Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə48/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   44   45   46   47   48   49   50   51   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
146 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Qız üçünjü zəngdə telefonu götürdü. Nə eşitdisə, rəngi qaraldı. 
 
–O ölüb,-dedi,-ürəyi tutub. Yolda yıxılıb. Mənə zəng edən təsadüfi yolçuymuş, dedi ki, 
mobilindəki sonunju nömrəyə zəng edib. O, bir neçə saat əvvəl məni atdığını demişdi. Mənsə 
onu qarğadım. Ona allahdan ölüm istədim. Bəlkə... –Bir az fikirləşəndən sonra, –indi mən nə 
edəjəm?-sanki özü-özündən soruşurmuş kimi pıçıldadı. 
 
Mən dinmədim. Nə deyəjəyimi bilmirdim. Mənim majəraçılığım bundan o yana getmirdi. Yeni 
sevgi barədə mən yox, o fikirləşməliydi. Onun əvəzindən düşünə bilməzdim ki... 
 
–İşə get, yeni həyata başla, –dedim,-haydı. 
 
–Həəə,-dodağının altında mızıldandı, sonra nə fikirləşdisə, – birdən onun yerinə başqasını 
qoysalar?!-deyə suallı baxışlarını üzümə zillədi. 
 
–Başqasını? Ola bilər. Amma sən qorxma. Qorxulu bir şey yoxdur...Təjrübən var. Pis olmaz, 
yəqin... 
 
O injik halda: 
 
–Ən pisi odur ki, onun yerinə şalvarı gödək səfehi qoyalar,-dedi. 
 
Qız onu sevən və bəyənmədiyi oğlana işarə edirdi. 
 
Mən ona javab verməyə söz tapmadım. Hazır resept həmişə olmur ki?..Özü də mənim 
doncuanlığım burdan o yana keçmirdi... 
 
O, ağır-ağır ayağa qalxdı. Bir neçə addım atandan sonra dayandı, geri döndü, ümidsiz 
baxışlarıyla məni süzdü və: 
 
–Siz kişilər hamınız bir bezin qırağısınız,- dedi. 
 
Mən bu sözləri çox eşitmişdim. “Elə qadınlar da bizim kimidir”. Bu sözləri ürəyimdə fikirləşsəm 
də, dilimə gətirmədim.. 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
147 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
 
Qız ağ-çəhrayı zolaqlı çantasını sallaya-sallaya getdi. Mən tərəfə baxmadı, yalnız birjə dəfə, yolu 
keçərkən maşının yan güzgüsünə baxırmış kimi, başını 90 dərəjə yana döndərdi... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
"Gözünə gün düşür" 
 
(Uzun hekayə) 
 
Gözünə gün düşür. Gözlərini qıya-qıya pəncərədən uzaqlara baxır və məktubun birinci cümləsini 
xatırlayır: 
 
«Bu nə zamansa baş verməliydi. Sən bunu yaxşı bilirdin…» 
 
İlk cümləni ürəyində bir neçə dəfə təkrar elədi, razılaşdı. İkinci cümləylə əllinin-əlliyə. 
 
Çünki şübhə eləyirdi. Ərinin ölümsüzlüyünə inandığı üçün. 
 
Məktubu sırağagün səhər yuxudan duranda dolabın üstündə tapdı. 
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
148 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Daha doğrusu, məktub onu tapdı və ərinin xəttini tanıdı. O getmişdi. Dan üzü söküləndə… 31 il 
bir yastığa baş qoyduğu arvadını yuxudan durquzmamış, vidalaşmamış, sakitcə. 
 
O, ölümü də belə qarşılayardı, yəqin. 
 
Əri sağalmaz xəstəydi. Hamı bunu yaxşı bilirdi və ölümünü işğal altında olan kəndlərində 
qarşılamaq istəyirdi. 
 
Fillər kimi, amma alaqaranlıqda yox, dan üzü, günəş üfüqdən çırtlayanda. 
 
O, günəşlə birgə doğulmuşdu. Hər ikisi eyni zamanda çığırmışdı. 
 
«Bu məlumatları bir neçə dildə informasiya agentliklərinə və tele-kanallara paylayarsan, 
(gördüyün kimi, özüm əvvəlcədən hazırlamışam) qoy yaysınlar, ermənilərə də çatsın və 
məqsədimin nə olduğunu məndən qabaq bilsinlər…» 
 
Sonra da həmin xəbər: «Hamıya bəyan edirəm ki, mən 53 yaşlı həkim («dünyaca məşhur» 
sözünü yazmağa yəqin ki, utanmışdı) altı aydır ki, ağır xəstəyəm, sağalmağa heç bir ümidim 
yoxdur, ölüm ayağında kəndimizə getmək, həyətimizdə ağac əkmək, sonra isə orada ölmək 
istəyirəm. 
 
Qoy bu ağac dünyadakı münaqişələrin hamısına etiraz əlaməti, sülh rəmzi olsun…» 
 
Daha sonra xəbərdə rayonunun və kəndinin adını yazmış, imzasını qoymuşdu. 
 
Məktub əlindəydi. Ondan ərinin nəfəsi, hənirtisi gəlirdi. 
 
Məktubu öpdü, ərini son dəfə bu məktub görmüşdü. Çıxılmazlıqda qalmışdı. Əvvəlcə istədi ki, 
ərinin getdiyi marşrutu polisə xəbər versin, yəqin ki, onu yoldan qaytara bilərdilər. 
 
Çünki mənzil başına altı-yeddi saatlıq yol idi. Ordan o tərəfə isə çayı tutub gedəcəkdi. Güman ki
qaranlıq düşəndən sonra. Axırda qərarını dəyişdi. Bu, ərinə xəyanət olardı. O, ərinin son 
vəsiyyətini yerinə yetirməliydi… 
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
149 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Əri o yerləri yaxşı tanıyırdı və planını bir neçə dəfə arvadına danışmışdı. «Dözə bilmirəm» - 
deyirdi əri və az qala hər səhər yuxusunu danışırdı. Arvadı onun yuxularını əzbər bilirdi. 
Yuxusunda yenə kəndə getmişdi və evlərinin yanından axan çayda balıq tutmuşdu. 
 
*** 
 
53 yaşlı onkoloq- həkim arvadının güman elədiyi kimi, mənzil başına təxminən altı saata çatdı. 
 
Qəsəbədən iki kilometr aralıda hərbi post qoyulmuşdu. Burdan o tərəfə gediş qadağanıydı. 
 
Qaranlığın düşməsinə bir neçə saat vardı. Həmin vaxtı qəsəbənin çayxanasında keçirdi, yəni 
zamanı dirigözlü öldürdü. Çayxanada ondan başqa iki müştəri vardı. Odun peçinin yanında 
oturub nərd oynayırdılar. 
 
Sonradan bildi ki, zər atanlardan biri çayxananın sahibidir. 
 
O, bu qəsəbəni pis tanımırdı. Uşaqlıqda burda çox olmuşdu. Xalasıgil bu qəsəbədə yaşayırdı. 
Yayda onlara qonaq gələrdi. Xar tut yemək üçün. Həmişə də danlanardı. Anası tutdan qıpqırmızı 
olmuş üst-başına baxıb acıqlananda xalası köməyə gələrdi. 
 
Burdan kəndlərinə 14-15 kilometr ancaq olardı. Axşam çayı tutub getmək lazımıydı. Onda 
azmazdı, həm də qəfil təhlükə olarsa, özünü çaya atar, suda gizlənərdi. Bərayi-ehtiyat əlavə 
paltar da götürmüşdü. 
 
Ağrıkəsici «stadol» iynələri bir sutkaya çatardı. Özü belə istəmişdi. Ağrılar çox olanda ölümü də 
qarşılamaq asanıydı. 
 
Morfi kimi adamı başdan edən dərmanları sevmirdi. Bu cür xəstələri çox görmüşdü. Onlar morfi 
qəbul edəndən sonra key kimi olurdular. Görünür, ölümün yaxınlaşmasından qorxurdular. Amma 
o, ölümü ayıq başla qarşılamaq istəyirdi. 
 
Gün batandan sonra çayxanada adamların sayı yavaş-yavaş çoxalmağa başladı. 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə