Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə80/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   76   77   78   79   80   81   82   83   ...   92

Elm adamları elm haqqında 
 
- 264 - 
gerçəklikdən  yeni  faktiki  material  gözləmədən  yeni  bilik 
almaq imkanı yaranır, başqa sözlə, mövcud biliklər sistemi 
özü-özünü inkişaf etdirmək keyfiyyəti əldə edir. 
Elm həm də sosial sahədə vahid və bütöv sistem ki-
mi formalaşır. Elmi biliklər sistemi daha artıq elm hadisə-
sini tam səciyyələndirmək üçün kifayət etmir. Elm dedik-
də,  bir  neçə  en  kəsiyini  ehtiva  edən  mürəkkəb  qeyri-bir-
cins sistem nəzərdə tutulur. 
İstər  «elm»  sistemi,  istərsə  də,  elmi  inkişaf  prosesi 
yalnız  son  illərdə  xüsusi  tədqiqat  predmetinə  çevrilmişdir 
ki, bu da elmin sosial və iqtisadi rolunun ciddi surətdə art-
ması ilə əlaqədardır. Təbii ki, tədqiqat elə ilk mərhələdən 
sistemli xarakter daşıya bilməzdi və buna ehtiyac da olma-
mışdır. Bu sahənin tədqiqinə hər dəfə elmin və elmi inki-
şafın  ən  müxtəlif  cəhətlərini  öyrənmək  zərurəti  yaranar-
kən, qarşıya çıxan tələblərin konkret xüsusiyyətlərinə, spe-
sifikasına uyğun olaraq müraciət edilmişdir. Buna görə də 
müxtəlif aspektlərdəki  tədqiqatlar xeyli dərəcədə  rabitəsiz 
xarakter daşıyır. Bununla belə, hələ vahid tədqiqat sistemi 
formalaşmasa da, bu sahədəki  elmi  işləri bir neçə başlıca 
tədqiqat  istiqamətində  qruplaşdırmaq  olar.  Elmin  tarixi, 
metodoloji, qnoseoloji, sosioloji, iqtisadi, psixoloji aspekt-
lərdəki tədqiqi, həmçinin onun planlaşdırılması və proqno-
zu probleminin öyrənilməsi – hər biri ayrılıqda nisbi müs-
təqil  tədqiqat  sahəsi  kimi  götürülə  bilər.  Bu  sahələrin  öz 
aralarındakı əlaqəsi çox zəifdir. Halbuki elm bütöv sistem 
təşkil  etdiyindən  onun  müxtəlif  aspektlərdəki  tədqiqi  də 
vahid terminoloji əsasa malik olmalı, sistemli xarakter da-
şımalıdır.  Ayrı-ayrı  tədqiqat  qollarının  ortaq  məxrəcə  gə-
tirilə bilməsi üçün tədqiqat predmeti haqqında vaxtaşırı da 
olsa  bütöv  təsəvvür  əldə  edilməsi  vacibdir.  Bu  tələbatı 
ödəmək üçün son vaxtlarda elmin müxtəlif istiqamətlərdə 


Elm haqqında elm   
 
- 265 - 
öyrənilməsindən alınan nəticələri vahid tədqiqat sahəsində 
– elmşünaslıqda birləşdirmək təşəbbüsü göstərilir. 
Müasir dövrdə elmin mahiyyətini və inkişaf qanuna-
uyğunluğunu  müəyyənləşdirmək  zərurəti  bütün  aydınlığı 
ilə özünü göstərsə də problem öz qəti həllini hələ tapma-
mışdır.  Lakin  bu  sahədə  bir  sıra  konkret  nailiyyətlər  əldə 
edilmiş, elmin başlıca xüsusiyyətləri, inkişaf meylləri və s. 
müəyyənləşdirilmişdir. 
Sərlövhəsinə  görə  elmin  metodoloji  təhlilinə  həsr 
olunmuş əsərlərdə adətən heç də bütövlükdə «elm» sistemi 
yox, onun tərkib elementləri, konkret elmi tədqiqat metod-
ları,  xüsusi  elmi  problemlərin  fəlsəfi  məsələləri  öyrənilir. 
Bununla  yanaşı  metodoloji  aspektdəki  tədqiqat  elmşünas-
lığın strukturunda mühüm yer tuta bilər. Lakin təəssüf ki, 
bu sahələrin əlaqəsi hələ çox zəifdir. 
Elmin  sistemli  tədqiqində  müxtəlif  aspektlərdə  əldə 
olunmuş nəticələrin hamısı nəzərə alınmalıdır. Hər bir təd-
qiqat  aspektində  elmin  müəyyən  cəhətləri  öyrənilir  ki, 
bunları bilmədən onun bütöv mənzərəsini yaratmaq müm-
kün deyil. 
Sistemli  yanaşma  elmin  element  və  strukturunun 
müəyyənləşdirilməsini  tələb  edir.  Həm  də  bu  zaman  bir 
yox, iki cür sistem öyrənilməlidir: əvvəla,  «elm» sistemi-
nin  özü  –  onun  elementlərindən  təşkil  olunmuş  sistem 
ikincisi,  elmin  bir  element  kimi  daxil  olduğu  sistem  və 
burada elmin yeri. 
Elmin  ayrı-ayrı  aspektlərdəki  tədqiqində  bir  qayda 
olaraq onun yalnız müəyyən bir cəhəti öyrənilir, elmin bü-
töv  hadisə  kimi  tədqiqi,  onun  makroxassələri  və  yekun 
funksiyaları kölgədə qalır. Məsələn, «elmin tarixi tədqiqi» 
adı  altında  adətən  elmin  tarixi  əvəzinə  elmi  biliyin  tarixi 
öyrənilir;  halbuki  elmi  bilik  elm  sisteminin  tərkib  ele-


Elm adamları elm haqqında 
 
- 266 - 
mentlərindən  yalnız  biridir.  Belə  hallarda  nəzərə  alınma-
lıdır  ki,  sistemin  və  onun  tərkib  elementlərinin  keçirdiyi 
keyfiyyət  və  kəmiyyət  dəyişilmələri  zamanca  uzlaşmaya 
da bilər. Məsələn, elmi biliklərin inkişafında inqilabi çev-
rilişlər,  dünyanın  elmi  mənzərələrinin  əvəzlənməsi  və  s. 
hələ bütövlükdə «elm» sisteminin keyfiyyət dəyişikliyi ke-
çirdiyinə dəlalət etmir. 
Elmi biliyin tarixi inkişaf yolunun izlənilməsi elmin 
ümumi  inkişaf qanunauyğunluğunun müəyyənləşdirilməsi 
üçün  xüsusi  əhəmiyyətə  malikdir.  Belə  ki,  bütöv  «elm» 
sisteminin  keçdiyi  əsas  tarixi  mərhələlər  yalnız  konkret 
elmi  yaradıcılıq xüsusiyyətlərinin, istifadə edilən elmi  id-
rak metodlarının, elmi biliyin toplanma və saxlanma vasi-
tələrinin  informasiya  mübadiləsi  və  s.  cəhətlərin  müxtəlif 
dövrlərdə  və  müxtəlif  ictimai-iqtisadi  şəraitlərdəki  vəziy-
yətlərinə görə müəyyənləşdirilə bilər. 
«Elm»  sisteminin  başlıca  elementlərindən  birini  də 
elmi yaradıcılıq prosesi təşkil  edir. Tədqiqatçıların bir qis-
mi  məhz  bu  cəhəti  elmin  mahiyyəti  kimi  götürür  və  onu 
yalnız  bir  en  kəsiyində  qnoseoloji  müstəvidə  tədqiq  edir-
lər. Belə tədqiqatlarda elmi bilik istehsalı prosesinin bu və 
ya digər qnoseoloji məqamı ön plana çəkilir. Sistemli ya-
naşma  zamanı  bu  məqamlardan  hər  birinin  elmin  ümumi 
mənzərəsində tutduğu dəqiq yerini müəyyənləşdirmək, la-
zım gəlir. 
Elmi məntiqi-qnoseoloji  aspektdə uğurla tədqiq  edə 
bilmək  üçün  əvvəlcə  onu  bütöv  dinamik  bir  sistem  kimi 
təsəvvür etmək və elmi səciyyələndirən müxtəlif hadisələr 
çoxluğu  içərisində  məntiqi  təhlilin  spesifik  obyektini 
müəyyənləşdirmək lazımdır. 
Elm bilavasitə idrakla bağlı olduğuna görə onun öy-
rənilməsində  məntiqi-qnoseoloji  aspekt  mühüm  yer  tutur. 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə