119
üzərində qurulmuş, maddi və mənəvi cəhətdən bizə məlum olan ilk kamil cəmiyyətin təsvirini verir.
Qədim yunan mədəniyyəti və fəlsəfəsində mənəvi tərbiyə problemlərini Demokrit, Pifaqor,
Anaksarx, Pirron, Sokrat, Platon, Aristotel, Laertli Diogen, Evdoks, Feopomp, Rodoslu Evdem,
Gekatey öz əsərlərində ətraflı göstərmişlər.
Demokrit əqli inkişaf məsələlərini mənəvi tərbiyə ilə sıx əlaqələndirirdi. O,
belə hesab edirdi
ki, mənəvi cəhətdən zəngin insan həmişə cəsarətli, mərd olmalıdır, öz hisslərinə hakim olmalıdır,
həmişə yaxşılığa can atmalıdır, vaxtını boş keçirməməlidir,
düşüncəsiz, yüngül həyat tərzindən uzaq
olmalıdır, öz arzularına real imkanlara uyğun, müəyyən həddə harmonik şəkildə çatmalıdır. O,
mənəvi hərəkətləri sistematik olaraq məşq etdirməyi insanın mənəvi keyfiyyətlərinin
təkmilləşməsində mühüm vasitə hesab edirdi (4, s. 135-142).
Sokrat antik dövrün ən sirli filosoflarından hesab olunur. Ksenofont Sokrat haqqında
xatirələrində onun tətqiqatlarının əsasında nəyin müqəddəs, nəyin günah, nəyin yaxşı, nəyin pis,
nəyin ədalətli, nəyin ədalətsiz, nəyin kamil, nəyin ağılsız, nəyin cəsarətli, nəyin cəsarətsizlik
olduğunu göstərirdi. Sokratın fəlsəfəsi əsasən etik problemlərə istiqamətlənmişdir. Əsl fəlsəfənin və
əsl filosofun fərqləndirici cəhətini bilik və insanlığın vəhdətində görən Sokratın düşüncələrinə görə
fəlsəfə təkcə nəzəri fəaliyyətlə deyil, həmçinin praktik hissəni - xoş davranışı və müdrik olmağı
özündə birləşdirir. Yaxşılıq haqda biliklər insanı yaxşı hərəkətlərə sövq edər və pislikdən qoruyar.
Platon tərbiyənin əsas məsələsi kimi nəsillərə yaxşılıq prinsiplərini və bununla ruhun əqli
hissəsinin möhkəmləndirilməsini əsas göstərirdi. Mənəvi keyfiyyətlərin, yəni fəzilətlərin fitri
olduğunu söyləyən filosof hesab edir ki, düzgün tərbiyə bunları nizama salır, yanlış tərbiyə isə
insanın «qabında olanları» ya məhv edir, ya da təhrif edir (5 s. 39-43; s. 45-46).
Mənəvi keyfiyyətlərin anadangəlmə deyil, həyatda qazanılması fikrini Aristotel daha da inkişaf
etdirmişdir. O, mənəvi tərbiyənin üç növünü xüsusilə qeyd edirdi: fiziki, mənəvi, əqli. Aristotel bu
sırada ruhun, mənəviyyatın inkişafını elmi öyrətməkdən önə qoyurdu. Filosof mənəvi tərbiyənin
yüksək dəyərini qeyd edərək mənəvi cəhətdən inkişaf etmiş insanı kamil insan hesab edirdi.
Məsələn, təbiətdə yuxarıdan aşağı diyirlənən daşı geriyə, yuxarıya qalxmağa öyrətmək qeyri-mümkündür (6,
s.78). Fəlsəfi ədəbiyyatlarda müdrik alim-filosof Lyusiy Aney Seneka tərbiyənin əsas məsələsi kimi
insanın mənəvi cəhətdən kamilləşməsini, təkmilləşməsini, tərbiyənin əsas metodu kimi ilahi ideala
doğru hərəkəti əsas götürürdü. O mühüm vasitə kimi əyani şəkildə həyatdan və tarixdən nümunə
gətirməyi xüsusilə qeyd edirdi və uzun nəsiyyətlərdənsə qısaca misallar çəkməyi üstün bilirdi (5,
s.53-54). Qeyd edək ki, şəxsiyyəti intensiv sosial inkişafa məcbur etməyin humanist olmaması
məsələsi müasir fəlsəfi və pedaqoji təlimlərdə birmənalı izah olunmuşdur. Məsələn, freydist və neo-
freydist yönümlü fəlsəfi təlimlərin nümayəndələri (Dc. Dyui, E.From və başqaları) pedaqoji
prosesdə şəxsiyyətə hər cür təzyiq göstərməyin əleyhinə çıxış edirlər (7, s. 84-86; 165, s. 61).
Kvintilian döyməklə cəzalandırmağa qarşı çıxaraq bunu şagirdin şərəf və ləyaqətinə qarşı
təhqir hesab edirdi və bunun təhsilə kömək olduğunu deyil, əksinə onların ruhunu, mənəviyyatını
məhv etdiyini göstərirdi. O belə düşünürdü ki, müəllim təhsildə sadə, çalışqan, işində səbrli, əsl
nümunə olmalıdır və şagirdlərinə valideyn hissləri bəsləməlidir (7, s. 55-56).
K.A. Berdyayev, V.A.Belinskiy, S.N.Bulqakov, A.N.Qertsen, L.N.Qumilyov kimi
filosofların şəxsiyyətin mənəvi tərbiyə problemini işıqlandıran pedaqoji axtarışları fəlsəfi biliklərlə
sıx bağlıdır. Belinskiy mənəvi tərbiyənin dəyərini belə qeyd edirdi ki, bir çox tərbiyə “növü”
mövcuddur, ancaq hər birindən üstün bütöv cəmiyyətin mənəviyyatına təsir göstərən mənəvi
tərbiyədir. XIX əsr Azərbaycan maarifçilik fəlsəfəsinin ilk təmsilçisi təbiət elmləri, tarix, məntiq,
filologiya və s. sahələr üzrə əsərlərin müəllifi, şair və filosof Abbasqulu ağa Bakıxanovdur. Onun
“Əxlaqın tərbiyələnməsi”, “Nəsihətlər kitabı”, “İşıqların yerləşdiyi yer”, “Camalın aynası” və s.
əsərlərində mənəvi tərbiyə ilə bağlı fikirləri öz əksini tapmışdır. Onun fəlsəfəsinin əsas qayəsi
maariflənmə yolu ilə kamil şəxsiyyət yetişdirmək, ədalətli cəmiyyət qurmaq olmuşdur.
A.Bakıxanovun irsində kamilləşmənin sufizmdən gələn mistik (tərki-dünyalıq yolu ilə Allaha
qovuşmaq) və dünyada mədəni-fəlsəfi inkişafla bağlı zəka, elm kimi iki yolu göstərilir. Mahmud
Şəbüstəri, Yusif Qarabaği və b. irsində də göstərilən bu iki yol A.Bakıxanovun kamilləşmə
konsepsiyası üçün təməl idi. O, əsrinin elmi nailiyyətlərindən çıxış edərək mənəvi təkmilləşmədə
elmə, elmlə əməlin (praktikanın) bağlılığına və mövcudatın rasional dərkinə xüsusi əhəmiyyət
120
verirdi. Abbasqulu ağa Bakıxanovun fikrincə, hər bir kəs yaşadığı cəmiyyətin əxlaq normalarını
qəbul etməlidir. Özünü cəmiyyətə qarşı qoymaq faydasız, cəmiyyətlə uzlaşmaq isə faydalıdır.
Əxlaq və davranış formaları insanların fəaliyyətinin düşünülmüş tənzimlənməsi nəticəsində əldə
oluna bilər (8, s. 203).
Filosoflar tərəfindən mənəviyyatla bağlı bir sıra ideyalar irəli sürülmüşdür. Bu ideyaların
qəbul edilməsi müasir təhsil prosesində şəxsiyyətin mənəvi tərbiyəsinin problemli məsələlərinin
həll edilməsinə çoxsaylı metodların üzə çıxarılmasına kömək edir. Mənəvi baxış aspektindən öz
pedaqoji, fəlsəfi ideyalarını təqdim edən alim-filosofların yaradıçılıqlarının öyrənilməsi böyük elmi
dəyərə malik olmaqla yenidən və yenidən pedaqoji stereotipləri nəzərdə keçirməyə vadar edir və
gənclərin tərbiyə prosesinin nəzəri və təcrübi problemlərinə yeni yanaşmaların yaranmasına səbəb
olur. Mənəvi tərbiyənin fəlsəfi əsaslarını araşdırarkən belə nəticəyə gəlmək olar ki, müəyyən
pedaqoji nəzəriyyənin quruluşunun əsasında fəlsəfi biliklər durur. Hər bir nəzəri tədqiqat
gerçəkliyin öyrənilməsi ilə bağlıdır, bəzən də dərketmənin konkret sahəsində alimlərin fəlsəfi-
pedaqoji ideyalarının analizi ilə əlaqəlidir. Pedaqogika bu anlamda fəlsəfəyə dərketmə üçün mate–
rial verir, onların vasitəsilə tərbiyə predmeti fəlsəfə və pedaqogikanın mənəvi-mental dialoqunda
mühüm obyekt hesab olunur.
ƏDƏBİYYAT
1.
Qasımova L.N. Məktəblilərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi təcrübəsindən. Bakı,
Nurlan, 2004, 220 s
2.
Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə, VI c, Bakı, Azərbaycan Sovet
Ensiklopediyasının Baş Redaksiyası,1982, 608 s
3.
Azərbaycan dilinin izahlı lüğəti: 4 cilddə, III c., Bakı, Azərnəşr, 1983, 554 s.
4.
Асмус В. Ф. Античная философия . М. : Высшая школа, 1999, 544 с.
5.
Джуринский А. Н. История зарубежной педагогики. Учеб. пособие для вузов. М.:
Форум-инфра, 1998, 272 с
6.
Аристотель. Сочинения в 4-x т. Т.4, М.: Мысль, 1984, 450 s.
7.
Дюи Дж. Введение в философию воспитания. М.: Прогресс, 1981, 277s.
8.
Rzayev M.H. Fəlsəfə tarixi. Dərslik. Naxçıvan, Qeyrət, 2011, 278 s.
ABSTRACT
Vusala Ismayilova
The analysis of philosophical bases of moral nurturing
The article studies the philosophical
roots of moral nurturing, philosophical-pedagogical
ideas
of scientists-philosopers, and the impact of these ideas on upbringing of personality in the
process of education.
As a result of the study, it is revealed that on the basis of precise pedagogical
theory stands understanding of philosophy.
РЕЗЮМЕ
Вюсала Исмаилова
Анализ философских основ нравственного воспитания
В
статье
анализируются
философские
основы
нравственного
воспита-
ния, философски-педагогические идеи учены-философов, а также роль этих идей в
воспитании личности в процессе образования. В результате анализа выясняется, что в основе
конкретной педагогической теории стоят знания философии.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi:
Pedaqogika üzrə fəlsəfə doktoru,
professor E.Maqsudov