Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə69/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   65   66   67   68   69   70   71   72   ...   92

Elm haqqında elm   
 
- 229 - 
beynin də inkişafı, birlikdə bütün hisslərin təkmilləşməsi-
nə səbəb olur.    
Əlin  özü  duyğulardan  birinin  (lamisə  -  toxunma)  
daşıyıcısı  olsa  da,  onun  başlıca  səciyyəsi  insanın  maddi 
fəaliyyətində  oynadığı  rolla  bağlıdır.  Hiss  orqanlarının  – 
duyğu  üzvlərinin  maddi  fəaliyyətdə  icraçılıq  funksiyası 
yoxdur. Onlar insanın gerçəkliyə fəal, dəyişdirici münasi-
bətində  bilavasitə  iştirak  etmir.  Duyğu  üzvləri  insandan 
gerçəkliyə doğru yox, gerçəklikdən insana doğru yönəlmiş 
bir prosesin icraçılarıdır. Bu proses insanın gerçəkliyi seyr 
etməsi prosesidir. İdrak məhz seyrlə başlanır.  
İdrak  seyrlə  başlanır,  lakin  seyrdən  yaranmır.  İdrak 
prosesinə gətirib çıxaran ilkin proses – praktikadır. Prakti-
kanın ən ibtidai forması, ilk pilləsi isə insanların bilavasitə 
öz  təbii  ehtiyaclarını  ödəməyə  yönəldilmiş  fəaliyyətidir. 
Bu pillədə maddi və mənəvi praktikanın strukturuna müs-
təqil məqamlar kimi daxil olmur; onlar hələ ayrılmayıblar. 
Bu dövrdə insanın harada isə instinktiv, harada isə məqsə-
dəuyğun maddi fəaliyyətini bilavasitə həyata keçirən yega-
nə  vasitə,  orqan  əldir.  Əl  bir  hiss  orqanı  kimi  formalaş-
mazdan  əvvəl  məhz  bir  fəaliyyət  orqanı  kimi  formalaş-
mışdır. Lakin praktika sayəsində, insanın instinktiv məqsə-
dəuyğun  əməli  fəaliyyəti  prosesində  bu  prosesi  mümkün 
edən beyin özü və onunla birlikdə duyğu üzvləri, hiss or-
qanları da inkişaf edir. Fəaliyyətlə yanaşı, ondan prinsipial 
surətdə fərqli olan yeni mahiyyətli hadisə – seyr başlanır. 
İdrak  iki  başlanğıcdan  qida  alır:  maddi  fəaliyyət  və 
seyr. Məhz bu iki başlanğıc idrakı bir tərəfdən praktikanın 
məhsulu kimi, digər tərəfdən, obyektiv gerçəkliyin inikası 
kimi başa düşməyə imkan verir. Praktika və inikas, fəaliy-
yət  və  seyr  dilemması  idrak  nəzəriyyəsinin  daimi  proble-
minə çevrilmişdir. Metafizik təfəkkür bu iki tərəfi vəhdət-


Elm adamları elm haqqında 
 
- 230 - 
də götürə bilmədiyinə görə, onları qarşılaşdırmış və onlar-
dan  yalnız  birinə  üstünlük  verməyə  çalışmışdır.  Əslində 
isə  fəaliyyət,  praktika  idrakın  əsasını,  mənbəyini  heç  də 
yalnız tarixən təşkil etmir, həm də bütün sonrakı dövrlərdə 
idrak prosesi ilə sıx surətdə bağlıdır. İdrakın sonrakı inki-
şaf  yolunda  onun  praktika  ilə  əlaqəsi  daha  mürəkkəb  və 
çoxcəhətli olur, bu əlaqənin yeni çalarları açılır. Lakin bizi 
hələlik  biliklərin  yalnız  genezisi  və  idrakın  tarixi  inkişaf 
yolunun ilk pillələri maraqlandırdığından burada fəaliyyəti 
məhz idrakın əsası kimi nəzərdən keçirəcək və onun seyr 
ilə  tarixən  nə  kimi  bir  nisbətdə  olduğunu  müəyyənləşdir-
məyə çalışacağıq. 
Əgər  vərdişlərə  əsaslanan  praktik  fəaliyyət,  əlin 
“şüurlu”,  instinktiv-məqsədəuyğun  hərəkətləri  bilavasitə 
insanın təbii ehtiyaclarını ödəməyə  yönəldilmişdirsə, seyr 
müəyyən  müstəqilliyə  malikdir  və  insanın  maddi  tələba-
tından  bilavasitə  asılı  olmadan  ümumiyyətlə  təbiətə,  ger-
çəkliyə reaksiya şəklində meydana çıxır. Bu cəhət sonralar 
əmək bölgüsü üçün, zehni əməklə fiziki əməyin ayrılması 
üçün  mühüm  şərt  kimi  çıxış  edir.  Əgər  bir  insan  miqya-
sında  bölgü  prinsipcə  mümkün  olmasa  idi,  fəaliyyət  və 
seyr iki nisbi müstəqil başlanğıc kimi formalaşmasa idi və 
bir-birindən getdikcə daha çox dərəcədə ayrılmasa idi, nə-
hayət,  hiss  orqanları  və  seyrin  inkişafı  sayəsində  yeni 
keyfiyyətli  fəaliyyət  ortaya  çıxmasa  idi,  cəmiyyət  miqya-
sında bölgü də prinsipcə mümkün olmazdı.  
Seyr özlüyündə heç də o saat biliklərin yaranmasını 
və  nitqin  əmələ  gəlməsini  tə’min  etmir.  Getdikcə  təkmil-
ləşməkdə  olan  hiss  orqanlarının  verdiyi  informasiya  hələ 
ümumiləşdirilə  bilmir  və  məntiqi  formalara  salınmır. 
Lakin hər bir hissi təsir müəyyən siqnal kimi qəbul olunur 
və  insan  həmin  siqnala  müvafiq  reaksiya  verir.  Birinci 


Elm haqqında elm   
 
- 231 - 
siqnal  sisteminin  yaranması  və  yüksək  dərəcədə  inkişaf 
etməsi  instinktiv-məqsədəuyğun  fəaliyyətin  də  müvafiq 
surətdə təkmilləşməsinə səbəb olur. 
Seyr  maddi  fəaliyyəti  təkmilləşdirdiyi  kimi,  fəaliy-
yət də seyrə konkret istiqamət verir, onu daha məqsədyön-
lü edir. Hiss orqanları insan fəaliyyəti ilə bağlı olan cəhət-
ləri  getdikcə  daha  mükəmməl  surətdə  inikas  etdirir.  Seyr 
ilə  fəaliyyət  arasındakı  qarşılıqlı  təsir,  əlaqə  onların  hər 
ikisinə  inkişaf  impulsu  verir.  Bununla  yanaşı,  seyrin 
hüdudları fəaliyyətə xidmət dairəsi ilə müəyyən olunmur. 
İnsan seyr prosesində heç bir xüsusi reaksiya yaratmayan, 
onun  mənafeyinə  bilavasitə  təsir  etməyən  və  bu  mənada 
neytral olan informasiya da alır ki, onun tədricən yığılması 
gələcəkdə  fəaliyyətlə  bilavasitə  bağlı  olmayan  biliklərin 
yaranması üçün mənbə rolunu oynayır. 
Şüurun  nisbi  müstəqillik  əldə  etməsində,  biliklərin 
və nitqin yaranmasında məhz neytral seyrin rolu olmuşdur. 
Seyr özünə maddi fəaliyyətdən fərqli olan ikinci çıxış yolu 
tapır. Bu yol məntiqi təfəkkürdən və onun nəticəsi olan bi-
liklərdən keçir və dil, nitq vasitəsilə maddi dünyaya gətirib 
çıxarır. Biliklər sözlə ifadə olunduqdan sonra yalnız ayrıca 
bir fərdə mənsub olaraq qalmır – ictimailəşir. Bu mərhələ-
də biliklərin ictimai sintezi və tətbiqi yeni səviyyəli və ye-
ni mahiyyətli praktika doğurur. Mənəvi və maddini özün-
də üzvi  surətdə birləşdirən və bir fərd miqyasında həyata 
keçən  praktika  indi  getdikcə  daha  böyük  ictimai  miqyas 
alan mürəkkəb proseslə – praktikadan başlanan və çoxpil-
ləli idrak yolunu keçərək yenə də praktika ilə tamamlanan 
halqayla və daha doğrusu, spiralvari hərəkətlə əvəz olunur. 
İdrak mərhələsindən yeni keyfiyyətli praktika mərhələsinə 
keçid  prosesi  isə  müasir  dövrdə  elmi-texniki  tərəqqi  ilə 
bağlıdır. 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə