Elmi redaktor: Sakit Hüseynov



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə17/33
tarix20.09.2017
ölçüsü1 Mb.
#1072
1   ...   13   14   15   16   17   18   19   20   ...   33

A nar Həsənli

islamdan  danışırıq.  Hesab  edirik  ki,  müasir  şəraitdə  Türkiyənin 

laisizm  (türkcə  laiqlik-dünyəvilik)  modeli  Azərbaycanda  maarifçi 

islam modelinin mümkün variantlarından biridir. Bu da təbiidir, çünki 

«islam dirçəlişi» bütövlükdə fundamental islahatı nəzərdə tutur və bu 

halda «oyanış ümumidir və heç də təkcə fərdi möminliyə aid deyildir» 

[49.196-200].

Dünyəvi  dövlətdə  din  əzəldən  cəmiyyətin  ancaq  mənəvi-əxlaqi 

yolgöstərəni  olmalıdır,  onun  sosial-siyasi  mövqeyi  siyasi  oyunlar və 

kombinasiyalar vasitəsinə çevrilə bilməz. Vətəndaşların kütləvi şüuru 

dini  normaları  ictimai-siyasi  həyatda  ülviləşdirməyə  can  atan 

müəyyən  qruplaşmaların  radikal-təməlçi  əhval-ruhiyyəsinin  və 

baxışlarının yalançı nümayiş meydanına çevrilməməlidir. Azərbaycan 

bu  yolda  qətiyyətlə  irəliləyir.  Qeyd  olunanların  sübutu  kimi 

Azərbaycan  Respublikası  Prezidenti  cənab  İlham Əliyevin 4  noyabr

2008-ci il tarixli Sərəncamına uyğun olaraq 2008-ci ilin dekabrın 2-3- 

də  Bakıda  Avropa  Şurasına  üzv  dövlətlərin  mədəniyyət  nazirlərinin 

konfransı  keçirilməsidir.  Konfransda  Azərbaycan  Respublikasının 

Prezidenti cənab İlham Əliyevin iştirakı və çıxışı zamanı irəli sürdüyü 

təkliflər  və  tövsiyələr  tədbirin  beynəlxalq  əhəmiyyətini  daha  da 

artırmışdır.  Konfransda  Prezident  İlham  Əliyev  tərəfindən 

sivilizasiyalar  arasında  dialoqun  inkişafını  nəzərdə  tutan  «Bakı 

prosesi»nin  əsası  qoyulmuş  və  bu  təşəbbüsün  qlobal  bir  prosesə 

çevrilməsinə  səbəb  olmuşdur.  Prezident  İlham  Əliyev  konfransdakı 

çıxışı  zamanı  demişdir:  «Mən  çox  istərdim  ki,  bu  gün  əsası  qoyulan 

«Bakı  Prosesi»  uzun  müddətli  bir  proses  olsun.  Çox  istərdim  ki,  bu 

konfransın  keçirilməsindən  sonra  konkret  mexanizmlər  işlənilsin, 

konkret  fəaliyyət  planı  hazırlansın.  Belə  tədbirlərin  keçirilməsi  həm 

Bakıda,  həm  də  digər  şəhərlərdə  ənənəyə  çevrilsin»  [4].  Konfransın 

açılış mərasimində çıxış edən Avropa Şurasının baş katibi Terri Devis 

isə  konfransın  keçirilməsinin  bütün  Avropa  üçün  əlamətdar  hadisə 

olduğunu bildirmiş və qeyd etmişdir ki, Bakı öz tarixi və coğrafiyasına 

görə  müxtəlif mədəniyyətlərin  qovşağında  yerləşir  və  Şərqlə  Qərb, 

Şimal ilə Cənub arasında təbii körpüdür.

-

68

-



Müosır şaraıtda Azarbaycmıda dini-madam dayarlarin inkişaf xiisusiyyathri

Bu  formatda  keçirilən  konfransın  əsas  məqsədi  ölkəmizin  həm 

Avropa Şurasına, həm də İSESKO-ya üzv olan yeganə dövlət olmaq 

imkanından  bəhrələnərək  Avropa  ilə  İslam  dünyası  arasında 

mədəniyyət körpüsü-vasitəçisi rolunu oynamaq, fərqli mədəniyyətlər 

arasında dialoqun  inkişafına xidmət edən  «Bakı  prosesi»nin  əsasını 

qoymaq  və  bu  fəaliyyətlərin  mərkəzində  duran  Azərbaycanın 

beynəlxalq nüfuzunu daha da gücləndirmək olmuşdur.

Digər  tərəfdən  Azərbaycan  İslam  dövlətləri  və  təşkilatları  ilə 

mədəniyyət  sahəsində  sıx  əməkdaşlıq  həyata  keçirir.  Azərbaycanın 

milli  mədəniyyətində  islam  dəyərlərinin  önəmli  yer  tutması, 

Azərbaycan  mədəniyyətinin  formalaşmasında  və  inkişafında  islam 

dəyərlərinin  əvəzsiz  rol  oynaması,  Azərbaycan  xalqının  islam 

sivilizasiyasına böyük töhfələr, yüksək mədəniyyət nümunələri bəxş 

etməsi  nəzərə  alınaraq  Bakı  şəhəri  2009-cu  il  üçün  «İslam 

Mədəniyyətinin  Paytaxtı»  elan  olunmuş  və  İslam  Əməkdaşlıq 

Təşkilatına  üzv  dövlətlərin  mədəniyyət  nazirlərinin  VI  Konfransı 

Bakıda keçirilmişdir.

Konfransda qəbul  edilən İslam dünyasında təhlükə altında olan 

mədəni  və  dünyəvi  irsin  qorunmasına  dair  qətnamədə  Erməni 

işğalçılarının  işğal  etdikləri Azərbaycan  torpaqlarında İslam  irsinin 

məhv edilməsi məqsədi ilə həyata keçirdikləri vandalizm hərəkətləri 

pislənmiş  və  BMT-nin  822,  853,  874  və  884  saylı  qətnamələrini 

Ermənistan  Respublikası  tərəfindən  dərhal  və  qeyd-şərtsiz  yerinə 

yetirilməsi  tələb  olunmuşdur.  İslam  Mədəniyyəti  Paytaxtları 

Proqramının  həyata  keçirilməsinin  davam  etdirilməsi  ilə  bağlı 

müzakirələrdə  isə  Naxçıvan  2018-ci  il  üçün  İslam  Mədəniyyətinin 

Paytaxtı  elan  olunmuşdur.  2011-ci  ilin  oktyabrın  10-da  Bakıda, 

“Gülüstan”  sarayında “XXI  əsr:  ümidlər və çağırışlar” devizi  ilə öz 

işinə  başlayan  Beynəlxalq  Humanitar  Forumu  multikulturalizmin 

nailiyyətləri  və  problem ləri,  dünyanı  dəyişdirən  m üasir 

texnologiyalar,  elmlərin  konvergensiyası,  biotexnologiyalar  və 

etikanın  problemləri,  inkişafın  iqtisadi  modellərinin  humanitar 

aspektləri,  sosial  ju rn alistik a  və  yüksək  texnologiyalar.

-

69

-




A n a r H sssn li

postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemləri kimi aktual 

mövzulara  həsr  olunmuşdur.  Azərbaycan  nümayəndələri  ilə  yanaşı 

dünyanın  siyasi,  elmi  və  mədəni  elitasının  görkəmli  təmsilçiləri,  o 

cümlədən tanınmış dövlət xadimlərinin, elmin müxtəlif sahələri üzrə 

Nobel  mükafatçılarının,  mötəbər  beynəlxalq  qurumların  rəhbərləri 

bu  məsələlər  ətrafında  geniş  fikir  mübadiləsi  və  müzakirələr 

aparmışlar.  Qloballaşma  dövrünün  humanitar  problemlərinə  dair 

Forum iştirakçılarının mövqeyi qəbul olunmuş Bakı bəyannaməsində 

öz əksini tapmışdır [ 10].

Q loballaşan  dünyada,  o  cüm lədən  m üasir  A vropada 

ksenofobiyanın,  radikalizmin  və  ekstremizmin  mövcud  olduğu  bir 

şəraitdə  dini  və  milli  dözümlülüyü  ilə  seçilən  Azərbaycanda  bu 

tədbirin  keçirilməsi  özü-özlüyündə  ölkəmizin  dünyaya  nümunə 

göstərdiyinin  sübutudur.  Çünki  Azərbaycanda  əsrlər  boyu  müxtəlif 

millətlərin,  dinlərin  nümayəndələri  dinc  və  mehriban  şəraitdə 

yaşamış,  isti  münasibətlərini  qoruyub  saxlamışlar.  İkinci  dəfə 

müstəqilliyinə  qovuşan  ölkəmizdə  həyata  keçirilən  uğurlu  siyasət 

nəticəsində  ötən  20  il  ərzində  xalqımızın  yüksək  milli  mənəvi 

dəyərləri,  tolerantlıqla  yoğrulmuş  ənənələri  qorunub  saxlanılmış, 

bütün dinlərin  nümayəndələrinin sərbəst  fəaliyyəti  təmin edilmişdir. 

Bu  mənada  başqa  xalqların,  dinlərin  nümayəndələrinə  hörmət 

mənasını ifadə edən muitikulturalizm yeni meydana çıxmış ifadə olsa 

da,  tarix  və  təcrübə  göstərir  ki,  Azərbaycan  xalqı  əsrlər  boyu 

muitikulturalizm şəraitində yaşamışdır.

Beynəlxalq  Humanitar Forumda iştirak edən 20-dən çox ölkənin 

və  nüfuzlu  beynəlxalq  təşkilatların  nümayəndələrinin,  o  cümlədən 

mədəniyyət  və  incəsənət  xadimlərinin,  aparıcı  kütləvi  informasiya 

vasitələrinin  rəhbərlərinin,  ictimai  xadimlərin  və  digər  nüfuzlu 

siyasi-ictimai və elm xadimlərinin olması tədbirin əhəmiyyətini xeyli 

artırmışdır.

Ölkəmizin  yüksək  dəyərlərə  sahib  olması  və  demokratik 

prinsiplərin  inkişafına,  insan  hüquq  və  azadlıqlarının  qorunmasına 

xüsusi  önəm  verilməsi  deməyə  əsas  verir  ki,  növbəti  illərdə  də

-

70

-



Müasir şəraiteh Azərbaycanda dini-mədəni dəyərlərin  inkişaf xüsusiyyətləri

Azərbaycanda  dini-ınədəni  münasibətlər  yüksək  səviyyədə  təşkil 

olunacaq.  Son  illər  Bakıda  humanitar  əməkdaşlığa  dair  beynəlxalq 

tədbirlərin keçirilməsi də bunu təsdiqləyir. Məsələn, 2008-ci ildən Bakı 

Prosesi başlanılmışdır. O vaxtlar respublikamızın paytaxtında keçirilən 

Avropa  Şurasına üzv Ölkələrin  Mədəniyyət Nazirlərinin Toplantısına 

İslam  Əməkdaşlığı  Təşkilatının  nümayəndələri,  nazirlər  də  dəvət 

olunmuşdu. Bu, dünya miqyasında çox mühüm bir hadisə idi. Çünki ilk 

dəfə  idi  ki,  həm  Avropa  Şurasına,  həm  də  İslam  Əməkdaşlığı 

Təşkilatına  üzv  olan  dövlətlər  birgə  humanitar  xarakterli  beynəlxalq 

tədbirdə  iştirak  elmişlər.  Azərbaycan  bu  məsələdə  liderliyini  ötən 

illərdə  də  qoruyub  saxlamışdır.  2009-cu  ildə  İslam  Əməkdaşlığı 

Təşkilatına  üzv  ölkələrin  nazirlərinin  Bakıda  keçirilən  toplantısına 

Avropa  Şurası  ölkələrinin  nazirləri  də  dəvət  edilmişdi.  Ötən  ilin 

aprelində  Bakıda  dünya  dini  liderlərinin  sammitinin  keçirilməsi, 

noyabrda  isə  “Dinlərarası  dialoq:  qarşılıqlı  anlaşmadan  birgə 

əməkdaşlığa  doğru”  mövzusunda  tədbirin  yüksək  səviyyədə  təşkili 

Azərbaycan dövlətinin və onun Prezidenti  İlham Əliyevin ölkədə dini 

tolerantlığa  xüsusi  önəm  verməsindən  irəli  gəlirdi.  Nəhayət,  2011-ci 

ilin  aprel  ayında  Azərbaycanda  növbəti  möhtəşəm  tədbir  — 

Mədəniyyətlərarası  Dialoq  Fonımu  keçirildi.  Belə  tədbirlər  bir  daha 

təsdiqləyir  ki,  bütün  insanların  və  cəmiyyətlərin  dialoq  şəraitində 

yaşaması  çox  vacibdir  və  bu  mənada  Azərbaycan  təcrübəsinin 

öyrənilməsi  bir  çox  dünya  ölkələri  üçün  faydalıdır.  Azərbaycan 

Prezidenti  İlham  Əliyev  ölkəmizdəki  mövcud  durumun  və  tarixi 

təcrübənin buna imkan verdiyini bildirərək  demişdir: ” Azərbaycanın 

tarixi  və  keçmişi  göstərir  ki,  bunu  etmək  mümkündür.  Bu  gün 

Azərbaycan müstəqil  ölkə kimi  həm Avropa  Şurasının,  həm də  İslam 

Əməkdaşlığı Təşkilatının üzvüdür. Azərbaycan nadir ölkələrdəndir ki, 

hər iki təşkilatda üzvdür və eyni zamanda, fəal üzvdür. Sivilizasiyaları, 

dünya dinlərini  birləşdirmək,  əməkdaşlığı dərinləşdirmək  üçün  hesab 

edirəm ki, bizim ölkə kifayət qədər böyük səylər göstərir. Ən önəmlisi 

ondan ibarətdir ki, bu səylər öz nəticəsini verməkdədir. Çünki əgər belə 

olmasaydı, Azərbaycanın bu sahədəki təcrübəsi maraq doğurmazdı".

-71

  -



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə