Elmi redaktoru: Coğrafiya elmləri doktoru, prof. N. A. Babaxanov



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə20/49
tarix15.10.2018
ölçüsü3,86 Mb.
#74301
1   ...   16   17   18   19   20   21   22   23   ...   49

Ağazeynal A.Qıırbanzadə 
səviyyəsinin  yenidən  qurulması  ilk  növbədə  insan  hərəkətinin  meydana 
gəlməsini tələb edir. 
Klassik  ictimai  nəzəriyyə  çərçivəsində  insan  miqrasiyası  -  xalqların 
yerdəyişmə  prosesində  iqtisadiyyatı  inkişaf  etdirməklə  yanaşı,  yeni  elm- 
mədəniyyət  sivil  "ocaq"larmm  yaradılması  proseslərində  fəal  iştirak  edir. 
Məsələn,  Yeni  Dünyanın  (Amerika)  sivilizasiyasını  yer  kürəsinin  müxtəlif 
xalqlarının miqrasiyasının nəticəsində formalaşmışdır. 
Klassik nəzəriyyə sahibləri (O.Stak, S.Todor, E.Giddelens və s.) sərvətin 
əmələgəlməsi mənbəyini insan miqrasiya prosesinin inkişafında görürdülər. 
 
Miqrasiya  sisteminin  metodoloji  meyillərinin  təhlili  göstərir  ki, 
beynəlxalq  münasibətlərin  transformasiyası  ölkədaxili  və  ölkələrarası  insan 
miqrasiyasının  dəyişməsinə  səbəb  olur.  Beynəlxalq  münasibətlərin  inkişaf 
səviyyəsi  nə  qədər  yüksək  olarsa  ölkələrarası  insan  miqrasiyası  arasında 
qarşılıqlı  sosail-  iqtisadi  əlaqələr  də  bir  o  qədər  yüksək  olar.  Bu  halda  ona 
əhalinin  sadə  mexaniki  hərəkəti  kimi  deyil,  sosial-iqtisadi  prosesin  tərkib 
hissəsi kimi qəbul edilir.^^ 
Deməli,  insan  miqrasiyası  -  bəşəri  sivilizasiyanın  tərkib  hissəsi  olub, 
kompleks ictimai - iqtisadi, siyasi və təbii - coğrafi amillərin təsiri nəticəsində 
yaranan insanın hərəkət mexanizmidir. 
Miqrasiya  -  həm  də  insan  cəmiyyətinin  formalaşmasında,  etnik 
birliklərinin  bir-birilə  ailə  münasibətlərinin  yaranmasında  stimul  yaradır  və 
inkişafında xüsusi əhəmiyyət kəsb edir. 
68.
 
Методы изучепия миграции населения. M., 2002. с.127. 
69.S.M.Muradov. Iıısan potensialı: əsas meyllər, reallıqlar, problemlər.B.,2004. s.400. 
— 
■  
■  
64 ■  


İnsanŞünaslıq 
İnsan  miqşrasiyası  bəşər  cəmiyyətin  ilkin  yaranma  mərhələsindən 
başlayaraq müasir və gələcək dövrlərə qədər dinamik şəkildə davam etmiş və 
edəcəkdir.  Bu  səbəbdən  də  insan  miqrasiyasının  yaranması,  kütləviliyi  və 
yayılma areallarının xarakteri müxtəlif səviyyələrdə olmuşdur. 
İnsan miqrasiyası  üzrə elmi- tədqiqat  işlərini  yerinə  yetirən mərkəzlərin 
nəticələrinə  əsasən  yer  kürəsinin  ümumi  əhali  məskunlaşması  bir  neçə 
mərhələlər ərzində yaranmış, sosial-iqtisadi və təbii-coğrafi mühitin təsirinə 
uyğun "miqrasiya - məskunlaşma" sistemlərini əmələ gətirmişlər. 
 
Yer kürəsində insan miqyasına  görə ən qlobal miqrasiya  Böyük coğrafi 
kəşflər  dövründən  sonra  baş  vermişdir.  XVI-XVII  əsrlərdən  sonra  dünya 
ölkələrində  baş  verən  iqtisadi  inkişaf  və  ərazilərinin  mənimsənilməsinin 
miqyası daha da tərəqqi edilməsi nəticəsində insan miqrasiyasının təbiəti yeni 
məzmun  kəsb  etmişirdir.  Ən  mühüm  proses  sənayedə  baş  verən  inqilabi 
dəyişikliklər ilk növbədə şəhərlərin funksiyası və təsir dairəsi yeni məzmun 
almağa  başlamışdır.  Şəhər  əhalisinin  artım  tempi  miqrasiyanın  hesabına 
artmağa  başlamışdır.  Ümumiyyətlə,  XX  əsrin  əvvələ-  rindən  başlayaraq 
dünya ölkələrinin (xüsusən Avropa, Şimali Amerika) şəhər əhalisinin 60 faizə 
qədəri insan miqrasiyasının hesabına artmışdır. Buna əsas səbəb
*
 
Ölkələrdə  yaradılan  ucuz  işçi  qüvvəsinə  əsaslanan  şəhər  təsərrüfat 
sisteminin tələbat səviyyəsi (ABŞ, Kanada, Avstraliya və s.); 
*
 
Şəhər mühitinin intellektual səviyyəsinə uyğun olaraq "düşünən beyin" 
axınının dünyanın inkişaf etmiş ölkələrinin şəhərlərinə miqrasiyası; 
*
 
Kənd əhali qruplarının əmək funksiyasını dəyişmək və həyat səviy 
65 


Ağazeynal A.Quvbanzadə 
yəsini  yaxşılaşdırmaq  tələbatından  yaranan  miqrasiya  formasının  meydana 
gəlməsi. 
Yuxarıda  göstərilən  yanaşmalardan  məntiqi  olaraq  belə  bir  nəticəyə 
gəlmək  olar  ki,  miqrasiya  (o  cümlədən  şəhər  əhalisinin  mexniki  artımı) 
dünyada  baş  verən  siyasi  və  sosial-iqtisadi  proseslərin  təsirindən  baş  verir. 
Bununla  yanaşı  yer  kürəsinin  termodinamik  və  təbii  hadisələrinin  təsir 
dairəsinin  rolu  da  vardır.  Deməli,  insan  miqrasiyası  (hərəkəti)  "cəmiyyət- 
coğrafi mühit" tsiklinin bütün tərəfləri ilə əlaqəlidir: 
*
 
Ölkə  ərazisində  əhalinin  təbii  mühitlə  uyğunlaşma  dərəcəsinə  görə 
yerləşməsi; 
*
 
Təsərrüfat  sahələri  üzrə  əmək  resurslarının  təmin  olunmasında  uy- 
ğunsuzluğun aradan qaldırılması; 
*
 
Demoqrafik  inkişafının  təbii  zonalar  üzrə  tənzimlənməsi  stimulunun 
yaradılması. 
Yer kürəsində baş verən endogen və ekzogen təbii hadisələr və insanların 
həyat  tərzinə  bunların  təsiri  ilk  növbədə  kütləvi  halda  miqrasiya  prosesinin 
intensivliyini artırır. Bu səbəbdən də "cəmiyyət- coğrafi mühit" çərçivəsində 
insan  miqrasiyasının  hər  tərəfli  öyrənilməsi  və  praktiki  cəhətdən  elmi 
cəhətdən  əsaslandırılması  hər  bir  ölkənin  strateji  ideya  problemlərindən 
sayılmalıdır.  Hər  şeydən  əvvəl,  miqrasiya  prosesi  müxtəlif  təbii-coğrafi 
zonalımda (ölkədə, rayonda) təkcə müəyyən dərəcədə əhali miqdarının azalıb- 
çoxalması  hadisəsi  kimi  düzgün  fikrə  gəlmək  olmazdı.  Məsələyə  geniş 
mənada  yanaşsaq, onda  belə bir qənatətə  gəlmək olar ki,  miqrasiya prosesi 
həm  də  müəyyən  dərəcədə  əhalinin  yaş-cins  tərkibinin  müxtəlif  təbii 
zonalarda dəyişilməsinə , milli etnik qruplarının tərkibində baş verən hərəkət 
mexanizminin  yeniləşməsinə  də  öz  təsirini,  "güc  qüvvəsi"ni  də  göstərir. 
Miqrasiyanın "güc qüvvəsi"ni hər hansı bir ölkədə müəyyən etmədən həmin 
ərazilərdə  baş  verən  demoqrafik  və  sosial-iqtisadi  prosesləri  idarəetmək, 
nizamlamaq qeyri-mümkündür. Bu səbəbdən də insan resurslarından səmərəli 
istifadəsi,  sosial-iqtisadi  komplekslərinin  optimalhğma  nail  olmaq  məqsədi 
baxımından  həll  edilməsi  insan  miqrasiyasının  hərtərəfli  mexanizminin 
nəzərə alınmasını tələb edir. 
Təhlillər  göstərir  ki,  insan  miqrasiyası  mürəkkəb  sosial  proseslərin 
tərkibinə  daxil  olmaqla  çoxsaylı  göstəricilərə  malikdir.  Bunlar  aşağıdakı 
göstəricilərdən ibarətdir
Miqrasiya  prosesində  əhalinin  miqdarı  ya  statistik  məlumatlar  və  ya 
sosioloji sorğuların əsasında ümumi nəticələrə gəlmək mümkündür. 
. . . . . . . . . . . . . . . .  
66
  - - -   .   ,   .  


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə