Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə45/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   41   42   43   44   45   46   47   48   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
134 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
 
Restoran deyilən yer binaların arasında suvağı tökülmüş, heç kimin diqqətini çəkməyən 
birmərtəbəli binaydı.  
 
İçəridə iki salon vardı, biri yemək-içmək üçün, biri isə striptizə baxmaq üçünüydü.  
 
Xidmətçilər çinlilər idi, amma başçıları rusuydu.  
 
Mən səhnə ilə üzbəüz oturdum, «Russkiy standart» arağı və göbələk salatı sifariş elədim. 
Yeməkləri tanımadığıma görə heç nə istəmədim.  
 
Çinliləri tanımırsan, it-pişik əti də yeyirlər. Bir azdan aparıcı elan elədi ki, «Yeddi gözəl» rəqsi 
başlayacaq.  
 
Onun ardınca rəngbərəng pünyüarlar geymiş gözəllər səhnəyə çıxdılar. Bura kinoda gördüyümüz 
striptizxanalardan deyildi.  
 
Onlar əsil tamaşa göstərirdilər, sonra paltarlarını soyunmağa başladılar.  
 
Mən qızı dərhal tanıdım, o da sanki məni tanıdı, gözlərimiz bir-birinə sataşdı, həminki ehtiraslı 
baxışlarıydı.  
 
Gözümü ondan çəkmirdim və nömrə göstərməyə hər dəfə çıxanda birinci ona baxırdım, hərdən 
araqdan da gillədirdim, qəribədir ki, piyan olmurdum.  
 
Bir qədər aralıda bir qrup çinli oturmuşdu, aralarında xırda, çalsaqqal qoca da vardı.  
 
Qızlar tez-tez onun başına fırlanırdılar və ənam alırdılar. Düzü, qısqanırdım, adını yalnız bu gün 
eşitdiyim, şəklini curnallarda gördüyüm bir qızdan ötrü az qala dəli-divanəydim.  
 
Qısqanclıq kişini ələ verən ən pis hissdir, cəsus, xəfiyyə kimi bir şeydir. 
 
Birdən hardansa yaşlı bir qadın böyrümdə peyda oldu. 
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
135 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
- Xoşuna gəlir, qərib oğlan?-deyə qadın bic-bic soruşdu. Üzünün makiyacı həddindən artıq idi. O 
saat başa düşdüm ki, bu mama-rozadır.  
 
- Gözəldir,-dedim.  
 
O: 
 
- Hə, gözəldir, canıyanmış çox gözəldir,-dedi. 
 
Mən söhbətin bu yerində köhnə tanışımdan: 
 
- «Canıyanmış» sözü rus dilində necə səslənir?-deyə soruşdum. Onu sınamaq üçün yox, maraq 
xatirinə. 
 
O: 
 
- Nədi, mənə inanmırsan?-inciyən kimi oldu. 
- İnanıram, elə-belə soruşdum. 
- Söz yadımda qalmayıb, mənası yadımdadır. 
 
- Davam elə - dedim. 
 
- Mən dedim gözəldir, o da dedi ki, istəsə onu bir gecəliyə mənə arendaya verə bilər və elə bir 
qiymət dedi ki, onu dilimə gətirmək istəmirəm.  
 
Desəm də inanmazsan, ona görə də qoy bu sirr qalsın.  
 
Gecə saat 1-də restoran bağlandı.  
 
Qadın pulun əlli faizini məndən alandan sonra qızı gətirməyə getdi. Yuliya nazik gödəkcədə və 
qısa yubkadaydı, fiqurasına söz ola bilməzdi, sanki paltarı onun əyninə yox yox, bədənini 
paltarın içinə geyindirmişdəlir.  
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
136 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Mama-roza dedi ki, yatacaq problemi onların boynunadır və taksi bizi lazım olan ünvana 
aparacaq, işimizi sabah saat onbirə kimi görüb qurtarmalıyıq.  
 
Elə belə də dedi: «Vsyo doljno zakançivatsya do odinatsti utra».  
 
Mən arzuma çatmışdım.  
 
Gecə lampasının işıqlandırdığı geniş yataq otağında çoxdannan arzuladığım xanımla bir 
çarpayıdaydım.  
 
Amma bir şey mənə qəribə gəlirdi. Qızda sanki nəsə çatışmırdı. O, manekenlərə oxşayırdı. 
Şəkildə gördüyüm ehtiras yoxa çıxmışdı.  
 
O, quru kötük idi. Bədəni o qədər soyuq idi ki, sanki məni hiss eləmirdi, amma xətrimə 
dəyməmək üçün hərdən məni öpüb sığallayırdı.  
 
Mən ona vurulmağım barədə bir xeyli danışdım, haradan olduğumu dedim. O güldü.  
 
Gülüşündə də qəribə, sirli nəsə vardı, elə bil, onun yerinə başqası gülürdü. Ehtirassız, hissiz. 
 
Mən səhərə kimi yatmadım, onun isə dünya vecinə deyildi, körpə uşaqlar kimi mışıldayırdı.  
 
Səhər açılanda ona dedim ki, Bakıya dönmək istəyirəm. Amma məni bir şey maraqlandırır. O, 
sözümü ağzımda qoydu: 
 
- Ya tebya razoçorovala, da? -deyə soruşdu. 
 
- Ne to slova ,-dedim. 
O bir qədər mənə baxdı, dikəldi, dolabın üstündən bir siqaret götürüb yandırdı, tüstüsünü çölə 
üfürəndən sonra: 
 
- Çox şeyi bilmək insan orqanizminə zərərlidir,-deyə zarafata saldı və güldü. 
 
- Mən səni tanımadım,-dedim, -qəribəsi də budur. 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
137 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
 
- Tanıya da bilməzsən,-o yenə zarafata saldı və gülməkdə davam elədi. 
 
- Hər halda, bilmək maraqlı olardı. 
 
- Sən buna əminsən?-deyə o yenidən soruşdu. 
 
Başımla təsdiqlədim. O bir müddət dinmədi, gözlərini harasa zilləyib durdu, sonra diqqətlə 
üzümə baxıb: 
 
- Bilirəm ki, inanmayacaqsan, amma deyəcəm, çünki əvvəlcə heç kim mənə inanmır.  
 
İnanmırsa, deməli, sevmir. Sevmək inanmaq deməkdir. Bəlkə buna ehtiyac da yoxdu. Bir o 
qədər yolu…demək istəyirəm ki, bir o qədər yolu gəlmiş adama demək olar, yəqin. 
 
İndi o, hər nə desəydi, inanmağa hazır idim. Hətta kərtənkələ balası olduğunu desə də.  
 
Deyəsən, ürəyimdən keçənləri duydu və çox kədərli, məsum səslə: 
 
- Mən ruham,- dedi. -Həm varam, həm də yox. 
 
O, indi şəkildəkinə oxşayırdı. 
 
- Necə yəni yoxsan?! Əlimi vururam, bu - sənsən. 
 
- Bacım beş yaşında öləndə atamla anam yalnız onun barəsində düşünüblər, hətta yataqda da. 
Ona görə də bacımın ruhu mənə keçib. Mənə elə gəlir. Bir müddət bu barədə düşünmüşəm, 
parapsixologiya ilə maraqlanmışam.  
 
Uşaqlıqda elə yuxular görürdüm ki, anama danışanda «Bacının ruhu sənə keçib, çünki bu hadisə 
həqiqətən də olub» deyirdi.  
 
Məsələn bacımın ağ pişiyi olub, pişiyin ayağı qapının arasında qalıb, qırılıb. Mən həmin yuxunu 
indi də görürəm. Hadisə var, amma hiss yoxdur.  


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə