Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə74/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   70   71   72   73   74   75   76   77   ...   92

Elm haqqında elm   
 
- 245 - 
Elmdə əsas məqsəd dünyanı dəyişdirmək deyil, insa-
nı  dəyişdirmək,  onu  daha  kamil  etmək  idi.  İnsanı  dəyiş-
mək üçün ilk növbədə dünyanı, mühiti dəyişmək lazım ol-
duğu nəzərdən qaçırılırdı. 
İnsan ən çox mənəvi gücü ilə fəxr edir, maddi gücü 
isə arxa plana keçirir, ona bəzən həqarətlə baxırdı. Kobud 
fiziki  qüvvəyə  bu  cür  münasibətə  əlbəttə,  müəyyən  mə-
nada  haqq  qazandırmaq  olar.  Belə  qüvvə  insana  xas  olsa 
da, əslində  yaddır. O həm  də fərdi məhdudiyyət üzündən 
artmır, öz-özünü inkişaf etdirmir və ən başlıcası, sükansız 
(ağıl  qüvvə  üçün  sükan  olmalıdır)  hərəkət  edir  və  son 
nəticədə  özü  özünə  qarşı  çevrilir.  Horatsinin  dediyi  kimi, 
hikmətlə  birləşməyən  kobud  qüvvə  öz  məxsusi  ağırlığı 
altında məhv olmağa məhkumdur. Əksinə, hikmətə istinad 
etdikdə qüvvə qüdrətə çevrilir. H.Cavid gözəl demişdir: 
 
Qüvvə üstündə varsa əqli-səlim
Sana həp kainat olur təslim! 
 
Yaxud S.Vurğun “İnsan”-da deyir: 
 
Olmazmı qılıncda ağıl tədbiri,  
Ağılda bir qılınc kəsəri ola? 
 
Kobud qüvvənin hikmətlə, qılıncın tədbirlə cilovlan-
ması ideyası müasir dövrdə, nüvə müharibəsi təhlükəsinin 
dünyanı bürüdüyü bir şəraitdə, xüsusi aktuallıq kəsb edir. 
Burada  həmçinin  yeni  təfəkkürün  əslində  qədim  köklərə 
malik  olduğu,  lakin  məhz  bu  gün  qlobal  miqyas  kəsb 
etdiyi aşkara çıxır. Lakin çox təəssüf ki, antik dövr və orta 
əsr  fəlsəfəsi  bilik  və  əməlin,  hikmətlə  qüvvənin  qarşılıqlı 
münasibətini  ümumən  düzgün  işıqlandırsa  da,  bu  ideyanı 
çox  vaxt  bir  fərdin  fəaliyyət  dairəsinə  tətbiqlə  məhdud-


Elm adamları elm haqqında 
 
- 246 - 
laşdırırdı.  Böyük  ictimai  miqyaslarda,  dövlət  miqyasında 
elmin maddi qüvvəyə çevrilməsi imkanları nəzərdən keçi-
rilmirdi. 
Şərq fəlsəfəsində hər hansı bir qüvvənin biliklə tən-
zim  olunması,  idarə  edilməsi  ideyası  ilə  yanaşı,  biliyin 
özünün qüvvə kimi çıxış etməsi ideyası da irəli sürülürdü. 
İnsanı  bütün  canlıların  ən  qüdrətlisi  edən  fiziki  qüvvə 
deyil,  biliyin  qüvvəsidir.  Sözün  geniş  mənasında  azadlıq 
qazanmaq,  nəinki  təbiətdə,  həm  də  öz  üzərində  hökmran 
olmaq  üçün  zərurətləri  dərk  etmək,  elmlərə  vaqif  olmaq 
lazımdır. Hələ XII əsrdə böyük Nizami insanın əsl qüdrət 
və qüvvətini elmlə əlaqələndirərək deyirdi: 
 
Qüvvət elmdədir, başqa cür heç kəs  
Heç kəsə üstünlük eyləyə bilməz. 
 
Bu  misralar  F.Bekonun  məşhur  “bilik  –  qüvvədir” 
aforizmindən 5 əsr əvvəl yazılmışdı. Lakin o dövrdə məh-
suldar  qüvvələrin  inkişaf  səviyyəsi  belə  bir  ideyanın  bö-
yük  miqyasda  həyata  keçirilməsinə  imkan  vermirdi.  Ona 
görə  bu  ideyanın  da  məhz  bir  fərd  miqyası  üçün  irəli 
sürüldüyünü ehtimal etmək lazım gəlir. Elm  həqiqətən F. 
Bekon  dövründən  (hətta  bir  qədər  sonra)  və  məhz  Qərb 
ölkələrində  ümumictimai  miqyaslı  maddi  bir  qüvvə  kimi 
çıxış etməyə başlamışdır. 
Orta əsr Şərq təfəkkür tərzi ayrı-ayrı istisnalara bax-
mayaraq,  elmlə  istehsal  arasında  sərhəd  çəkirdi.  Elmə 
nəinki nisbi müstəqil, hətta özü-özünün məqsədi olan tam 
müstəqil bir sahə kimi baxıldığından, o, maddi həyatın tə-
ləblərindən  getdikcə  daha  çox  uzaqlaşırdı.  Məqsəd  elmi 
qanadlandırmaq  idi.  Qərb  intibahının  və  daha  sonra  kapi-
talist  ictimai-iqtisadi  münasibətlərinin  məhsulu  olan  “el-
min  qanadlarına  qurğuşun  bağlamaq”,  “onu  yerə  endir-


Elm haqqında elm   
 
- 247 - 
mək” hikməti Şərqin təfəkkür tərzinə uyğun gəlmirdi. Nə-
ticədə  elm  mövcud  texniki  inkişaf  səviyyəsinə  nəzərən 
xeyli qabağa getdiyindən onun qoyduğu problemlərlə ger-
çək tələbat və real texniki imkan arasında böyük məsafələr 
yaranırdı.  Kimyanı  əlkimya,  astronomiyanı  astrologiya 
əvəz edirdi. Nəzəri fikrin məhsulları praktikadan qidalan-
mır, praktikada yoxlana bilmirdi. Nəzəri təbiətşünaslıq öz 
dövrünə görə elə yüksək səviyyəyə çatmışdı ki, Nəsirəddin 
Tusi  hesablamalar  əsasında  Amerika  qitəsini  kəşf  edirdi, 
amma  onu  əməli  olaraq  kəşf  etmək  üçün  müvafiq  texniki 
inkişaf  səviyyəsi  və  dünyəvi  işgüzarlıq  atmosferi  yox  idi. 
Mövcud  təfəkkür  tərzinə  müvafiq  olaraq  buna  bəlkə  heç 
maraq da göstərilmirdi. 
Burada  biz  “təmənnasız  elm”,  dünyəvi  məqsədlər-
dən uzaq olan elm ideyası ilə qarşılaşırıq. Belə ideya bizim 
dövrün  təfəkkür  tərzinə,  elmə  olan  utilitar-praktik  müna-
sibətə  uyğun  gəlməsə  də,  ayrı-ayrı  alimlər  tərəfindən  bə-
zən indi də irəli sürülür. XX əsrin elm korifeylərindən biri 
olan A. Eynşteyn əsl elm adamını belə səciyyələndirir: 
-  Elm  məbədi  mürəkkəb  quruluşa  malikdir.  Buraya 
gələn adamlar da, onları bura gətirən mənəvi qüvvələr də 
müxtəlifdir.  Bəziləri  elmlə  intellektual  üstünlük  hissinin 
təsiri ilə məşğul olurdular. Bu mənada elm idman kimidir, 
hansı  sahədə  isə  üstünlüyün  üzə  çıxmasına  -  şöhrətə 
xidmət edir. Başqaları isə öz fikirlərinin məhsullarını uti-
litar məqsədlərə həsr edirlər. Əgər Allahın göndərdiyi mə-
lək hər iki kateqoriyaya mənsub adamları məbəddən uzaq-
laşdırsa  idi,  onda  məbəd  kəskin  surətdə  boşalmış  olardı. 
Lakin burada  yenə də tək-tük adam qalmış olardı. Bunlar 
həmin  adamlardır  ki,  onlarsız  elm  məbədi  mövcud  yük-
səkliyə qalxa bilməzdi. Onlar maddi dünyanın cari qayğı-


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə