buzunun açılan vaxtlarıydı. Bu tərəflərdə 
iqlim mülayim olduğundan təbiətin qırışığı tez açılır. 
 
Sonuncu kitab cümləsini o, ali məktəbə coğrafiyadan imtahan verəndə öyrənmişdi. 
 
Çiyninə asdığı çantanı çıxarıb yerə qoydu, çayın qırağında oturub iti axan suya baxmağa başladı. 
 
Qoca söyüd ağacı çaya əyilmişdi, sanki ordan su içməyə çalışırdı, çiləkənlər onun saçaqlarına, 
budaqlarına ilişib qalmışdılar.  
 
Çiləkənlərin arasında zorla seçilən göy-qırmızı üzgəc, balaca rezin top da vardı. 
 
Görünür, su onları çox-çox uzaqlardan gətirmişdi. «Balıq tutmağı, futbol oynamağı çox sevirdi». 
Nekroloqda belə yazılacaq, yəqin, hər halda bu cür yazılsaydı, onun xoşuna gələrdi. 
 
Çantasındakı balaca «sülh ağacı»nı çıxarıb baxdı. 
 
Hər şey qaydasındaydı. Ağacı bazardan almışdı. Satıcıya demişdi ki, ona hər iqlimə uyğunlaşa 
bilən, yaşıl ağac növü lazımdır. Yaşlı və təcrübəli bağban bu balaca ağac-kolu məsləhət bilmişdi. 
 
Onun adını da unutmuşdu, yalnız vağzalların ətrafında görmüşdü, amma bu hibrit ağacın fərqi 
ondaydı ki, mayın əvvəllərində çiçəkləyirdi. 
 
Onu mütləq öz torpağı ilə basdırmaq və basdırandan sonra dibinə bir vedrə su tökmək lazımıydı. 
«Əslində ağacı martın ortalarında əkərlər, amma bu onlardan deyil, bu ağacları fəslin istənilən 
vaxtlarında əkmək olar»-yaşlı satıcı demişdi. 
 
Nəhayət, su qaranlıqdan işıldamağa başlayanda ayağa durdu və yolu əlinə yığıb, çayın qırağı ilə 
getməyə başladı. 
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
152 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Yolun qırağı ilə hamar cığır uzanırdı, amma bir azdan sonra o cığır qurtardı və kolluqlar başladı. 
Ermənilərlə cəbhə xətti burdan keçirdi. Yalnız gur və iti axan çay və hər tərəfini kol basmış sahil 
varıydı. 
 
O, belə olacağını, vəhşi mənzərə ilə qarşılaşacağını öncədən bilirdi, ona görə də bazardan dəhrə 
də almışdı. 
 
Bir zamanlar bu dəhrə ilə barama qurdu üçün tut budayardı. Əlini də bir neçə dəfə kəsmişdi və 
onunla necə davranmağın yolunu yaxşı bilirdi. 
 
Qaranlıqda yerimək çətiniydi. Kol-kos da bir tərəfdən əl-qolunu cızırdı, xüsusən də böyrütikan 
kolları həyasızlıq edirdilər. Məcbur olub bir neçə dəfə dayanmış, qanayan yerləri bintlə 
sarımışdı. Ağrıları da başlamışdı. 
 
Dörd saat əvvəl vurduğu iynənin gücü qəfildən itmişdi. «Stadol» ampulası doldurulmuş, hazır 
iynələrdən birini çıxarıb, şalvarın üstündən buduna vurdu və yoluna davam elədi. 
 
O, yolunun üstündəki kəndlərə yaxşı bələd idi. Uşaq vaxtı burada çoxlu pambıq yığmışdı. 
 
Hər il dərslər başlayanda onları qonşu kəndlərə pambıq yığmağa aparırdılar. 
 
Qızlar yığımla evdar qadınlar kimi davranar, işin ağırlığını öz boyunlarına, daha doğrusu, 
bellərinə çəkərdilər, çünki pambıq yığanda güc belə düşür, oğlanlar isə avaralanardılar, çayda 
çimərdilər, balıq tutardılar, könüllərinə düşəndə isə qonşu həyətlərdən meyvə oğurlayar və 
belləri sızıldayan qızların könüllərini almaq üçün onları da meyvəyə qonaq edərdilər, əvəzində 
hər axşam oğlanların da adına 2-3 kilo pambıq yazılardı. 
 
Bu, hər üç tərəfi: qızları-müəllimləri-oğlanları qane edərdi. 
 
Müəllimlər ona görə razıydılar ki, şagirdləri ictimai əməklə səhlənkar davransalar da, işin 
öhdəsindən yaxşı-pis gəlirdilər. Onlar da bir zamanlar şagird olmuşdular, bu yolları keçmişdilər, 
yetirmələri kimi hərəkət etmişdilər. 
 
Qızlar isə yorğunluqlarını oğlanların oğurluq meyvələrilə çıxırdılar. 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə