Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə71/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   67   68   69   70   71   72   73   74   ...   92

Elm adamları elm haqqında 
 
- 236 - 
ranlığına  verdi.  Uzaqgörən  adamlar  bu  ziddiyyətdə  Avro-
panın süqutunun başlanğıcını gördülər. Rasional  düşüncə-
yə,  elmi-praktik  fəaliyyətə  və  onun  gətirdiyi  yeniliklərə 
düşmən  münasibətdən  irəli  gələn  Don  Kixot  faciəsi  mə-
nəvi saflığa, insanın hisslərə etinasızlıqdan irəli gələn bur-
jua faciəsi ilə əvəz olundu. Əlbəttə, burada  yenə də bədii 
obraza müraciət etmək yerinə düşərdi. Lakin Don Kixotun 
faciəsi təbii  real  olsa da, kapitalizm  cəmiyyətinin  və bur-
jua təfəkkür tərzinin ziddiyyətləri bir burjua fərdiyyətinin 
faciəsində tam mənasilə ifadə oluna bilmir. Təkcə ona gö-
rə  yox  ki,  böyük  faciələr  yalnız  zəngin  mənəviyyatlara 
sığışa bilər, həm də ona görə də ki, burjuaziyanın utilitar-
praktik  təfəkkür  tərzi  əslində  onun  bütün  nailiyyətlərinin 
başlıca  hərəkətverici  qüvvəsidir.  Nəyi  isə  qurban  vermə-
dən nəyə isə nail olmaq mümkün deyil. Burjua cəmiyyəti-
nin sənaye sahəsindəki sürətli yürüşü də orta əsrlərin mə-
nəvi-əxlaqi  normalarını  tapdayıb  keçmək  hesabına  müm-
kün olmuşdu. 
Kapitalizm cəmiyyətinin müəyyən mənada mütərəq-
qi  xarakter  daşıdığı  ilk  əsrlərdə  onun  məhsuldar  qüvvələ-
rin  inkişafı  üçün  açdığı  geniş  imkanlar  və  bu  imkanları 
şərtləndirən yeni təfəkkür tərzi, təbii ki, həmin dövrün fəl-
səfi fikrində də öz əksini tapmışdı. Bununla yanaşı, bilik-
lərin  utilitar-praktik  istifadəsinə  üstünlük  verən  bu  yeni 
təfəkkür intibah dövrünün düşüncə tərzi simasında həm də 
mənəvi  sələfə  malik  idi.  İntibah  dövrünün  mənəviyyatı 
feodal cəmiyyətinin təfəkkür tərzindən köklü surətdə fərq-
lənməklə  bərabər,  antik  dövrün  mənəviyyatını  da  sadəcə 
təkrar etməyərək, praktik fəaliyyətə münasibət məsələsin-
də ona nisbətən xeyli qabağa getmişdi.  
Məhz intibah dövründə elm ilə praktikanın qarşılıqlı 
əlaqəsinə olan zərurət tam mənası ilə dərk edilmiş, onların 


Elm haqqında elm   
 
- 237 - 
bir-birini  tamamlanmasına  dair  dahiyanə  fikirlər  söylən-
mişdi. Özünün çoxsahəli şəxsi fəaliyyəti ilə fəlsəfə və in-
cəsənətin,  elm  və  praktikanın  vəhdətinə  parlaq  nümunə 
olan Leonardo da Vinçi təcrübəni dəqiq biliyin atası hesab 
edir, praktikadan doğmayan elmləri əsassız və qüsurlu sa-
yırdı. Böyük mütəfəkkir, eyni zamanda elmin də praktika 
üçün mühüm şərt olduğunu nəzərə alaraq yazırdı: “Elmsiz 
praktikaya aludə olan adam gəmini sükansız və kompassız 
idarə etmək istəyən kapitana bənzər; o hara üzdüyünü özü 
də bilməz”.
1
      
Yeni dövr fəlsəfəsində elminmi praktika üçün, prak-
tikanınmı  elm  üçün  həlledici  olmasına  dair  sual  intibah 
dövründə  qərarlaşmış  olan  vahid  mövqeyi  haçalanmasına 
gətirib çıxardı. Daha doğrusu, elmin praktika üçün rolunun 
qiymətləndirilməsində  yekdillik  əldə  olunsa  da,  praktika-
nın, təcrübənin elmin inkişafında rolu iki müxtəlif mövqe-
dən şərh edilməyə başlandı. 
F. Bekon tərəfindən əsası qoyulan birinci istiqamət-
empirizm fəlsəfəsinə görə, hər cür elmi bilik yalnız təcrü-
bə  yolu  ilə, praktikadan  əldə edilə bilər. Antik  dövrdə  və 
Orta  əsrlərdə  təcrübəyə  olan  böyük  etinasızlıqdan  sonra 
ona  belə  xüsusi  diqqət  verilməsi  əlbəttə,  təqdirəlayiq  ha-
disə idi. Lakin F. Bekon və onun davamçıları şüurun fəal 
xarakterini  nəzərə  almır, intuisiyanın  idrakda  rolunu araş-
dırmırdılar. Daha dəqiq məlumat əldə etmək üçün təcrübə-
ni təkmilləşdirmək tələbi irəli sürüldüyü halda, bu təcrübə-
nin nəticələrini zəka işığında nəzərdən keçirmək tələbi qo-
yulmurdu  və  əksinə,  zəkaya  həqiqi  bilik  əldə  edilməsi 
üçün  maneə  kimi  baxılırdı.  F.  Bekon  yazırdı:  “...  Zəkaya 
qanad  yox,  qurğuşun  bağlamaq  lazımdır  ki,  onun  sıçrayış 
                                                 
1
  Леонардо  да  Винчи.  Избранные  произведения.  Т.1.  М.-Л., 
1935, с.53. 


Elm adamları elm haqqında 
 
- 238 - 
və  uçuşunun  qarşısını  almaq  mümkün  olsun”.
1
  Zəkanın 
özü  insanın  bütün  əvvəlki  təcrübələrinin  yekunu  kimi, 
onun  mənəvi  və  maddi  həyatının  vəhdətindən  hasil  olan 
nəticə kimi qəbul edilmirdi. 
R. Dekart və onun davamçıları olan rasionalist filo-
sofların  mövqeyinə  görə  isə,  ayrı-ayrı  təcrübi  faktlardan 
çıxış  edərək  qəti  və  ümumi  hökmlər  vermək  məntiqi  ba-
xımdan qüsurludur. Bir hadisənin yüz və ya min dəfə eyni 
cür təkrar olunması bizə belə düşünməyə tam əsas vermir 
ki,  yüz  birinci  və  ya  min  birinci  dəfə  də  bu  hadisə  məhz 
həmin cür təkrar olunacaq. Bu hökmü yalnız müəyyən eh-
timalla vermək olar. Tam yəqinlik məziyyətinə malik olan 
qəti elmi biliklər isə ancaq zəkanın məhsulu tərəfindən iş-
lənib  hazırlanmış  və  induktiv  metodu  rəhbər  tutan  empi-
rizmi müsbət cəhətləri ilə birlikdə inkar edirdi.  
Bu  iki  fəlsəfi  təlim  arasındakı  bütün  ciddi  fərqlərə 
baxmayaraq,  onlar  hər  ikisi  yeni  dövrün-yaranmaqdan 
olan  kapitalizm  cəmiyyətinin  hakim  təfəkkür  tərzinə  uy-
ğun  olaraq  elmin  praktik  rolunu  əsas  tutur,  məhz  pozitiv 
elmi  bilikləri,  utilitar-praktik  məqsədlərə  xidmət  edən  tə-
limləri  inkişaf  etdirməyi  lazım  bilirdilər.  Elmi  biliklərin 
mənbəyi  məsələsində  empirizmə  qarşı  çıxan  R.Dekart 
onun istifadəsi məsələsində praktik tələbləri rəhbər tutaraq 
yazırdı:”  Mücərrəd  fəlsəfə  əvəzinə  praktik  fəlsəfə  yarat-
maq olar və onun köməyi ilə odun, suyun, havanın, ulduz-
ların,  göylərin  və  bizi  əhatə  edən  bütün  digər  cinslərin 
qüvvə və təsirlərini aydın  surətdə, ustaların öz sənətlərini 
bildiyi kimi öyrənmək olar. Bu zaman biz bu qüvvələrdən 
onların tətbiq oluna bildiyi bütün sahələrdə istifadə edər və 
beləliklə,  təbiətin  əsl  sahibkarı  və  hakimi  ola  bilərdik”.
2
 
                                                 
1
 Бекон Ф. Сочинение: в двух томах, т.2, М., 1972, с.76. 
2
 Декарт Р. Рассуждение о методе. Л., 1953, с.54. 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə