93
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
ŞƏHLA ŞİRƏLİYEVA
Naxçıvan Dövlət Universiteti
shshahla36@gmail.com
UOT:070
XƏBƏR BÜLLETENLƏRİNİN TƏQDİMATI
Açar sözlər: xəbər, spiker, televiziya, xəbər bülleteni
Key words: news, speaker, television, news bulletin
Ключевые слова: новости, диктор, телевидение, информационный бюллетень
Telexəbərin hazırlanma üsulu, təbii ki, bir qəzet və ya radio xəbərindən xeyli fərqlənir,
amma bütövlükdə ortaq xüsusiyyətləri də var.
Xəbər süjetinin efirə hazırlanması və göstərilməsi informasiya xidmətində çalışan digər
əməkdaşlardan – xəbər aparıcısı və dizaynerdən, inzibatçı və kompüter proqramçısından, müxtəlif
quruluşçu və mühəndislərdən də işbirliyi tələb edir. Ancaq son nəticədə məlumat və faktları şəxsən
toplayan insan kimi yalnız reportyor göstərilən materialın dəqiqliyinə, doğru-dürüstlüyünə və
obyektivliyinə cavabdehdir. Efir materialının keyfiyyətinə, hadisələrin ölçü-biçili və dəqiq əks
etdirilməsinə məhz reportyor məsuliyyət daşıyır.
Xəbər bülletenlərinin təqdim edilməsi ən az xəbər bülleteninin hazırlanması qədər əhəmiy–
yətlidir. Tamaşaçıların xəbərləri təqdim edən kəsləri, xəbərləri hazırlayandan daha çox tanımaları
da bunun bir göstəricisidir. Xəbərin yaxşı ya da pis olması, təqdimat formasıyla yaxın–dan
əlaqədardır. Xəbərin tamaşaçıya çatdırılmasında, göstərilməsində əldə edilən müvəffəqiyyət, bütün
xəbər bülletenini hazırlayan qrupun müvəffəqiyyətini müəyyən edir. Bu səbəblə televiziya
kanallarında ana xəbərləri-günün xəbərlərini təqdim edən spiker, bu sahədə uğur qazanmış, adını
eşitdirmiş və tamaşaçının etibarını və rəğbətini qazanmış şəxslər arasından seçilməkdədir.
Televiziyanın inkişaf müddəti içində və müxtəlif ölkələrdə xəbər bülletenlərinin təqdi–
matında dəyişik formalar mənimsənmişdir. Məsələn, BBC-də xəbər serverlərinə, "xəbərləri oxuma"
təqdimatı verilmişdir və burada spikerlər xəbərləri əllərindəki kağızlardan oxuyarlar. İngiltərənin
başqa bir televiziya kanalı olan İTN-də xəbərlər onu təqdim edən jurnalistin adı ilə bağlıdır. Hər
iki təqdimatda xəbər spikerinə şərh etmə haqqı verilmir. ABŞ-da isə spikerler, sanki bilib
duyduqları bir hadisəni izah edirmiş təəssüratı yaratmağa çalışırlar. Müəyyən ölçülərdə şərh edirlər.
Ölkəmizdə xəbər spikerlərinin rəftarı ciddi, güvən verici və bitərəf bir təqdimat kimi
qiymətləndirilir. Ancaq özəl televiziya yayımı ilə birlikdə bu təqdimat tərzinin xaricində, fərqli
təqdimatlar da sınanmağa başlanmışdır.
Bunlardan biri də "anchorman" deyilən xəbər təqdimatıdır. Anchorman ana xəbər
bülletenlərinin aparıcılarına verilən bir addır. Anchorman, xəbərləri fərdi şərhləri və fəaliyyətləri ilə
ən yaxşı təqdim edən adamdır. Xəbər mərkəzini idarə edən ya da xəbər mərkəzində çalışan, xəbər
bülletenlərində yer alacaq xəbərlərə və sıralamasına qərar verən, xəbər bülletenlərinə qonaq
çağıraraq onlara xəbərlə bağlı ətraflı suallar verən spikerlər anchorman olaraq xatırlanırlar. Bu
kəslərin çoxu jurnalistikadan gələrkən, bəziləri də başqa sahələrdən televiziyaya gələnlərdir.
Necə bir təqdimat tərzi olursa olsun, spiker və ya aparıcılar xəbərləri təqdim edərkən bəzi
qaydalara riayət etməlidirlər. Bu qaydaları belə sıralaya bilərik:
Xəbər mətinlərindəki sözlər yazıldıqları kimi deyil deyildiyi kimi oxunmalıdır.
Spiker xəbəri oxuyarkən (əgər əlindəki mətindən oxumaq vəziyyətində qalarsa)
tez-tez kameraya baxmağa diqqət göstərməlidir.
Spiker başını və mimikalarını çox istifadə etməməlidir.
Spiker studiya şefinin təlimatlarına uyğun hərəkət etməlidir.
94
Spiker efir əsnasında meydana gələn axsaqlıqları tamaşaçıya çox yansıtmadan
proqrama davam etməlidir.
Spiker studiya qonaqları və telefon əlaqəsi qurulan kəslərlə görüşərkən, nəzakətli obyektiv və
məsafəli olmalıdır.
Xəbər spikeri, radio və televiziyaların xəbər mərkəzlərində hazırlanan xəbər bülletenlərini
mikrofon və ya kamera qarşısında təqdim edən adamdır. Spiker adətən xəbər yazmır, hadisə
yerindən xəbər hazırlamağa getmir, ancaq bir xəbərlə bağlı olaraq studiyaya gələn qonaqdan
hazırladığı və redaktorun çatdırdığı sualları soruşur.
Spiker, xəbər mərkəzi tərəfindən hazırlanan xəbər bülletenini kamera qarşısında canlı olaraq
tamaşaçıya təqdim edir. Canlı yayın masasıyla əlaqəli olaraq, kameranın dərhal altında ya da
qarşısında "prompter" deyilən bir ekrandan axan xəbər mətnlərini oxuyur. Spiker taxdığı qulaqlıq
sayəsində də davamlı canlı yayın masasıyla əlaqə halındadır. Çünki hər an bir son dəqiqə xəbərləri
və ya canlı yayın əsnasında bir çatışmazlıq meydana gələ bilər. Bu vəziyyət artıq indiki vaxtda
qulaqlıq sayəsində problem olmaqdan çıxmışdır.
Spiker xəbərə hakim olmalıdır. Təqdim etdiyi xəbərə hakim olmayan spiker, studiyada ya da
canlı yayın əlaqəsi əsnasında edilən reportajlarda həyəcanlanar, özünü itirə bilər. Xəbər
spikerlərinin ekran qarşısındakı tamaşaçılara güvən verməsi lazımdır. Bu baxımdan ciddi, hörmətli
və soyuqqanlı görünüşlü xəbər spikerlərinin tamaşaçılara güvən verməsi daha asandır.
Spikerin, çıxışı zamanı bəzi sözlərə ağırlıq, bəzilərinə də sürət və hündürlük verməsinə,
danışma hərəkəti deyilir. Bu eynilə yazıda, bəzi sözlərin qalın, maili və ya daha böyük şriftlərlə
yazılması kimi düşünülə bilər. Spiker, xəbəri oxuyarkən, qəti olaraq bildirmək istədiyi mesajları, o
birilərdən daha fərqli, daha cazibədar bir səslə söyləyə bilər. Çox şişirtməyə qaçmamaq şərtiylə
bunu jest və mimikalarıyla da dəstəkləyə bilər. Bu şəkildə temp, danışmağa hərəkət və canlılıq
verir.
Xəbər aparıcısının xəbəri oxuyuşu nə çox sürətli nə də çox yavaş olmalıdır. Bir çox inkişaf
etmiş ölkədə, bu temp daha sürətli ikən, bizim ölkəmizdə daha ağırdır. Xəbər spikeri xəbər mətnini
vergül, nöqtəli vergül və nöqtələrə diqqət edərək və hər sözün dəyərini verərək oxumalıdır. Burada
spikerin
dil bilgisi, nitq mədəniyyəti qaydalarına hakim olması lazımlıdır.
Xəbər spikerinin səsinin tonu, xəbərə olan marağı artıran və ya azaldan əhəmiyyətli bir
faktordur. Spiker səsinin tonuna diqqət etməzsə, çox əhəmiyyətli bir xəbər, sıravi bir xəbər kimi
təqdim edilə bilər.
Televiziya jurnalistikası görünüşə söykəndiyi üçün, şübhəsiz xəbər spikerinin görünüşü də
bu prosesin bir hissəsi olaraq baxıldığında çox əhəmiyyətlidir. Milyonlara səslənən xəbər
spikerlərinin, işin ciddiyyətinin tələb etdiyi geyim və makiyajla tamaşaçı qarşısına çıxması lazımdır.
Burada ən əhəmiyyətli qayda, spikerin, xəbərin önünə keçməməsinə nəzarət etməkdir. Çox
əhəmiyyətli və ciddi bir xəbəri təqdim edən spikerin saçı, makiyajı və geyimi xəbərin
məzmunundan çox diqqət çəkirsə burada bir səhv var deməkdir. Buna görə də xəbər spikeri çox
iddialı və göstərişli geyimlər istifadə etməməlidir. Kişi və qadın xəbər spikeri üçün ən uyğun geyim
növü kostyum, pencək, köynək və s. rəsmi deyə biləcəyimiz geyim növləridir.
ƏDƏBİYYAT
1.
Aynur Bəşirli, Aynur Kərimova, Dilarə Vəkilova. Xəbərçilik. Bakı, 2007
2.
Rizvan Qənbərli. Jurnalistin əl kitabı. Bakı, 2005
3.
Oya Tokgöz.
Temel qazetecilik, Ankara, 2003
4.
http://www.zeepedia.com/