Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə70/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   66   67   68   69   70   71   72   73   ...   92

Elm adamları elm haqqında 
 
- 232 - 
Maddi fəaliyyətdən doğan, ondan ayrılmayan və yal-
nız  təcrübə  şəklində  yeni  nəslə  ötürülən  əmək  vərdişləri 
müasir dövrdə də istehsal prosesində mühüm yer tutur, bi-
lavasitə icraçılıq  işinin,  fəhlə əməyinin  əsasını təşkil edir. 
Lakin ictimai  istehsal  yalnız bilavasitə icraçılıq  fəaliyyəti 
ilə  məhdudlaşmır.  Onun  çox  mühüm  xüsusiyyətlərindən 
biri fəaliyyətlə bilavasitə bağlı olmayan müstəqil biliklərin 
fəaliyyətlə birləşdirilməsidir. Bu proses müasir dövrdə el-
mi-texniki  tərəqqi  sayəsində  həyata  keçir  və  onun  funk-
sional səciyyəsini vermək üçün mühüm rol oynayır. Lakin 
elmi-texniki  tərəqqinin  daha  mükəmməl  mənzərəsini  ya-
ratmaq,  onun  funksiyalarını  və  mahiyyətini  daha  dəqiq 
müəyyənləşdirmək  üçün  bir  daha  keçmişə  qayıtmaq, 
“müstəqil  şüurun”,  biliklərin  maddi  fəaliyyətlə  əlaqəsinin 
inkişaf  yolunu  izləmək  lazım  gəlir.  Nəinki  yalnız  elmi-
texniki tərəqqinin, elm və texnikanın genezisi də məhz bu 
yoldan başlanır. 
 
 
Söz, zəka, qüvvə yoxsa, iĢ-əməl? 
 
                                               İlk başlanğıc əməldir, işdir

İ. Göte 
 
                                           
Sözü işə çevirmk, işi sözə 
çevirməkdən qat-qat çətindir.                                              
M. Qorki 
 
Müasir mənada elm ancaq intibah dövründən başla-
yaraq  formalaşmışdır.  Antik  dövrdə  elmi  biliklərin  əldə 
edilməsinə uyğun gələn mənəvi fəaliyyət bir tərəfdən fəl-
səfə ilə, digər tərəfdən isə, sənətkar əməyi ilə qırılmaz su-


Elm haqqında elm   
 
- 233 - 
rətdə bağlı olduğundan xalis elmdən və ya hətta elmi bilik-
dən danışmaq çətindir. 
Lakin  elmin  mənşəyinin  məhz  bu  iki  istiqamətdə: 
fəlsəfə  və  praktika  ilə  bağlı  fəaliyyətdə  axtarılması  ta-
mamilə  qanunauyğundur.  Hətta  ilk  yaxınlaşmada  müasir 
dövrdə elmin əsas struktur pillələrini təşkil edən nəzəri və 
empirik pillələr də bu iki istiqamətin davamı kimi qiymət-
ləndirilə  bilər.  Lakin  əslində  bu  pillələr  yalnız  elm  sosial 
institut  kimi  formalaşdıqdan  sonra  –  yeni  dövrdə  əmələ 
gəlmişdir. 
İnsanların maddi fəaliyyəti ilə deyil, daha çox dərə-
cədə seyrlə əlaqədar olaraq, deduktiv surətdə meydana çı-
xan, dünya haqqında ümumiləşmiş təsəvvürlərin bir hissə-
si  kimi  formalaşan  biliklər  xüsusi  elmlərə,  fənlərə  aid 
olmayıb,  fəlsəfəyə  aid  idi.  Koqnitiv  biliklər  hələ  elmi  bi-
liklər səviyyəsinə yüksəlməmişdi. Digər tərəfdən də, əməli 
fəaliyyətlə  əlaqədar  yaranan  biliklər  hələ  müstəqilləşmə-
miş,  biliklə  bacarıq  bir-birindən  ayrılmamışdı.  Deməli, 
alim  və  sənətkar  bölgüsü  də  hələ  ola  bilməzdi.  Ona  görə 
də qədim yunanlar sofist (müdrik) dedikdə həm də sənət-
karları (məsələn, dülgər, dulusçu və s.) nəzərdə tuturdular. 
O dövrdə bölgü bilavasitə faydalı işlə məşğul olan, tətbiqi 
məsələləri  həll  edən  sofistlərlə  dünyanı  yalnız  kənardan 
seyr  edən,  müdrikliyi  yalnız  sevən  adamlar  –  filosoflar 
arasında aparılırdı. 
Elm tarixinin tədqiqi göstərir ki, elmin praktik məq-
sədlərə  xidmət  edən  sistem  kimi  formalaşması,  əsasən 
XVII-XVIII əsrlərə təsadüf edir. Yaranmaqda olan kapita-
lizm  cəmiyyəti  sənayeni  inkişaf  etdirmək  məqsədilə  elm-
dən istifadə olunmasına təkan verir. Elmin inkişaf etdiril-
məsində  daha  təkcə  elm  adamları  deyil,  həm  də  istehsal 


Elm adamları elm haqqında 
 
- 234 - 
müəssisələrinin  sahibkarları  və  onların  mənafeyini  müda-
fiə edən dövlət özü maraqlı olur. 
Cəmiyyət elmi məhz onun praktik istifadə imkanla-
rına görə inkişaf etdirir, bu məqsədlə müxtəlif sosial insti-
tutlar  fəaliyyət  göstərməyə  başlayır.  Elm  getdikcə  daha 
çox  dərəcədə  fərdi  hadisədən  və  ya  kiçik  qruplar  miqya-
sından  böyük  sosial  sistemlər  miqyasına  keçir,  ümumcə-
miyyət hadisəsinə çevrilir. 
Elm dövlət miqyasında təşkil olunmuş ictimai hadisə 
kimi formalaşmazdan qabaq da elmi fəaliyyət var idi. Ay-
rı-ayrı adamlar bu zaman elmlə öz daxili mənəvi ehtiyac-
larını  ödəmək  üçün  məşğul  olurdular.  Qədim  yunanların 
bəziləri elmlə məşğul olsa da, onun tətbiqi ilə, praktik mə-
sələlərlə  məşğul  olmağı  özlərinə  yaraşdırmır  mənsub  ol-
duqları  yüksək  ictimai  təbəqənin  əxlaqi  meyarlarından 
çıxış edirdilər. Nəzəri fikir sahiblərinin təcrübəyə həqarətli 
münasibəti o dərəcədə kəskin idi ki, məsələn, Aristotel qa-
dının  dişlərinin  sayının  kişininkinə  nisbətən  az  olduğunu 
iddia  etmiş,  lakin  onları  saymağı  heç  ağlına  da  gətirmə-
mişdir. Aristotelin törəmə nəzəriyyəsi və sürətin qüvvə ilə 
mütənasib olması haqqındakı nəzəri müddəası da nə onun 
özü tərəfindən, nə də xələfləri tərəfindən yoxlanmamış, iki 
min ildən artıq kor-koranə surətdə qəbul edilmişdir. 
Orta əsrlərdə elmin geri qalması, sxolastika hüdudla-
rını keçə bilməməsi onun praktika ilə əlaqəsinin zəifliyin-
dən irəli gəlir ki, bu də o dövrün ümumi mənəvi atmosferi, 
hakim əxlaq normaları ilə izah olunmalıdır. Kübar ailədən 
çıxmış adamlar bu cəmiyyətin mənəvi meyarlarına uyğun 
olaraq praktik məsələlərlə məşğul olmağı özlərinə sığışdı-
ra bilmirdilər. Bu dövrdə ixtiralar da çox vaxt “təhsil gör-
məmiş və hakim sxolastikanın təsirinə düşməmiş sadə iş-


Elm haqqında elm   
 
- 235 - 
çilər, sənətkarlar tərəfindən edilirdi”.
1
 Kübar cəmiyyətinin 
nümayəndələri  əmək  adamlarına  yuxarıdan  aşağı  baxdıq-
ları  kimi,  məqsədəuyğun  əməli  fəaliyyətin  məhsulu  olan 
yeniliklərə  də  həqarətlə  baxırdılar.  İnsan  ağlının  açdığı 
yolları  keçmədən,  birbaşa  mənəvi  yetkinlik  zirvəsinə  çat-
maq əxlaqı ağıldan nəinki  yüksək tutmaq, hətta ona qarşı 
qoymaq, əməli fəaliyyətdən ayrılmış abstrakt etiketləri ya-
ratmaq  və bunları  mütləqləşdirmək  –  aristokratiyanın  mə-
nəvi  və  sosial  süqutunun  əsas  səbəblərindəndir.  Orta  əsr-
lərdə  hökm  sürən  cəngavərlik  psixologiyası  və  aristokrat 
mənəviyyatının  rasional  biliyə  və  praktikaya  münasibəti 
Don Kixotun yel dəyirmanına münasibətində öz əksini ob-
razlı surətdə çox gözəl tapmışdır. 
Aristokratiya  tərəfindən  qəbul  edilməyən  praktik 
elm burjuaziyanın mənəvi xüsusiyyətlərinə və maddi ehti-
yaclarına tamamilə uyğun gəlirdi. Elmin məhz kapitalizm 
cəmiyyətində intensiv surətdə inkişaf etməsinin, bütöv so-
sial  sistem  kimi  formalaşmasının  əsas  səbəblərindən  biri 
də məhz bu idi. 
İntibahla  açılan  yeni  dövr  ilk  çağlarda  antik  mədə-
niyyətin  yenidən  canlanması  təsirini  bağışlasa  da,  tezliklə 
burjua  mədəniyyətinə  qapı  rolunu  oynadı.  Kapitalizm  cə-
miyyəti mənəvi etalonlarla təcrübi biliyin, ağlın qarşılaşdı-
rılmasında ikinci qütbü seçdi; ülvi toxunulmaz olan heç bir 
hiss, heç bir əxlaqi norma ilə hesablaşmadan rasional dü-
şüncənin,  empirik  elmin  açdığı  geniş  yola  çıxdı  və  sürət 
götürdü. Mənəvi  meyarla elmi-praktik meyar, hissi  ilə ra-
sional  arasındakı  ziddiyyət  indi  də  ikincilərin  mütləqləş-
dirilməsi  nəticəsində  kəskinləşməyə  başladı,  adət-ənənə-
nin  hökmranlığı  öz  yerini  pulun, iqtisadi amillərin hökm-
                                                 
1
Вернадский В.И. Избранные труды по истории науки. М., 
1981, с. 84-85. 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə