Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə86/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   82   83   84   85   86   87   88   89   ...   92

Elm haqqında elm   
 
- 283 - 
həyata  keçir.  Əlin  imkanlarını  artırmaq  üçün  düzəldilmiş 
süni vasitələr olmadıqda, xüsusən ilk tarixi dövrlərdə təbii 
vasitələrdən  istifadə  vərdişləri  mühüm  rol  oynamışdır. 
Əlin  özünün  idarə  olunması,  onun  predmet  üzərində 
ustalıqla  əməliyyat  aparması  əməli  fəaliyyətin  uğurla 
nəticələnməsi  üçün  zəruri  şərt  idi.  Deməli,  ustalıq, 
qabiliyyət,  əmək  vərdişləri  o  dövrün  əsas  texniki  vasitəsi 
idi. 
Nəsillərin 
əvəzlənməsi 
şəraitində 
əməyin 
formalaşması  prosesinin  bütövlüyünü,  kəsilməzliyini 
təmin edən məhz bu vərdişlərin nəsildən-nəslə  ötürülməsi 
olmuşdur. 
Vərdişlər 
ayrı-ayrı 
fərdlərin 
məxsusi 
fəaliyyətlərində  müxtəlif  məzmun  daşımamış,  müəyyən 
sabitliyə  və  ümumiliyə  malik  olmuş,  bütövlükdə  ictimai 
fəaliyyətin xarakteristikası kimi çıxış etmişdir. 
Sonrakı  tarixi  inkişaf  mərhələsində  əməyin  texniki 
vasitələrinə  vərdişlərlə  birlikdə  süni  alətlər  də  daxil 
olmuşdur.  Bu  alətlər  onlardan  istifadə  etmək  qaydaları  – 
yeni  keyfiyyətli  əməli  bilik  texnologiya  ilə  birlikdə  mey-
dana gəlmişdir. Yeni texnologiya əməkçi adam qarşısında 
müvafiq əməli vərdişlərə  yiyələnmək tələbini qoymuşdur. 
Yeni  alətlər,  yeni  texnologiya  və  yeni  vərdişlər  nəsildən-
nəslə  ötürülərək  təkmilləşmiş  və  ictimai  tərəqqinin  həmin 
dövr üçün başlıca səciyyəsinə çevrilmişdir. 
Fərz  edək  ki,  alətlər  qalmış,  lakin  onlardan  istifadə 
etmək qaydaları yeni nəslə çatmamışdır. Onda bu alətlərin 
özlüyündə  bir  xeyri  ola  bilərmi?  Yox.  Bu  halda  eyni  bir 
tarixi  inkişaf  mərhələsi  təzədən  keçilməli  olardı.  Yeni 
nəsil  bu  alətləri  ondan  istifadə  qaydaları  ilə  birlikdə 
təzədən kəşf etmək məcburiyyəti qarşısında qalardı. 
Əgər biz insanın məqsədəuyğun fəaliyyətinə xidmət 
edən və bir fərd miqyasından kənara çıxaraq ictimailəşən, 
obyektivləşən  (ondan  istifadə  edənlərin  şəxsiyyətindən 


Elm adamları elm haqqında 
 
- 284 - 
asılı  olmayan)  vasitələri  müəyyən  bir  terminlə  istifadə 
etmək  istəyiriksə,  onda  bu  terminə  əmək  alətləri  ilə 
birlikdə mütləq bu alətlərdən istifadə vərdişlərini də  daxil 
etməliyik.  İstifadə  qaydası  məlum  olmadıqda  alət,  alətsiz 
isə  istifadə  qaydası  heç  nəyə  yaramır.  Lakin  alətdən  isti-
fadə  qaydası  hələ  texnikaya  yox,  əməli  biliyə  aiddir  və 
texnologiya anlayışında əhatə olunur. Lakin bu bilik başın 
sərəncamından  çıxıb,  əlin  sərəncamına  kecdikdə,  qabiliy-
yətə çevrildikdə vərdiş anlayışında əhatə olunur və texniki 
vasitə kimi çıxış edir. Vərdiş və  alət üzvi surətdə bağlıdır 
və  vahid  sistemə  daxildirsə  onları  ayırıb  müxtəlif  termin-
lərlə 
ifadə 
etməklə 
ictimai 
fəaliyyət 
haqqında 
tamamlanmış təsəvvür əldə oluna bilməz. 
Texnikanın inkişafında sonrakı ən mühüm  mərhələ 
işçi maşınların kəşfi (sənaye inqilabı) ilə bağlıdır. İşçi ma-
şınların əsas funksiyası bundan ibarətdir ki, əmək predmeti 
üzərində əvvəllər bilavasitə insanın gördüyü işi indi maşın 
görür. K.Marks yazır: «Hər bir mükəmməl maşın qurğusu 
bir-birindən  çox  fərqli  olan  üç  hissədən:  mühərrik 
maşından,  ötürücü  mexanizmdən  və  nəhayət  alət-
maşınından,  yaxud  iş  maşınından  ibarətdir...    Əgər  biz 
yaxud  əsl  iş  maşınına  yaxından  nəzər  salsaq  ki,  həmin 
maşın  çox  zaman  xeyli  dəyişilmiş  şəkildə  olsa  da, 
ümumiyyətlə  və  bütünlükdə  sənətkar  və  manufaktura 
fəhləsi  tərəfindən  işlədilən  eyni  apparat  və  alətlərdən 
ibarətdir;  lakin  bunlar  daha  əl  alətləri  deyildir,  mexaniz-
min  alətləridir,  yaxud  mexaniki  alətlərdir».
1
  Beləliklə, 
maşınlar  nəinki  təkcə  canlı  əməyi,  həmçinin  fəhlənin 
özünü və onun peşə alətini əvəz edir. 
Əslində  maşın  insanın  görə  bildiyi  işlərin  yalnız  o 
hissəsini əvəz edə bilir ki, onlar vərdiş hesabına görülmüş 
                                                 
1
 К.Маркс. Капитал. 1-cи ciлд, Азярняшр, 1969, с. 375 


Elm haqqında elm   
 
- 285 - 
olsun. Deməli, bilavasitə fəaliyyət üçün və ya sadə alətlər 
vasitəsilə  işləmək  üçün  əsrlərdən  bəri  qazanılmış  olan 
əvvəlki  vərdişlər  maşınla  əvəz  edilir  və  nəticədə  onların 
əksəriyyəti  gərəksizləşir  və  sıradan  çıxır.  Lakin  əgər  bu 
vərdişləri  maşın  əvəz  edirsə,  bu  heç  də  texnikanın  təkcə 
maşınlarla məhdudlaşması demək deyildir, zira indi də ye-
ni  vərdişlər  –  maşınları  idarə  etmək  vərdişləri  formalaş-
mağa başlayır. 
Beləliklə, texnikanın inkişafının müxtəlif mərhələlə-
rində  əvvəlcə  sadə  alətlər,  sonra  isə  maşınlar  bu  vaxta 
qədər  vərdişlərin  bir  qismini  əvəz  etmiş  və  yeni  vərdiş 
formalarının  yaranmasına  səbəb  olmuşdur.  Əgər  bu  iki 
tərəf:  vərdişlər  və  əmək  vasitələri  arasında  qarşılıqlı  ke-
çidlər  mövcuddursa,  deməli,  onları  əks  etdirməli  olan  an-
layışın (texnika) stabilliyi yalnız onların hər ikisinin əhatə 
edilməsi  sayəsində  ödənilə  bilər.  Hələ  indəyədək  fəlsəfi 
fikirdə  «vərdiş»  anlayışının  mahiyyəti  düzgün  aydınlaşdı-
rılmamışdır. Vərdiş – şüur hadisəsindən daha çox obyektiv 
hadisədir,  daha  doğrusu,  obyektivləşmiş,  özgələşmiş 
şüurdur. Necə ki, alət-texnika, maşın-texnika əslində elmi-
praktik  biliklərin,  konstruktor  təxəyyülünün  insandan  kə-
nardakı  şeylərdən  özgələşməsidir,  eləcə  də  vərdiş-texnika 
praktik biliklərin insanın öz əlində özgələşməsidir. 
Müvafiq əməli vərdişə malik olan əl alətlə birləşdik-
də  «canlı  əmək»  yaranır.  İnsanın  «mən»i  isə  prinsipcə  bu 
sistemdən kənarda ola bilər. Əslində corab toxuyan qadın 
tamam başqa mövzuda fikirləşib danışa bildiyi kimi, dəz-
gah  işlədən  peşəkar  usta  da  mənən  həmin  dəzgaha  bağlı 
olmur. Burada bağlayıcı vasitə yalnız əldir ki,
*
 o da maddi 
                                                 
*
 Яслиндя бу cцр гейри-шцури фяалиййятдя йалныз ял дейил, 
диgяр органлар мясялян, gюз, гулаг, айаг вя с. иштирак едя биляр. 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə