Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   11   12   13   14   15   16   17   18   ...   164

31 
ordu  1635-ci  il  hərbi  əməliyyatları  zamanı  Təbriz  və  İrəvan  şəhərləri  ilə  birgə,  Naxçıvanı  da 
tutmağa nail oldu. Naxçıvan osmanlıların əlinə keçdi. Müharibə 1639-cu il mayın 17-də bağlanan 
Qəsri-Şirin müqaviləsi ilə başa çatdı. Müqaviləyə görə İraqi Ərəb osmanlılarda, Zəncir qalasından 
şərqdəki  torpaqlar  isə  səfəvilərdə  qalırdı.  Cənubi  Qafqazda  isə  sərhədlər  dəyişmirdi  [11,  s.47]. 
1639-cu il müqaviləsi Naxçıvanın Səfəvi dövləti tərkində qalmasını təsdiq edirdi. 
Beləliklə,  Səfəvilər  və  Osmanlılar  arasında  1514-cü  ildən  bəri  fasilələrlə  davam  edən 
müharibəyə  1639-cu  il  müqaviləsi  ilə  son  qoyuldu.  Naxçıvan  Azərbaycan  Səfəvilər  dövlətinin 
tərkib  hissəsi  kimi  müharibələrin  gedişində  əsas  hərbi-strateji  ərazilərdən  biri  olmuş,  osmanlılar 
tərəfindən  ələ  keçirilməsinə  və  bir  müddət  (1588-1603)  Osmanlı  dövlətinin  tərkibinə  daxil 
edilməsinə baxmayaraq, burada Azərbaycan dövlətçiliyinin bərpasına çalışmış və buna nail olaraq, 
sonda Səfəvilər dövlətinin tərkib hissəsi kimi qalmışdır. 
1639-cu  il  müqaviləsindən  Səfəvilər  dövlətinin  1722-ci  ildə  əfqanların  hücumu  ilə  yeni 
təhlükə  qarşısında  qaldığı  dövrə  qədər  ölkədə  sülh  mövcud  olmuşdur.  Lakin  buna  baxmayaraq, 
dövlətin  digər  müharibə  gedən  bölgələrində  olduğu  kim  Naxçıvanda  da  müharibənin  ağır 
nəticələrinin aradan qaldırılması mümkün olmadı, əksinə sosial-iqtisadi vəziyyətdəki problemlər və 
yeni  daxili  çəkişmələr  vəziyyəti  daha  da  mürəkkəbləşdirdi.  1667-ci  ildə  Naxçıvan,  Culfa  və 
İrəvanda iki il müddətində maaş ala bilməyən qacar və bayat tayfasından olan əsgərlərin üsyanı baş 
verdi. XVII əsrin 70-ci illərində isə aclıq baş verdi. Sultan Hüseynin vergiləri artırmaq məqsədi ilə 
1699-1702-ci  illərdə  əhalinin  siyahıya  alınmasının  həyata  keçirilməsi  və  onun  ağır  nəticələri 
əhalinin vəziyyətini daha da çətinləşdirdi [15, s.292-293]. 
1722-ci  ildə  əfqanların  hücumu  və  şahın  hakimiyyətdən  salınması,  rus  çarı  I  Pyotrun  eyni 
Xəzərsahili torpaqlara yürüşü, Şirvanda anti-Səfəvi üsyanları siyasi vəziyyəti kəskinləşdirdi. 1723-
1727-ci illərdə Səfəvilərlə Osmanlılar arasında başlayan yeni müharibə də ağır təsirini göstərdi [19, 
s.85-90]. Osmanlılar müharibənin gedişində Azərbaycan torpaqlarının xeyli hissəsini ələ keçirməyə 
nail  oldular.  1724-cü  il  12  iyunda  Osmanlı  dövləti  ilə  Rusiya  arasında  İstanbul  müqaviləsi 
Azərbaycan  torpaqlarının  bölüşdürülməsini  təsdiq  etdi  [11,  s.121-136].  Naxçıvan  Osmanlı 
dövlətinin  nüfuz  dairəsinə  daxil  edildi.  Osmanlılar  tərəfindən  1724-cü  il  sentyabrın  əvvəllərində 
Naxçıvan şəhəri, 10-da isə Ordubad şəhəri tutuldu [13, s.99]. 
Naxçıvanın  Osmanlı  imperiyası  tərkibinə  daxil  olduğu  ərəfədə  onun  ərazisi  və  inzibati 
bölgüsü  haqqında  farsdilli  “Təzkirət  əl-mülük”  əsəri  məlumat  verir.  Naxçıvan  ölkəsi  bu  dövrdə 
Çuxur-Səəd  bəylərbəyliyinə  daxil  idi.”  Bununla  yanaşı,  osmanlıların  əvvəllər  tərtib  etdikləri 
dəftərindən  fərqli  olaraq  inzibati  baxımdan  Naxçıvan  sancağı  kimi  deyil,  Səfəvilər  dövlətinin 
inzibati quruluşuna uyğun olaraq tümən kimi qeydə alınıb; həmin əsərdə (əlyazmasında) osmanlılar 
dövründə  Zar  və  Zəbil  kimi  qələmə  alınan  nahiyələr  birləşdirilib  Zar-zəbil  adlandırılmışdır...və 
nəhayət,  bu dövrdə Sədərək adlı  yeni  inzibati vahidi  yaradıldığı  haqqında da məlumat əldə edilir. 
“Təzkirət  əl-mülük”ə  görə  osmanlılar  dövründən  fərqli  olaraq  Naxçıvan  diyarı  Çuxur-Səəd 
bəylərbəyliyinə  tabe  olan  sancaqbəyi  və  yaxud  da  naiblər  tərəfindən  deyil,  ayrı-ayrı  hakimlər 
tərəfindən idarə olunurdu. 
Naxçıvan Osmanlı imperiyası tərkibinə daxil edildikdən sonra burada müvafiq inzibati-ərazi 
bölgüsü həyata keçirildi. Naxçıvan sancağı yaradıldı və 1590-cı ildə olduğu kimi, 1727-ci ildə yeni 
müfəssəl  dəftər  tərtib  edildi.  Bu  müfəssəl  dəftər  Naxçıvanın  inzibati-ərazi  bölgüsü,  əhalisi  və 
iqtisadi imkanları haqqında məlumat verməklə, onun Osmanlıyaqədərki Səfəvi dövləti tərkibində və 
Osmanlı dövründə vəziyyəti haqqında təsəvvür yaratmağa imkan verir. 
Səfəvilərin  hakimiyyətinin  son  dövründə  dövlətin  siyasi  həyatında  ciddi  dəyişikliklər  baş 
verirdi.  1722-ci  ildə  hakimiyyətə  gələn  II  Təhmasib  siyasi  arenaya  cəsarətlə  qədəm  qoyan  Nadir 
tərəfindən  taxt-tacdan  uzaqlaşdırıldı,  yerinə  körpə  uşaq  olan  III  Abbası  gətirməklə  faktiki 
hakimiyyəti  ələ  aldı  və  Səfəvi  dövlətinin  torpaqlarını  Osmanlılardan  geri  almaq  uğrunda 
mübarizəyə başladı. Bu mübarizənin gedişində, 1735-ci ildə Naxçıvan geri alındı [13, s.100]. Nadir 
mövcud vəziyyətdə siyasi statusu ilə razılaşmayaraq, Səfəviləri devirməyi və hakimiyyəti öz əlinə 
keçirməyi  qərara  aldı.  O,  1736-cı  ildə  Muğan  qurultayında  özünü  şah  elan  etdi.  Beləliklə, 
Azərbaycan dövlətçiliyinin Səfəvi dövrü başa çatdı. 


32 
Naxçıvan nəinki, siyasi hadisələr, o cümlədən sosial-iqtisadi və mədəni həyatda rolu ilə də 
Səfəvilər  dövlətində  mühüm  rol  oynamışdır.  Naxçıvan  bölgəsinin  mərkəzi  kimi  Naxçıvan  şəhəri 
Səfəvi-Osmanlı  müharibələri  dövründə  amansız  dağıntılara  baxmayaraq,  digər  tarixi  Azərbaycan 
şəhərləri  kimi  (Şəmkir,  Mahmudabad  və  s.)  məhv  olub  sıradan  çaxmadı,  çətinliklə  olsa  da,  şəhər 
həyatı bərpa edildi və davam etdirildi [12, s.99-139]. Bunun nəticəsi idi ki, Naxçıvan imperiyanın 
pul  dövriyyəsi  və  zərbxana  sistemində  və  ticarətində  rolunu  saxlaya  bilmişdir.  Təsadüfi  deyil  ki, 
orta əsr şəhərləri ərazisində aparılan arxeoloji tədqiqat işləri və təsadüfi tapıntılar nəticəsində XVI-
XVII əsrlərə aid bir çox Naxçıvan sikkəsi əldə edilmişdir. I Təhmasibin Naxçıvanda zərb edilmiş 
sonuncu  sikkəsi  1568-ci  ilə  aiddir.  Osmanlı  hakimiyyəti  zamanı  III  Sultan  Murad  və  III  Sultan 
Məhəmməd  dövründə  də  Naxçıvanda  sikkələr  kəsilmişdir.  I  Şah  Abbas  Naxçıvanı  1603-cü  ildə 
azad edərkən burada sikkə zərbini yenidən bərpa etmişdir [12, s.108-109]. 
Beləliklə,  tarixi  faktlar  sübut  edir  ki,  Naxçıvan  bölgəsi  Azərbaycan  Səfəvilər  dövlətinin 
meydana  gəlməsi  və  tarixində  əhəmiyyətli  rol  oynamış,  hərbi-strateji,  siyasi,  sosial-iqtisadi  və 
mədəni həyatında dərin iz buraxmışdır. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Azərbaycan dövlətçilik tarixində Səfəvilər dövlətinin yeri. Elmi-nəzəri konfransın materiallar. 
Bakı; Ağrıdağ, 2001, 196 s. 
2.
 
Baxşəliyev A. Səfəvi dövlətinin sosial-iqtisadi həyatı və beynəlxalq əlaqələri. Bakı, 2009, 274 s. 
3.
 
Bayramlı Z. Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə sistemi. Bakı, 2006, 162 s. 
4.
 
Budaqova  S.  Naxçıvan  diyarının  tarixi-coğrafiyası  (XVIII  əsrin  ikinci  yarısı  –  XIX  əsrin 
birinci qərinəsi). Bakı: Elm, 1995, 96 s. 
5.
 
Budaqova S. Naxçıvan diyarının siyasi tarixi. Bakı; Elm və təhsil, 2014, 112 s. 
6.
 
Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti. Bakı,1993, 300 s. 
7.
 
Əliyev İ. Naxçıvan bölgəsi Səfəvilər dövründə. Bakı; “Elm və təhsil”, 2014, 224 s. 
8.
 
Fərzəliyev  Ş.  Naxçıvan  XV  əsrdə//  Naxçıvan;  tarixi  gerçəklik,  müasir  durum,  inkişaf 
perspektivləri. Naxçıvan; Əcəmi NPB, 2006, s. 87-97. 
9.
 
İbrahimov C. Azərbaycanın XV əsr tarixinə dair oçerklər. Bakı, 1958, 210 s. 
10.
 
İrəvan  əyalətinin  icmal  dəftəri.  Araşdırma,  tərcümə,  qeyd  və  əlavələrin  müəllifləri  akad.  Ziya 
Bünyadov və tarix elmləri namizədi Hüsaməddin Məmmədov (Qaramanlı). Bakı, 1996,  180 s. 
11.
 
Mahmudov  Y.,  Şükürov  K.  Azərbaycan:  Beynəlxalq  münasibətlər  və  diplomatiya  tarixi.  1639-
1828. Dövlətlərarası müqavilələr və digər xarici siyasət aktları. I cild, Bakı; 2009,  512 s. 
12.
 
Məmmədov R. Naxçıvan şəhərinin tarixi oçerki. Bakı; Elm, 1997, 158 s. 
13.
 
Mustafazadə  T.  Naxçıvan  diyarı  XVIII-XIX  yüzilliyin  əvvəllərində  //  Naxçıvan:  tarixi 
gerçəklik, müasir durum, inkişaf perspektivləri. Naxçıvan; Əcəmi NPB, 2006, s. 98-112. 
14.
 
Naxçıvan sancağının müfəssəl dəftəri. Araşdırma, qeyd və şərhlərin müəllifi H.Məmmədov. 
Tərcümə edənlər Z.Bünyadov və H.Məmmədov. Bakı; Elm, 2001, 376 s. 
15.
 
Naxçıvan tarixi. Üç cilddə, c.I, Naxçıvan; Əcəmi NPB, 2013, 452 s. 
16.
 
Gökbilgin  T.  Sultan  I  Süleymanın  Naxçıvan  səfəri  (1553-1555)//  “Türklər”  kitabı.  IX  cild, 
Ankara, 2002, s.545-546 
17.
 
 Kırzıoğlu F. Osmanlıların Qafqaz ellərini fəthi (1491-1590). Ankara, 1976 
18.
 
Джафарли  Н.  Азербайджанское  государства  Сефевидов  (государственный  строй).  СПб, 
2009, 251 с. 
19.
 
Левиатов В.Н. Очерки по истории Азербайджана в XVIII. Баку, 1948 
20.
 
Рахмани А.А. Азербайджана в конце XVI и в XVII веке (1590-1700). Баку, Элм, 1981, 238 с. 
21.
 
Петрушевский П.П. Очерки по истории феодальных отношений в Азербайджане и 
Армении в XVI- начале XIX вв. Л., 1949, 382 с. 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə