85
Şəkil 1. Abşeron yarımadasının antropogen təsir nəticəsində yararsız vəziyyətə düşmüş
torpaq sahələri, %-lə
XIX əsrin ortalarından istismar edilən neft yataqları torpaqların ciddi deqredasiyaya məruz
qalmasına səbəb olmuşdur. Neft və neft məhsulları 10-100 sm-ə qədər, bəzi ərazilərdə isə 3m-ə
qədər yayılmışdır.
Antropogen təsir və eroziya nəticəsində çirklənmiş torpaqlarda udulmuş əsasların miqdarı Ca
55,9%, Mg 36,2%, Na7,9%-dir.
Bir sıra hallarda, eyni torpaq sahəsi həm də radionuklidlərlə çirklənmişdir. Bu ərazilərin
bəzisində qamma şualanma maksimum yol verilən həddən 20-50 dəfə yüksəkdir [2].
Neft yataqları və sənaye obyektləri sahəsində aşağıdakı radioaktiv çirklənmə tipləri aşkar
edilmişdir.
1.
Təbii prosseslər ilə radioaktiv çirklənmə;
2.
Neft
mədən texnoloji proseslərlə;
3.
Metallurgiya materialları və məhsulları ilə;
4.
Su (enerji) qurğuları ilə;
5.
Tikinti materialları ilə;
6.
Məmulat
və preparatlarla;
7.
Fiziki qurğuların işi ilə.
Bu çirklənmə mənbələrində radioaktiv çirklənmə çox böyük diapazonda 120-1000 mk R/saat-
dan 1,0 R/saat-a qədər dəyişir. Neft mədənləri və onların texnoloji prosesləri sahələrində – Bayıl,
Sabunçu, Ramana 120-1000 mk R/saat, Zığ, Suraxanı, Binə sahələrində – 1000 mk R/saat-dan – 1,0
R/saata qədər, yuxarıda göstərilən – 3-7 pozisiyalarda isə lokal yerlərdə daha yüksək 1 R/saat
çirklənmə aşkar edilmişdir [1].
Suraxanı rayonu ərazisindəki yod-brom istehsalı zamanı əmələ gəlmiş, tərkibində radioaktiv
maddələr olan tullantılar (45 min ton kömür) hələ də bu ərazidə qalmaqdadır. Bakı Yod zavodunun
ərazisində yığılaraq qalaqlanmış radioaktiv tullantıları daş hasar vasitəsilə ətraf mühitdən təcrid
olunsa da, bu tullantıların zərərsizləşdirilməsi üçün xüsusi müəssisə fəaliyyət göstərmədiyindən
mövcud vəziyyət radiasiyanın müəyyən olunmuş normativ həddən artıq olmasına gətirib çıxarır və
nəticədə ətrafda yaşayan əhali üçün əsas təhlükə mənbəyi rolunu oynayır.
Neftayırma və neft kimya zavodlarının ətrafındakı torpaqlar neft və maye karbohidrogenləri
ilə çirklənmiş, bu da öz növbəsində atmosferin çirkləndirilməsi mənbəyinə çevrilmişdir. Məsələn,
civə texnologiyasına əsaslanan kaustik soda və xlor istehsalı Sumqayıt şəhərində və ümumilikdə
Abşeron yarımadasında böyük ekoloji problemlər yaratmışdır. Abşeron yarımadasında kimyəvi
tullantıların lazımı səviyyədə idarə edilməməsi, Bakı və Sumqayıt şəhərlərinin ətraf ərazilərində
qeyri-qanuni zibilliklərin yaranmasına gətirib çıxarmışdır ki, bu da öz növbəsində torpaqların
çirklənməsinə səbəb olur. Təkcə Abşeron yarımadasında ümumi sahəsi 4486 ha olan 128 ədəd belə
zibilliklər mövcuddur. Tullantıların çeşidlənməsi aparılmadığından təhlükəli və bir sıra sənaye
tullantıları ilə birlikdə zibilliklərdə yerləşdirilir ki, bu da torpaqların kimyəvi çirklənməsinə və onun
10.8
14.66
11.08
15.81
16.35
31.3
Mazutlaşmış torpaq sahələri
Bitumlaşmış torpaq sahələri
Zəif bitki ilə örtülən bitumlaşmış
torpaq sahələri
Qazma şlamları ilə çirklənmiş
torpaq sahələri
Bataqlaşmış torpaq sahələri
86
fiziki xüsusiyyətlərinin korlanmasına səbəb olur [4].
Abşeron yarımadasının ümumi sahəsi 222 min ha-dır ki, bununda 192 hektarı və ya 86,5%-i
Bakı şəhərinin payına düşür. Abşeron yarımadasında neft emalı və neft kimya sənayesinin inkişafı
şübhəsiz ki, iqtisadiyyatın dinamik inkişafı üçün çox vacibdir. Lakin, bununla yanaşı qeyd etmək
lazımdır ki, bu zaman ətraf mühitə bu və ya digər şəkildə dəyən zərər minimuma endirilməlidir.
Abşeron yarımadasının kompleks landşaft meliorativ cəhətdən də mürəkkəb ərazidir. Belə
mürəkkəblik və çətinliklər şəhərətrafı zonanın yalnız texnogen pozulmuş landşaft sahələrinin olması
ilə deyil, genetik cəhətdən landşaftın mürəkkəbliyi, torpaq qatının zəif inkişaf etməsi, həmçinin
mürəkkəb iqlim şəraitinin, xüsusilə il ərzində yağıntıların az və küləkli günlərin sayının çox olması
ilə izah edilir.
Seyrək bitki örtüyü, relyefin mürəkkəbliyi və daimi əsən güclü küləklər deflyasiya (külək
eroziyası) prosesinin əmələ gəlməsi və inkişaf etməsi üçün əlverişli şərait yaradır.
Beləliklə, Abşeronun ərazisində təbii amillərin məcmusu deflyasiya prosesinin yaranıb
inkişaf
etməsi üçün əlverişli şərait yaradır ki, bunun da nəticəsində havanın müxtəlif aerozollarla çirklən-
məsi müşahidə olunur.
Abşeronda deflyasiya prosesinin intensivliyi
o qədər yüksəkdir ki, hətta «sovrulma vadiləri»
və «sovrulma dərələri» formasında makrorelyef formaları əmələ gəlmişdir [1].
Onu
da qeyd etməliyik ki, bütün yarımada boyunca küləyin təsiri relyefin ilkin formasını
dəyişir. Küləyin təsiri
ən çox torpaq səthinin nahamar, təpəlik olan yerlərində müşahidə edilir.
Yarımadada il ərzində güclü küləkli günlərin sayı 139-a çatır (Cədvəl 1).
Cədvəl 1.
Abşeron yarmadasının müxtəlif rayonlarında güclü (15 m/san) küləkli günlərin miqdarı.
Meteoroloji
stansiya
I
II
III
IV
V
VI
VII VIII IX
X
XI
XII
İl ərzində,
cəmi
Bakı
4,9
6,0
7,5
6,8
5,2
6,2
6,6
5,2
4,7
5,3
4,2
4,8
67
Sumqayıt
13,2 13,9 14,6 12,9 9,8
9,1 10,4 9,5 10,7 11,6 10,5 13,0
139
Maştağa
6,7
6,1
7,9
6,0
4,4
4,2
5,1
3,6
4,7
5,6
4,7
5,4
64
Ələt
8,7
9,5 10,8 9,9 10,1 10,8 18,2 10,0 9,5
8,3
7,0
7,5
114
1987-ci ildən başlayaraq Xəzər dənizinin səviyyəsinin qalxması, müxtəlif problemlər
yaratmışdır. Pirallahı, Neft daşları, Qum adaları su altında qalmışdır. Maşınqayırma müəssisələrin-
dən Dərin dəniz özüllər zavodu, Bayıl qəsəbəsindəki gəmi təmiri birlikləri və istehsal zavodu, Ələt
maşın təmiri zavodu və lövhələr bloku, tikinti sənayesi, yüngül sənayeyə aid olan Pirallahı tikiş
fabriki, Z.Tağıyev adına toxuculuq kombinatı, yeyinti sənayesinin Hövsan balıq kombinatı,
Pirallahı və Ələtin stasionar balıq ovlama bazası daimi ziyan çəkir.
Abşeronda Xəzərin səviyyəsinin qalxmasından sonra daha çox zərər çəkən sahələrdən biri də
kurort-rekreasiya sahəsidir. Səviyyənin kəskin qalxması nəticəsində dəniz sahili çimərlik zonasına
doğru müxtəlif yerlərdə 300-400 m-ə qədər irəliləmiş, 5 min ha-dək qumluq sahələri və çimərlik
avadanlıqları suyun altında qalmışdır.
Xəzərin səviyyə tərəddüdlərindən daha çox ziyan çəkən sahələrdən biri də əhali və yaşayış
məntəqələridir. Əvvəlcə sahil zonasından müvəqqəti bostan, bağ yeri kimi, sonradan isə digər
təsərrüfat məqsədləri üçün istifadə edilmişdir.
Bakı şəhəri ətrafında yerləşən 80-dən artıq yaşayış məntəqəsinin 30-dan çoxu dənizin
səviyyəsinin qalxmasına görə subasmaya məruz qalmışdır. Burada xüsusilə böyük məbləğdə
zərərlər Xəzər sahillərində yerləşən Bakı şəhər əhalisinin ən sevimli istirahət məskənləri olan
bağlara dəymişdir. Sahil zonalarında bağ sahələrinin subasmaya məruz qalması ilə bərabər qrunt və