Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə85/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   81   82   83   84   85   86   87   88   ...   92

Elm adamları elm haqqında 
 
- 280 - 
K.Tessman  yazır:  «Əksəriyyət  tərəfindən  qəbul 
olunmuş  mənaya  görə  texnika  dedikdə  istehsal  texnikası 
nəzərdə  tutulur...  Bütövlükdə  texnika  və  cəmiyyətin 
qarşılıqlı  təsir  və  münasibətlərini  texnikanın  məhz  bu 
hissəsi  təyin  edir».
1
  Texnikanın  təyinindəki  «fikir 
ayrılıqları  da  iki  əsas  sual  ətrafında  cəmləşdirilə  bilər: 
texnikanın  xüsusi  bir  «istehsal  texnikası»  anlayışına 
gətirmək  və  istehsal  texnikasını  ümumiyyətlə  texnika  ilə 
eyniləşdirmək  mümkündürmü?    «İstehsal  texnikası»  
anlayışını  nə dərəcədə geniş götürmək mümkündür?».
2
 
Mövcud  ədəbiyyatda  əksər  hallarda  «texnika» 
anlayışı, doğrudan da, məhz «istehsal texnikası»  əvəzində 
işlədilir.  Bu  da  doğrudur  ki,  texnikanın  müxtəlif  növləri 
arasında  ən  çox  istehsal  texnikası  əhəmiyyətə  malikdir. 
Lakin  bu,  heç  də  digər  texnika  növlərini  nəzərdən 
qaçırmağa  əsas  vermir  və  hətta  K.Tessmanın  asanlıqla 
razılaşmasına  baxmayaraq,  «cəmiyyətlə  olan  qarşılıqlı 
təsirlər»  də  təkcə  istehsal  texnikasına  şamil  edilə  bilməz. 
O ki, qaldı bu anlayışları  «eyniləşdirmək» məsələsinə, bu 
barədə  mübahisə  etməyə  ehqiyac  yoxdur;  hər  şey 
texnikanın  həqiqi  mahiyyətinin  düzgün  metodoloji 
prinsiplər  əsasında  müəyyənləşdirilməsindən  asılıdır.  Bu 
problem  həll  olunduqdan  sonra  başqa  asılı  məsələlər 
ətrafındakı  əvvəlki  mübahisələr  sadəcə  olaraq  öz 
əhəmiyyətini itirəcəkdir. 
İctimai  həyatın  müasir  inkişaf  mərhələsində  elmi-
texniki tərəqqi haqqında düzgün təsəvvür əldə edə bilmək 
üçün texnikanın müxtəlif növlərinin dəqiq təsnifatı olduq-
ca  vacibdir.  Xüsusən,  elmin  rolunun  artması  ilə  əlaqədar 
                                                 
1
  Тессман  К.  Проблемы  научно-технической  революции.  М., 
1963, с. 106 
2
 Йеня орада, с. 108 


Elm haqqında elm   
 
- 281 - 
olaraq elm texnikası getdikcə daha böyük əhəmiyyət kəsb 
edir. İstər elm və texnikanın qarşılıqlı münasibətinin dəqiq 
müəyyənləşdirilməsi,  istər  bu  sahədə  təsəvvürümüzün 
tamlığı,  istərsə  də  «elm»  anlayışının  öz  əhatə  dairəsinin 
öyrənilməsi  üçün  əvvəlcə  «elm  texnikası»  anlayışının  da-
xil edilməsi tələb olunur. 
Bizcə,  «elm  texnikası»  anlayışına  elmi  fəaliyyət 
zamanı  zəruri  olan  yaradıcı  təfəkkürə  nəzərən  obyektiv 
surətdə mövcud olan və elmi işçi tərəfindən tədqiqata cəlb 
edilən,  daxil  edilən  maddi  vasitələr  (eksperimental  cihaz-
lar, təcrübə vasitələri, duyğu üzvlərinin imkanlarını artıran 
aparatlar,  hesablama  maşınları,  o  cümlədən  kompüter  və 
s.), bu maddi vasitələrdən habelə, riyazi əməliyyat və me-
todlardan  istifadə  vərdişləri  daxildir.  Burada  maddi  isten-
salla analogiyanı axıradək davam etdirsək görərik ki, elmi 
idrak  metodları  elmin  texnologiyasına  uyğun  gəldiyi  hal-
da, onlardan praktik istifadə vərdişləri elm texnikasına aid 
olur. 
Texnika  çox  vaxt  yalnız  istehsal  texnikası  kimi 
qəbul olunsa da, heç kim raketin, televizorun, avtomobilin, 
sinxrotronun,  elektron  hesablama  maşınının  «texnika» 
anlayışına  daxil  olmasına  etiraz  etmir.  Halbuki  göstərilən 
qurğulardan heç biri maddi istehsal vasitəsi deyildir. 
İnsan  həyatı  çoxcəhətli  və  zəngindir.  Ehtiyaclar 
müxtəlif olduğundan insanın qarşısına qoyduğu məqsədlər 
də, əldə etdiyi biliklər də, yiyələndiyi vərdişlər də müxtəlif 
olur.  Ona  görə  də,  əməli  fəaliyyət  heç  də  təkcə  maddi  is-
tehsalla  məhdudlaşmır;  o  həm  zehni  fəaliyyəti  (elm, 
incəsənət  və  s.),  həm  də  fiziki  fəaliyyətin  şüurlu  surətdə 
həyata  keçirilən  digər  (istehsaldan  fərqli)  aspektlərini 
(məişət, nəqliyyat, idman, hərbi sahə və s.) əhatə edir. Hər 
bir məqsədəuyğun fəaliyyətin mümkünlüyü üçün müəyyən 


Elm adamları elm haqqında 
 
- 282 - 
obyektiv  vasitələr  lazımdır  ki,  bunların  məcmuyu  da 
texnikanın  məhz  həmin  fəaliyyətə  uyğun  olan  növlərini 
təşkil edir. 
Müasir tədqiqatların  çoxunda  «texnika» və  «maşın» 
anlayışları  eynihüquqlu  anlayışlar  kimi,  bəzən  isə  hətta 
sinonim  kimi  işlədilir.  Halbuki,  «texnika»  anlayışına  ma-
şınla  yanaşı  sadə  alət  də,  bu  alət  və  maşınlardan  istifadə 
vərdişləri  də  daxildir.  Bu  anlayışa  hələ  Aristotelin  əsər-
lərində də müraciət edilmişdir və heç də istehsal texnikası 
mənasında  –  əmək  vasitələri,  yaxud  maşın  məna  –  deyil, 
müvafiq  sahədəki  qabiliyyət,  mənimsənilmiş  vərdişləri 
mənasında. Bu heç də birtərəfli yanaşma nəticəsi olmayıb, 
texnika  tarixində  olduqca  mühüm  bir  obyektiv  ifadəsidir. 
Təsadüfi  deyil  ki,  texnika  dilində  sənətkarlıq,  qabiliyyət, 
bacarıq mənasını verir. 
Bəşər  tarixi,  əmək  tarixi  ilə  birgə  başlanır.  Əmək, 
ümumiyyətlə  fəaliyyətdən  fərqli  olaraq  məhz  ilk  əməli 
vərdişlərin və praktik biliklərin formalaşması ilə müşayiət 
olunur.  Zira  əmək  məqsədəuyğun  fəaliyyətdirsə  və  məq-
sədəuyğunluq hər bir konkret şəraitdə dəyişdirici təsirlərin 
istənilən  istiqamətlərə  deyil,  yalnız  müəyyən  üstün  isti-
qamətə  yönəldilməsidirsə,  bu  həm  də  o  deməkdir  ki, 
həmin  istiqamətdəki  iş  vaxtaşırı  olaraq  təkrar  edilməlidir. 
Müəyyən işi uğurla təkrar etmək üçün isə bu işə aid zəruri 
bilikləri yadda saxlamaq tələb olunur. Deməli, əməyin for-
malaşması prosesi praktik biliyin formalaşması ilə paralel 
surətdə həyata keçir. 
Beləliklə, 
məqsədəuyğun 
fəaliyyət 
öz-özünə 
mümkün  deyil.  Onun  icrası  müəyyən  zəruri  vasitələr 
hesabına mümkündür. İnsan ilə əmək predmetinin əlaqəsi 
–  əmək  adlandırdığımız  proses  ilk  növbədə  müəyyən 
əməli  vərdişlərə  yiyələnmiş  əlin  fəaliyyəti  sayəsində 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə