Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə66/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   62   63   64   65   66   67   68   69   ...   92

Elm adamları elm haqqında 
 
- 220 - 
yiyələndiyi  biliklərin  xarakterində  və  miqyasında  da  tə-
zahür edir. 
İnsana  onsuz  da  yad  olan  biliklər  onun  fərdi  həyat 
dairəsindən kənara çıxdığına görə daha da  yadlaşır. Digər 
tərəfdən,  bu  biliklər  onu  daha  çox  cəmiyyətin  bir  üzvü 
edir, onu cəmiyyətlə daha möhkəm bağlayır. Nə qədər pa-
radoksal  görünsə  də,  insanın  ictimai  varlıq  kimi,  cəmiy-
yətin  bir  üzvü  kimi  formalaşması  və  deməli,  cəmiyyətin 
özünün  əmələ  gəlməsi  məhz  İnsan-Təbiət  münasibətləri-
nin genişlənməsi, insanın təbiətə daha çox nüfuz etməsi ilə 
bağlıdır. 
Tarixən insan (onun ilk əcdadı) təbiətin ayrılmaz tər-
kib hissəsi kimi mövcud olmuş, onun başqa hissələrindən 
prinsipial  surətdə  seçilməmişdir.  Hələ  həmin  dövrdə  in-
sanın əcdadları sürü halında yaşamış, bir-biri ilə müəyyən 
qarşılıqlı  əlaqədə  olmuşlar.  Lakin  bu,  təbiətin  özünə  xas 
olan  bir  hadisədir  və  insanın  ictimai  mahiyyətini  burada 
axtarmaq düzgün olmazdı. 
Təbii-tarixi inkişafın sonrakı pilləsində insanın özü-
nü təbiətdən ayırması prosesi başlanır. Bu mərhələdə hələ 
şəxsiyyət  yoxdur,  biososial  varlıq  yoxdur,  yalnız  bioloji 
varlıq  var.  Lakin  bioloji  təkamülün  ən  yüksək  pilləsində, 
ilk şüur komponentlərinin obyektiv gerçəkliyi məqsədəuy-
ğun  surətdə  dəyişdirmək,  gerçəkliyə  məqsədli  münasibət 
bəsləmək  üçün  artıq  kifayət  etdiyi  vaxtda  insanın  forma-
laşması  prosesi  başlanır  və  bu  proses  eyni  zamanda  in-
sanın təbiətdən ayrılması və özünü ona qarşı qoyması pro-
sesi ilə üst-üstə düşür. 
Təbiətlə  qarşılıqlı  təsir  prosesində,  öz  zəruri  maddi 
ehtiyaclarını  ödəmək  naminə  fəaliyyət  göstərərkən  insan 
əvvəlcə  təbiəti  özünün  davamı  kimi,  sonrakı  dövrdə  isə 
özündən fərqli, əks tərəf kimi dərk etməyə başlayır. İnsan 


Elm haqqında elm   
 
- 221 - 
nə qədər ki, özünü təbiətdən ayıra bilmir, onun təbiət haq-
qındakı  təsəvvürləri  də  hissi  obraz  və  hissi  təxəyyüllə 
məhdudlaşır.  İnsan-təbiət  münasibətlərinin  tarixən  ilkin 
inikasları  olan  bu  hissi  mənzərələr  müəyyən  dinamikaya 
malik olsa da, gerçəkliyi məhz olduğu kimi, obyektiv məz-
mununa adekvat  olaraq  əks etdirmir.  İnsan özü, onun xa-
tirələri,  təsadüflərlə  bağlı  olaraq  hadisələrə  verdiyi  şərti 
mənalar, rəmzləşdirmə obyektiv məzmuna elə sirayət edir 
ki, obyektiv olanı subyektiv olandan ayırmaq hətta müasir 
intellektual  səviyyədən  yanaşdıqda  belə,  çox  çətin  olur. 
Özünü  təbiətdən  ayırmağı  bacaran,  anlayışlarla,  məntiq 
qanunlarına  uyğun  olaraq  düşünən  müasir  insan  üçün 
əcdadların  məntiqəqədərki  sinkretik  düşüncə  tərzini  duy-
maq  həqiqətən  çətindir.  Duymaq  çətindir,  lakin  başa 
düşmək olar. Zira məntiq (burada dialektik məntiq nəzərdə 
tutulur) açarı məntiqəqədərki qapılara da düşür.  
Bizə çatan  qədim  xalq  yaradıcılığı  abidələrinin, ən 
çox  mifologiyanın  təhlili  göstərir  ki,  obyektiv  məzmunlu 
biliklərin  əmələ  gəlməsi,  məntiqi  düşüncə  tərzi,  uzun  sü-
rən keçid  dövrünün məhsuludur. Keçid  dövründə öz tale-
yini, öz şəxsi hiss və arzularını, rəmzi mənaları real hadi-
sələrin real obrazları ilə birləşdirmək meyli tədricən azalır. 
Hadisələr  onlara  geyindirilmiş  bər-bəzəkli  geyimlərdən 
azad edilir və onlar bütün çılpaqlığı ilə, sadə, nisbətən sö-
nük,  lakin  öz  rəngində  görünür.  Təbiət  daha  insanın  da-
vamı kimi götürülmür, müstəqillik əldə edir. İnsan özünü 
təbiətdən, təbiəti özündən ayırır. Mənəvi ilə maddinin get-
dikcə daha aydın sezilən nisbi bölgüsü başlanır. İnsanların 
mənəvi  aləmi  durulduqca  burada  nə  isə  başqa  bir  şeyin 
deyil, məhz maddi aləmin obrazının əks olunduğu aydın-
laşır. Nə zaman ki, hissi obrazlar hələ ümumiləşməmiş və 
anlayışlar  şəklinə  düşməmişdi,  dünya  insan  nəzərində  bir 


Elm adamları elm haqqında 
 
- 222 - 
xaos idi. Anlayışların formalaşması dünyada mövcud olan 
qaydalılığı, ahəngi mənəvi aləmə köçürməyə imkan verir. 
İnsanın  mənəvi  aləmi  durulduqca  maddi  dünya  da  onun 
gözündə Xaosdan Kosmosa, müəyyən qayda üzrə “düzül-
müş” sistemə çevrilir. 
İnsanın təbiəti özündən ayırması, obyektiv gerçəkli-
yi yalnız şəxsi ehtiyacları baxımından deyil, ümumiyyətlə 
insanın, insanların, cəmiyyətin ehtiyacları baxımından öy-
rənməsi,  əldə  olunan  “şəxssiz”  biliklərin  hamı  üçün 
ümumi olan məntiqi formalara salınması və sözlərlə ifadə 
olunması  –  bütün  bunlar  bioloji  varlıqdan  biososial  varlı-
ğın, şəxsiyyətin yaranması yolunda ciddi addımlar idi. An-
layışların  əmələ  gəlməsi  ilə  sıx  bağlı  surətdə  nitqin  ya-
ranması  və  onun  insanlar  arasında  ünsiyyət  vasitəsi  kimi 
çıxış etməsi – insanın ictimai varlıq kimi formalaşmasına 
ciddi  təkan  verir.  İnsan-təbiət  münasibətlərindən  cəmiy-
yət-təbiət  münasibətlərinə  keçid  sinkretik  təfəkkürdən 
məntiqi təfəkkürə keçidlə həmahəng surətdə baş verir. Be-
lə ki, insan həm də təbiətin bir hissəsi olduğu üçün təbiətə 
münasibətdə bəzən özünü ondan  ayırdığı halda,  bəzən də 
ayırmır;  sinkretiklik  –  fərdiliklə  ümumiliyin,  hissiliklə 
məntiqiliyin,  emosionallıqla  rasionallığın,  obrazılıqla 
praqmatikliyin  vəhdəti,  bəzən  qaydasız,  xaotik  birliyi  də 
buradan irəli gəlir. Cəmiyyət isə insanların bioloji varlığını 
əhatə  etmir  və  təbiətin  bir  hissəsi  kimi  deyil,  onunla  pa-
ralel  surətdə  mövcud  olan  və  buna  görə  də  yeri  gəldikdə 
onunla qarşılaşdırıla bilən, onunla əkslik təşkil edən müs-
təqil tərəf kimi çıxış edir. Ona görə də cəmiyyətin bir üzvü 
kimi,  sosial  bir  varlıq  kimi,  şəxsiyyət  kimi  insanın  şüuru 
təbiəti insandan kənarda, “insansızlaşdırılmış” halda, həqi-
qətdə (burada ancaq elmi həqiqət nəzərdə tutulur) olduğu 
kimi əks etdirir. Biliklərin tarixi də bu vaxtdan başlanır. 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə