47
РЕЗЮМЕ
Сравнительно анализированы теоретико-методологические основы использования
геотермальных источников энергии.Дана информация о мировых геотермальных
эненргетических ресурсах и геотермальных электрических станциях. Проанализированы
геотермальные энергетические ресурсы Азербайджана и установлено что, существующие
здесь геотермальные источники энергии в основном низкопотенциальные (t< 70°C) и
среднепотенциальные (t=70°C – 100°C).Проанализированы и представлены в виде таблицы
названия и основные показатели геотермальных источников энергии находящихся в
Азербайджане.Рациональна постройка и эксплуатация ГеоЭС в целях обеспечения
потребностей потребителей в тепловой и электрической энергии посредством использования
геотермальных энергетических источников.
NDU-nun Elmi Şurasının 25 may 2016-cı il tarixli qərarı
ilə çapa tövsiyə
olunmuşdur (protokol № 10)
48
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 3 (77)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 3 (77)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 3 (77)
TEXNİKİ ELMLƏR
ASƏF ƏLİYEV
aliyev-asef@mail.ru
Naxçıvan Dövlət Universiteti
UOT 656: 001.83(100)
AVTOMOBİLİN AKTİV TƏHLÜKƏSİZLİYİNİ YÜKSƏLDƏN MÜASİR
TORMOZ SİSTEMLƏRİ
Açar sözlər: aktiv təhlükəsizlik, tormoz sistemi, nəzarət sistemləri, tormoz yolu
Key words: active safety, brake systems, control systems, brake road
Kлючевые слова: активная безопасность, тормозные системы, системы контроля,
тормозной путь
Tormoz sistemlərinin vəzifələri hərəkət edən amtomobilin sürətini azaltmaq, onu
dayandırmaq və dayanmış avtomobili yerində saxlamaqdır. Avtomobillərin aktiv təhlükəsizliyinin
təmin olunmasında tormoz sisteminin birinci dərəcəli əhəmiyyəti olduğu üçün ona qoyulan tələblər
də çox yüksək olur. Tormoz sistemlərinə qoyulan tələblər ГOCT 22895-77 standartına və
beynəlxalq qaydalara əsasən (Qayda №14, BMT AİK DNK-Birləşmiş Millətlər Təşkilatı Avropa
İqtisadi Komissiyasının Daxili Nəqliyyat Komitəsi) reqlamentləşdirilir. Bu sistemlər ümumi
elementlərə malik ola bilər, lakin ən azı iki sərbəst intiqalla təmin edilməlidirlər. Onlardan hər biri
tormoz mexanizmindən (avtomobilin hərəkətinə qarşı müqavimət yaradılmasını təmin etmək üçün)
və tormoz mexanizmlərinin idarə olunması üçün zəruri olan tormoz ötürməsindən ibarətdir
[1,s.323].
Müasir avtomobillər dörd tormoz sistemi ilə təchiz olunurlar [2, s.43]:
1.İşçi tormoz sistemi. İstənilən şəraitdə avtomobilin sürətini azaltmaq və ya dayandırmağa
xidmət edir. O, eyni vaxtda bütün tormoz mexanizmlərinə təsir göstərməklə, tormoz momentinin
körpülər arasında optimal paylanmasını təmin etməlidir. Sürücü işçi tormoz sistemindən avtomo-
bilin istənilən hərəkəti şəraitində istifadə etdiyi üçün, onun pedalla idarə olunması nəzərdə tutulur.
2.Ehtiyat tormoz sistemi. İşçi tormoz sistemi sıradan çıxdıqda avtomobili tormozlamağa xidmət
edir. Avtonom ehtiyat tormoz sisteminin tətbiqi zəruri deyil, çünki çox vaxt onun funksiyalarının
işçi tormoz sisteminin konturlarından biri və ya əl tormozu sistemi yerinə yetirə bilər.
3.Əl tormozu sistemi. Avtomobili hərəkətsiz vəziyyətdə etibarlı və vaxt məhdudiyyəti olmadan
yerində saxlamağa xidmət edir. Əl tormozu sistemini idarə etmək üçün istənilən ötürücü
mexanizmdən istifadə etmək olar. Lakin hidravliki və pnevmatiki ötürmələrdən istifadə olunduqda,
sistemdən işçi cismin sızması labüd olduğu üçün, əl tormozu sistemini mexaniki ötürmə vasitəsilə
idarə etmək lazımdır.
4.Köməkçi tormoz sistemi. Uzunsürən enişlərdə avtomobili fasiləsiz tormozlamaq üçün nəzərdə
tutulur. Bu sistemin tam kütləsi 5 t-dan çox olan avtobuslarda və 12 t-dan çox olan yük
avtomobillərində quraşdırılması məcburidir.
Avtomobilin aktiv təhlükəsizliyinin yüksəldilməsi üçün istifadə edilən müasir tormoz və
nəzarət sistemlərinə aşağıdakıları aid etmək olar [3, s.40]:
-ABS (Anti-lock Braking System) -əks bloklayıcı tormoz sistemi;
-BA (Brake Assist) -qəza tormozlama sistemi;
-ВAS (Brake Assist System)-sistemi;
49
-DBC(Dinamic Brake Control) -tormozlanmaya dinamik nəzarət sistemi;
-EBAC (Engine Brake Assisant Control)-tormozlanmaya mühərriklə yardım sistemi;
-РВА (Predicitive Brake Assist)-sistemi;
-HAH(Handbrake with Automatic Hold)-avtomatik funksiyalı duracaq tormoz sistemi;
-EBV-tormoz qüvvələrinin elektron
paylanma sistemi;
-EBD (Electronic Brake Distribution)-tormoz qüvvələrinin elektron paylayıcı sistemi;
-EBS (Electronic Braking Syistem)-elektron tormozlama sistemi;
-Вrake by Wire- sistemi;
-EHВ (
Electro Hydraulic Brake) sistemi;
-SBC (Sensotronic Brake Control)-hər iki təkərin fərdi şəkildə tormozlanmasını təmin edən
elektro-hidravlik tormoz sistemi.
ABS (əks bloklayıcı tormoz sistemi). Sərt tormozlamanı aradan qaldırmaq üçün ilk qurğu
hələ 1936-cı ildə Bosch firması tərəfındən patentləşdirilmişdir. Sistemin müasir tarixinin başlanğıcı
kimi 1964-cü il götürülür. Belə ki, həmin ildə mühəndis Hans Leyber belə sistemlərin fundamental
əsaslarını işləyib hazırladı. 1970-ci ildə professor Hans Scherenberg əks bloklayıcı sistemlərin
işləmə qabiliyyətli ilk nümunəsini yaratdığını elan etdi. Təbii ki, 70-ci illərin əvvəllərində hər hansı
bir mürəkkəb elektronikadan söhbət gedə bilməzdi və sonradan 1978-ci ildə Bosch firması
tərəfındən elektron əks bloklayıcısı yaradıldı. Belə bir sistem ilk dəfə olaraq həmin ildə Daimler-
Benz firması tərəfındən kütləvi şəkildə istehsal olunan avtomobillərdə (Mercedes-Benz S-sinifi)
quraşdırıldı.
1992-ci il oktyabrın l-dən etibarən əks bloklayıcı sistemlər bütün Mercedes, bir qədər sonra
isə BMW 7 seriyalı avtomobillərin standart dəstinə daxil edildi. ABS sistemi dünya bazarına
çıxarılandan sonra Bosch kompaniyası onun təkmilləşdirilməsi və modernləşdirilməsi istiqamətində
işlərini davam etdirir və onların funksional səmərəliliyi durmadan artırılır.
2001-ci ilin oktyabrından Bosch firması 8-ci nəsil ABS sistemlərini istehsal etməyə
başlamışdır. Onun çəkisi 1,6 kq olmuşdur. Qeyd edək ki, 1978-ci ildəki analoqun çəkisi 6,9 kq idi.
Əks bloklayıcı tormoz sistemləri də təcrübəli sürücülərin gördüyü işi daha tez, dəqiq,
səmərəli və insanın iştirakı olmadan həyata keçirir. Təkcə onu demək kifayətdir ki, ABS bir saniyə
ərzində 25 tormozlama tsikli yerinə yetirir ki, on təcrübəli avtomobil idmançıları üçün də bu,
mümkün deyildir.
BA (Brake Assit)- qəza tormozlama sistemi. Bu sistem
Mercedes firması ilə birlikdə Luqas
(TRW) şirkəti tərəfindən hazırlanmışdır. Onun digər adları
BAS (
Brake Assit System), PA və ya
PABS və
EBA-dır
(Emergency Brake Assist).
Hidravlik tormoz sistemlərində təzyiqin idarə olunması sistemi qəfl tormozlamalar zamanı
lazım gəldikdə və tormoz pedalına lazımı qüvvə ilə təsir edilmədikdə tormoz magistralında mayenin
təzyiqini insandan çox sürətlə artırır. Sistem pedalın hərəkət sürəti və ona təsir qüvvəsinə görə qəza
tormozlanmasının aparılıb-aparılmadığını müəyyən edir. Qəza tormozlamaları zamanı tormoz
intiqalında mayenin təzyiqi millisaniyələr ərzində avtomatik olaraq lazımi qədər yüksəldilir. Bunun
sayəsində, hər şeyi bir anın həll etdiyi anda, tormoz intiqalının işə düşmə vaxtı da kifayət qədər
azalmış olur.
Elektronika idarəetməni öz üzərinə götürərək, xüsusən də böyük sürətlərdə tormoz yolunu
azaldır və avtomobili çox qısa müddətdə dayandırır.
BA və
EPS sistemlərinin mərkəzi modulunda mayenin təzyiqini
200 bara qədər yüksəldə
bilən elektronasos yerləşdirilmişdir.
BA funksiyalı tormozların vakuum gücləndiricisində milin
yerdəyişmə sürətinin vericisi
yerləşdirilmişdir. Elektronikanın imtinaları zamanı təhlükəsizliyin təmin edilməsi məqsədi ilə
elektrohidravlik tormozların baş silindri qabaq tormozların hidravlik konturları ilə birbaşa
əlaqələndirilir.
BAS (Brake Assist System) sistemi. 1990-cı illərin ikinci yarısında tormozların işini
yaxşılaşdirmaq məqsədilə BAS (Brake Assist System) adlanan sistem yaradılmışdır. Sistem qəfl
tormozlanmanın başlanmasını təsdiqləyən tormoz pedalının həddindən artıq yüksək sürətlə