Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə91/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   84   85   86   87   88   89   90   91   92

Elm adamları elm haqqında 
 
- 298 - 
 
* * * 
 
Cəmiyyət həmişə cavan qalır, elm isə qocalır.  
M.Delbryuk 
 
Elmi  tərəqqinin  hüdudsuzluğu  ən  çox  onun  kumu-
lyativ xarakterinin nəticəsidir. Kumulyativlik – elmi bilik-
lərin  yenisi  ilə  əvəz  olunmayaraq  üst-üstə  toplanması  de-
məkdir. 
Müasir 
elmşünaslıq 
elmi 
inkişaf 
qanunauyğunluğunun  daha  mürəkkəb  xarakterə  malik 
olduğunu aşkar etsə də,  hər halda bu xassə elmin  mühüm 
səciyyələrindən biri olaraq qalmaqdadır.  
Elmin spesifikasından söhbətlər gedərkən o, bir qay-
da olaraq, fəlsəfə, din, incəsənət və əxlaqla qarşılaşdırılır. 
Bu  zaman  kumulyativlik  xassəsi  elmi  bütün  bu  hadisə-
lərdən fərqləndirən başlıca xüsusiyyət  kimi çıxış edir. Bu 
gün  orta  məktəbdə  oxuyan  şagird  fizika  haqqında  İ.Nyu-
tona nisbətən daha çox məlumata malikdir. Sıravi elmi işi, 
aspirant  A.Eynşteynin  nəzəriyyəsinə  əlavələr  edir,  onun 
tətbiq  dairəsini daha da genişləndirir.  Başqa cür mümkün 
də  deyil;  hər  hansı  elm  korifeyi  elm  binasında  yeni  bir 
mərtəbə tikirsə, sonrakı nəsil artıq bu yeni mərtəbədə rahat 
yerləşərək  onun  üzərinə  yeni  kərpiclər  qoymaqla  məşğul 
olur.  
İncəsənətdə belə deyil. Bu günün hər hansı bəstəka-
rının L.Bethovendən və ya Ü.Hacıbəyovdan daha mükəm-
məl musiqi bəstələməsi nəinki qanunauyğunluq deyil, hət-
ta  ağlasığmaz  bir  haldır.  Müasir  rəssamlar  İntibah  dövrü 
rəssamlarından  daha  da  yaxşı  çəkə  bilsə  idilər  Rafaelin, 
Leonardo da-Vinçinin, Mikelancelonun əsərlərinin qiymə-
ti günü-gündən daha da artardırmı? Hər bir yeni şair nəsli 


Elm haqqında elm   
 
- 299 - 
Füzulidən, Puşkindən bir addım qabağa getsə və ya, başqa   
sözlə,  onların  qalxdığı  mərtəbədə  dayanıb  üstünə  bircə 
kərpic  də  əlavə  etsə,  poeziya  binası  hara  ucalardı?  Ümu-
miyyətlə,  vahid  poeziya  binasından,  vahid  musiqi  abidə-
sindən  danışmaq  mümkündürmü?  Xeyr.  Sənət  məmləkə-
tində  hər  bir  şairin,  rəssamın,  bəstəkarın  ucaltdığı  ayrıca 
məbədlər var ki, onlar bir-birindən seçilir və heç vaxt bir-
birinin  üzərinə  toplanmır.  Sənət  əsəri  hansı  isə  vahid  bir 
binanın kərpicinə, nəhəng sənət maşınının vintinə çevrilsə, 
öz  bütövlüyünü  və  ahəngini  itirər  və  daha  sənət  əsəri  ol-
maz.  
Eləcə  də  fəlsəfə  və  əxlaq  sahəsində.  Hər  bir  yeni 
nəslin nümayəndəsi əvvəlkindən daha zəngin mənəviyyatlı 
və daha tərbiyəlimi olur? Nəzəriyyədən də, təcrübədən də 
məlumdur  ki,  belə  bir  qəti  hökm  səhvdir.  Bəs  onda  əx-
laqda, incəsənətdə və s. tərəqqi yoxdurmu? Tərəqqi var, o 
kumulyativ yolla və ya buna bənzər surətdə həyata keçmir. 
Hər  sonra  gələn  əvvəlkini  yaratdığının  üzərində  deyil, 
onunla  yanaşı başqa əsərlər  yaradır, özünəməxsus mənəvi 
aləmə,  əxlaqi  keyfiyyətlərə  malik  olur.  Bu  keyfiyyətlər 
yalnız  həmin  dövrün  ümumi  ahəngindən  deyil,  həm  də 
real  həyat  tərzindən,  konkret  ictimai-iqtisadi  mühitdən 
asılı  olur.  Burada  tərəqqi  ilə  yanaşı,  xüsusi  şəraitlərdə 
geriləmə, tənəzzül və s. də tamamilə təbii haldır.  
Elmdə isə geriyə yol yoxdur. Ayrıca bir ölkənin elmi 
tərəqqisində nisbi tənəzzül məqamları olsa da, bütövlükdə 
elm  maşını  daim  irəli  gedir,  elm  binası  heç  vaxt 
tamamlanmır,  üzərinə  yeni-yeni  mərtəbələr  əlavə  olunur. 
Ümumi  bir  yüksəliş  var  və  hər  bir  ölkənin  məqsədi  bu 
yürüşdən geri qalmamaq, onun ön cəbhəsinə çıxmaqdır.  
Əlbəttə,  biz  bununla  elmin  inkişaf  yolunun  mürək-
kəbliyini,  burada  da  böhranların  və  inqilabların  labüd-


Elm adamları elm haqqında 
 
- 300 - 
lüyünü  inkar  etmək  istəmirik.  Əsas  məqsəd,  təfərrüatlara 
varmadan,  yekun  inkişafın  vahid  istiqamətini  və  müntə-
zəm xarakterini göstərməkdir.  
Lakin  doğrudanmı  elmi  tərəqqinin  həddi-hüdudu 
yoxdur?  Bəs  bu  prosesin  məhdudlaşdırılmasına  yönəldil-
miş amillər necə?  
Belə  amillər  var  və  o  dərəcədə  ciddi  amillərdir  ki, 
bir  sıra  tədqiqatçılar  elmin  son  həddindən,  onun 
inkişafında 
«doyma» 
halından, 
elmi 
potensialın 
tükənməsindən  söhbət  açırlar.  Doğrudan  da  əgər  elmi  in-
formasiya  həddindən  artıq  çoxalırsa,  insanın  intellektual 
imkanı  əsasən  yerində  saydığı  halda,  elm  gündən-günə 
mürəkkəbləşirsə belə söhbətlər tamamilə təbiidir.  
Elmin  son  həddi  barədə  mübahisələr  yalnız  müasir 
dövrdə  ortaya  çıxmamışdır.  Bu  haqda  əvvəllər  də 
danışılmışdır.  Məsələn,  XIX  əsrdə  mexnikanın  sürətli 
inkişafından  sonra  durğunluq  yarandığı  və  mexanisizmin 
elmi  düşüncə  tərzinə  hakim  kəsildiyi  bir  şəraitdə  bundan 
sonra  elmin  yenə  inkişaf  etməsi  imkanı  şübhə  altına 
alınırdı. Elmin real inkişaf yolu isə göstərdi ki, burada hər 
bir  böhran  həddindən  sonra  dünyanın  yeni  elmi 
mənzərəsinə,  yeni  təfəkkür  tərzinə  keçidlə  əlaqədar 
sıçrayışlı inkişaf başlanır və s. Lakin müasir dövrdə elmin 
hüdudu  ilə  əlaqədar  şübhələr  daha  çox  sosial  amillərin 
təhlili nəticəsində ya-ranır. Məsələn, elmin müasir inkişafı 
elmi  işçilərin  sayının  sürətlə  artması  ilə  müşaiyət  olunur. 
Bu sürət yer kürəsində adamların sayının artma sürətindən 
qat-qat  böyükdür.  Deməli,  bu  hal  müntəzəm  davam 
edərsə, yaxın gələcəkdə gərək bütün adamlar elmlə məşğul 
olsunlar.  Bəs  sonrakı  inkişaf  nəyin  hesabına  təmin 
ediləcəkdir?  


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə