Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə67/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   63   64   65   66   67   68   69   70   ...   92

Elm haqqında elm   
 
- 223 - 
İnsanların  fəaliyyət  dairəsi  genişləndikcə  biliklərin 
əhatə dairəsi də genişlənmiş olur. Müxtəlif fəaliyyət sahə-
lərinə uyğun olaraq müxtəlif bilik sahələri  yaranır. İnsan-
ların hamısı üçün ümumi və zəruri olan maddi fəaliyyətin 
nəticəsi  kimi  əmələ  gələn  adi  biliklər  və  ya  məişət  bilik-
ləri,  heç  şübhəsiz,  bilik  sahələri  içərisində  tarixən  ən  qə-
dimidir. Sonrakı bilik sahələri insanlar arasında əmək böl-
güsü  sayəsində  əmələ  gəlir  və  heç  də  bütün  adamlara  de-
yil, fəaliyyət sahəsindən asılı olaraq yalnız müəyyən qrup 
adamlara mənsub olur.  Biliklərin bu ilk formalaşma döv-
ründə  əmək  bölgüsü  və  ixtisaslaşma  yalnız  maddi  fəaliy-
yət sahələrini əhatə edir; bu dövrdə bilik əldə edilməsi hə-
lə müstəqil bir məqsədə çevrilmir və yalnız məqsədəuyğun 
maddi fəaliyyətin zəruri tərkib hissəsi kimi çıxış edir. Bi-
liklər  hələ  məxsusiləşməmiş,  idrakın  müstəqil  obyektinə 
çevrilməmişdi. 
Hələ eramızdan altı əsr əvvəl böyük Çin mütəfəkkiri 
Konfutsi dərk olunmuş və dərk olunmamış biliyi fərqlən-
dirərək deyirdi: “Əsl bilik – bildiyin şeyi bildiyini, bilmə-
diyin  şeyi  isə  bilmədiyini  bilməkdir”.  Müasir  adam  üçün 
az qala tavtologiya kimi  görünən bu müdrik kəlam qədim 
dövrdə  biliklərin  çox  vaxt  qeyri-müstəqil  şəkildə,  maddi 
fəaliyyətə  bağlı,  onun  əlavəsi  kimi,  asılı  surətdə  mövcud 
olduğunu, əsl bilik sahiblərinin isə biliyi fəaliyyətdən ayı-
raraq müstəqil surətdə, “xalis” şəkildə mənimsədiyini gös-
tərir. K. Marks və F. Engels şüurun formalaşmasında mad-
di fəaliyyətin tarixən nə kimi bir rol oynadığını göstərərək 
yazırlar: ”İdeyaların, təsəvvürlərin və şüurun hasil edilmə-
si əvvəlcə bilavasitə insanların maddi fəaliyyətinə və mad-
di  ünsiyyətinə,  real  həyat  dilinə  bağlıdır.  Təsəvvürlərin 
əmələ gəlməsi, təfəkkür, insanların mənəvi ünsiyyəti bura-
da  onların  maddi  fəaliyyətinin  hələ  bilavasitə  məhsulu-


Elm adamları elm haqqında 
 
- 224 - 
dur”.  “Maddi  ünsiyyət”,  “real  həyat  dili”  dedikdə  heç  də 
nitq nəzərdə tutulmur. Nə qədər ki, fikir fəaliyyətdən ayrıl-
mamışdı,  nitq  də  hələ  müstəqil  surətdə  mövcud  ola  bil-
məzdi.  Lakin  bu zaman fikrin,  biliyin  müstəqilləşməsi  və 
nitqin formalaşması üçün artıq real zəmin var idi. “İbtidai 
insan sürüsündəki” ünsiyyət müasir insanlar arasındakı ün-
siyyətdən, intellektual ünsiyyətdən keyfiyyətcə fərqli olsa 
da,  sonuncunun  formalaşması  üçün  zəruri  tarixi  mərhələ 
idi.  
K.  Marksın  dediyi  kimi,  insanlar  fəaliyyətə  heç  də 
xarici aləmin predmetlərinə nəzəri münasibət bəsləməkdən 
başlamırlar.  Hər  bir  heyvan  kimi  onlar  da  yemək,  içmək 
və  s.  bu  kimi  tələbatdan  başlayır,  hansı  isə  münasibətdə 
“dayanmayaraq” fəal təsir göstərirlər və bu təsir sayəsində 
xarici  aləmin  predmetlərinə  yiyələnərək  öz  ehtiyaclarını 
ödəyirlər.  Bu  prosesin  təkrarlanması  sayəsində  bu  pred-
metlərin  insanların  tələbatını  ödəmək  qabiliyyəti  onların 
beynində həkk olunur”. Beləliklə, biliklərin əmələ gəlməsi 
insanların (onların ilk əcdadlarınının) öz tələbatını ödəmək 
üçün  xarici  aləmə  fəal  maddi  təsiri  ilə  bağlı  idi.  Lakin  o 
dövrdə insan hələ özünün xarici aləmə münasibətini xarici 
aləmdən  ayıra  bilmirdi.  İnsanın  əldə  etdiyi  onun  özünə 
bəlli deyildi, ona yalnız qeyri-aşkar şəkildə, təbiətə fəal tə-
sirinin tərkib hissəsi kimi mənsub idi. Necə ki, insan özü-
nü təbiətdən, təbiəti özündən tam ayıra bilmirdi, onun bi-
likləri  də  bir  şüur  hadisəsi  kimi  maddi  fəaliyyətdən  tam 
ayrılmamış, müstəqil şüur faktına çevrilməmişdi.  
Bununla belə, bu dövrdə insanların fəaliyyəti yalnız 
maddi fəaliyyətlə məhdudlaşmırdı. İnsanların təbiətə təsiri 
artıq  məqsədəuyğun  təsirə  keçirdi.  Fərdi  maddi  tələbatın 
ödənilməsinə  yönəlmiş  və  “sınaq-səhv”  metoduna  əsasla-
nan ilkin fəaliyyət forması getdikcə daha çox dərəcədə nə-


Elm haqqında elm   
 
- 225 - 
ticəsi  qabaqcadan  məlum  olan  fəaliyyətlə  əvəz  olunurdu. 
Yüz min illər ərzində davam edən bu proses əslində əmə-
yin  formalaşması  və  təkmilləşməsi  prosesi  idi.  Lakin  in-
sanların şüurlu maddi fəaliyyəti hələ şüurun maddi fəaliy-
yətdən ayrılmasına, müstəqil mövcudluğuna dəlalət etmir; 
bu  dövrdə  şüur  maddi  fəaliyyətlə  bağlı  olmaqdan  başqa, 
həm də əsasən bu fəaliyyətin özünü inikas etdirirdi. İnsa-
nın  maddi  fəaliyyətindən  kənarda,  ondan  asılı  olmadan 
mövcud olan obyektiv gerçəklik hələ idrak obyektinə çev-
rilməmişdi. Zehni və fiziki əmək hələ tam ayrılmamışdı. 
Şüurun  əmələ  gəlməsi  tarixi  insanın  bir  insan  kimi 
formalaşması  tarixi  ilə  üst-üstə  düşür  və  milyon  illərlə 
ölçülür. Lakin, göründüyü kimi, bu müddət ərzində əsasən 
şüurun maddi fəaliyyətdən azad olması – müstəqilləşməsi 
prosesi  getmişdir;  onun  nisbi  müstəqillik  tarixi  isə  qədim 
sivilizasiyaların  yaranması  dövründən  başlanır  və  yalnız 
min  illərlə  ölçülür.  Deməli,  şüurun  praktika  ilə  vəhdətdə 
mövcudluğu tarixi onun nisbi müstəqillik tarixinə nəzərən 
müqayisə olunmaz dərəcədə qədimdir. 
Mənəvi “xalis” şəkildə, nisbi müstəqil surətdə möv-
cud olana qədər uzun müddət, milyon il tərtibində olan bir 
dövr ərzində maddi ilə qırılmaz əlaqədə, praktik fəaliyyə-
tin tərkib hissəsi kimi mövcud olmuşdur. Ən başlıcası isə 
budur  ki,  bu  vəhdət,  əlaqəli  mövcudluq  tarixən  artıq  ke-
çilmiş və sıradan çıxmış hadisə deyil. İnsan orqanizmində, 
beyinin struktur və funksiyalarında köklü iz buraxmış olan 
bu  hadisə  insanın  həm  bioloji,  həm  də  sosial  mövcudlu-
ğunun  mühüm  şərtidir.  Praktik  fəaliyyətdən  ayrılmış, 
əmək  bölgüsü  sayəsində  özü  müstəqil  fəaliyyət  sahəsinə 
çevrilmiş aşkar şüur forması nəinki insanın maddi ehtiyac-
larını ödəmir, hətta onun cəmiyyətin bir üzvü kimi fəaliy-
yətini tam tənzim etmək üçün də kifayət deyil.  


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə