Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə88/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   84   85   86   87   88   89   90   91   92

Elm haqqında elm   
 
- 289 - 
əməliyyatların  icrasına  xidmət  edən  maddi  predmetlər 
(əmək  alətləri  və  s.)  deyil,  həm  də  onlardan  istifadə 
vərdişləri  əhatə  olunur.  Bu  vərdişlər  məhz  müvafiq  əməli 
biliklərin  «avtomatlaşmış»,  qeyri-şüuri  hala  keçmiş 
formasıdır. 
Texnika  insanın  təbiətlə  qarşılıqlı  təsiri  prosesində 
insanla təbiət arasında dayanır və istər-istəməz sual ortaya 
çıxır:  texnika  qarşılıqlı  təsirdə  olan  bu  iki  tərəfə  nəzərən 
nə isə üçüncü bir tərəfdirmi? Əgər belə deyilsə, onda tex-
nika  bu  iki  tərəfdən  hansına  aiddir?  Heç  birinə  və  hər 
ikisinə?!  Yuxarıda  qeyd  etdiyimiz  kimi,  texnika  maddi 
komponentləri ilə «ikinci təbiətə» daxil olsa da, ondan isti-
fadə  qaydasının  texnologyanın  vərdişə  çevrilmiş,  «maşın-
laşmış»,  «texnikalaşmış»  tərəfini  də  əhatə  edir.  Lakin  bu 
istifadə qaydaları koqnitiv yox, əməli biliklərdir, bu bilik-
lərin  «texnikalaşmış»  variantı  isə  bizim  əvvəllər  tədqiq 
etdiyimiz  formaya,  fəaliyyətdən  ayrılmayan,  müstəqilliyə 
malik  olmayan  əməli  biliklərə  uyğundur.  Bu  isə  əməli 
biliklərin ən ilkin, ən primitiv formasıdır. Lakin tarixən ən 
ilkin olan bu forma hər cür peşəkar fəaliyyətin son həddi, 
final momentidir. 
Burada  biz  əməli  biliklərin  bu  cür  mühüm  həyati 
əhəmiyyəti  üzərində  geniş  dayanmadan,  texnikanın  məhz 
maddi  komponentin  «təbii  təbiətdən»  fərqli  və  bu  «süni 
təbiətdə» insani ünsürün iştirakı, onun spesifikası məsələ-
sinə  nəzər  salaq.  Texniki  sistem  məhz  insanın  bilavasitə 
iştirakı  ilə  işə  düşür.  Primitiv  texniki  sistemlərdə  insanın 
payına  çox  iş  düşür,  başqa  sözlə  fiziki  əmək  hələ  çoxluq 
təşkil  edir.  Texnika  mükəmməlləşdikcə  insan  üçün  olan 
«pay» azalır, işin çoxu maşınla «süni təbiət» prosesləri va-
sitəsilə  görülür.  Təsadüfi  deyil  ki,  işçi  maşınların  kəşfi 
sənayedə  inqilabın  özəyi  hesab  edilir.  Məhz  işçi  maşınlar 


Elm adamları elm haqqında 
 
- 290 - 
insanı fiziki  əməkdən azad edir. Nəyin  hesabına? Maddi-
ləşmiş, təbiətə tətbiq olunmuş zehni əməyin hesabına. Bu-
rada  biz  koqnitiv  biliklərin  texnikada  iştirakı  məsələsi  ilə 
qarşılaşırıq.  Əməli  biliklərə  (baxılan  halda  –  texnolo-
giyaya)  uyğun  olan  fiziki  fəaliyyət  qismən  maşınlar  tərə-
findən  əvəz  olunduğu,  qismən  də  insanın  özü  tərəfindən 
icra olunduğu halda, koqnitiv biliklər «süni təbiətin», tex-
niki  sistemin  iş  prinsipində  öz  əksini  tapır;  məlum  qanu-
nauyğunluq  üzrə  işləyən  maddi  sistem  düzəldilir  və 
deməli,  ideal  formada,  bilik  halında  texniki  sistemə  daxil 
olmur. 
Koqnitiv  biliklər  elmi  biliklərin  əsasını  təşkil  etdi-
yindən  elmi  biliklər  də  texnikada  öz  əksini  yalnız  maddi-
ləşmiş şəkildə tapır; yaxud dərk edilmiş təbiətin prinsipləri 
əsasında onun müvafiq hissələrinin, ayrı-ayrı təbii hadisə-
lərin  süni  analoqlarını  –  modellərini  yaratmaq  və  işə  sal-
maqla  insan  təbiət  hadisələrini  müəyyən  üstün  (insanın 
mənafeyinə uyğun gələn) istiqamətə yönəltməyə çalışır. 
Burada  biz  habelə  elmin,  elmi  biliyin  nə  kimi  bir 
yolla praktika sahəsi ilə əlaqələndiyinin şahidi oluruq. El-
mi biliklərin heç də əməli biliklər zəminində deyil, koqni-
tiv  biliklərin  zəminində  formalaşdığını  göstərməklə,  biz 
elmin  bütövlükdə  praktika  sahəsinə  daxil  olmadığını,  ona 
nəzərən  nisbi  müstəqilliyə  malik  olduğunu  izah  etmişdik. 
Digər  tərəfdən  də  elmin  məhz  praktik  tələbatla  əlaqədar 
inkişaf  etdiyi  inkarolunmaz  həqiqətdir.  İlk  baxışda  bir-
birinə  zidd  görünən  bu  iki  hal  elmin  daxili  mürək-
kəbliyindən ikili funksiyasında irəli gəlir. 
Elmin  ikili  təbiəti  –  bir  tərəfdən,  sosial-mədəni,  di-
gər  tərəfdən  də  praktik  bir  hadisə  kimi  çıxış  etməsi  əksər 
hallarda  unudulsa  da,  son  vaxtlarda  bir  sıra  tədqiqatlarda 
bu  məsələyə  diqqət  yetirilmişdir.  Əlamətdar  haldır  ki, 


Elm haqqında elm   
 
- 291 - 
iqtisadçı  akademik  A.İ.Ançişkin  də  elmin  sosial-mədəni 
hadisə olmasını nəzərə alır və yalnız bununla yanaşı elmin 
praktik, iqtisadi funksiyasını tədqiq edir. A.İ.Ançişkin ya-
zır: «Elmin məzmunu və onun inkişaf məntiqi ilk növbədə 
idrakın obyekti ilə müəyyən olunur, texnika isə özündə iki 
başlanğıcı – elmi və praktik başlanğıcları ehtiva edir. Bu, 
həm  də  onu  göstərir  ki,  elmin  praktik  ehtiyaclara  meyli 
eyni  zamanda  onun  texnika  ilə  birləşməsi  dərəcəsindən 
baş  verir;  yalnız  texnika  ilə  vəhdətdə  elm  təkcə  sosial-
mədəni  hadisə olmaq hüdudundan kənara çıxır, praktiklik 
kəsb edir, bilavasitə məhsuldar qüvvəyə çevrilir».
1
 Burada 
elmin ikili təbiəti çox aydın nəzərə alınmışdır. Bircə bunu 
qeyd etmək lazımdır ki, elmin praktik funksiyasını texnika 
ilə məhdudlaşdırmaq düz deyil. Elm, ictimai həyatın bütün 
sahələrinə  nüfuz  etməklə  praktik  istifadə  miqyası 
baxımından texnikanın sərhədlərini çoxdan keçmişdir.      
Texnikanın  əhatə  dairəsini  dəqiq  təsəvvür  edə  bil-
mək  üçün  insan  –  təbiət  münasibətində  insanın  vasitəçi 
sistemlə  münasibətinin  müxtəlif  spesifik  formalarını  nə-
zərdən  keçirmək  lazımdır.  Bu  münasibətin  kənar 
hallarından  biri  (sərhəd  şərti)  maddi  fəaliyyətin  subyekti 
olan insanın əslində vasitəçi texniki sistemə bir ünsür kimi 
daxil  olmasıdır.  Bu  zaman  insan-təbiət  münasibətində  bi-
rinci  tərəf  heç  də  bilavasitə  maddi  fəaliyyətin  subyekti 
olan insan yox (zira o bir ünsür kimi aralıq mərhələyə tex-
nikaya  daxil  olur),  həmin  texniki  sistemi  ixtira  edən, 
quraşdıran  və  adam-robotlarla  birlikdə  bütöv  bir  me-
xanizm  kimi  işə  salan  insandır.  Beləliklə,  baxılan  kənar 
halda, icraçı insan yaradıcı insanla təbiət arasında vasitəçi 
sistemə  daxil  olur.  Elmin  müasir  inkişaf  mərhələsində  bu 
                                                 
1
 Анчишкин А.И. Наука – Техника – Экономика. М., 1986, с. 
165 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə