Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə84/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   80   81   82   83   84   85   86   87   ...   92

Elm adamları elm haqqında 
 
- 276 - 
mək  mümkün  deyil.  Elm  cəbhəsinin  ön  xəttinə  çıxmaq, 
onun  nailiyyətlərindən  səmərəli  surətdə  istifadə  edə  bil-
mək  üçün  ən  mühüm  şərt  onun  təşkilati  struk-tu-runun 
düzgün müəyyənləşdirilməsi, elmin özünün elmi əsaslarla 
tənzim olunmasıdır. 
Bu  gün  ölkəmizdə  ən  aktual  vəzifələrdən  biri  kimi 
qarşıya  qoyulan  müasir  Qərb  sivilizasiyasına  qovuşmaq 
vəzifəsi  yalnız  elmin  nisbi  müstəqilliyini  təmin  etmək  və 
onun  səmərəli  tətbiqi  üçün  xüsusi  təşkilati  tədbirlər  gör-
mək  sayəsində  həyat  keçirilə  bilər.  Elm  də  insan  kimi 
azadlıq və müstəqillik sevir. Elm istehsalata o vaxta qədər 
səmərə verəcəkdir ki, istehsal onu özünə tabe etmək, onu 
öz əlavəsinə çevirmək iddiasına düşməsin. Burada istər-is-
təməz  sehrli  qızıl  balıq  əhvalatı  yada  düşür.  Balıqçı  qızıl 
balığı azad etdiyinə (dənizə buraxdığına) görə o, balıqçını 
hər cür nemətlə təmin edir. Lakin elə ki, balıqçı arvadının 
təkidi  ilə  balığın  azadlığını  əlindən  almaq,  onu  qulluqçu 
etmək  istəyir,  onda  bütün  nemətlər  də  yox  olur.  Biz  bu 
məlum hekayəti ona görə bir daha yada salırıq ki, bu gün 
bəzi  «nəzəriyyəçilər»  və  əməli  iş  adamları  elmi  istehsala 
daha da yaxınlaşdırmaq məqsədilə onları mexaniki surətdə 
birləşdirmək, elmi fəaliyyəti istehsalatın ehtiyaclarına tabe 
etmək,  onu  cilovlamaq  təşəbbüsləri  göstərirlər.  Bu  təşəb-
büslər elmin  mahiyyəti  və təbii  meylləri ilə bir  araya sığ-
mır. Əksinə, elmin iqtisadi səmərəsi yalnız o vaxt artar ki, 
o  maddi  və  mənəvi  cəhətdən  korluq  çəkməsin,  kiminsə, 
nəyinsə yedəyinə bağlanmasın. 
 
 
 
 
 


Elm haqqında elm   
 
- 277 - 
Texnika və texniki tərəqqi 
 
Texnikanın və onun ayrı-ayrı hissələrinin öyrənilmə-
si,  elmin  tədqiqinə  nəzarət  xeyli  əvvəl  başlanmış  və  bu 
sahədə  bir  sıra  vacib  məsələlər  marksizm-leninizm  klas-
sikləri  tərəfindən  artıq  həll  olunmuşdur.  Lakin  «texnika» 
anlayışını dəqiq şəkildə təyin etmək, onun əhatə dairəsini 
müəyyənləşdirmək  tələbi  yalnız  indiki  dövrdə  –  elmi-
texniki  tərəqqinin  yeni  keyfiyyətli  mərhələyə  keçməsi  ilə 
əlaqədar olaraq meydana çıxmışdır. 
Məsələ  burasındadır  ki,  müasir  texnika  məzmun  və 
strukturu,  habelə  ictimai  həyatda  oynadığı  rola  görə  XIX 
əsr və ondan əvvəlki dövrlərin texnikasından ciddi surətdə 
fərqlənir.  Bu  baxımdan,  texnikanın  keçdiyi  tarixi  inkişaf 
yolunu  izləmək,  bu  inkişafın  meyllərini,  qanunauyğunlu-
ğunu ortaya çıxarmaq onun müasir mərhələdəki spesifika-
sını  müəyyənləşdirmək  üçün  də  mühüm  əhəmiyyətə  ma-
likdir. Texniki tərəqqinin nə kimi  yeni keyfiyyət və xüsu-
siyyət  kəsb  etdiyini,  onun  elmlə  qarşılıqlı  təsirinin  xa-
rakterində  baş  verən  dəyişiklikləri  öyrənmədən  müasir 
dövrdə  elmi-texniki  tərəqqinin  səciyyəsini  vermək  də 
mümkün deyil. 
Müasir texnika elmin nailiyyətlərinə əsaslanır və on-
dan kənarda təsəvvür oluna bilməz. Elmin inkişafı texniki 
tərəqqi  üçün  kafi  şərt  olmasa  da,  zəruri  şərtdir.  Əgər  əv-
vəllər  texnika  elmə  nəzərən  qabaqlayıcı  rol  oynayırdısa, 
elm texnikanı qabaqlayır və ona istiqamət verir. 
Elmin  tədqiqinə  müvafiq  olaraq,  texnikanın  tədqiqi 
də  sistemli  şəkildə,  vahid  metodoloji  prinsiplər  əsasında 
aparılmamışdır.  “Texnika”  anlayışı  müxtəlif  tədqiqatçılar 
tərəfindən  müxtəlif  cəhətlərin  ön  plana  çəkilməsi  və 
mahiyyət kimi götürülməsi mövqeyindən öyrənilmişdir ki, 


Elm adamları elm haqqında 
 
- 278 - 
bu  da  texnika  haqqında  vahid  elmi  nəzəriyyənin  işlənib-
hazırlanmasına mane olmuşdur. 
Texnika  insanın  təbiətlə  qarşılıqlı  təsiri  prosesində 
vasitələndirici  sistem  kimi  öyrənilmədiyindən  onun  ma-
hiyyətinin  dəqiq  müəyyənləşdirilməsi  hələ  indiyədək 
mümkün olmamışdır. Bu isə elm ilə texnikanın əlaqəsinin 
optimal surətdə təşkil edilməsi işini də çətinləşdirir. 
Texnikanın  tədqiqindəki  vəziyyət  göstərir  ki,  bu 
sahədə  öyrəniliməli  olan  əsas  məsələlər  aşağıdakılardan 
ibarətdir: 
1.
 
Texnika  ictimai  istehsalın  tərkib 
hissəsidirmi,  yoxsa  o  daha  geniş  əhatə  dairəsi-
nəmi  malikdir?  Başqa  sözlə,  insan  qeyri-isteh-
sal sahələrindəki fəaliyyəti zamanı texniki vasi-
tələrdən istifadə etmirmi? 
2.
 
Əgər  «istehsal  texnikası»  ilə  para-
lel surətdə digər texnika növlərini də qəbul edi-
riksə  və  «texnika»  anlayışı  altında  bu  müxtəlif 
növlərin  kompleksini  nəzərdə  tuturuqsa  (və  ya 
«texnika»  anlayışı  bu  müxtəlif  növlər  üçün 
ümumi  olan  cəhətləri  ifadə  edirsə),  onda  bu 
növlərin  öz  aralarındakı  qarşılıqlı  münasibəti 
və  onların  tarixi  ardıcıllığı  haqda  nə  demək 
olar? 
3.
 
Elm ilə texnikanın qarşılıqlı əlaqə-
sindən  danışarkən  ümumiyyətlə  texnikamı, 
yoxsa  yalnız istehsal texnikasımı  nəzərdə tutu-
lur? Bəs elm texnikası? Bəs elmin digər fəaliy-
yət sahələrinə tətbiqi? Televizor istehsal vasitə-
si deyil, texnikaya da aid deyilmi? 
4.
 
Texnika  həmişəmi  elmlə  qarşılıqlı 
əlaqədə olmuşdur,  yoxsa onun inkişafında tam 


Elm haqqında elm   
 
- 279 - 
müstəqil mərhələlər də olmuşdurmu? 
5.
 
Tarixi  ardıcıllıq  baxımından  elmi, 
yoxsa  texnikamı  haqqında  fikirlər  necə  başa 
düşülməlidir? 
6.
 
Texnikanın  tarixi  inkişaf  mərhələ-
ləri hansılardır? 
7.
 
«Texnika»  və  «elm»  hadisələri  öz 
daxili  strukturlarına  görə  simmetrikdirlərmi? 
Texnikaya sistem kimi baxmaq olarmı? 
8.
 
Süni  olaraq  dəyişdirilmiş  təbiət 
hissəsi  (ikinci  təbiət)  texnikanı  bütövlükdə 
əhatə  edirmi,  yoxsa  iki  nisbi  müstəqil  tərəfin 
kəsişməsindənmi danışmaq lazımdır? 
9.
 
Texniki  tərəqqinin  meyarı  nədən 
ibarətdir? 
10.
 
Texniki  tərəqqinin  hərəkətverici 
qüvvələri  texnika  daxilindəmi,  yoxsa  kənar 
hadisələrdəmi axtarılmalıdır? 
11.
 
Texniki tərəqqidə elmin rolu nədən   
ibarətdir?  «Elm  –  texnika»  sistemindən  hansı 
mənada danışmaq mümkündür? 
12.
 
Elmi  və  praktik  (əməli)  biliyin 
dialektikası məsələsi elm-texnika münasibətləri 
ilə nə dərəcədə əlaqədardır? 
Biz  bu  məsələlərdən  yalnız  bəzilərini  –  sonrakı 
tədqiqatımız üçün lazım olanları təhlil edəcəyik. 
İlk  formalaşma  dövründə  texnika  heç  də  istehsal 
texnikası  kimi  meydana  çıxmamışdır.  Başqa  sözlə,  tex-
nikanı  yalnız  «istehsal  texnikası»  çərçivəsində  öyrənən 
təlimlər  texnikanın  genezisini  aşkara  çıxarmağa  imkan 
vermir. 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə