Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə73/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   69   70   71   72   73   74   75   76   ...   92

Elm adamları elm haqqında 
 
- 242 - 
Çox pulu olan, lakin ondan istifadə etməyi bacarma-
yan adamlar olduğu kimi, çox biliyi olan, lakin lazım gəl-
dikdə  onu  saf-çürük  edərək  müəyyən  istiqamətə  yönəldə 
bilməyənlər  də  var.  Çox  bilmək  hələ  alim  olmaq  deyil. 
Elmi  xidmət  hər  bir  alimin  ümumi  bilik  xəzinəsindən  nə 
qədər  pay  götürməsi  ilə  deyil,  bu  xəzinəyə  nə  qədər  pay 
verməsi ilə müəyyən olunur. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  biliklər  iki  yerə 
bölünür.  Bilavasitə  insanların  maddi  fəaliyyətinə  xidmət 
edən  biliklər  (əməli  biliklər)  olduğu  kimi,  ancaq  aralıq 
mərhələ  vasitəsi  ilə  tətbiq  olunan  biliklər  də  vardır.  “İn-
sansızlaşdırılmış” dünyanın  obyektiv qanunauyğuluqlarını 
əks  etdirən  koqnitiv  biliklərdən  praktikada  istifadə  etmək 
üçün  bir  fərdi  fəaliyyət  miqyasından  kənara  çıxan  xüsusi 
sosial mexanizm, xüsusi qüvvə tələb olunur. Deməli, yeni 
bilik  əldə etmək insanın güc-qüvvəsini öz-özünə artırmır. 
Əksinə  bu  biliyin  qüvvəyə  çevrilməsi  üçün  ilkin  qüvvə, 
xüsusi maddi vəsait, fəaliyyət lazımdır. 
Bəzən maddi fəaliyyət imkanı məhdud olduqda, güc-
qüvvə çatmadıqda insanın ən nəcib arzu və niyyəti həyata 
keçməmiş qalır. Müdrik adam  gücsüz olduqda dünyadakı 
ahəng pozuntularını duyur, dərk edir, amma onları aradan 
qaldıra  bilmir.  Dünyanı  məqsədəuyğun  şəkildə  dəyişmək 
üçün  nə  etmək  lazım  olduğunu  bilir,  lakin  buna  qüvvəsi 
çatmır.  Bu,  müdrik  adamın  faciəsidir.  Başqa  birisinin  isə 
maddi imkanı, gücü-qüvvəsi var, lakin nə etmək lazım ol-
duğunu  bilmir,  daha  doğrusu,  onun  lazım  bildiyi  əsl  hə-
qiqətdən  çox  uzaqdır.  Buna  baxmayaraq,  güclü  olan 
“haqlı” çıxır. Bu - nadan adamın xoşbəxtliyidir.                
Orta əsr Şərq fəlsəfəsində müdrik adamın faciəsi na-
danın  xoşbəxtliyindən  üstün  tutulur.  Maraqlıdır  ki,  bu 
ideya əxlaqi baxımdan deyil, həm də ümumiyyətlə faydalı-


Elm haqqında elm   
 
- 243 - 
lıq baxımından irəli sürülür: “Bilik əməlsiz də faydalı ola 
bilər,  halbuki  biliksiz  (elmsiz)  əməlin  faydası  yoxdur”. 
Burada biliyin, elmin təkcə məhsuldar qüvvə yox, həm də 
sosial-mədəni sərvət olması fikri çox gözəl ifadə olunmuş-
dur. Elmə arxalanmayan fəaliyyətin puçluğu ideyası Füzu-
linin məşhur misralarında öz poetik tərənnümünü belə tap-
mışdır: 
 
Elmsiz şer əsası yox divar olur, 
Əsassız divar qaətdə bietibar olur. 
 
Şərq fəlsəfəsi  hər bir işin elm, bilik əsasında görül-
məsini  zəruri  sayır.  Yüz  ölçüb  bir  biçmək  hikmətini  əsas 
götürür. Zira güclə görülə bilməyən işlər bilik və fərasətlə 
görülə bilər. Əl-Qəzali yazırdı: “Fəlsəfənin həqiqi məqsədi 
xoşbəxtliyə  aparan  yolu  göstərməkdir  ki,  o  da  elm  və 
əməlin birləşdiyi nöqtədən keçir”.
1
  
Sual oluna bilər ki, elm ilə əməl arasındakı əlaqənin 
həlli  kimi  mühüm  bir  problem  orta  əsr  Şərqində  düzgün 
həll  olunmuşdusa,  bəs  nəyə  görə  sonrakı  dövrlərdə  Şərq 
ölkələri elmi-texniki tərəqqi sahəsində geri qaldı? 
Nəzərə almaq lazımdır ki, əvvəla, Şərqdə elm, bilik 
dedikdə daha çox dərəcədə humanitar sahələr: fiqh, əxlaq 
nəzəriyyəsi,  didaktika  və  s.  nəzərdə  tutulurdu.  “İnsansız-
laşmış”  dünyanın  deyil,  insan  dünyasının  öyrənilməsinə 
üstünlük verilirdi.  Məhz bu cəhət  elmlə, fəlsəfə ilə poezi-
yanın  məqsədini  yaxınlaşdırdığından  çox  vaxt  sinkretik 
formalar yaranır, fəlsəfi və elmi fikirlər də poeziyada ifadə 
olunurdu.  Poeziya  fikri  insana  bilavasitə  çatdırmaq  üçün 
çox əlverişli idi. Təbiət haqqındakı fikirləri, zehni bilikləri 
əməli  fəaliyyətə  tətbiq  edərək  təbiət  qüvvələrinin  praktik 
                                                 
1
 Роузенталь Ф. Торжество знания. c. 243. 


Elm adamları elm haqqında 
 
- 244 - 
istifadəsi  şəklində  insanların  ixtiyarına  vermək  başqa  cür 
düşüncə tərzi tələb edirdi. 
O  dövrdə  elm,  əlbəttə,  müstəqil  surətdə  də  inkişaf 
edir, elmi traktatlar yaranırdı. Lakin belə əsərlər də tətbiq 
üçün  vasitə  olmaqdan  daha  çox  özlüyündə  dəyərə  malik 
olan  müstəqil  bir  sərvət  kimi  qiymətləndirilirdi.  Elm  bir 
növ özü özünün məqsədinə çevrilmişdi. 
Əməl  dedikdə  isə,  ilk  növbədə  insanın  insani  fəa-
liyyəti:  əxlaqi  keyfiyyətləri,  özünü  insanlar  arasında  necə 
aparması,  mövcud  cəmiyyətdə  qərarlaşmış  olan  mənəvi 
normalara nə dərəcədə əməl etməsi nəzərdə tutulurdu. An-
layışın  əhatə  dairəsi  məhdudlaşdırılmışdı.  Şərq  fəlsəfəsi 
alimi-biəməlləri ifşa  edir və  yalnız o adamları həqiqi mə-
nada müdrik hesab edir ki, sözü ilə əməli düz gəlsin. Tə-
sadüfi  deyil  ki,  Sədi  öz  dediklərinə  əməl  etməyən  alimi 
əlində çıraq gəzdirən kora bənzədir. Elm nuru ilk növbədə 
alimin öz mənəvi dünyasını işıqlandırmalı, onun əməlləri-
nə düzgün istiqamət verməlidir.  
Lakin bəşəriyyətin keçdiyi tarixi  yol əslində elm və 
biliyin  əxlaqla,  insani  keyfiyyətlərlə  çox  az  əlaqədar  ol-
duğunu isbat etmişdir. İnsan nəinki ümumiyyətlə elmlərə, 
hətta etikaya, əxlaq haqqındakı biliklərə nə qədər mükəm-
məl  yiyələnirsə-yiyələnsin,  bu  hələ  onun  real  əxlaqı  haq-
qında,  insani  keyfiyyətləri  haqqında  heç  nə  demir.  İnsanı 
tərbiyə  etməyin  yolları  daha  mürəkkəbdir.  O  dövrdə  isə 
(bəzən  elə  indi  də)  elm,  bilik  əxlaqi-mənəvi  kamilliyin 
əsas açarı hesab edilirdi.           
XIV əsrdə Marağalı Əvhədi yazırdı: 
 
Nursuz göz kimidir ürək
Nadan insanlıqdan uzaqdır gerçək. 
 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə