Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə65/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   61   62   63   64   65   66   67   68   ...   92

Elm haqqında elm   
 
- 217 - 
kimi  də  yadında  saxlayır  və  ona  görə  də,  xatirə  həyatın 
ikinci  –  mənəvi  mövcudluğudur,  həm  də  maddi  həyatdan 
fərqli olaraq zamanın dönməzliyi qanununa tabe olmayan 
və istənilən vaxt bərpa oluna bilən, yenidən baş verən bir 
mövcudluğudur. Xatirə “acı” və ya “şirin”, “solğun” və ya 
“al-əlvan” ola bilər, insanın vaxtilə keçirdiyi hissləri yeni-
dən təkrar etdirə bilər. Bilik isə cansız və neytraldır, insa-
nın duyğuları ilə bilavasitə bağlı deyil və məhz bu mənada 
insana yaddır. 
Bəs insanın öz həyatı ilə bağlı hadisələr fikirdə ümu-
miləşdirilmirmi?  Təsəvvürlər,  hissi  obrazlar  müvafiq  an-
layışlarla birləşmirmi və bundan müvafiq biliklər hasil ol-
murmu? Real mənəvi həyatda nə hissi obrazlar anlayışlar-
dan,  nə  də  anlayışlar  hissi  obrazlardan  tam  təcrid  olunur. 
Necə  deyərlər,  hissi  və  rasional  həmişə  vəhdətdə  olur  və 
bir-birini tamamlayır. Lakin istər duyğu və təsəvvürlər, is-
tərsə də anlayış və mühakimələr müəyyən nisbi müstəqilli-
yə  malikdir  və  məhz  bu  müstəqillik  sayəsində  biz  onları 
fərqləndirir,  idrakın  müxtəlif  pillələri  kimi  qiymətləndiri-
rik.  İnsanın  şəxsi  həyatını  təşkil  edən  hadisələr  iki  qrupa 
ayrıla bilər: birincisi, yalnız bir dəfə və ya çox nadir hal-
larda baş verən – unikal hadisələr, ikincisi, müntəzəm su-
rətdə  və  şəraitdən  asılı  olaraq  tez-tez  baş  verən,  təkrar-
lanan hadisələr.  İkincilərə habelə zahirən müxtəlif görün-
məyinə baxmayaraq, bir sıra əsas əlamətlərinə görə üst-üs-
tə düşən hadisələr də daxildir. 
Əlbəttə,  heç  bir  əlamətinə  görə  heç  vaxt  təkrarlan-
mayan,  tamamilə  bənzərsiz  hadisələr  olmur.  Lakin  insan 
öz həyatında təkrarlanmayan, əsasən bənzərsiz olan unikal 
hadisələri  ikinci  dərəcəli  əlamətlərinə  görə  başqa  hadisə-
lərlə müqayisə etməyə ehtiyac duymur. Ona görə bu hadi-
sələrin hissi obrazları – xatirələr hansı isə əlamətlərin atıl-


Elm adamları elm haqqında 
 
- 218 - 
ması,  başqalarının  isə  ümumiləşdirilməsindən  ibarət  olan 
idraki  əməliyyata  məruz  qalmır,  öz  hissi  bütövlüyünü, 
konkretliyini saxlamış olur.  
Təkrarlanan hadisələrin isə hər birini bütün konkret-
liyi  və  təfərrüatı  ilə  yadda  saxlamağa  ehtiyac  yoxdur  və 
bu,  mümkün  də  deyil.  Çünki  insan  həyatının  çox  böyük 
qismi  məhz  təkrarlanan  hadisələrdən  təşkil  olunur.  Ona 
görə  də,  təfərrüat  atılır,  hissi  obraz  diqqətəlayiq  olmayan 
əlamətlərdən  azad  olunur,  təkrarlanan  əsas  əlamətlər  isə 
ümumiləşdirilir – anlayışlar əmələ gəlir və hadisə anlayış-
lar sistemi ilə şərh olunur. Deməli, gündəlik həyatın zəruri 
tərkib hissəsi olan təkrarlanan hadisələr bütöv hissi obraz-
lar şəklində yadda saxlanılmır – xatirəyə çevrilmir. Ümu-
miləşmiş  şəkildə,  anlayışlar  vasitəsilə  hafizədə  saxlanmış 
hadisələr,  daha  doğrusu,  müəyyən  qrup  hadisələrin  “can-
sızlaşmış” sxemi, insanın hissi halına təsir etmir. 
Anlayışlarla  yalnız  düşünmək  olar,  onlardan  təsir-
lənmək mümkün deyil. 
İnsanın ixtisası, peşəkar fəaliyyəti ilə bağlı olmayan, 
gündəlik  zəruri  ehtiyacdan  irəli  gələn  və  bütün  adamlar 
üçün  harada  isə  ümumi  olan  adi  həyat  hadisələrinin  mə-
nimsənilməsi  “adi  şüur”  deyilən  idrak  formasına  uyğun-
dur.  Elmi  idrak,  bədii  idrak  və  fəlsəfi  təfəkkür  kimi  pro-
fessional  idrak formaları ilə  yanaşı  adi  şüur da gerçəkliyi 
dərk etməyin mühüm üsullarından biridir. Lakin  onun bir 
mühüm keyfiyyət fərqi vardır. Adi şüur professional idrak 
sahəsi olmayıb bütün adamların idraki fəaliyyətinin əsasını 
təşkil  edir.  Hər  bir  adamın  nəinki  fərdi  həyatı  və  məişət 
fəaliyyəti, habelə istənilən sahədəki ixtisas fəaliyyəti istər-
istəməz ilk növbədə adi şüura istinad edir. 
Adi şüurun məhsulu olan biliklər çox vaxt adi bilik-
lər  adlandırılır.  Bu  biliklər  insanların  gündəlik  praktik 


Elm haqqında elm   
 
- 219 - 
fəaliyyətinin ümumiləşmiş inikası kimi  yaranır və tarixən 
insanlarda ümumiləşdirmə qabiliyyətinin formalaşması sa-
yəsində  meydana  çıxan  ilk  bilik  növüdür.  Yuxarıda  qeyd 
etdiyimiz kimi, hissi obrazlarla düşünməkdən (məntiqəqə-
dərki təfəkkür), şüurun  xatirə və hissi  təxəyyül  formasın-
dan anlayışlarla düşünməyə, şüurun bilik formasına keçil-
məsi  ilk  növbədə  insanların  gündəlik  zəruri  həyat  fəaliy-
yətini  (əmək bölgüsünə məruz qalmayan fəaliyyəti) əhatə 
edir.  İlk  anlayışlar  hadisə  və  şeylərin  məhz  bu  zəruri 
fəaliyyət  zamanı  ortaya  çıxan  əlamətlərinin  ümumiləşmiş 
fikri  inikaslarından  ibarət  olur.  Şeylər  arasındakı  əlaqələr 
anlayışlar arasındakı  əlaqə kimi  inikas edir və ilk biliklər 
yaranır.  Hamı  üçün  ümumi  olan  zəruri  həyat  fəaliyyətini 
əks  etdirdiyinə  görə,  “adi  həyatın”  inikası  olduğuna  görə 
bu  biliklər  də  adi  biliklər  hesab  edilir.  Lakin  insanların 
fəaliyyət dairəsi genişləndikcə bu biliklər “adi bilik“ dairə-
sindən  kənara  çıxır.  İnsan-Təbiət  münasibətlərinin  ağırlıq 
mərkəzi  getdikcə  daha  çox  dərəcədə  təbiət  tərəfə  meyl 
edir. Bu qarşılıqlı təsir nəticəsində insan müntəzəm impuls 
alır və onun fəaliyyəti adi fərdi həyatın zəruri ehtiyacların-
dan  kənara  çıxır.  “Adi  bilik“  getdikcə  daha  çox  dərəcədə 
adiliyini  itirir.  Daha  doğrusu,  insan  fəaliyyətinin  bir  növ 
özəyini  təşkil  edən  adi  biliklərlə  yanaşı  onun  daha  geniş 
miqyasda  fəaliyyətini  təmin  edən,  nisbətən  başqa  xarak-
terli biliklər yaranır. Bu biliklər insanın fərdi həyatı üçün 
bilavasitə  lazım  olmayıb  cəmiyyətə  xidmət  edir.  Həmin 
adamın özünə də artıq bilavasitə deyil, cəmiyyət vasitəsilə, 
cəmiyyətin bir üzvü kimi xidmət edir. 
İnsan  ilkin  formalaşma  dövründə  əsasən  özü  üçün 
yaşamaqdan  uzaqlaşaraq  getdikcə  daha  çox  dərəcədə  cə-
miyyətin bir üzvünə çevrilir, şəxsiyyət kimi formalaşır. Bu 
dəyişiklik  onun  maddi  fəaliyyətində  təzahür  etdiyi  kimi, 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə