Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə76/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   72   73   74   75   76   77   78   79   ...   92

Elm haqqında elm   
 
- 251 - 
Elə  hadisələr  vardır  ki,  onlar  yalnız  böyük  miqyas 
şəraitində həyata keçir. Sənət əsərləri çox vaxt fərdi yara-
dıcılığın məhsulu olduğu halda, elm K. Marksın dediyi ki-
mi,  ümumcəmiyyət  hadisəsidir.  Elmdən  praktikada  istifa-
də  edilməsi  də  ancaq  böyük  ictimai  miqyaslarda  həyata 
keçirilə  bilər.  Sosializm  cəmiyyətində  elm  yalnız  dövlət 
miqyasına yüksəldikdə real qüvvəyə çevrilir. Ona görə də 
elm adamının nisbi müstəqilliyini və şəxsiyyət bütövlüyü-
nü təmin etmək də müvafiq dövlət siyasəti tələb edir. 
Sənətkarla  onun  əsərinin  “istehlakı”  –  mənimsənil-
məsi arasındakı sosial məsafə nisbətən qısadır, ona görə də 
sənət  adamının  sərbəstlik  dərəcəsi  nisbətən  yüksəkdir. 
Elm, texnika və təhsil sahələrində isə bu məsafə böyük ol-
duğundan  burada  ciddi  sosial-mənəvi  problemlər  ortaya 
çıxır. 
Bu gün elmi-texniki tərəqqi sahəsindəki nailiyyətləri 
ilə  bütün  dünyanı  heyrətləndirən  Yaponiya  Şərq  və  Qərb 
düşüncə tərzinin üzvi surətdə birləşməsinə nail olan əsrlər 
boyu  formalaşmış  əxlaq-məişət  ənənələrini  istehsalatda 
uğurla  tətbiq  edə  bilən  yeganə  ölkədir.  Dövlətin  iqtisadi 
siyasəti  ilə  xalqın  ənənəvi  təfəkkür  tərzi  arasındakı  zid-
diyyət minimuma endirilmişdir. 
Dövlət iqtisadiyyatı elmi əsaslarla idarə etməyə çalı-
şır. Bu elmi  əsaslar özü hələ tam formalaşmamışdır. Onu 
istehsal sahəsində çalışan bütün adamlara, geniş xalq küt-
lələrinə  çatdırmaq  isə  daha  çətin  bir  vəzifədir.  Əgər 
belədirsə, onda ictimai psixologiyanın real vəziyyəti ilə də 
hesablaşmaq lazım gəlir. 
Elm  qlobal  hadisədir.  Hər  yerdə,  hamı  üçün  vahid 
bir  elm  var.  İstehsal  müəssisələri  isə  konkretdir,  özünə-
məxsus  xüsusi  şəraitə  malikdir.  Burada  sosial  mühit  də, 
mənəvi  iqlim  də  özünəməxsus  ola  bilər.  Deməli,  elmin 


Elm adamları elm haqqında 
 
- 252 - 
praktik tətbiqi hadisəsi hansı pillədə isə yenidən cəmiyyət 
miqyasından  fərdi  miqyasa  enir,  fərdin  düşüncə  tərzi, 
biliyi, fiziki imkanları, əməli iş qabiliyyəti ilə səciyyələnir. 
Elmi-texniki  tərəqqi  insandan  başlanır,  insanla  da 
qurtarır. İstər-istəməz sual ortaya çıxır ki, bu prosesin baş-
lanğıcında  və  sonundakı  insanlar  bir-birindən  nə  ilə  və 
hansı  istiqamətdə  fərqlənirlər?  Bunlardan  hansı  elmi-tex-
niki tərəqqinin təsirinə daha çox məruz qalır? Bu prosesdə 
iştirak edənlər nə qazanır və nə itirirlər? 
Elmi-texniki tərəqqi prosesində insan öz fiziki və əq-
li qabiliyyətini həm bilavasitə, həm də süni vasitələrlə tək-
milləşdirmək imkanı  əldə edir. Əgər təbiət  qüvvələrindən 
istifadə insanın maddi güc və qüdrətini artırırsa, müasir ki-
bernetikanın  nailiyyətləri  insanın  intellektual  imkanlarını 
genişləndirir. Hər iki qabiliyyətin sayəsində insanın əməli 
iş imkanları da artır və obyektiv gerçəkliyi, təbiəti məqsə-
dəuyğun  surətdə  dəyişdirmək  üçün  daha  böyük  perspek-
tivlər açılır. 
 
 
Zehni biliklərdən elmə, əməli biliklərdən 
texnologiyaya tarixi keçid 
 
         Yaxşı ağıl hələ azdır, əsas  
məsələ onu yaxşı tətbiq etməkdədir
Rene Dekart  
 
Bilik məqsəd deyil, vasitədir
Lev Tolstoy 
 
Müasir  dövrdə  elmi  və  texnoloji  bilik  kimi  məlum 
olan  iki  əsas  bilik  növünə  müvafiq  olaraq  hələ  insanın 


Elm haqqında elm   
 
- 253 - 
əmələ  gəldiyi  ilk  dövrlərdə  də  iki  müxtəlif  bilik  növü: 
koqnitiv  və  əməli  biliklər  mövcud  olmuşdur.  Birincilərin 
əsasında  canlı seyr, ikincilərin əsasında maddi  fəaliyyət  - 
praktika dayanmışdır. 
Zehni  biliklər  insan-təbiət  qarşılıqlı  münasibətində 
ikincinin  birinciyə  təsirini  əks  etdirir  və  təbiəti,  dünyanı 
dərk  etmək,  “niyə”,  “hansı  səbəbdən”  suallarına  cavab 
vermək təşəbbüsündən irəli gəlir. Bu proses tarixən seyrlə 
başlansa da, dünyaya fəal, dəyişdirici münasibətin nəticə-
lərini  də  idrak  süzgəcindən  keçirməklə  daha  intensiv  xa-
rakter  alır.  Təbiətin  ilkin  təsirləri  ilə  yanaşı  insanın  fəal 
müdaxiləsinə  olan  əks  təsirlər  də  informasiya  mənbəyinə 
çevrilir.  
İnsanın  məqsədəuyğun  dəyişdiricilik  fəaliyyəti  isə 
bilavasitə bu fəaliyyətə xidmət edən, “necə”, “hansı yolla” 
suallarına  cavab  verən  biliklərə  tələbat  yaradır.  Mücərrəd 
təfəkkürün  və  nitqin  formalaşması  sayəsində  sinkretik 
əməli vərdişlərdə maddi və ideal komponentlərin ayrılması 
baş verir və əməli  biliklər müstəqillik kəsb edir. (Bu gün 
bir qayda olaraq, biliklər əməli vərdişlərə çevrildiyi halda, 
tarixən əksinə olmuşdur). 
Seyr  özü  insanla  yaşıd  olsa  da,  insanın  təbiətə  pas-
siv,  seyrçi  münasibətindən  törəyən,  təməlində  inikas  pro-
sesi dayanan koqnitiv biliklər nisbətən sonra yaranmışdır. 
Belə  ki,  ilk  dövrlərdə  məntiqi  təfəkkür  hələ  formalaşma-
dığından, seyr heç də biliklərə yox, yalnız təsəvvürlərə gə-
tirib  çıxarmışdır.  L.  Levi-Bryulun  yazdığı  kimi,  məntiqə-
qədərki  (praloqiçeskoe)  və  mistik  təfəkkür  dövründə  an-
layış  və  biliklər  əvəzinə  yalnız  “kollektiv  təsəvvürlər” 
olmuşdur.  
Maddi fəaliyyət nəticəsində hasil olan, sonralar həm 
də onun əsasında dayanan əməli biliklər isə, lap əvvəldən 


Elm adamları elm haqqında 
 
- 254 - 
realistik xarakter daşımış, hər cür mistikadan uzaq olmuş-
dur.  Maddi  istehsal  prosesi  sayəsində  insanın  özünü  tə-
biətdən getdikcə daha çox ayırdığı və hətta özünü ona qar-
şı qoyduğu bir şəraitdə, mənəvinin maddidən ayrılaraq nis-
bi  müstəqil  bir  tərəf  kimi  onunla  əkslik  təşkil  etdiyi  bir 
vaxtda  iki  müxtəlif  bilik  növü  bir-birindən  getdikcə  daha 
aydın  fərqlənsə  də,  onların  arasında  müəyyən  qarşılıqlı 
əlaqə və vəhdət yaranmışdır. Ona görə də, bu bilik növlə-
rini fərqləndirmək və tarixi baxımdan müqayisə etmək çə-
tindir. 
Bununla belə, tarixən məhz əməli bilklərin ilkin ol-
ması, koqnitiv biliklərin isə mifoloji təsəvvürlərlə, “mənti-
qəqədərki təfəkkürlə” əməli biliklərin birləşməsindən, yəni 
nisbətən sonra  yaranması  fikri xeyli dərin əsasa malikdir. 
Sadəlövh realizm mövqeyinə görə, əməli biliklər elmi in-
kişafın  yeganə mənbəyidir. Əsasən mifoloji və mistik xa-
rakter daşıyan başqa mənşəli biliklər isə bilavasitə maddi 
istehsal  prosesindən  hasil  olan  əməli  biliklər  tərəfindən 
sıxışdırılıb çıxarılmışdır. 
Lakin tədqiqat göstərir ki, elmi biliklər heç də yalnız 
induktiv  metodla  əldə  edilməmişdir.  İnsanların  maddi 
fəaliyyəti  ilə  bilavasitə  bağlı  olan  və  çox  vaxt  ondan  ay-
rılmayan,  ayrıla  bilməyən,  müstəqilləşməyən,  ideal  möv-
cudluq statusu kəsb etməyən əməli biliklər nəinki elmi bi-
liklərin  yeganə  mənbəyi  deyil,  hətta  çox  vaxt  onunla  əks 
qütb təşkil edir. Elmi biliklərin əsasında ilkin koqnitiv bi-
liklər  dayandığı  halda,  əməli  biliklər  nisbi  müstəqilliyini 
indiyə qədər saxlamaqla müasir texnoloji biliklərin əsasın-
da  dayanır.  Ona  görə,  müasir  dövrdə  elm  ilə  texnologiya 
arasındakı  münasibətin  mənşəyi  də  koqnitiv  və  əməli 
biliklərin dialektikasında axtarılmalıdır. 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə