Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə46/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   42   43   44   45   46   47   48   49   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
138 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
 
- Bəlkə sənə elə gəlir?-deyə soruşdum. Ona yazığım gəldi. 
 
- Bəs sənə necə? Sənə elə gəlmir ki, mənim hissiyatım yoxdur? 
 
Yalan danışmaq istəmədim, ona görə də susdum. 
- Hərdən elə vəziyyətdə oluram ki, bədənimin bir hissəsini kəssələr, hiss etmərəm. 
 
Bu sözlərdən üşəndim və onu axtararkən agentliyin direktorunun «U neyo bıla dva muja, oba 
pokonçili s soboy» -sözlərini xatırladım. 
 
O, yatağına uzandı, yerini rahatladı, sanki hansısa yükdən qurtulmuşdu. Mən qapıdan çıxanda o 
arxamca: 
 
- İstəsən, gələn dəfə pulsuz qala bilərsən,-dedi və güldü. 
 
Mən cavab vermədən qapını örtdüm…. 
 
Bakıya qayıdandan sonra onun kəsib saxladığım şəkillərinə baxdım. İndi onlarda heç bir sehr və 
gözəllik yoxuydu. Bütün bunlar mənə saxta gəldi.  
 
Bəlkə də həmin sehrli və gözəl bacısı ilə bağlı macəranı özündən uydururdu. Uydururdu ki, 
hansısa kişiyə bağlanmasın. Belə həyat onunçün rahat olardı.  
 
Mən şəkilləri yandırdım. Köhnə xatirələrdən qurtulmaq üçün. Qəribədir, şəkillər yananda, sanki 
kimsə ocağın içində inildəyirdi. 
 
İstəyirsən inan, isrəyirsən inanma,-köhnə tanışım dedi və qəribə şəkildə güldü, sanki ağzı əyildi.  
 
Mən həyacanımı boğmaq üçün çaydan bir qurtum almaq istədim.  
 
Çay soyumuşdu. 
 
- Bəlkə çayını təzələsinlər?-o dedi və bic-bic gülümsədi. 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
139 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
 
- Lazım deyil,-dedim və onunla xudahafisləşərək ofisdən çıxdım. 
 
May 2007 
 
 
 
 
 
 
 
"Qız və sevgi" 
 
(hekayə) 
 
 
Qız skamyada oturub ağlayırdı. Onun səsində şikayət-zad yox idi, əksinə bir həzinlik, bir yanğı 
vardı. 
 
Ağappaq, göyərçin əllərilə üzünü örtmüşdü. Mən onun yaraşıqlı çöhrəsini sonradan gördüm.  
 
O, qəfildən hönkürdü. Elə ağladı, elə ağladı ki, aşıqlar demiş, göz yaşı selə dönüb axdı. Sel-su 
onun yanaqlarında yekə şırımlar açdı. 
 
Mən qızın yanında oturdum. Yəqin ona görə ki, o qəşəng idi.  
 
Göz yaşlarının bolluğu onun ehtirasından, çılğınlığından xəbər verirdi. Hələ əlləri!?  
 
Onlar çox injə və kövrək olsalar da, kişilər bir yana, hətta ən vəhşi atı belə ram eləməyə, 
yüyənsiz-yəhərsiz çapmağa qadir idilər. 
 
–Sizə kömək edə bilərəmmi?-deyə mən kübarlara xas bir ədayla soruşdum.  
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
140 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
O dinmədi, bəlkə məni eşitmədi, ya da saya salmadı. Əli hər yerdən üzülən adamların bəndəyə 
yox, Tanrıya və onun möcüzəsinə ümidi ola bilər. Günün günorta çağı xaraba bir şəhərin 
ortasında möjüzə axtarmağa dəyməzdi.  
 
–Ey, sizə köməyim dəyə bilərmi?-deyə mən sualımı təkrarladım və ehmalja onun çiyninə 
toxundum.  
 
Qız qəfil təjavüzdən diksindi, kənara sürüşdü, səsini kəsdi, bənövşə ətri saçan bənövşəyi 
dəsmalıyla yanağından diyirlənən yaşı ehmalja silməyə başladı. Sanki onun ala gözləri billurdan 
idi və bir ehtiyatsız hərəkət onları sındıra bilərdi. 
 
–Əgər sevgidəndirsə, ağlamağa dəyməz, onun ömrü sizin göz yaşlarınız qədərdir, bu gün də 
olmasaydı, sabah baş verəjəkdi.  
 
Göz yaşları quruyur, amma həyat davam edir və yeni sevgi barədə düşünmək lazımdır, –deyə 
mən danışığıma şairanəlik qatdım.  
 
Qız yenə də dinmədi, eləjə gözlərini bir boşluğa dirədi və dərindəni ah çəkdi. Sanki onun 
ağladığı obyekt həmin boşluqda gizlənmişdi. 
 
–Sevilib atılanlar həmişə belə yanıqlı ağlayır,- deyə müdriklik elədim, daha doğrusu ət tökən 
müdrikliyimi onun yupyumşaq qulaqlarına sırğaladım.  
Bu dəfə o, təəjjüblə mənə baxdı və soruşdu: 
 
–Siz bunu nədən bildiniz?  
 
–Sevilib atılanlara elə gəlir ki, həyat bitdi. Amma bu belə deyil,-dedim,-həyat davam edir, su 
kimi axır... 
 
–Siz bunu bilməzsiniz... 
 
–Demək istəyirsiniz ki, mən sevginin nə olduğunu bilmirəm? 
 
–Yox, sevilib atılmağın ağrısını bilmirsiniz. 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
141 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
 
Mən gənj qızın bu sadəlövh fikirlərinə güldüm.  
 
–Mən o ağrını bir-neçə dəfə keçirmişəm. Darıxmayın,-dedim,-hər şey düzələr. 
 
–Düzələr?! Siz buna əminsiniz?! Bir neçə dəfə sevən adam əsl sevginin ağrısını nejə bilər, axı? 
 
–Yox, yüz faiz bilə bilməz, amma dediklərimi sübut eləməyə hazıram. Özü də sevgi məşqləri 
kişilər üçün adi bir şeydir. Doncuanlıq onların qanındadır. 
Qız dinməzjə, bir qədər də təəjjüb və heyrətlə üzümə baxdı və dedi: 
 
–Onda qanlarını təmizləsinlər. 
 
–Niyə? 
 
–Yeni doncuanlar əmələ gətirməmək üçün. 
 
–Gərək onda qadınlar da qanlarını təmizləsinlər. 
 
–Qadınlar niyə? 
 
–Yeni doncuanlar doğmamaq üçün,-dedim və güldüm. 
 
O da gülməyə çalışdı, amma bir şey alınmadı, jəhdləri gülümsəməyə çatdı, sonra susdu və 
fikirləşməyə başladı. Yəqin mənim sözlərimin mahiyyətinə varmağa çalışırdı, amma söz tapa 
bilmirdi. 
 
–Mən...mən...-kəkələdi. 
 
–O kafeni görürsən? –deyə onu vəziyyətdən çıxarmaq üçün şəhadət barmağımı üzbəüz 
istiqamətə tuşladım, – orda bütün yaralara dərman tapılar. 
–Yaraların hamısının dərmanı olmur. 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə