ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   51   52   53   54   55   56   57   58   59

-Çarpayıda yatmaqla və yemək yeyərkən çəngəl bıçaq işlətməklə, yenə  də müsəlman olaraq qalmaq 
olarmı? 
Seyid nəvazişlə güldü: 
-Sən həmişə yaxşı bir müsəlman olaraq qalacaqsan. Mən səni Tehranda Məhərrəm günündə 
görmüşəm. 
Mən cavab vermədim. İlyas bəy hərbi papağını düzəltdi: 
-Sən evini müasir mebellərlə  və açıq rəngli divar kağızları ilə  bəzəyib Avropasayağı şəklə salmaq 
istəyirsən, doğrudurmu? 
-Bəli, İlyas bəy, doğrudur. 
O, qətiyyətlə dedi: 
-Bu çox gözəl qərardır. Bakı artıq ölkəmizin paytaxtıdır. Ölkəmizə  əcnəbi səfirlər gələcək. Onları 
qəbul etmək üçün evlərə və diplomatların xanımları ilə söhbət edə bilən xanımlara ehtiyacımız vardır. 
Əli xan,sənin arzuladığımız formada belə bir arvadın var və tezliklə  sənə münasib evin də hazır 
olacaqdır. Sən xarici işlər nazirliyində işləməlisən. 
Mən güldüm. 
-İlyas bəy, sən mənim arvadım və özümlə elə danışırsan ki, elə bil biz beynəlxalq anlaşma meydanında 
yarışa hazırlanmış atlarıq. Yoxsa, elə fikirləşirsən ki, mən öz evimi bizim beynəlxalq mənafelərimiz 
naminə yenidən düzəltdirmişəm? 
-Əslində belə olmalıdır – deyə İlyas bəy fikrini qəti şəkildə ifadə etdi. Onun həqiqətən yerdən göyə 
qədər haqlı olduğunu hiss etdim. Həqiqətən hər kəs Azərbaycanın yoxsul və qızmar günəşdən yanmış 
torpaqlarında qurmaq istədiyimiz bu yeni dövlətə xidmət etməlidir. 
Mən evə getdim. Nino yerə parket döşənməsinə, divarlara yağlı boya çəkilməsinə və rəsm tablolarının 
divardan asılmasına heç bir etiraz etmədiyimi görüb ürəkdən güldü və onun gözləri bir vaxt İsa 
bulağındakı meşə zolağında keçirdiyimiz gecə olduğu kimi parıldadı. 
 
* * * 
 
Bu vaxtlar mən atla çölə tez-tez gedirdim. Orada yumşaq qumun üzərinə uzanıb saatlarla günəşin 
qərbdə batmasını izləyirdim. Türk qoşunları yanımdan keçib gedirdilər. Türk zabitlərinin sifətini qəm 
və həyəcan bürümüşdü. Yeni dövlətimizin səs-küyü dünya müharibəsinin uzaqlarda atılan top səslərini 
batırmışdı. Lakin çox-çox uzaqlarda türklərlə müttəfiq olan bolqarların qoşunları düşmənin hücumları 
qarşısında geri çəkilməyə başlamışdılar. 
Türklər: “Cəbhə yarılmışdır” deyirdilər. Onu yenidən bərpa etmək qeyri-mümkündür. Onlar artıq 
şampan şərabı içmirdilər. 
Cəbhədən hərdən bir xəbər gəlirdi. Xəbər gələndə  də ildırım kimi təsir göstərirdi. Çox uzaqlarda 
Mondros adlanan bir limanda beli bükülmüş bir adam İngiltərənin “Aqamemnon” adlı hərbi gəmisinə 
çıxmışdı. Bu beli bükülmüş adam Osmanlı imperatorluğunun donanma naziri olan Hüseyn Raufbəy 
idi. O, atəşin dayandırılmasına dair müqavilə bağlamaq barədə  xəlifədən vəkalət almışdı. Rauf bəy 
masanın üzərinə  əyildi və bir kağız parçasına imzasını qoydu. Bu an şəhərimizin hakimi olan Ənvər 
paşanın gözləri yaşla doldu. 
Turan imperiyasının marşı bir daha Bakının küçələrində eşidildi. Amma bu dəfə bu marş elə bil 
matəm marşı kimi səslənirdi. 
Ənvər paşa ən şahanə uniformalarını və ağ əlcəklərini geyib atının yəhərində dik oturaraq, hərbi 
hissələrin qabağından keçirdi. Türk zabit və  əsgərlərinin sifətlərində heç bir ifadə yox idi. Osmanlı 
bayrağı büküldü, təbillər vuruldu və Ənvər paşa ağ əlcəkli əlini qaldıraraqəsgərlərini salamladı. Hərbi 
hissələr şəhərdən çıxırdılar və onlar İstanbul məscidlərinin, Bosfor boğazındakı gözəl sarayların, xəlifə 


olan arıq kişinin və onun əynindəki Peyğəmbər cübbəsinin xəyali mənzərəsini yaddaşımızda qoyub 
gedirdilər. 
Bir neçə gün sonra sahildə dayanmışdım. Bu anda Nargin adasının arxasından ingilis işğal qoşunlarını 
gətirən ilk gəmilər görünməyə başladı. İngilis qoşunlarının komandanı olan generalın mavi 
gözləri,nazik bığları, enli və güclü əlləri var idi. Yeni Zelandiyalılar, kanadalılar və Avstriyalılar 
şəhərimizə axışırdılar. İndi şəhərimizin hər yerində bizim ölkəmizin bayraqları yanında ingilis 
bayraqları da dalğalanırdı. 
Bir gün baş nazir Fətəli xan Xoyski telefon edib, xahiş etdi ki, onun nazirliyinə gəlim. Ertəsi gün onun 
yanına getdim. Otağına girdiyim zaman o, odlu baxışlarını mənə zillədi: 
-Əli xan, nə üçün siz indiyə qədər dövlət vəzifəsində deyilsiniz? 
-Mən özüm də bunu bilmirəm. 
Onun masasının üstündəki xəritəyə baxıb, vicdan əzabı çəkə-çəkə dedim. 
-Fətəli xan, mən bütün varlığımla vətənimə bağlıyam. 
Əmrinizə hazıram. 
-Eşitmişəm ki, sizdə xarici dilləri öyrənmək istedadı vardır. İngilis dilini neçə vaxta öyrənə bilərsiniz? 
Mən bir az çaşqınlıqla güldüm. 
-Fətəli xan, mənim ingilis dilini öyrənməmə lüzum yoxdur, çünki ingilis dilini bilirəm. 
Fətəli xan iri başını kreslonun arxasına söykəyib heç bir şey demədi. Sonra birdən soruşdu: 
-Nino necədir? 
Baş nazirin mənim arvadımın necə olmasını soruşması məni təəccübləndirdi. 
-Çox sağ olun, əlahəzrət, arvadım yaxşıdır. 
-O da ingilis dilini bilirmi? 
-Bəli, bilir. 
O, enli bığlarını tumarlayaraq yenə də susdu. 
Mən sakit tərzdə dedim: 
-Fətəli xan, nə istədiyinizi bilirəm. Mənim evim bir-iki həftəyə hazır olacaq. Ninonun şifonerində 
çoxlu axşam geyimləri vardır. İkimiz də ingiliscə bilirik və  nəhayət evimizdə içiləcək şampan 
şərablarının pulunu da özüm ödəyərəm. 
Baş nazir bığlarının altından gülümsədi və onun gözləri yaşardı:  
-Bağışlayın məni,  Əli xan. Mən sizi təhqir etmək istəmirdim. Bizim sizin kimi adamlara böyük 
ehtiyacımız var. Xanımı avropalı olan, soylu bir ailədən çıxan, ingilicə bilən və evi də ziyafətlərə uyğun 
ola biləcək adamlar ölkəmizdə çox deyil. Məsələn mənim ingilis dilini öyrənməyə heç vaxt pulum və 
vaxtım olmayıb, hələ qala ki, evim, yaxud avropalı bir arvadım olsun. 
O, yorğun görünürdü. Qələmi götürüb dedi: 
-Bu gündən etibarən siz, Xarici İşlər Nazirliyində Qərbi Avropa şöbəsinin attaşesi təyin olunursunuz. 
Xarici İşlər naziri Əsədullanın yanına gedin. O, sizə  vəzifəniz haqqında izahat verəcək. Və... xahiş 
edirəm inciməyin... eviniz beş günə hazır olacaqmı? Bu sualla sizə müraciət etdiyim üçün həqiqətən 
utanıram. 
-Oldu,  əlahəzrət! - deyə  mən qəti cavab verdim. Mənə elə  gəldi ki,köhnə, güvəndiyim bir dostuma 
xəyanət edərək, onu tərk edirəm. 
Oradan çıxandan sonra evə getdim. Ninonun əlləri boya içindəydi. O, yağlı boyalı bir tablonu 
divardan asmaq üçün nərdivana çıxıb divara mıx vururdu. Əgər Ninoya desəydim ki, bu mıxı vurmaqla 
vətənə xidmət edirsən, o, şübhəsiz ki, çox təəccüblənərdi. Ona görə də bunu ona demədim. Sadəcə 
onun çirkli barmaqlarını öpdüm və xarici şərabları soyutmaq üçün bir soyuducu alınmasına izin 
verdim. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə