Axşam saat səkkizdə mən, salonun enli mərmər pilləkənlərilə yuxarı qalxdım. Yuxarıda
İlyas bəy pilləkənin başında dayanıb qonaqları qarşılayırdı. O da mənim kimi belindəki
kəmərindən zərif xəncər sallanan yaraşıqlı çərkəz libasını geyinmişdi.
Quzu dərisindən olan papağını isə çıxartmamışdır. Çünki bu gündən etibarən hamımız
belə geyinmək imtiyazına sahib idik. Sağ əlimi, papağıma vurub: “Salamün əleykim, İlyas
bəy” deyərək, köhnə milli adətlə əllərimizi bir-birimizə uzatdıq: mənim sağ əlim onun sağ
əlini sıxdı.
“Bu gecə cüzamxana bağlanacaq” - deyə İlyas bəy pıçıldadı. Mən razı halda başımı
yırğaladım.
Cüzamxana, bizim sinfin ixtirası və sirri idi. Hətta illərlə şəhərimizdə yaşayan rus
müəllimlərinin ölkəmizdən bir tikə belə xəbərləri yox idi. Ona görə də biz onları aldadıb
Bakının yaxınlığında bir cüzamxana olduğunu söyləmişdik. İçimizdən bir dərsdən
yayınmaq istəyirdisə,
o saat o, sinif nümayəndəsinə deyirdi. O, da sinif müəllimimizin
yanına gedər və dişlərini qıcırda-qıcırda xəbər verirdi ki, cüzamxanadan bir xəstə şəhərə
qaçıb. Polis onu axtarır. Sonra polisin cüzamxananı aramağa çıxmış olduğunu da əlavə
edərdi. Şübhə var ki, xəstə həmin o tələbənin yaşadığı məhəllədə gizlənir. Sinif
müəllimimiz bu xəbəri eşidən kimi rəngi qaçırdı və qaçan xəstənin tutulub təkrar
cüzamxanaya salınana qədər həmin tələbənin dərsdən buraxılmasına icazə verirdi.
Bu cür əlavə tətil bir həftə, bəzən də daha çox davam edərdi. Amma heç bir müəllimin
ağlına belə gəlmirdi ki, sanitariya idarəsinə gedib şəhərin yaxınlığında doğrudan da bir
cüzamxana olub-olmadığını soruşsun.
Mən ağzına kimi adamlarla dolu ziyafət salonuna girdim. Sifətində xüsusi bir təntənə və
bayram ifadəsi olan gimnaziya müdirimiz Vasiliy Qriqoryeviç Xrapko,
böyük bir əda ilə
salonun küncündə oturmuşdu. Müəllimlər onu əhatəyə almışdılar. Ona yaxınlaşdım və
dərin bir ehtiramla ona baş əydim. Müdirlə bağlı bir danışıq olduğu zaman müsəlman
tələbələrinin tərcüməçiliyini mən edərdim. Çünki xarici dilləri və ləhcələri son dərəcə cəld
qavraya bilirdim. Müsəlman tələblərinin çoxu rusca danışarkən elə ilk cümlələrində rus
əsilli olmadıqlarını aşkar etdiyi halda, mən hələ üstəlik bir çox rus ləhcələrinin də
bilirdim.
Müdirimiz Peterburqdan idi. Ona görə də onunla Peterburq ləhcəsində danışmaq lazım
idi. Yəni samitləri pıçıltı ilə deyib, saitləri udmaq lazım idi. Səssiz danışmaq gözəl
səslənmirdi, amma son dərəcə nəcib bir hərəkət sayılırdı. Müdirimiz
ölkənin uzaq sərhəd
boylarınadək inkişaf eləyən ruslaşdırma siyasətinin yayılmış olmasından sevinirdi.
- Axşamınız xeyir olsun, cənab müdir – deyə utancaq şəkildə ona müraciət etdim.
- Axşamınız xeyir, Şirvanşir. İmtahan qorxusundan özünüzə gələ bilmisinizmi?
- Bəli, cənab müdir. Lakin o qorxu keçdikdən sonra dəhşətli bir əhvalatın şahidi oldum.
- Nə olub ki?
- O cüzəmxana məsələsini deyirəm.
- Cüzəmxanaya nə olub axı?
- Xəbəriniz yoxdurmu, cənab müdir! Dünən bütün xəstələr xəstəxanada qaçıb şəhərə
doğru yürüşə keçmişlər. Onlara qarşı Salyan kazarmasından iki hərbi hissə göndərmək
lazım gəlmişdi. Xəstələr iki kəndi tamam işğal etmişlər. Əsgərlər də o kəndləri
mühasirəyə almış, xəstələri güllələmiş və evlərə od vurub yandırmışdılar. Bu dəhşətli bir
əhvalat deyilmi, cənab müdir? Cüzamxana deyilən bir yer artıq yoxdur.
Çürümüş ətləri
17
bədənlərindən tökülən qırtlaqlarında ət parçaları xırıltı ilə sallanan iylənmiş xəstələr şəhər
darvazasının qapıları arxasında səriliblər. Onların üstünə yavaş-yavaş neft tökərək
yandırırdılar.
Müdirin gözləri kəlləsinə çıxdı. Onun alnında muncuq kimi tər damlaları görünməyə
başladı. Bəlkə də ürəyində fikirləşirdi ki, hələ nə qədər, gec deyil, gedib nazirə desin, onu
başqa bir yerə keçirtsinlər.
O, boğunuq bir səslə:
- ”Bura dəhşətli bir məmləkətdir!” - dedi: Amma, balalarım,
məhz burada insanlar
yüksək dərəcədə intizamın və hakimiyyət orqanlarının cəld hərəkət etməsinin nə qədər
vacib olduğunu başa düşürlər.
Sinfimizin uşaqları müdirin ətrafına toplaşıb onun qayda-qanununun faydalı olması
barədə nitqini dinlədilər. Cüzamxananın işi bitmişdi. Arxamızdan gələn son sinif
tələbələri indi gərək özləri yeni bir nömrə uyduraydılar. Birdən mən soruşdum:
Cənab müdir, xəbəriniz varmı ki, Məmməd Heydərin oğlu məktəbimizin ikinci sinfində
oxuyur.
Nə-əə!
Müdirimizin gözləri az qala təpəsinə çıxdı. Məmməd Heydər hər sinifdə ən azı üç il
qalmışdı. O, on altı yaşında evlənmişdi, lakin buna baxmayaraq yenə məktəbə gəlirdi.
Məmməd Heydərin oğlunun doqquz yaşı tamam
olan kimi, o da eyni gimnaziyaya daxil
olmuşdu. Xoşbəxt ata, bu həqiqəti hər şeydən əvvəl sirr kimi saxlamağa çalışmışdı.
Lakin bir gün böyük tənəffüsdə dolu yanaqlı bir oğlan qaçaraq Məmməd Heydərə
yaxınlaşdı və günahsız gözlərilə ona baxaraq dedi: “Ata mənə beş qəpik ver, şokolad alım.
Verməsən riyaziyyat misallarını başqasının dəftərindən köçürtdüyünü anama
deyəcəyəm”.
Məmməd Heydər xəcalətindən qıpqırmızı olmuşdu. O, oğlunun başını yumruqlamış,
sonra ata olduğunu və oğlunun da eyni məktəbdə oxuduğunu
uyğun bir anda müdirə
söyləməmizi bizdən xahiş etmişdi.
Müdirimiz yenə soruşdu:
- Yəni, altıncı sinif şagirdi Məmməd Heydərin ikinci sinifdə oxuyan bir oğlu var?
Bəli elədir. O sizdən çox üzr istəyir. Məmməd Heydər oğlunun da özü kimi bir elm
adamı olmasını arzulayır. Qərb biliyinə yiyələnmək həvəsi onda getdikcə daha geniş
vüsət alır.
Müdirimiz qıpqırmızı oldu. O, dinməz-söyləməz dayanıb, ata ilə oğlunun eyni zamanda,
eyni məktəbdə oxuduqlarının, məktəb qaydalarına zidd olub-olmadığı barədə düşündü.
Lakin heç bir qərara gələ bilmədi.
Zalın yanından balaca bir qapı açıldı. On yaşlarında bir oğlan uşağı qalın pərdələri yan
tərəfə çəkdi, sonra İrandan gəlmiş qara bədənli dörd kor musiqiçilərin əlindən tutub
onları salona gətirdi. Kor musiqiçilər əl-ələ tutub salonun bir küncündəki xalının
üstündə
oturdular. Əllərindəki nadir musiqi alətləri İranda yüz il bundan əvvəl düzəldilmişdi.
Fəryad edən bir musiqi dilə gəldi. Musiqiçilərdən biri salam verən kimi qəzəlxan pozası
ilə əlini qulağına qoydu. Bu, şərq müğənnilərinin klassik hərəkəti idi. Salona bir səssizlik
çökdü. Bu dəfə korlardan biri həyəcanla dolub daşaraq ud çalmağa başladı. Sonra da
qəzəlxan sakit bir səslə, oxumağa başladı:
“Bir İran xəncəri kimisən,
18