Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə79/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   75   76   77   78   79   80   81   82   ...   92

Elm haqqında elm   
 
- 261 - 
də elm və elmi inkişaf hadisəsi üçün səciyyəvi olan xassə-
lərin  əksəriyyəti elmin  daxili  tamlıq və qloballıq kəsb et-
məsi sayəsində əmələ gəlmişdir. 
Elm bir sosial sistem kimi yalnız XVI əsrdən, vahid 
qnoseoloji  sistem  kimi  isə  yalnız  XVIII  əsrdən  formalaş-
mış olsa da, o hələ lap başlanğıcdan ictimai münasibətlər 
sferası ilə qırılmaz surətdə bağlı olmuş və qnoseoloji funk-
siya daşımışdır. Belə ki, hər hansı  elmi  fəaliyyətin  müm-
künlüyü  əvvəlcə elmi  işçinin maddi cəhətdən təmin olun-
masını tələb edirdi ki, bu da həmin dövrdə elmi yaradıcılı-
ğın  mövcud  iqtisadi  münasibətlərdən  asılı  olduğunu  gös-
tərir.  Məsələn,  məlum  olduğu  kimi  yalnız  köləlik  əkinçi-
liklə  sənaye  arasında  böyük  miqyasda  əmək  bölgüsünü 
mümkün etdi, beləliklə də qədim dünya mədəniyyətinin – 
yunan mədəniyyətinin tərəqqisi üçün şərait yaratdı. 
Elmin  bütün  cəmiyyət  miqyasında  vahid  qnoseoloji 
sistem  kimi  formalaşması  da,  onun  texnikaya  tətbiqinin 
müntəzəm  xarakter  alması  da  məhz  elmin  sosial  sistem 
statusu kəsb etməsi sayəsində mümkün olmuşdur. 
 
 
Elm və onun inkiĢaf yolu 
 
Nəyə görə insan bütün böyük ümidlərini elmlə bağ-
layır,  qarşısına  çıxan  çətinliklərdən,  təhlükələrdən  xilas 
yolunu  elmdə  axtarır?  Məgər  bu  gün  bəşəriyyət  üçün  ən 
böyük  təhlükə  olan  nüvə  silahını  da,  ekoloji  böhranı  da 
elm  yaratmamışdırmı?  Nəyə  görə  bu  aydın  həqiqətləri 
görə-görə  insan  yenə  də  bu  təhlükələrin  «səbəbkarına» 
pənah aparır, onun ətəyinə sığınır? Doğrudanmı hər bir çə-
tinlikdən  çıxış  yolunu,  V.Hüqonun  dediyi  kimi,  bu  çətin-
liyi doğuran səbəbin özündə axtarmaq lazımdır? 


Elm adamları elm haqqında 
 
- 262 - 
Hər  halda  bir  şey  aydındır  ki,  insan  yaradıcılığının 
ən ecazkar məhsulu olan elm getdikcə insandan uzaqlaşır 
və  öz  yaradıcılığından  asılı  olmayan  müstəqil  qüvvəyə 
çevrilir.  İndi  elmin  kimin  əlində  olmasından  çox  şey 
asılıdır. Böyük Füzuli elə bil bu gün üçün demişdi: «Elm 
pis adamların əlində hiyləgərlik alətidir. Amandır, hiyləgər 
şəxslərə  bilik  öyrətmə.  Fəsad  əhlinə  elm  öyrətmək  xalqı 
qırmaq  üçün  cəlladın  əlinə  iti  qılınc  vermək  deməkdir». 
Lakin,  təəssüf  ki,  tarix  bu  hikmətə  əməl  etməmiş,  «fəsad 
əhli»  elmə  daha  tez  yiyələnmişdir.  Tarixin  təkərini  geri 
döndərmək, elmi «fəsad əhlinin» əlindən geri almaq müm-
kün deyil. Ona görə də qarşıda duran böyük vəzifə heç ol-
mazsa bu gün kamal əhlinin elmə daha böyük sürətlə yiyə-
lənməsi və inkişaf səviyyəsinə görə «fəsad əhlini» qabaq-
lamasıdır. Elm  yalnız o zaman bəşəriyyəti həqiqətən xoş-
bəxtliyə aparar ki, onun ön cəbhəsi etibarlı əllərdə olsun. 
Elmin  ön  xəttinə  çıxmaq  üçün  isə  ilk  növbədə  onu 
mənimsəmək tələb olunur. Həm də təkcə konseptual məz-
mun baxımından deyil, sosial və təşkilatı struktur baxımın-
dan.  Müasir  dövrdə  elmi  adi  şüur  səviyyəsində  idarə  et-
mək  mümkün  deyil.  Onu  elmi  surətdə  idarə  edə  bilmək 
üçün  isə  elmin  rüşeym  halından  bu  günə  qədər  keçdiyi 
tarixi yolu izləmək, inkişaf meyllərini aşkara çıxarmaq və 
məqsədəuyğun istiqamətə yönəltmək tələb olunur. 
Elm nə vaxtdan başlanır? 
«Elm»  anlayışının  başa  düşülməsindən  asılı  olaraq 
bu suala üç cür cavab vermək olar. 
1.  Elm  (elmi  bilik)  insanların  ilk  dəfə  «nəyə  görə», 
«hansı səbəbdən» sualını qoyduğu vaxtdan başlanır. İnsan-
ların  dünya  hadisələrini  izah  etmək  cəhdləri,  artıq  yalnız 
«nə etmək», «necə etmək» sualını deyil, həm də «nəyə gö-
rə  belədir»  sualını  qoyması  biliklərin  bölgüsünə  gətirir; 


Elm haqqında elm   
 
- 263 - 
əməli  biliklərlə  yanaşı  ilk  elmi  biliklər  yaranır  ki,  bu  ha-
disə  müəyyən  mənada  elmin  başlanğıcı  kimi  qəbul  oluna 
bilər. 
Adi  şüur  adət  olunmuş,  standart  vəziyyətlərdə  necə 
hərəkət  etmək lazım olduğunu  göstərirsə də, bu vəziyyəti 
şərtləndirən səbəbləri aşkar etmək üçün kifayət deyil. Bu-
nun  üçün  adi  şüur  hüdudundan  kənara  çıxmaq  tələb  olu-
nur. 
Belə nəql edirlər ki, guya bir dəfə İ.Nyutonun başına 
alma düşür. Alim bu hadisədən heyrətlənir və ümumdünya 
cazibə  qanunu  ideyasına  gəlib  çıxır.  Bəlkə  də  bu,  həqi-
qətən belə olmuşdur. Mətləb bunda deyil. Mətləb hekayə-
tin bir şərhi ilə əlaqədar adi şüurla elmi şüurla fərqləndir-
məkdədir. 
1972-ci ildə respublikamızda «Gənc fiziklər» məktə-
binin açılış mərasimindəki çıxışında Xudu Məmmədov bu 
hekayətə müraciət edərək dedi ki, əgər ümumdünya cazibə 
qanunu  almanın  düşməsinə  görə  kəşf  olunsa  idi,  ən  çox 
ehtimala görə Qubada kəşf olunardı… Ancaq əsas məsələ 
almanın  düşməsində  deyil,  kimin  başına  düşməsindədir. 
Əsas  məsələ  bundadır  ki,  alma  düşəndə  adam  sadəcə  ba-
şını yanamı çəkir, yoxsa düşünürmü ki, axı, alma niyə, nə 
səbəbdən  düşür?  Bu  sual  ilk  baxışdan  nə  qədər  sadə  gö-
rünsə  də,  onun  qoyulması  adi  şüur  hüdudundan  kənara 
çıxmağı  tələb  edir.  Bu  sualın  qoyulması  məsələyə  elmi 
münasibətin başlanğıcıdır. 
2.  Elm  elmi  biliklərin  bir  sistem  kimi  formalaşdığı 
vaxtdan  başlanır.  Yəni  elə  bir  vaxtdan  ki,  birincisi,  bu 
vaxta qədər toplanmış biliklər yeni əldə olunan bilik üçün 
meyara  çevrilir;  Artıq  qərarlaşmış  olan  biliklərə  uyğun 
gəlmək, onları tamamlamaq elmiliyin şərti kimi çıxış edir. 
Yaxud, ikincisi, mövcud biliklər zəminində daha obyektiv  


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə