Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə68/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   64   65   66   67   68   69   70   71   ...   92

Elm adamları elm haqqında 
 
- 226 - 
Qeyri-aşkar  şüurun  mühüm  formalarından  biri  olan 
qeyri-şüurilik  nəinki  praktik  fəaliyyətdə,  müasir  insanın 
mənəvi fəaliyyətində də təzahür edir. 
Şüur çox zəngin və çoxcəhətli olduğundan onun tari-
xi inkişaf yolunun bütöv mənzərəsini yaratmaq çox çətin-
dir. Bizi əsasən biliklərin genezisi maraqlandırır və şüurun 
yolunu  da  məhz  biliyin  məntiqi  və  tarixi  strukturunu  ay-
dınlaşdırmaq  məqsədilə  nəzərdən  keçiririk.  Həm  də  şüu-
run  bilavasitə  mövcudluğunu,  nisbi  müstəqilliyini,  bilik-
dən  kənarda  başa  düşmək  mümkün  deyil.  Burada  məhz 
dar mənada şüurun, fərdi praktikanın spesifikasından, sub-
yektin  xüsusiyyətlərindən  azad  olmuş,  məzmunca  obyek-
tivləşmiş və nisbi müstəqillik qazanmış şüurun mövcudlu-
ğundan  söhbət  gedir.  İnsanın  maddi  fəaliyyəti  ilə  bila-
vasitə bağlı olan, ondan ayrıla bilməyən şüur da bilik şək-
lində  mövcud  ola  bilməz.  İnsanın  şəxsi  həyatı  ilə,  emo-
sional-psixoloji  vəziyyəti  ilə  bilavasitə  bağlı  olan  şüur  da 
bilik şəklində mövcud ola bilməz. Yalnız “şəxssizləşmiş”, 
subyektiv amillərdən  azad olmuş və maddi fəaliyyətə nə-
zərən nisbi müstəqillik əldə etmiş şüur – həqiqətən biliklər 
şəklində  ifadə  olunur.  Bilik  xatirədən,  təəssüratdan,  hissi 
obrazdan,  qeyri-şüuri  şüur  aktlarından  və  s.  fərqli  olaraq 
məntiqi  təfəkkürün  nəticəsi  kimi  ortaya  çıxır  və  anla-
yışlarla,  terminlərlə  ifadə  olunur.  Söz,  dil  nisbi  müstəqil 
şüurun,  “xalis”  şüurun  –  biliyin  məddiləşərək  insandan, 
fərddən  kənara  çıxmasına,  başqaları  üçün  də  anlaşıqlı  ol-
masına,  cəmiyyətin  istifadəsinə  verilməsinə,  ictimai  məz-
mun kəsb etməsinə imkan verir. 
Beləliklə, biliklərin yaranması üçün şüur uzun sürən 
(milyon il tərtibində) inkişaf yolu keçmişdir. Biliyin tarixi 
hər cür şüur formasının deyil, məhz məntiqi təfəkkürün ta-
rixi ilə üst-üstə düşür. Bəs “həqiqi şüur”dan əvvəl, şüurun 


Elm haqqında elm   
 
- 227 - 
ilk primitiv formaları dövründə, “sürü şüuru” dövründə in-
sanların  (insanların  əcdadlarının)  praktik  fəaliyyəti  nə  ilə 
tənzim  olunurdu  və  insanlar  arasındakı  ünsiyyət  (diləqə-
dərki ünsiyyət) nəyin hesabına həyata keçirdi? 
Praktik  fəaliyyət  maddi  və  mənəvi  komponentlərə 
parçalanmadığı dövrdə insanlar arasındakı ünsiyyətdə təc-
rübənin  ötürülməsi,  praktik  fəaliyyətin  öz  bütövlüyündə 
“mənimsənilməsi”  əsas  rol  oynayır.  Bu  zaman  fəaliyyət 
haqqındakı bilik  fəaliyyətdən ayrılmadığından onu dil va-
sitəsilə başqasına təqdim etmək, təsvir etmək, öyrətmək də 
mümkün  deyil.  Başqası  həmin  fəaliyyəti,  hərəkəti  əsasən 
təqlid yolu ilə və şəxsi “sınaq-səhv” metodu əsasında mə-
nimsəyir. Təqlid yolu ilə başlanan ilkin hərəkətləri “yaxşı” 
nəticəyə  gətirdikdə  təkrar  olunur  və  əməli  vərdişlər  yara-
nır. 
Hələ beyin özünü aşkar şəkildə büruzə verməmiş əl 
fəaliyyətə  başlayır.  İnsanın  gerçəkliyə  şüurlu  münasibəti 
bilik  şəklinə  düşməzdən  və  dillə  ifadə  olunmazdan  əvvəl 
əllə  ifadə  olunur.  Əl  şüurluluğun  ilk  təzahür  vasitəsinə 
çevrilir. Nitqin formalaşması əlin formalaşmasından sonra 
baş verir və əslində ondan bir nəticə kimi hasil olur. 
Bu  dövrdə  əlin  xüsusilə  böyük  rol  oynaması,  müs-
təsna  əhəmiyyət  kəsb  etməsi  nə  ilə  əlaqədardır?  Doğru-
danmı təkamül nəticəsində əldə bu  qədər fiziki və bioloji 
dəyişikliklər  yaranmış,  əl  nə  isə  yeni  keyfiyyətli  bir  şeyə 
çevrilmişdi? Bu dövrdə – insanın şüurlu insana (homo sa-
piens)  çevrilməsi  prosesi  şəraitində  əlin  kəsb  etdiyi  yeni 
mahiyyət,  şübhəsiz  ki,  onun  məzmun  və  formasındakı 
müəyyən dəyişikliklər sayəsində mümkün olmuşdu. Lakin 
sağlam  düşüncənin  əksinə  olaraq,  heç  də  bu  dəyişikliklər 
yeni mahiyyəti deyil, yeni mahiyyət bu dəyişiklikləri şərt-
ləndirirdi.  Əlin  kəsb  etdiyi  yeni  funksiya  onun  təkmilləş-


Elm adamları elm haqqında 
 
- 228 - 
məsini tələb edirdi və eyni zamanda təkmilləşmə üçün şə-
rait  yaradırdı.  Yeni  mahiyyətli  əl  əməyin  məhsulu  idi. 
“Sağlam düşüncə”yə görə əmək özü əlin sayəsində müm-
kün olur. Bu, doğrudan da belədir. Lakin dialektik düşün-
cə əlin də məhz əmək sayəsində  yarandığını dərk etməyə 
imkan verir. 
Əl bioloji təkamülün sadəcə olaraq əlin özündəki tə-
zahürünün nəticəsi deyil. Əl bioloji təkamülün sosial amil-
lərlə  birləşməsindən  hasil  olur.  Yeni  mahiyyətli  əl,  əmək 
orqanı  olan  əl,  daha  sadəcə  olaraq  əl  deyil,  əl  ilə  beyinin 
vəhdətidir. 
Yuxarıda qeyd etdiyimiz kimi, şüur əmələ gəldiyi ilk 
dövrlərdə,  “sürü  şüurundan”  “xalis  şüura”  qədər  davam 
edən çox uzun müddət ərzində insanın maddi fəaliyyəti ilə 
vəhdətdə,  ondan  ayrılmaz  şəkildə  mövcud  olmuşdur.  Bu 
dövrdə  yüksək  təşəkküllü  materiyanın  yeni  keyfiyyəti 
müstəqil mövcud ola bilmədiyindən (bilik və dil hələ yox 
idi) əldə və əl vasitəsilə təzahür edirdi. Deməli, əlin kəsb 
etdiyi yeni mahiyyət onun beyinlə birləşməsindən irəli gə-
lirdi. Bu yeni mahiyyəti əlin öz məzmun və formasındakı, 
quruluşundakı  dəyişikliklərlə  izah  etməyin  birtərəfliliyi, 
çatışmazlığı da məhz bununla izah olunur. Əl müstəqil su-
rətdə deyil, son dərəcə mürəkkəb bir orqanizmin üzvlərin-
dən biri kimi yeni mahiyyət kəsb edir. İnsan orqanizminin 
yüksəldiyi  yeni  keyfiyyət  pilləsi,  beyinin  inkişafı,  şüurun 
maddi  fəaliyyətlə  sintez  halında  da  olsa  artıq  meydana 
gəlməsi – praktikanın yaranması və s. heç şübhəsiz, yalnız 
əlin yeni mahiyyət kəsb etməsi ilə məhdudlaşmır. Beyinlə 
kardinal  əlaqədə  olan  digər  orqanlar  da  dəyişir,  yeniləşir 
və  öz  yeni  funksiyaları  ilə  beyinin  daha  da  inkişaf  et-
məsinə təkan verir. Nitqin təkmilləşməsi eşitmə orqanının 
müvafiq  surətdə  daim  təkmilləşməsinə  təsir  etdiyi  kimi, 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə