Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə136/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   ...   132   133   134   135   136   137   138   139   ...   145

Qeydl

ər, şərhlər və monoqrafik məlumat 

484 

yazdığına  görə,  Maraği  bu  əsərini  əvvəlcə  oğlu  Nurəddin  Əbdürrəhmana 



bağışlamış, lakin 1413-cü ildə kitabın üzərində yenidən işləmişdir. 

Marağinin  “Məqasid-əl  əlhan”  adlı  əsəri  əslində  “Came-əl  əlhan” 

kitabının  müxtəsər  icmalıdır  (yuxarıda  qeyd  edildiyi  kimi,  bu  əsərin  bir 

nüsx


əsi İstanbulda “Nur-Osmaniyyə” və Top Qapı sarayı kitabxanalarında, 

bir nüsx


əsi isə Məşhəd şəhər kitabxanasında saxlanılır).  

Marağinin fars dilində tərtib etdiyi “Şərh-ül ədvar” risaləsi Səfiəddin 

Urm

əvinin  “Kitab-əl  ədvar”ının  şərh  və  təfsirindən  ibarətdir.  Müəllifin 



musiqi n

əzəriyyəsinə dair “Kənz-ül əlhan” kitabının müqəddəratı isə məlum 

deyil. 

Marağinin  həyat  və  yaradıcılığından  az-çox  bəhs  edən  ayrı-ayrı 



əlliflərin  (C.P.N.Land

120

,  G.Helmhols



121

,  m


əşhur  alman  iranşünası 

H.Ete


122

  (1844-1917)  v

ə  b.  yazılarında  bu  kitabın  heç  olmazsa  bir 

nüsx


əsinin  hazırda  mövcud  olub-olmaması  haqqında  məlumata  təsadüf 

edilmir. Çox güman ki, bu 

əsərin zamanəmizə qədər gəlib çatmamasına dair 

ingilis 


musiqişünası C.Farmerin rəyi doğrudur. 

Maraği  öz  əsərlərində  musiqinin  nəzəri  məsələləri  ilə  yanaşı  “əməli 

musiqi”  üzr

ə  də  müəyyən  bəhslərə  geniş  yol  verir.  Burada  müəllif  musiqi 

al

ətlərinin  təsviri  və  tofsivi  (xüsusiyyətlərini  tanıtma)  ilə  bərabər,  həm  də 



ifaçılıq qaydalarından danışır. Onun əsərlərində rübab, ud, tənbur, mizmar, 

mizaf  v


ə  b.musiqi  alətlərinin  quruluşu,  akustik  və  səslənmə  xassələri 

haqqında maraqlı təriflərə təsadüf edilir. 

Maraği  yaradıcılığını  ətraflı  surətdə  tədqiq  edən  C.Farmer  yazır  ki, 

Maraği əsərlərində Əbu-nəsr Farabi, Səfiəddin Urməvi, Qütbəddin Şirazi və 

başqalarından iqtibasən  yazılmış ayrı-ayrı parçalara tez-tez təsadüf olunur. 

Bununla  b

ərabər  Farmer  qeyd  edir  ki,  Maraği  bir  alim  və  böyük 

musiqişünas  kimi  öz  orijinallığını  saxlamış,  musiqi  nəzəriyyəsini  qiymətli 

elmi mülahiz

ələrlə zənginləşdirmişdir. 

                                                           

120


 

Y.N.Land.  Recherches  sur  İ’histoire  de  la  gamme  arabe  (Acte,  du  sixteme  Congres 

International des Orientalists tenu en 1883 a Leide) Leide, 1883, pp. 67-75. 

121


 

Гельмгольц Герман. Учение о слуховых ощyщениях, как физиологическая основа 

для теории музыки. Пер. с немецкого, СПб., 1875, səh.280 və ardı. 

122


 Sachau-Ethe. Catalogue of the Persian, Turkish, Hindustani and Pustu manuscripts in the 

Bodlean Library, begyn bu Ed. Ed. Sachau, contuneud, completed and ed. By H.Ethe, pt I. 

The Persian manuscripts, Oxford, 1889, pp. 1057-1063.  



Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

485 


 

 

 



 

 

 



 

MİLLİ MUSİQİMİZLƏ DÖYÜNƏN SƏNƏTKAR 

ÜRƏYİ

1

 

 

 

Xalqın  milli  mədəniyyətinə, onun 

m

ənəvi  inkişafına  güclü  təkan verən,  geniş 



dünya görüşü, çoxsahəli yaradıcılıq fəaliyyəti 

il

ə  fərqlənən görkəmli sənətkarlar  arasında 



Əfrasiyab  Bədəlbəylinin  adı  Azərbaycan 

musiqi m


ədəniyyəti tarixində  mərkəzi 

yerl


ərdən birini tutur. 

Ə.Bədəlbəyli Azərbaycan bəstəkarlıq 

m

əktəbinin  yaranması  yolunda  ilk  cığır 



açanlardan biri olmuşdur. Və əgər sənətkarın 

müasirl


əri  arasında  yaradıcılıq  baxımından 

ona b


ərabər bəstəkar tapmaq mümkündürsə

B

ədəlbəyli  yaradıcılığındakı  aydın,  gözə-



çarpacaq çoxc

əhətliliyi özündə  birləşdirən 

başqa bir incəsənət xadimi tapmaq o qədər də asan iş deyil. Ə.Bədəlbəylinin 

çoxşaxəli  yaradıcılığının  hansı  tərəfini götürürüksə-götürək, onun hər 

sah

ədəki fəaliyyəti Azərbaycan incəsənətinin  inkişafında  silinməz izlər 



qoymuşdur.  İlk  Azərbaycan  milli  baleti  “Qız  qalası”,    operalar,  kamera-

instrumental 

əsərləri,  dirijorluğu,  librettoları,  xalq musiqisi ilə  bağlı  elmi 

                                                           

1

 

M



əqalə ilk dəfə "Musiqi Dünyası" jurnalının 1-2(31), 2007 - sayında çap olunmuşdur.

 



İbrahim Quliyev 

486 


çıxışları,  tərcümələri, ictimai fəaliyyəti  -  bütün bunlar, milli mədəniyyət 

tariximiz

ə həmişəlik daxil olmuşdur. 

Az

ərbaycan professional musiqi yaradıcılığının təşəkkülü və inkişafı - 



bir  sıra  janrların  meydana  gəlməsi və  təkamülü, musiqi nəzəriyyəsi və 

xüsusil


ə  də  milli  musiqimizin  inkişaf  tarixinə  dair  geniş  tədqiqat  işlərinin 

aparılması,  bir  çox  Azərbaycan və  eləcə  də  keçmiş  sovet  və  xarici ölkə 

b

əstəkarlarının  əsərlərinin Azərbaycan səhnəsinə  yol  tapması 



Ə.Bədəlbəylinin adı ilə bağlıdır. 

1907-ci il aprel 

ayının 

19-da, 


Bakı 

şəhərində, xalq maarifçi-

si B

ədəlbəy Bədəlbəyo-



vun ail

əsində  oğlan 

uşağı  dünyaya  gəlir və 

ail


ənin ilkinə qədim türk 

hökmdarı  Əfrasiyabın 

adı  verilir.  Yaşadığı 

dövrün  qabaqcıl  ziyalı-

larından  olan,  təhsilini 

Qori mü


əllimlər  seminariyasında  almış  Bədəlbəy  Bakı  şəhərində  rus-

müs


əlman məktəblərinin  yaradıcılarından  biri  olmuş,  uzun  müddət 6 

nömr


əli rus-müsəlman məktəbində  müdir vəzifəsində  işləmişdir.  Həmin 

m

əktəb xalq arasında “Bədəlbəyin məktəbi” adı ilə tanınırdı. 



B

ədəlbəy, Azərbaycanın  qədim  diyarı  Qarabağda,  Şuşa  şəhərində 

anadan  olmuş  və  başqa  cəhətlərlə  yanaşı,  uşaq  çağlarından,  bu  füsunkar 

guşənin hər qarışında səslənən Azərbaycan el havalarını, muğamları eşitmiş, 

sevmiş  və  onları  gözəl ifa etməyi  bacarmışdır.  Məhz bu cəhət onu, bütün 

h

əyatı  boyu  geniş,  hərtərəfli maarifçilik fəaliyyəti ilə  yanaşı,  XX  əsrin 



əvvəllərində, milli musiqili teatrımızın yaranıb inkişaf etməsində bilavasitə 

yaxından  iştirak  etməyə  həvəsləndirmişdir.  Təmiz  və  zil səsə  malik olan 

B

ədəlbəy  doğma  xalası  oğlanları  Üzeyir  Hacıbəylinin  “Leyli və  Məcnun” 



operasının  səhnəyə  yol  tapmasına  da  kömək  etmiş,  ilk  tamaşalarda  İbn 

S

əlam, sonralar isə  həmin  əsərdə  Məcnun  obrazlarını  yaratmışdır. 



Maraqlıdır  ki,  o  vaxtlar  Azərbaycan səhnəsində  qadın  rollarını  kişilər ifa 


Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə