Əlisalam Bağırov Əsil insan olmaq



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə10/27
tarix14.01.2018
ölçüsü2,48 Kb.
#20813
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

39
meydana gəlməsinə səbəb olan amillər, bəzən ətraf mühitin 
təsiri ilə də əlaqələndirilir. Aşağıdakı təmsildə olduğu kimi. 
Qapıya oğru gəldi, qımıldanmadı köpək
Dedilər: – Gözün görmür. Söylədi: – Yox, görürəm. 
Arxalı oğrulardan aldığım üçün kötək, 
Odur ki, hürəndə də ehtiyatla hürürəm. 
Lakin əsil insan ətrafında baş verən hadisələrə göz yum­
mamalı,  mübariz  və  mətin  olmalıdır.  Dövlətə  və  insan 
cəmiyyətinə  ziyan  vuranlara  qarşı  laqeydlik  göstərmək 
sənin də cəmiyyətimiz üçün faydasız olduğuna bir işarədir. 
Bu isə əsil insanlıq adına ləkədir və sənin prinsipialsızlı­
ğını nümayiş etdirir. İnsan görəcəyi işin xeyirxahlığına və 
düzgünlüyünə  inanmalıdır  ki,  prinsipial  olsun.  Prinsipial­
lıq məqsəd saflığı, məqsəd birliyi deməkdir. Doğurdan da, 
əgər sənin uğrunda mübarizə apardığın iş faydalıdırsa, sən 
çəkinmədən hamının qarşısında yeri gələrsə, öz məqsədini 
müdafiə edərsən. Haqq işin tərəfdarlarına kömək edən çox 
olar.  Lakin  şəxsi  mənafeyə  uyub  yersiz  prinsipiallıq  gös­
tərmək olmaz. Yersiz prinsipiallıq sənin adına ləkə gətirər. 
İnsan cəmiyyətinin inkişafı ilə əlaqədar olaraq tədricən 
təbii seçmə aradan qaldırılır. İnsanlar öz hiss və etirafları­
nın inkişafında da bu cür irəliləyişə səbəb olmalıdırlar. Ey 
insan,  yeri  gələndə  öz  hiss  və  ehtiraslarını  boğmasan,  bu 
sənin cahilliyinə istinad edər. Hər bir insan daimi öz müsbət 
hisslərinin  inkişafı  qayğısına  qalmalıdır.  İnsan  cəmiyyət 
içərisində qiymətli bir şəxsiyyət kimi yalnız öz hiss və eh­
tiraslarını düzgün istiqamətdə tərbiyə etməsi nəticəsində ta­
nına bilər. O öz qiymətini və insanlıq səviyyəsini başqa heç 
cür dəyişdirib qaldıra bilməz. Aşağıdakı bir təmsilə nəzər 
salaq. 


40
Noxtaya yanaşıb söylədi palan: 
– Məni atı üçün alırmış alan. 
Daha ulaq deyil, ata palanam, 
Gərək keyf içində gəzəm, dolanam. 
Noxta dedi: – Qoyulsan da dəvəyə, 
Palanlığı dəyişməyir səviyyə. 
Doğurdan da belədir, insan cəmiyyəti yalnız öz əməlinə 
görə daha yararlı olanı yüksək qiymətləndirir. İnsan insana 
yeri gələndə qayğı göstərməyi də bacarmalıdır. Qayğı ha­
mıya lazımdır. 
Zövqüncə olmayan işdən uzaq qaç
Elə hünər göstər, nur tək işıq saç. 
Səninlə tikəsin yarı bölənə, 
Sığınmaq istəsə öz qoynunu aç. 
   
***
Bağışla işindən utanan kəsi
Murdardır yalançı şəxsin nəfəsi. 
Bacarsan kömək et, qoyma yüksələ
Ərşə naəlac bir haqqın naləsi. 
Qədim  bir  ərəb  misalı  var.  Hörmət  et,  minnət  qoyma. 
Qayğını  da  bu  cür  göstərmək  lazımdır.  Qayğı  göstər,  la­
kin minnətsiz. Uşağa da, gəncə, qocaya da qayğı lazımdır. 
Qayğı uşağa onun düzgün tərbiyəsi üçün, gəncə öz saf arzu 
və məqsədlərinə çatmaq üçün, qocaya müdrik bir ağsaqqa­
la ehtiram üçün lazımdır. Ləyaqəti, mənliyi və şəxsiyyəti 
olan kəs ona göstərilən qayğı və ehtiramı heç vaxt unutmaz. 
Heç vaxt unutmamalısan ki, kimsələrə qarşı etdiyin hörmət 
və ehtiram heç vaxt itməz. Bir zaman yeri gələr o hörmət 
və  ehtiramın  şirin  bəhrəsi  ilə  sən  də  qidalanarsan.  İnsan 


41
cəmiyyətinin ümumi biliyi bəşəriyyətin ən böyük kitabxa­
nasıdır. Bu biliklər toplusundan düzgün və səmərəli istifadə 
etmək lazımdır. Artıq insan cəmiyyəti uzun illərin təkamül 
prosesindən  sonra  öz  körpəlik  illərini  arxada  qoymuş  və 
daha irəliyə doğru inkişaf etmişdir. Bu insanların bilik və 
vərdişlərinin daha da təkmilləşməsinə və artmasına səbəb 
olmuşdur. İnsanların bilik və vərdişlərinin artması isə on­
ların təbiət üzərində hökmranlıqlarının daha da güclənməsi 
deməkdir.  Bu  isə  öz  növbəsində,  maddi  və  mənəvi  rifah 
halının  yaxşılaşmasına  səbəbdir.  Bəşəriyyətin  ümumi  bi­
liyi çox geniş və hərtərəflidir. Bu biliklər toplusunu qoru­
yub saxlamaq və onu bütün insanların malı etmək lazım­
dır. Bu həm də bizim gələcək nəsillərə ən böyük töhfəmiz 
olar. Həm də bu biliklərdən elə istifadə etmək lazımdır ki, 
bəşəriyyət üçün onun heç bir ziyanı olmasın, yalnız quru­
culuq  və  dinc  məqsədlər  üçün  istifadə  edilsin.  Bütün  bu 
biliklər  toplusundan  səmərəli  istifadə  edilərsə,  bəşəriyyət 
elm və texnika sahəsində çox böyük nailiyyətlər əldə etmiş 
olar və cəmiyyətimizin irəliyə doğru inkişafına kömək edər. 
İnkişaf yolunda əngəl olma gəl, 
Xalqına bəhrənlə göylərə yüksəl. 
Bu yolda hər zaman sənin əlində
Elmidir ən odlu, işıqlı məşəl. 
İnsan  biliyinin  ilkin  mərhələsi  var,  lakin  son  hüdudu 
yoxdur. İnsan həyatda nə qədər öyrənmək istəsə, o qədər 
də öyrənə bilər. 
Yuxulu gözlərlə baxma cahana, 
Sən qiymət verməzsən hər keçən ana. 


42
Öyrən, bu dünyada ən qiymətli yol
Düzgün düşüncədir ancaq insana. 
   
***
Olsa da nə qədər qismətin acı, 
Öyrən, heç bir kəsin olma möhtacı. 
Düşün bu dünyada Süleyman özü, 
Taleyin nəqşilə almamış tacı. 
Elm öyrənmək, biliklərə sahib olmaq heç vaxt gec de­
yildir. Özü də öyrənmək sənin cəmiyyət içərisində tutdu­
ğun mövqe və vəzifədən asılı olmamalıdır. Böyük rus carı 
Pyotr barmağında həmişə bir üzük gəzdirirmiş. O üzüyün 
üstündə bu sözlər yazılıbmış: «Mən şagirdəm, özümə hər 
vaxt müəllim axtarıram. Belə böyük bir şəxsiyyətin tutduğu 
mövqedən  qürrələnməməsi  və  həmişə  öyrənmək  istəməsi 
təqdirəlayiqdir. Bu iş çoxlarına örnək olmalıdır. Qoy elmə, 
biliyə maraq göstərən hər bir kəs hiss etsin ki, elm öyrənmək 
tutduğu  vəzifədən,  yaşdan  asılı  olmayaraq,  heç  vaxt  gec 
deyil və insanın iradəsindən və mətanətindən asılıdır. Atıl­
mamış addımın qorxusu yoxdur, atacağın addımı yüz ölçüb 
bir biçməlisən. Elə etməlisən ki, atdığın addımın, gördüyün 
işin bir faydası olsun. Aşağıdakı bir təmsilə nəzər salaq. 
Yığışdılar bir yerə bir gün uzunqulaqlar
Söylədilər adımız bizi eyləyibdir xar.
Gəlin bir tədbir tökək dəyişdirək bu adı, 
Sevindirək dostları, xəcil eyləyək yadı. 
Fikrə razı oldular, iclas xeyli uzandı, 
Axır tədbir tapıldı, müzakirə dayandı. 
Bir-bir uzunqulaqlar kəsdirdi qulaqların. 
Bundan artıq olmaz ki, tədbiri ulaqların. 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə