151
fənni üzrə təhsil proqramı (kurikulumu)”nda ümumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə
təlim nəticələri aşağıdakı kimi öz ifadəsini tapmışdır: “1.Cəmiyyət
və təsviri incəsənət
Şagird:
-Təsviri incəsənətin cəmiyyət həyatında əhəmiyyətini şərh edir.
-Azərbaycanın, dünya incəsənətinin görkəmli nümayəndələri və onların əsərləri haqqında
məlumatları şərh və təqdim edir. Təsviri sənət növlərini, onları təşkil edən əsas janrları ayırır,
xarakterik xüsusiyyətlərini izah edir.
2. Təsviri və dekorativ yaradıcılıq
Şagird:
- Həyati görüntüləri real, abstrakt tərzdə təsvir edir.
-Bədii tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
3.
Estetik reaksiya
Şagird:
-Bədii sənət əsərlərini milli-üslubi cəhətlərinə, müxtəlif səpkili estetik emosional hisslərə
görə müqayisə və izah edir.
- Təsviri sənətin növ və janrlarını xarakterik xüsusiyyətlərinə görə ayırır, estetik təsirini izah
edir.
1.4.
Fəaliyyət xətləri
Kurikulumda fənnin məzmunu bacarıqlar şəklində ifadə olunmuş standartların vasitəsilə
verilir. Bacarıqlar isə şagirdin müxtəlif fəaliyyətləri nəticəsində əldə olunur və onların köməyi ilə
nümayiş etdirilir” (1).
V-VII siniflərdə incəsənətə dair dərs-söhbətlər haqqında danışılan məsələlərin reallaşmasına
kömək edir və etməldidir. Heç təsadüfi deyildir ki, təsviri incəsənət fənninin məzmun standartlarına
aydınlıq gətirilərkən aşağıdakı fəaliyyət xətləri ilə əlaqəlilik diqqət mərkəzində dayanmışdır:
“-təsviretmə tətbiqetmə məlumat
mənbələrindən istifadə;
- əlaqələndirmə müqayisə və təhliletmə sistemləşdirmə və təsnifetmə, proqnozlaşdırma
problemin həlli təqdimetmə dəyərləndirmə” (1).
V-VII siniflərdə dərs ilinin sonunda şagirdlər incəsənət fənni üzrə hansı billik, bacarıq və
vərdişlərə yiyələnməlidirlər? Bu məsələ ilə maraqlandıq. “...İncəsənət fənni üzrə təhsil proqramı
(kurikulumu)”nda həmin suala cavab tapdıq. Öyrəndik ki:
“V sinfin sonunda şagird:
-Təsviri incəsənətin həyat hadisələrini əks etdirdiyini izah edir.
-Təsviri və dekorativ sənətin növ və janrlarını (qrafika, rəngkarlıq, heykəltəraşlıq) xarakterik
xüsusiyyətlərinə görə şərh edir. Azərbaycanın, dünya təsviri incəsənətinin görkəmli nümayəndələri
(Məsud İbn Davud, Soltan Məhəmməd, Elmira Şahtaxtinskaya, İbrahim Zeynalov, Qriqori Qaqarin,
Sandro Botiçelli, Donatello, Paolo Uccello) və onların əsərləri haqqında məlumatları şərh edir.
Müxtəlif vasitələrdən istifadə etməklə həyati görüntüləri təsviri sənətin növlərində (qrafika,
rəngkarlıq, heykəltəraşlıq) real və abstrakt tərzdə təsvir edir.
-Sadə əşyalar üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
-Təsviri sənət növlərini ayırır, milli-üslubi cəhətini nümunələr əsasında estetik emosional
hisslərə görə izah edir” ( 1).
Bəs VI sinifdə necə? Yenə “...İncəsənət fənni üzrə təhsil proqramı (kurikulumu)”na müraciət
etdik. Məlum oldu ki:
“-VI sinfin sonunda şagird: təsviri incəsənətin cəmiyyət həyatındakı rolunu izah edir.
-təsviri və dekorativ sənətin növ və janrlarını (natürmort, mənzərə, portret) bədii
xüsusiyyətlərinə görə şərh edir. Azərbaycanın, dünya təsviri incəsənətinin görkəmli nümayəndələri
(Əcəmi Əbubəkir oğlu Naxçıvani, Sadiq bəy Əfşar, Vəcihə Səmədova, Lətif Kərimov, Leonardo da
Vinçi, Mikelancelo, Rafael Santi, Albrext Dürer, Memar Sinan) və onların əsərləri haqqında
məlumatları şərh edir. Müxtəlif vasitələrdən istifadə etməklə həyati görüntüləri təsviri sənətin
janrlarında (natürmort, mənzərə, portret) real və abstrakt tərzdə təsvir edir.
-məişət əşyaları üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
-təsviri sənətin janrlarını ayırır, milli-üslubi cəhətini estetik-emosional hisslərə görə izah
152
edir” (1, ).
VII siniflə bağlı əldə etdiyimiz məlumatlar bunlardır:
VII sinfin sonunda şagird:
-təsviri incəsənətin cəmiyyət həyatındakı rolunu və əhəmiyyətini nümunələr əsasında şərh edir.
-təsviri və dekorativ sənətin növ və janrlarını (məişət və əsatir) xüsusiyyətlərinə görə şərh edir.
-Azərbaycanın və dünyanın təsviri incəsənətinin görkəmli nümayəndələri (Müzəffər Əli, Kamil
Əliyev, Mirəli Mirqasımov, Rasim Babayev, İlya Repin, Rembrandt, Velaskes, Karavacco) və onların
əsərləri haqqında məlumatları şərh edir. Müxtəlif vasitələrdən istifadə etməklə həyati görüntüləri
incəsənətin müxtəlif növündə (dizayn, milli geyimlər, bədii hörmə) real və abstrakt tərzdə təsvir edir.
Müxtəlif texniki avadanlıqlar üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir. Təsviri sənətin
növ və janrlarında milli-üslubi cəhətləri estetik-emosional hisslərə görə fərqləndirir” (1).
“Azərbaycan Respublikasinin ümumtəhsil məktəblərinin I-IX sinifləri üçün təsviri incəsənət
fənni üzrə təhsil proqramı (kurikulumu)”nda ümumi təhsilin pillələri və həmin pillələrdə tədris edilən
fənlər arasında əlaqələrin yaradılması ilə bağlı təsviri incəsənət fənninin təlimində fənlərdaxili və
fənlərarası inteqrasiyadan faydalanmaq faydalı və səmərəli vəzifə olaraq diqqət mərkəzinə gətirilmişdir.
“Təsviri incəsənət fənni üzrə təhsil proqramı (kurikulumu)”nda göstərildiyi kimi, inteqrasiya -
müəyyən təhsil sistemində məktəblilərin təfəkküründə dünyanın bütöv və bölünməz obrazını
formalaşdırmaq, onları inkişafa və özünüinkişafa yönəltmək üçün təlimin məzmun komponentləri
arasında struktur əlaqələrə nail olmaq və sistemləşdirməkdən ibarətdir.
İnteqrasiya nəticəsində təsviri incəsənət fənninin məzmunu tədricən yeni məlumatlarla
zənginləşir, mövzulararası əlaqələr sayəsində maraqlı olur.
Bu sahədə başlıca xüsusiyyəti odur ki, məktəbli oğlan və qızlar başlanğıc problemi diqqətdə
saxlamaqla onunla sıx əlaqədar olan bilik və bacarıqları xeyli zənginləşdirirlər.
“Təsviri incəsənət fənni üzrə təhsil proqramı (kurikulumu)”nda oxuyuruq: “Fəndaxili və
fənlərarası inteqrasiya prinsipinə istinad olunması təsviri incəsənət fənni üzrə şagirdlərin
dünyagörüşünü genişləndirir, bu sahədə əldə etdkləri zəruri bilik və bacarıqların müxtəlif sahələrdə
tətbiqi yollarını asanlaşdırır, şagirdlərdə təsəvvürü, təxəyyülü, təfəkkürü inkişaf etdirərək həyati
bilik və bacarıqların əldə olunmasına və təkmilləşdirilməsinə şərait yaradır” (1).
Bu, bir həqiqətdir ki, təsviri incəsənət kurikulumu bilik və bacarıqların yarı-ayrı fənlərin
köməyilə təşkil edilən konsepsiyasına istinad edir. Həmin yanaşma nəzərdə tutur ki, məktəblilər
fənlər üzrə keçdikləri mövzular vasitəsilə müxtəlif sahələr üzrə müəyyənləşdirilmiş məzmunu
bilməli və tətbiqinə nai olmalıdırlar.
V-VII siniflərdə dərs-söhbətlərin təşkili zamanı incəsənətə dair şagirdlərə məlumatların
verilməsi zamanı fənlərarası və fəndazili əlaqələrə müraciət olunması, bir tərəfdən şagirdlərin
marağına, onların zəruri məlumatlara yiyələnmələrinə şərait yaradır, onların fəallığını, biliklərə
yiyələnmə həvəsini və tələbatını artırır,
digər tərəfdən, incəsənət təliminin səmərəliliyini yüksəldir.
Fənn müəllimi nəzəri və metodik hazırlığa malik olmalı, pedaqoji ustalıq nümayiş
etdirməlidir. Bu sahədə müəllim-şagird münasibətlərinin düzgün qurulması da az əhəmiyyət
daşımır. Yüksək nəzəri hazırlığa malik olmaq hələ müəllim üçün
kifayət etmir, o,
metodik səriştəyə
də yiyələnməlidir. Bundan başqa, şagirdlərlə ünsiyyəti qura bilmirsə, onların yaş və anlaq
səviyyələrini nəzərə almırsa, həm də müəllim-şagird ünsiyyəti lazımi səviyyədə deyilsə, dərsin
məqsədinə çatmaq çətin olur.
Problemin aktuallığı. “Azərbaycan Respublikasinin ümumtəhsil məktəblərinin I-IX
sinifləri üçün təsviri incəsənət fənni üzrə təhsil proqramı (kurikulumu)”nda incəsənətə dair
söhbətlərin aparılması imkanları araşdırılır.
Problemin elmi yeniliyi. “Təsviri incəsənət fənni üzrə təhsil proqramı (kurikulumu)”nda
incəsənətə dair söhbətlərə ayrılan yer diqqət mərkəzinə gətirilir.
Problemin praktik əhəmiyyəti. Məqalədən təsviri incəsətət fənni üzrə məşğələləri aparan
müəllimlər faydalanacaqlar.