Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə77/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   73   74   75   76   77   78   79   80   ...   92

Elm haqqında elm   
 
- 255 - 
Digər  tərəfdən  də,  bu  biliklərin  inkişaf  yolu  insan-
təbiət  münasibətlərinin  inkişaf  yolu  ilə  üst-üstə  düşür. 
Maddi fəaliyyətin, insanın təbiətlə münasibətinin xarakteri 
dəyişdikcə, onun şüur tərzi və malik olduğu biliklərin xa-
rakteri  də  dəyişmiş  olur.  C.  Bernal  ovçuluqdan  əkinçiliyə 
keçidi  bu  baxımdan  təhlil  edərək  belə  qənaətə  gəlir  ki, 
əmək məhz əkinçiliyə keçid sayəsində mümkün olur. Do-
ğurdan da, ovçuluq  mərhələsində məqsədlə  fəaliyyət  hələ 
vəhdət  halında  idi,  onlar  hələ  ayrılmamışdı.  Məqsəd, 
fəaliyyət  və  onun  nəticəsi  arasında  vasitələndirici  mərhə-
lələr,  xüsusi  keçid  prosesi  hələ  yox  idi.  Lakin  burada  C. 
Bernal  belə  bir  cəhəti  qeyd  etməyi  unudur  ki,  ovçuluğun 
əkinçiliyə nəzərən belə spesifik cəhəti, struktur fərqi ovçu-
luğun  yalnız  ilk  mərhələlərinə  aiddir.  İnsanın  sonrakı  in-
kişafı  sayəsində  ov  məqsədilə  qabaqcadan  xüsusi  alətlər 
hazırlanır  ki,  bu  da  məqsəd,  fəaliyyət  və  nəticənin  artıq 
bir-birindən  ayrıldığını,  məqsədlə  əməli  nəticənin  vasitə-
ləndiyini  göstərir  və  bu  şüurlu,  məqsədəuyğun  fəaliyyət 
mənasında əmək ovçuluq sahəsinə də aiddir. Əsas məsələ 
“mədəniyyətin  yaratdığı  istehsal  alətlərinə”  əsaslanan 
əkinçiliyə  keçidin  bir  keyfiyyət  sıçrayışı  kimi  qiymət-
ləndirilməsidir.  Bu  iki  mərhələ  arasındakı  fərq  yalnız 
əmək sahələrinin fərqləndirilməsindən ibarət olmayıb daha 
prinsipial  xarakter  daşıyır  və  fiziki  və  zehni  əmək  bölgü-
sünün əsasında dayanır. Lakin əkinçilik gözlənilən məhsu-
lun alınması üçün bir sıra aralıq fəaliyyət formalarının ic-
rasını tələb edirdi. Bu baxımdan, ovçuluğun əkinçiliklə de-
yil,  maldarlıqla  müqayisəsi  daha  əyanidir.  Heyvanı  hazır 
şəkildə ovlayıb yemək (xüsusən bişirmədən yemək; çünki 
oddan  istifadə  aralıq  mərhələlər  zəncirində  daha  bir  hal-
qadır və vasitələndirici  fəaliyyətə aiddir) üçün onu bəslə-
yib-yetişdirmək  və  bu  məqsədlə  onun  həyatını  öyrənmək, 


Elm adamları elm haqqında 
 
- 256 - 
bilmək  vacib  deyil.  Lakin  əgər  insanlar  sonradan  gərək 
olacaqları  üçün  heyvanları  əhliləşdirir  və  bəsləyib  böyü-
dürlərsə, bu artıq vasitələndirici prosesdir və ilkin koqnitiv 
və əməli biliklərə əsaslanmadan, kortəbii olaraq həyata ke-
çirilə bilməz. Bu çoxpilləli fəaliyyətin müvəffəqiyyətlə ic-
ra edilməsi üçün maddi fəaliyyətdən ayrılmamış əməli bi-
liklərlə yanaşı, məqsədəuyğun surətdə idarə edilməli olan 
hadisələr  haqqında  obyektiv  məlumat  –  koqnitiv  biliklər 
zəruri şərtdir. Bu biliklər, yuxarıda artıq göstərdiyimiz ki-
mi, seyrlə başlayır. C.Bernal yazırdı: ”...Bu vaxt artıq hey-
van  və  bitki  həyatının  bütün  tarixi  müşahidə  predmetinə 
çevrilmişdir.  Yalnız  heyvanı  necə  tutmağı,  yaxud  bitkini 
necə  yığmağı  deyil,  həm  də  onların  necə  çoxaldığını  və 
böyüdüyünü də bilmək zəruri idi”.
1
  
Məqsədlə  fəaliyyətin  nəticəsi  arasında  dayanan  əla-
qələndirici vasitə, süni alətlər və bu alətlərdən istifadə vər-
dişləri ilk texniki nümunələr idi və onların  tarixi siviliza-
siyanın tarixi ilə üst-üstə düşür. V.M.Mejuyev yazır: ”Mə-
dəniyyət, hər şeydən əvvəl, tarixən yaranmış təbiətə insani 
münasibətdir“.
2
  Bu  fikri  dəqiqləşdirərək  demək  olar  ki, 
mədəniyyət  insanın  özünü  təbiətdən  ayırmasından  və  ya 
təbiətə  vasitəli  münasibətindən  başlanır.  Bilavasitə  əldə, 
əlin  hərəkətlərində  maddiləşən  şüur  zaman  keçdikcə, 
fəaliyyət  çoxpilləli  quruluş  kəsb  etdikcə,  vasitələndirici 
mərhələlərdə  maddiləşməyə  başlamışdır.  Bu  vasitə  isə 
məhz texnikadır. Deməli, texnika tarixən elmdən əvvəldir 
və sivilizasiyanın təməli məhz texnika ilə qoyulmuşdur. 
Maraqlıdır  ki,  mədəniyyətin,  sivilizasiyanın  mənşə-
yini əmək alətləri, texnika ilə bağlamaq  yalnız müasir nə-
zəri təhlilin gəldiyi qənaət deyil. Qədim adamlar özləri də 
                                                 
1
 Бернал Дж. Наука в истории общества. М., 1956, с. 61-62. 
2
 Межуев В.М. Культура и история. М., 1977, с.107. 


Elm haqqında elm   
 
- 257 - 
texnikanın  onların  həyatında  oynadığı  mühüm  dəyişdirici 
rolu  görmüş,  özlərini  vəhşilərdən  yalnız  texnikaya  malik 
olmaqla  üstün  tutmuşlar.  Məsələn,  b.e.ə.  III  minilliyə  aid 
olan “Enki və kainat”
1
 adlı şumer poemasında “allah Enki 
əsas  etibarilə  toxanı,  kərpic  üçün  formanı  –  qəlibi  ixtira 
edən, evləri, pəyəni,  arxacı  tikən və cütçü kimi,  bir sözlə 
şumer  dünyasını  ibtidai  icma  dünyasından  fərqləndirən 
“texniki”  nailiyyətlərin  yaradıcısı  kimi  göstərilmişdir».
2
 
Lakin şübhəsiz ki, qədim adamların özləri haqdakı fikirləri 
yalnız tarixi məlumat mənbəyi kimi əhəmiyyətlidir, nəzəri 
təhlil baxımından isə mötəbər mənbə sayıla bilməz. Keç-
mişin  məlumatları  müasir  məntiqin  imkanları  mövqeyin-
dən təhlil edilməlidir. 
Tarixi  keçmiş  müasir  intellektual  səviyyədən  təhlil 
olunarkən görünür ki, doğrudan da, texnika insanla təbiət 
arasında qarşılıqlı münasibəti (məhz qarşılıqlı münasibəti, 
çünki texnika həm də təbiətin insana təsirinə, başqa sözlə 
insanın təbiətdən informasiya almasına xidmət edir; məsə-
lən, gözlük, mikroskop, teleskop, lokator, rentgen qurğusu 
və s.) vasitələndirməklə yanaşı, nitqlə birlikdə həm də bi-
liklərin  maddiləşməsi  və  ötürülməsinə  xidmət  etmişdir. 
Biliklər  çox  vaxt  sözlə  ifadə  edilməkdən  daha  çox  əməli 
şəkildə  nümayiş  etdirilirdi.  Anlayışlar  hələ  kifayət  qədər 
təkmilləşmədiyindən,  əməli  biliklər  isə  fəaliyyətdən  tam 
ayrılmadığından  ilk  dövrlərdə  biliyin  başqalarına  əyani 
nümunə ilə ötürülməsi sözlə ötürülməsindən asan idi. Söz 
daha  çox  dərəcədə  koqnitiv  biliklərin  ifadəsi  üçün  zəruri 
                                                 
1
 Бах: Крамер С.Н. История начинается в Шумере. М., 1965. с. 
116-дан сонра. 
2
  Вейнберг  И.П.  Человек  в  культуре  древнего  Ближнего  Вос-
тока. М., 1986, с.23-24. 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə