115
Müəllim Haşım bəy Vəzirov qapısını bağlayıb evdə gizlənməyə məcbur oldu. Bir axşam Haşım bəy
öz qohumlarından bir neçə adam götürüb qazının evinə getdi: Əsərin əl yazması ilə Quranı qazının
qarşısına qoyub dedi: “Qazı ağa! Bu mənim yazdığım əsər, oxuya bilərsiniz, ancaq and olsun bu
Qurana, “Həzrət Abbas” adını mən kitabıma salmamışam. O nadürüst Bədir (həvəskarın adıdır), dili
dinc durmayıb, bu sözləri özündən demişdir”. Qazı inandıqdan sonra cəmaəti sakit etdi. O tarixdən
1899-cu ilə qədər Şuşada türk teatrosuna yol verməzdilər” (2, səh.375).
Göründüyü kimi, Azərbaycanda dini fanatizmin tüğyan etməsi, yalançı din xadimlərinin isə
bundan istifadə edərək teatra, dram sənətinə, ümumiyyətlə desək sivil mədəniyyətin inkişafına
mane törədərək xalqın maariflənməsinin qarşısını hər vəchlə alırdılar.
Ə.B.Haqverdiyev yazır ki, “1905-ci ilə qədər Azərbaycan tamaşaları aktyorlar və həvəs-
karlar üçün dəhşətli əzab və işgəncədən ibarət idi. Şəhərlərdə (Bakıdan başqa) teatr binaları yox idi”
(2, səh.365).
Mollanəsrəddinçilər bədii zövqü inkişaf etdirmək, uşaq və gəncləri estetik-bədii cəhətdən
tərbiyə etmək üçün teatr tamaşalarının oynanılmasına yüksək əhəmiyyət verirdilər. Bədii tərbiyədə
teatr tamaşalarının roluna böyük qiymət verən “Molla Nəsrəddin” jurnalında qeyd olunur ki, adam
öz buraxdığı nöqsanları özü görə bilmir, lakin teatr tamaşalarına baxdıqda haman nöqsanların
ümumiləşdirilmiş nümunələrini görür. Təsadüfü deyil ki, Cəlil Məmmədquluzadənin “Ölülər”,
“Anamın kitabı”, “Pirverdinin xoruzu”, “Saqqallı uşaq” kimi bir sıra səhnə əsərləri yaratmışdır.
Ümumiyyətlə, mollanəsrəddinçilər teatrların, xüsusilə məktəb teatrlarının olmasına, onun tər-
biyəvi əhəmiyyətinə yüksək qiymət verirdilər. Çünki uşaqlar dərsdən sonra boş vaxtlarını lazım
olmayan yerlərdə keçirməkdənsə məktəb teatrlarında keçirmələri daha əlverişlidir. Bu onların bədii
zövqlərinin, mühakimələrinin inkişafına kömək edər. “Molla Nəsrəddin” jurnalı yazır ki, “keçən
günlərdə bir müəllim istəyirmiş məktəbdə uşaqlar üçün teatr düzəltsin. A başına dönüm, bu xəbəri
eşitcək cəmi müsəlman müəllimləri “ittihadi müsəlmani” eləyib bu nadinc müəllimi baykot eləyirlər
və səbəb
də bunu qoyurlar ki, niyə qoymursan dinc və fəraqət oturaq” (1, 1911, №13).
“Molla Nəsrəddin” jurnalı dünyada şöhrət tapmış və dünya ədəbiyyatına öz dəyərli incilərini
vermiş şəxslərin pyeslərinin səhnədə oynanılmasına çalışırdı. “Teatr məclislərində oynanılan
məzhəkəli təmsillər, komediyalar, həzinamiz faciələr yer üzündə ən artıq məharətli və dərin fikir
sahibləri olan ədiblərin qələmlərinin əsərləridir”.
Mərhum Mirzə Fətəlinin “Hacı Qara” kimi bir komediyası Avropa nöqteyi-nəzərincə və
mötəbər əsərlərin cərgəsinə daxil olmalıdır (1, 1906, №28). “Molla Nəsrəddin” jurnalında qeyd olunur
ki, böyük yazılar zamanın yaxşı əsərləri səviyyəsində olan ölməz əsərlər yaratmışlar. Həmin əsərlər
uşaqlarımızın bədii tərbiyəsinə öz müsbət təsirini göstərə bilər, onlardan istifadə etmək lazımdır.
Ə.B.Haqverdiyev yazırdı ki, Azərbaycan xalqının böyük oğlu – filosof, klassik ədəbiyyat nümayəndəsi
olan M.F.Axundov “Hacı Qara” komediyasına yüksək qiymət verərək dünya ədəbiyyatında böyük
şöhrət qazandığını qeyd edirdi. Doğrudan da “Hacı Qara” əsəri realist bir əsər kimi dünya ədəbiyyatın-
da özünəməxsus yer tutur. Axundov bu əsərdə feodal – patriarxal dünyasının çürüklüyünü, istismarını,
tacirlərin çürük əxlaqi keyfiyyətlərini, tamahkarlığını pisləyir. Bu nöqteyi-nəzərdən jurnal haman
əsərin oynanılmasını məsləhət görür. Çünki bu əsər uşaqlarımızın tərbiyəsinə öz müsbət təsirini
göstərir. Haqverdiyev yazır ki, “Əgər Mirzə Fətəli Axundov ruhaniliklə amansız mübarizə edirdisə,
onun davamçıları din məsələlərində ehtiyatlı tərpənirdilər. Mirzə Fətəli mollalarla mübarizə edə bilərdi,
çünki onun rəsmi vəzifəsindən, çiyinlərindəki parıldayan epoletlərdən ibarət möhkəm arxası var idi” (2,
səh.365). “Molla Nəsrəddin” jurnalı camaatı “teatr haramdır!”, “teatra kömək edənlər o dünyaya”,
“...şapka qoyan İvan sifətində gələcək, qramafon səsinə, “yox, yox haramdır ona qulaq asmaq, oradan
cin səsi gəlir”, “müsəlman teatrçıları şəriətə xilafdır” (1, 1911, №30), deyən din nümayəndələri ilə hə-
mişə mübarizə aparmağa səsləyirdi. Jurnal çox kəskin dildə, bəzən gülməli, bəzən kədərli, bəzən felye-
ton, hekayə, son xəbərlər, bilməli xəbərlər və bəzən də satirik şeirlər vasitəsilə islam dinindən öz
vaizlərinin çürük fikirlərini ifşa edirdi.
“Molla Nəsrəddin” jurnalı özünün növbəti nömrəsində “Kazandan məktub” adlı məqalədə (1,
1908, №10) yazır: “Bir gün mollalar ağsaqqallara dedilər ki, teatr köhnədir, buna görə gərək teatrı
bağlayaq. Yığılıb bir “Ptisiya” düzəldib cənab qubernatorun qulluğuna göndərdilər. Qubernator da
baxmadı. Sonra cümə günü cəmi məscidlərdə duadan sonra bir para mollalara dedilər və hamısı
116
bunu ərz etdilər ki, teatra gedən cəhənnəmə gedən kimidir, ay müsəlman qardaşlar, sizin ki, ar-
vadlarınız, qızlarınız teatra gedirlər və orada kişilərlə görüşürlər, fahişəxanaya gedən kimidirlər.
Müsəlman bəndəsi oraya getməməlidir.
Yaxud teatr haqqında iki hacının söhbətinə diqqət yetirək: “Molla Nəsrəddin” jurnalı yazırdı:
“Bir teatr cəmiyyəti məndən xahiş etdi ki, bir əba tapım. İrəlilərdə mən teatr üçün bir para libas
tapıb verərdim ki, teatr məclisində geysinlər. Bu dəfə də əbamı vurdum qoltuğuma ki, aparım teatra.
Qədim dostum molla Həmdulla Miyanəli mənə rast gəldi və əbanın əhvalatını soruşdu və mən də
cavab verdim. Gördüm dostumun rəngi bozardı və bir qədər mənim üzümə baxıb dərin bir ah çəkdi,
sonra yapışdı əbadan və başladı dartmağa.
Dedim – axı, yekə kişisən, sözünü de görüm nə istəyirsən? Molla əbanı boşladı və üzünü
məndən çöndərdi ki, getsin və gedə-gedə məndən soruşdu: qiyamətdə nə cavab verəcəksən? Dedim
kimə? Dedi: - Allaha, dedim – nədən ötrü? Dostum bir az uzaqlaşıb … əlindəki ağacı göyə
qovzuyub başladı: ay məlun sizin kimi laməzhəblər şəriətin belini sındırdılar”.
Xülasə, əbamı apardım teatr məclisinə, həmin gecə teatr məclisində əbamı geyib oynadılar.
Mən də baxırdım. Sabah oldu, gördüm ki, gözlərim bərk ağrayır. İndi bu saat elə bir şiddətlə ağrayır
ki, gözlərimi aça bilmirəm. İndi bu sözləri yazmaqdan qəsdim teatr məclislərinə libas verən
qardaşlarımı xəbərdar eləməkdir ki, bu işlərin nəticəsi söz yox ki, axırda məlum olacaqdır. Hələ
bəzi biar adamlar teatrlara övrətlərinin də libaslarını aparırlar.
“Molla Nəsrəddin” jurnalı şəkillərdən çox məharətlə istifadə edərək xalqı başa salırdı ki,
teatrlara gedin, bədii zövqünüzü inkişaf etdirin, boş vaxtlarınızı şən, gümrah və əyləncəli yerlərdə
keçirin. Jurnalın 1909-cu il №11, 13; 1910-cu il №2, 3, 16 – saylarında belə şəkillərə tez-tez təsadüf
olunur. Jurnalda verilmiş bir şəklə diqqət yetirək: Qramafon çalınır, müsəlman ziyalıları qulaq asır,
avam camaat isə bu səsi eşidən kimi qaçırlar. Onları tutub zorla saxlamaq istəyirlər, lakin mümkün
olmur. Şəklin altında isə avam camaatın dili ilə deyilən bu sözlər yazılmışdır: “Yox, yox haramdır,
ona qulaq asmaq: - oradan cin səsi gəlir” (1, 1909, №11).
Və yaxud başqa bir şəkildə belə bir hadisə təsvir edilir: cəmiyyəti xeyriyyənin üzvləri avam
camaata teatr bileti satmaq təklif edirlər, hacılar bileti almaq istəməyərək qaçırlar. Cəmiyyəti
xeyriyyənin üzvləri də onların ardınca qaçır, onlardan birini güclə tutub yerə yıxırlar və bileti onun
ağzına soxurlar.
Şəklin altında isə bu sözlər yazılmışdır – Tiflisdə şeytan bazarda cəmiyyəti xeyriyyə üzvləri
müsəlmanlara teatr bileti satırlar.
“Molla Nəsrəddin” jurnalının hər bir tək yalançı, riyakar mollaları, axundları felyetonlarında
gülünc hədəfinə qoymaqla hücumlara məruz qalmamışlar, həm də teatr səhnələri yaratmaqla da
təqiblərə, tənqidlərə, təhqirlərə, hücumlara, hədələrə və sairə məruz qalmışlar. Ancaq bütün bunlara
rəğmən mollanəsrəddinçilər yollarından dönməmiş, öz amal və ideyalarına sona qədər sadiq
olmuşlar. Belə dönələrlə hücumlara məruz qalanlardan biri də Əliqulu Qəmküsar olmuşdur.
Ə.Qəmküsar “milli azadlıq yolunda nəinki qələmi, eyni zamanda bütün maddi və mənəvi
varlığı
ilə mücadilə etmiş,
millətini, xalqını azad görmək həsrəti ilə yaşamışdır” (3, səh.26).
Azərbaycan SSR Xalq artisti mərhum Mustafa Mərdanov “Əlli il Azərbaycan səhnəsində”
adlı kitabında İrəvanda Ə.Qəmküsarın başına gələn bir faciəvi hadisəni belə xatırlayır: “Birinci
“Dəmirçi Gavə” tamaşasını göstərdik. İkinci tamaşamız “Ölülər” oldu… Onu da deyim ki,
tamaşaçılar bir yana qalsın, biz aktyorlar da Mirzə Əliqulunun roluna valeh olmuşduq (Ə.Qəmküsar
Şeyx Nəsrullah rolunu ifa etmişdir – K.C.). “Ölülər” tamaşası böyük müvəffəqiyyətlə keçdi. Mirzə
Əliqulunu üç dəfə səhnəyə çağırdılar. Bütün salondakılar onu səmimi alqışladılar.
…Lakin bu sevinc çox davam etmədi. Ertəsi günü saat on idi. Mehmanxana xidmətçisi
tələsik içəri girib məni oyatdı:
“Durun,
cənab Mərdanov, yoldaşınızı öldürdülər!”
Mən tələsik geyinib aşağı düşdüm. Mirzə Əliqulunu başı-gözü qan içində mehmanxana
qabağında uzatmışdılar.
Əhvalat belə olmuşdu: Mirzə Əliqulu adəti üzrə “Molla Nəsrəddin” jurnalı üçün material
toplamaq məqsədi ilə hacıların, kərbəlayıların, seyidlərin, dərvişlərin bol yeri olan İrəvan bazarına
gedibmiş. İrəvan mömünləri, “din mücahidləri” dünənki “biabırçı” tamaşadan xəbər tutub, onun