Əlisalam Bağırov Əsil insan olmaq



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə16/27
tarix14.01.2018
ölçüsü2,48 Kb.
#20813
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

63
başa düşüb bir də təkrarlamamaq zərərin yarısından qayıtmaq 
deməkdir. Eyni səhvin ikinci dəfə təkrarlanmağı isə həmin 
şəxsin axmaqlığına dəlalət edir. İnsan nə qədər ki, həyatda 
yaşayır, onun səhv edəcəyi ehtimalı da gözlənilir. Lakin əsil 
insanlıq siması o vaxt özünü göstərir ki, səhv edən kəs öz 
səhvlərini  başa  düşsün,  o  səhvləri  bir  də  təkrarlamamağa 
çalışsın. Əsil insan başqalarının səhvindən özü üçün nəticə 
çıxarmalıdır.  Belə  bir  atalar  misalı  var:  “Ağıllıdan  soruş­
dular  ağılı  kimdən  öyrəndin,  dedi  dəlidən”.  Çünki  ağıllı 
adam  başqalarının  etdiyi  səhvi  öz  həyatında  təkrarlamır. 
Do ğur dan  da  belədir,  keçmişdə  buraxılmış  səhvlər  bir 
daha yenidən təkrarlanmasa, cəmiyyət xeyli fəlakətlərdən 
qurtarmış  olar.  Unutmaq  olmaz  ki,  bö yük  səhvlərin  gü­
nahı bağışlanılmaz. Səhvin kiçiyi insanı hörmətdən salar, 
böyüyü həyatın əlindən alar. Yeri gələndə kiçik səhvlərin 
fəlakətli gələcəyinin qarşısını ilkin mərhələdən almaq olur. 
Səhv  sahiblərini  isə  müxtəlif  üsullarla  cəzalandırıb  töh­
mətləndirməklə gələcəkdə belə işlərdən yayındırıb uzaqlaş­
dırmaq olar. Böyük səhvlər isə daha çox fəlakətli olduqla­
rı  üçün  səhv  sahiblərinin  də  cəzası  böyük  olur.  Kimsələr 
tərəfindən edilən hər kiçik səhvin qarşısı ilkin mərhələdən 
alınsa gələcəkdə daha böyük fəlakətli səhvlərlə qarşılaşmaq 
ehtimalı da azalar. 
Üzüyə qiymət ver qaşına baxıb, 
Palıda arxalan yaşına baxıb. 
Doğrunu yalanı yoxlasan əgər
Qiymət ver ilk təməl daşına baxıb. 
Doğurdan da belədir, hər böyük fəlakətin bünövrəsi ki­
çik səhvlərdən başlayır. 


64
Hər kiçik səhvinə irad tut insan, 
Hər səhv bir fəlakət köküdür inan. 
Etdiyin səhvlərə göz yumsan əgər
Başında fəlakət gözlə hər zaman. 
Addımbaşı  səhvə  yol  vermək  ağılsız  adamların  işidir. 
Çünki  həyat  insanın  heç  bir  səhvini  bağışlamır.  Cəzadan 
nəticə  çıxarmamaq  isə  ən  azı  gönü  qalınlıq  deməkdir. 
Dalbadal  səhvə  yol  verənlərin  aqibəti  həmişə  acınacaq­
lı olmuşdur. Öz səhvini bilib nəticə çıxarmamaq isə sənin 
iradəsizliyin, acizliyin deməkdir. 
Aciz olma ömrün xəzana dönər, 
Acizin qəlbinin odu tez sönər. 
Həyat yollarında mübariz olmaq
Ey insan, sayılır cəsarət, hünər. 
   
***
Hikmətli sözləri aqillər arar, 
Bacaran torpaqdan yaqut çıxarar, 
Tutduğu əmələ, işinə görə
Hər kəsin həyatda öz mövqeyi var. 
Hər hansı bir hərəkətinin nəticəsi sənin həyatında müəy­
yən  dəyişikliyə  səbəb  olur.  Bəllidir  ki,  səhv  hərəkətinin 
nəticəsi həyatında acınacaqlı halların baş verməsinə səbəb­
dir. Onda səhvlərdən nəticə çıxar, yanlışlıqlara yol vermə. 
Bilə­bilə səhv işlətmək kimsələrə qarşı xəyanətdir, nadan­
lıqdır. Həmin səhvi işlədən bəd əməl sahibi isə cahil adam­
dır. Öz xalqına, vətəninə, bəşəriyyətə ziyan vurmaq istəyən 
kəsdən  nə  gözləmək  olar.  Bilməməzlikdən  işlənən  səhv 
sahibləri ilə bilərəkdən işlənən səhv sahibləri arasında çox 
böyük  fərq  var.  Birincilər  məsuliyyətsiz,  ikincilər  isə  na­


65
dan adamlardır. Bilə­bilə səhvə yol verən hər halda buna 
müəyyən qədər vaxt və əmək sərf edir. Belə kəslərə demək 
lazımdır ay alçaq şəxs nadanlıq etməkdənsə, öz fəaliyyətini 
düzgün əməyə istiqamətləndir ki, cəmiyyət içərisində hör­
mətin  olsun.  Unutmaq  olmaz  ki,  cəmiyyətə  ziyan  vurub 
ayrı­ayrı adamların hörmətini qazanmağa səy etmək qey­
rətsizlik, alçaqlıq, yaltaqlıq deməkdir. 
Səbəbsiz bir qanun həqiqət olmaz, 
Sülhsüz yer üzündə səadət olmaz. 
O kəsin ürəyi şərlə doludur
Onda insanlara sədaqət olmaz. 
   
***
İnsanı insana bağlayar ülfət, 
Çalış qazanasan həyatda hörmət. 
Ən alçaq şəxsiyyət sayılır məncə, 
O kəs ki, özünə qoymayır qiymət. 
Bilə­bilə  səhvə  yol  verənlərin  səhvini  heç  vaxt  bağış­
lamaq  olmaz.  Xüsusilə  insan  tərbiyəsində  buraxılan  səhv 
bağışlanılmazdır. Çünki insan tərbiyəsində buraxılan səhv 
cəmiyyətə  ziyan  verir.  Gərginliyin  artdığı,  insan  psixolo­
giyasına təsir edən qüvvələrin çoxaldığı müasir dövrdə isə 
buna xüsusiylə fikir vermək lazımdır. 
Qəlbə od düşərmi ürək yanmasa
İnsan insanmıdır duyub anmasa. 
Həyat çeşməsinə xor baxılarmı, 
Düşünən beyinlər dumanlanmasa. 
Əzəldən  düzgün  tərbiyə  görmüş  şəxs  ömrünün  sonu­
na qədər pak və saf məqsədlər uğrunda çalışar, öz faydalı 


66
əməyiylə cəmiyyətə hər vaxt xeyir verər. Əks təqdirdə, düz­
gün tərbiyə olunmamış kəsdən namərdlikdən, nadanlıqdan, 
qeyrətsizlikdən başqa bir şey gözləmək olmaz. Aşağıdakı 
bir təmsilə nəzər salaq. 
Dolayı qohum oldu şir ilə tülkü lələ, 
Tülkünün xoş günləri başladı bundan belə. 
Canavara üç qoyun sifariş etdi keçdi
Çaqqalın gətirdiyi gülab suyundan içdi. 
Ayını kahadan qovub söylədi dincəlirəm, 
Danıb tülkü mənşəyin dedi: – Mən də bir şirəm.
 
Etdiyin səhv üçün üzr istəməklə kifayətlənmə, səhvini 
düzəltmək üçün hər hansı bir əməli fəaliyyət göstər ki, vic­
danın da təmiz olsun. 
Həqiqət olsa da nə qədər acı, 
Şirin vədələrin olma möhtacı. 
Bir zaman keçmişin araşdırılsa, 
Bil ki, düzlüyündür başının tacı. 
Səhv edib üzr istəməyi hamı bacarar, səhvi düzəltmək 
üçün əməli fəaliyyət göstərmək isə mübariz şəxslərin işi­
dir və insanın müsbət keyfiyyətlərindən biridir. Hər kəsin 
güzgüsü  öz  vicdanıdır.  Əgər  öz  vicdanında  öz  əməlinin 
nəticəsini düzgün görməyi bacarırsansa, bəd əməllərindən 
daşın. Çünki başqaları da səni kənardan bu cür görə bilər. 
Ürək mənbəyidir bütün sirlərin
Ürək yuvasıdır xeyirlə şərin. 
Ürəyin hökmüylə elə işlər tut, 
Sevimlisi ol sən bütün bəşərin. 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə