Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə82/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   78   79   80   81   82   83   84   85   ...   92

Elm adamları elm haqqında 
 
- 270 - 
rasiyası  və  diferensiasiyası,  elmi  idrakın  metod  və  for-
maları,  nəzəriyyə  və  eksperiment,  nəzəriyyənin  forma  və 
strukturu kimi məsələlər daxil edilir. Bu qəbildən ədəbiy-
yatda «elm» anlayışı altında bir qayda  olaraq biliklər sis-
temi  nəzərdə  tutulur  və  elmin  əhatə  etdiyi  iki  bilik  səviy-
yəsinin:  empirik  və  nəzəri  biliklərin  qarşılıqlı  əlaqəsi  ob-
yektiv gerçəkliyin inikası hadisəsinin müvafiq mərhələləri 
arasında əlaqə kimi götürülür. Empirik bilik obyektiv ger-
çəkliklə  bilavasitə  qarşılıqlı  təsirin  nəticəsi  olduğu  halda, 
nəzəri bilik ən çox mücərrəd təfəkkür sayəsində elmi idra-
kın məlum metodlarından istifadə edərək aldığımız biliklə-
ri əhatə edir ki, onun da ən mühüm forması nəzəriyyədir. 
Buna uyğun olaraq, biliyin həqiqiliyi problemi də iki mər-
hələdə  nəzərdən  keçirilir.  Birinci,  empirik  biliklərin  ob-
yektiv  gerçəkliyə  uyğunluğu,  ikinci  nəzəri  biliklərin,  nə-
zəriyyənin ilkin empirik materiala və nəticə etibarilə, yenə 
də obyektiv gerçəkliyə uyğunluğu. Qərb fəlsəfəsində, xü-
susən  pozitivizmin  müxtəlif  qollarında  yalnız  ikinci  mər-
hələnin birinci hissəsi problem kimi qoyulur; belə ki, ob-
yektiv gerçəkliyə uyğunluq məsələsi, ümumiyyətlə obyek-
tiv gerçəkliyin qəbul olunması məsələsi metafizik (fəlsəfi) 
problem  olduğundan  pozitivistlər  onu  qeyri-elmi  məsələ 
hesab edirlər. Digər tərəfdən də marksist-leninçi elm fəlsə-
fəsində də birinci mərhələ bir problem kimi qoyulmamış-
dır  və  ya  ontoloji  aspektdə  qoyulduğundan  elmşünaslıq 
məsələlərindən uzaqdır. 
Beləliklə,  elm  fəlsəfəsində,  həm  də  ümumiyyətlə, 
Qərb burjua fəlsəfəsində elmin məntiqi tədqiqinin çox cid-
di  aspektlərindən  biri  nəzəriyyənin  həqiqiliyinin  yoxlan-
ması  problemidir.  Neopozitivizm  verifikasiya  prinsipini, 
semantik  fəlsəfə  elmi  dilin  məntiqi  təhlilini,  postpoziti-
vizm  falsifikasiya  prinsipini  və  s.  həqiqətin  əsas  meyarı 


Elm haqqında elm   
 
- 271 - 
hesab  etsə  də,  bu  məsələ  özünün  yeganə  düzgün  həllini 
praktika nəzəriyyəsində tapmışdır. 
Elmlərin,  elmi  bilik  sahələrinin  təsnifatı  məsələsinə 
həm  pozitivizmdə, həm  də fəlsəfədə  geniş  yer verilsə də, 
biliklərin  struktur  səviyyələrinə  görə  bölgüsü  çox  az 
tədqiq olunmuşdur. Lakin bununla belə, məhz elmi biliyin 
digər biliklərdən fərqi demarkasiya problemi müasir Qərb 
fəlsəfəsinin,  xüsusən  postpozitivizmin  başlıca  problemlə-
rindən  biridir.  K.Popper  və  onun  davamçılarının  bir  çox 
əsərləri bilavasitə bu məsələyə həsr olunmuşdur. Qərb alə-
mində bu problemin aktuallığını artıran və ön plana çəkən 
cəhət isə elmi fəlsəfədən ayırmaq cəhdidir. Əslində müasir 
pozitivistlər  demarkasiya  problemini  heç  də  elmi  tədqiq 
etmək naminə deyil, klassik pozitivizmin fəlsəfəyə inkarçı 
münasibətini «yeni vasitələrlə əsaslandırmaq» üçün davam 
etdirirlər. 
Elmiliyin meyarı problemi elmin məntiqi-qnoseoloji 
aspektinə və  ya epistemologiyaya aiddir.  Lakin  «elm»  və 
«elmilik»  anlayışları  müxtəlif  əhatə  dairələrinə  malikdir. 
Məsələ burasındadır ki, elmilik şərti Qərb fəlsəfəsində bir 
qayda  olaraq  yalnız  biliklə  əlaqədar  olaraq  işlədilir,  yəni 
biliklərin  elmiliyindən  və  ya  başqa  sözlə,  elmi  bilikdən 
söhbət gedir. Halbuki  «elmi fəaliyyət»,  «elmi mübahisə», 
«elmi jurnal», «elmi müəssisə», «elmi işçi» və s. bu kimi 
çox  müxtəlif  obyekt  və  hadisələr  üçün  də  elmilik  meya-
rından danışmaq olar və bütün bu hadisələr «elm» anlayı-
şında əhatə olunduğundan onun həcmi çox genişdir. Elmin 
müxtəlif  en  kəsiklərində,  müxtəlif  aspektlərdə  tədqiqinə 
ehtiyac da buradan irəli gəlir. 
Yuxarıda  biz  elmin  B.M.Kedrov  tərəfindən  göstə-
rilən  tədqiqat  aspektlərini  saydıq.  Bu  siyahını  daha  da 
genişləndirmək, zənginləşdirmək mümkündür. Lakin söh-


Elm adamları elm haqqında 
 
- 272 - 
bət elmin mahiyyətindən gedəndə ikinci dərəcəli məsələlər 
deyil,  bilavasitə  elmin  təbiətindən  irəli  gələn  ən  ümumi 
istiqamətlər nəzərdə tutulmalıdır. Elmin bu cür mühüm en 
kəsikləri və buna uyğun olan tədqiqat istiqamətləri əsasən 
ikidir:  məntiqi-qnoseoloji  və sosial.  Bütün  digər  aspektlər 
bu iki mühüm istiqamətin qol-budaqları kimi qiymətləndi-
rilə bilər. 
Müasir Qərb fəlsəfəsində bu aspektlərdən birinin və 
ya  o  birisinin  ön  plana  çəkilməsi,  məsələnin  birtərəfli 
qoyuluşu elmin əsl mahiyyətini açmağa imkan vermir. Xü-
susən pozitivizmin bütün formaları elmi  yalnız  epistemo-
loji aspektdə tədqiq edir və sosial aspekti nəzərə almır. Bu 
mövqe  idealist  fəlsəfə  üçün  tamamilə  səciyyəvidir.  Belə 
ki, müvafiq sosial problemlər elmin obyektiv ictimai hadi-
sələrlə  bağlılığından  irəli  gəlir  və  onların  qəbul  olunması 
həmin məsələdə materialist mövqeyə uyğundur. 
Qərb elmşünaslığı, çox yerdə elmi dilin məntiqi təh-
lili ilə və ya «elm fəlsəfəsi» ilə üst-üstə düşür, problemin 
sosial  aspekti  isə  ya  işlənmir,  ya  da  çox  vaxt  ayrıca,  tam 
müstəqil  bir  məsələ  kimi  öyrənilir:  elmin  məntiqi-qno-
seoloji tədqiqi ilə sosial (əslində  yalnız statistik sosioloji) 
tədqiqatlar arasında heç bir əlaqə yaradılmır. Elmin başlıca 
vəzifəsi  mütləq  həqiqətlərin  əldə  olunması  kimi  başa  dü-
şüldüyündən məsələ tezliklə həqiqət problemi ilə eyniləşir. 
Real  vəziyyət  göstərir  ki,  əksər  filosofların  əsər-
lərində yeni dövr fəlsəfəsinin ənənəvi müddəaları, o cüm-
lədən,  kumulyativ  epistemologiyanın,  xüsusən  Kant  epis-
temologiyasının bəzi tezisləri tənqidi surətdə nəzərdən ke-
çirilmədən, özlüyündə məlum bir şey kimi qəbul edilmiş-
dir.  Belə  ənənəvi  müddəalardan  biri  və  ən  çox  yayılanı 
elmin  biliklər  sistemi  kimi  qəbul  edilməsidir.  Bu  mövqe 
nəinki  monoqrafik  ədəbiyyatda  ən  çox  rast  gələn  mövqe-


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə