Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə78/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   74   75   76   77   78   79   80   81   ...   92

Elm adamları elm haqqında 
 
- 258 - 
idi.  Ona  görə  texnikanın  inkişafı  ilə  müqayisədə  məhz 
elmin inkişafında sözün, dilin rolu böyük olmuşdur. 
Göründüyü  kimi,  elmi-texniki  tərəqqinin  genezisi 
problemi elm və texnikanın genezisi ilə sıx əlaqədardır.  
Bundan başqa, elmi-texniki tərəqqinin daxili struktu-
runu aydın şəkildə təsəvvür edə bilmək üçün, elmi-texniki 
inqilabın  mahiyyətini  müəyyənləşdirmək  üçün  əvvəlcə 
elm və texnikanın nisbi müstəqil tarixi inkişaf yolunu öy-
rənmək  tələb  olunur.  Bu  cür  tələbat  təkcə  baxılan  sahə 
üçün yox, ümumiyyətlə istənilən ictimai hadisə üçün zəru-
ridir. Doğrudan da,  ayrılıqda elm və texnikanın  ilkin  for-
malaşma  dövründən  başlayaraq  keçdikləri  tarixi  mərhələ-
lər məlum olmadan “elm-texnika” sisteminin müasir dövr-
dəki strukturunu müəyyən etmək çətindir. 
Elmi-texniki tərəqqi müəyyən tarixi şəraitdə, ictimai 
tərəqqinin  qanunauyğun  nəticəsi  kimi  meydana  çıxır  və 
bundan  sonra  elmi  və  texniki  tərəqqi  ilə  yanaşı  elmi-tex-
niki tərəqqidən də danışmaq lazım gəlir. 
Müasir  sistem-struktur  təhlil  metodunun  və  “bütöv-
lük” haqdakı  təlimin əsas məziyyətlərindən biri  budur ki, 
“nisbi  müstəqil”  anlayışının  qeyri-müəyyənliyini  aradan 
qaldırmağa  imkan  verir.  Məsələ  burasındadır  ki,  “nisbi 
müstəqillik” anlayışı istənilən iki əlaqədar tərəf arasındakı 
münasibətə  aid  edilə  bilər  və  buna  görə  də,  müəyyən  bir 
hadisənin nisbi müstəqilliyi hələ onun daxili tamlığına də-
lalət etmir. “Daxili tamlıq” şəraiti isə sistemli yanaşmanın 
mümkünlüyü üçün əsas şərtdir.  
Elm və texnika öz inkişafının ilk  mərhələsində  tam 
müstəqil  olmasalar  da,  ayrıca  sistemlər  kimi  mövcud  ol-
muşlar. Onlar müasir dövrdə də öz nisbi müstəqilliklərini 
saxlamaqda davam edirlər. Bundan başqa, elm və texnika 
arasında  qarşılıqlı  əlaqə  əvvəllər  də  mövcud  olmuşdur  və 


Elm haqqında elm   
 
- 259 - 
“nisbilik” şərtini zəruri edən səbəblərdən biri də məhz belə 
əlaqənin  olmasıdır.  Bu  baxımdan  yanaşdıqda  yeni  “elm-
texnika”  sisteminin  formalaşması  haqqında  heç  bir  ciddi 
elmi  qənaətə  gəlmək  mümkün  deyil.  Yeni  nisbi  müstəqil 
sistemin  –  “elm-texnika”  sisteminin  əmələ  gəlməsi  yalnız 
əlaqə ünsürləri çoxluğunun tədricən müəyyən daxili tamlıq 
əldə etməsi ilə izah oluna bilər. 
Elm  və  texnikanın  bütöv  sistem  kimi  keçdiyi  tarixi 
mərhələlərin, həmçinin  bu sistemlərin  daxili  strukturunun 
öyrənilməsi  onların  sosial  mahiyyətini  də  müəyyənləşdir-
məyə imkan verir ki, bu da elmi-texniki tərəqqinin bir ic-
timai hadisə kimi tədqiq oluna bilməsi üçün əsas şərtdir. 
Elm və texnikanın bir sistem kimi formalaşması pro-
sesi  hələ  lap  başlanğıcdan  insanın  və  cəmiyyətin  yaran-
ması  prosesi  ilə  bütöv  bir  tam  təşkil  edir.  Elm  ictimai 
tərəqqinin, ümumi tarixi inkişafın məntiqi nəticəsi, mənəvi 
məhsuludur. Eləcə də texnika. Təkcə bir fərqlə ki, texnika 
ictimai  tərəqqinin  mənəvi  məhsulu  olmaqla  bərabər,  həm 
də maddi məhsuludur.  
Texnika  primitiv  şəkildə  də  olsa,  ilk  insan  qruplaş-
maları zamanından, birinin düzəltdiyi əmək vasitələrindən 
digərlərinin də istifadə etdiyi vaxtdan meydana gəlmişdir. 
Belə  vasitələrin  düzəldilməsi  də  müəyyən  zəruri  ictimai 
tələbin ödənilməsi – minimal sərvət bolluğunun yaranması 
halında mümkün olmuşdur. S. Lilli yazır: “Yalnız öz əkin 
işlərinin  öhdəsindən  müvəffəqiyyətlə  gələn  bəzi  adamlar 
və  ailələr  əmək  alətləri  düzəltmək  üçün  sərbəst  vaxt  əldə 
edir  və  ya  məhsulun  artıq  hissəsini  verib  sənətkarlardan 
müasir  əmək  alətləri  alırdılar”.
1
    İnsanlarda  şüurluluq  və 
ictimailəşmənin  zəif  inkişaf  etdiyi  dövrlərdə  –  sabahkı 
həyata  inam  hissinin  azlığı  şəraitində  əsas  məqsəd  gün-
                                                 
1
 Лили С. Люди, машины и история. М., 1970, с.21. 


Elm adamları elm haqqında 
 
- 260 - 
dəlik yem tədarükü görməkdən, öz başına çarə qılmaqdan 
ibarət  olub.  Ona  görə  də,  yalnız  öz  maddi  ehtiyacını  ki-
fayət qədər ödəmiş olan adamlar başqa işlə məşğul olmaq 
üçün sərbəst vaxt əldə edə bilərdi... Belə bir dövrdə elm və 
texnikanı sosial sistem kimi qəbul etmək mümkündürmü? 
Əsla  yox.  Əvvəla,  ona  görə  ki,  həmin  dövrdə  spesifik 
əmək  bölgüsü  yox  idi;  yəni  texniki  vasitələrin  hazırlan-
ması  ilə  məşğul  olan  adamlar  hələ  əkinçilikdən  tamamilə 
ayrıla bilməzdilər, zira bu halda onların şəxsi həyatı şübhə 
altına  düşə  bilərdi.  İkincisi,  müxtəlif  ərazilərdəki  insan 
qrupları  arasında  əlaqələrin  zəif  olması  nəticəsində  bir 
yerdə  istifadə  olunan  texniki  vasitələr  başqa  yerlərə  ötü-
rülə bilmirdi və s. Bütövlükdə cəmiyyət miqyasına uyğun 
gələn, daxili tamlığa malik olan vahid texnika sistemi hələ 
formalaşmamışdı. Texnikanın istehsal prosesinin ayrılmaz 
tərkib  hissəsi  və  özünəməxsus  daxili  tamlığa  malik  olan 
bir tərəf kimi formalaşması yalnız kapitalizmin inkişafı sa-
yəsində mümkün olmuşdur və eyni  zamanda bu inkişafın 
özünə böyük təkan vermişdir. 
Elmin bir sosial  sistem kimi  formalaşması  da məhz 
bu dövrə təsadüf edir. Nə zaman ki, informasiyanın ötürül-
məsi  vasitələrinin  inkişaf  səviyyəsi  elmi  nailiyyətlərin 
bütün cəmiyyət miqyasında yayılmasına imkan vermişdir, 
nə zaman ki, elmi yaradıcılıqla istehsalın qoyduğu tələblər 
arasında müntəzəm qarşılıqlı əlaqə yaranmışdır, o vaxtdan 
başlayaraq  elm  də  qlobal  miqyas  kəsb  etmiş,  bir  sosial 
sistem kimi formalaşmışdır. 
Elə xassələr vardır ki, onlar baxılan tərəfə heç də hə-
mişə  xas  olmayıb,  onun  inkişafının  yalnız  müəyyən  mər-
hələsində  təzahür  edir.  Elmi  inkişafın  təcilli  xarakteri  də 
yalnız elm qlobal, ümumictimai sistem kimi formalaşmağa 
başlayarkən təzahür etmişdir. Ümumiyyətlə, müasir dövr-


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə