Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə132/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   ...   128   129   130   131   132   133   134   135   ...   145

Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

475 


Urm

əvi göstərir ki, vəzn əslində iki cür olur: 1) İqa-mousul (müttəsil, 

y

əni qovuşuq, birləşik vəzn) və 2) İqa – müfəssəl (münfəsil, yəni ayrılıqlı, 



fasil

əli vəzn). 

Burada n

əzər-diqqəti cəlb edən maraqlı cəhətlərdən biri vəzn növlərini 

b

əlliləşdirmək işində şeir vəznlərinə (əruz) aid bəhr adlarından (rəməl, həzəc 



v

ə s.) istifadə edilməsidir. 

Z

ərbləri  bərabər  olmayan  qovuşuq  vəznin  dörd  növü  göstərilir: 1) 



h

əzəc-səri, 2) həzəc-xəfif, 3) həzəc  xəfif-səqil  və  4)  həzəc-səqil.  Eləcə  də 

r

əməl-xəfif,  rəməl-səqir  kimi  terminlərə  tez-tez  təsadüf  edilir.  Yeri 



g

əlmişkən  bunu  da  qeyd  etmək  lazım  gəlir  ki, “Kitab-əl  ədvar”ın  bəzi 

nüsx

ələrində  Məmmədşah  adlı  bir  azərbaycanlının  rübab  musiqi  alətində 



az

əri xalq musiqisi üslubuna müvafiq olan orijinal bir vəzn ixtira etdiyi də 

göst

ərilir. 


Kitabın  öz  həcmi  etibarı  ilə  başqa  fəsillərə  nisbətən  kiçik  olan  on 

dördüncü f

əslində ayrı-ayrı məqamların insan zehniyyətinə estetik psixoloji 

v

ə bədii təsiri məsələlərindən danışılır. 



Axırıncı  (on  altıncı)  fəsildə  isə  musiqinin  ifaçılıq  sənəti  ilə  əlaqədar 

m

əsələləri  təhlil  edilir.  Eyni  zamanda  bu  fəsil  əvvəlki  fəsillərin  bir  növ 



yekunu kimi görünür. Lakin on 

altıncı fəslin əsas bəhslərindən ən maraqlısı 

musiqi  s

əslərinin  kağız  üzərində  qeydə  alınması  üzrə  (tabulatura  tərtibi) 

əllifin göstərdiyi elmi təşəbbüsdür. 



Tarix göst

ərir ki, Qərbi Avropada olduğu kimi, eynilə Şərqdə də hələ 

ən  qədim  zamanlarda  musiqinin  yazılışı  (notasiya)  üçün  müxtəlif  qrafik 

işarətlərdən  (hərflər,  rəqəmlər,  cizgilər,  üfqi  ya  da  dairəvi  xətlər  və  s.) 

istifad

ə edilmişdir. Məlumdur ki, Qərbi Avropada diatonik qammanın ayrı-



ayrı  səslərini  qeyd  almaq  üçün  hələ  latın  əlifbası  hərflərindən  istifadə 

edilm


əzdən  əvvəl  (yəni  X  əsrdən  qabaq)  qədim  yunan  hürufatından  ibarət 

not 


işarələri tədavüldə olmuşdur). Eləcə də Yaxın və Orta Şərqdə də əbcəd 

h

ərfləri ilə musiqinin ayrı-ayrı səslərinin qeyd alındığı məlumdur. 



M

əşhur  ərəb  filosofu  və  musiqi  alimi  əl-Kindi  (Yəqub  ibn  İshaq, 

ölm.874) 

əsərlərində musiqi “əsvat”ının (səslərinin) qeydə alınması məsələ-




Qeydl

ər, şərhlər və monoqrafik məlumat 

476 

l

ərindən  danışır.



103

  Ehtimal  edilir  ki, 

əl-Kindi  risaləsində  qədim  yunan 

priyaziyyatçısı Evklidin Sectio canonis (“Kanon fəsli”) əsərində irəli sürülən 

ayrı-ayrı müddəaları şərh və təvil edir. İngilis alimi H.C.Farmer isə yazır ki, 

əl-Kindinin əbcəd əlifbası ilə tərtib etdiyi bir oktava diapazonu həcmindəki 

notlama üsulu 

yunanlılarınkına nisbətən müəyyən bir irəliləmə sayılmalıdır.

104

 

Əl-Kindidən sonra musiqi səslərini qeydə almaq yolunda səy göstərən 



Farabi 

olmuşdur.  Bilindiyinə  görə,  Farabinin  üsulu  tamamilə  başqa  tərzdə 

idi.  O,  bir-birinin  daxilind

ə  yerləşdirilən  müxtəlif  rəngli  9  dairəvi  xətdən 

ibar

ət cizgilər vasitəsi ilə musiqi ləhnlərini kağız üzərində qeyd etmişdir. 



Lakin mu

ğamlar və mahnılar üçün bu və ya başqa bir tərzdə tabulatura 

–  c

ədvəl  düzəltməkdə  Şərq  musiqi  alimlərinin  müxtəlif  sınayış  və  təcrübi 



f

əaliyyəti intişar tapmayıb səmərəsiz qalmaqda idi. Daha doğrusu, bu və ya 

başqa  bir  alimin  tərtib  və  təklif  etdiyi  cədvəl  musiqiçilər  tərəfindən  küll 

halında  qavranıla  bilmirdi.  Çünki  bu  cədvəllərdə  olan  həddindən  artıq 

şərtiliklər  və  qeyri-dəqiq  qaydalar  ifaçılar  üçün  olduqca  mürəkkəb  və 

anlaşılmaz  görünür  və  bu  səbəbdən  də  mənimsənilə  bilmirdi.  Nəticədə 

aliml

ərdən  hər  birinin  düzəltdiyi  not  yazısı,  olsa-olsa,  ancaq  onun  şəxsən 



özü  üçün  az-çox  praktiki 

əhəmiyyət  kəsb  edir,  başqa  musiqarlar  isə  ona 

laqeyd v

ə etinasız münasibət saxlayırdılar. 

Bel

ə bir şəraitdə



105

  Urm


əvinin tərtib etdiyi tabulatura – cədvəl onun 

s

ələflərinin  düzəltdiyi  notasiyaya  nisbətən,  ehtimal  ki,  xeyli  təkmilləşmiş 



hesab edilm

əlidir. 


                                                           

103


 

Əl-Kindinin bu risaləsində  irəli  sürdüyü  еlmi  müddəalar  haqqında:  1)  ən-Nədim 

(Əbülfərəc Məhəmməd ibn İshaq ən-Nədim əl-Vərraq əl-Bağdadi, ölm.995), “Əl-Fеhrist” 

kitabında musiqi risalələrinə aid məqalələr. “Kitab al-Fihrist”. Mit Anmеrkyngеn hrsg. vоn 

G.Flügеl,  nach  dеsеn  Tоdе  bеsоrgt  vоn  J.Rоеdigеr,  und  A.Müllеr.  Bd.  I:  dеn  Tехt 

еnthaltеnd, vоn J.Rоеdigеr, Lеirziq, 1871; Bd II: diе Anmеrkyngеn und Indicеs еnthaltеn, 

v

оn.  A.Mullеr,  Lеipzig, 1872; 2) İbn-əl-Qifti (Əli ibn Yusif, 1172-1248) musiqi sənətinə 



m

əхsus  bəzi təliflər  vermişdir,  kitabın  iхtisar  еdilmiş  nəşri:  İbn-al-Qifti’s  “Ta’rih al-



Hukama”, 

Auf Grund dеr Vоrarbеitеn Aug. Müllеr’s hrsg, vоn J.Lippеrt, Lеipziq, 1903-cü 

il n

əşri; 3) həkimlər və təbiblərin tərcümеyi-halı haqqında lüğətin müəllifi İbn-Üsеybianın 



(Əhməd-bin-əl Qasim, 1203-1270)  kitabında  əl-Kindiyə  həsr  оlunmuş  sətirlər  vardır:  İbn 

Abi Usеibia, hrsg A.Müllеr, Königsbеrg, 1884. 

104

 

Enzyklopädie



 

dеs Islam, Liеfеrung 49, 1933, səh.811 

105

 

Vaхtı ilə Qərbi Avrоpa musiqisində işlənən “nеvma” adlanan nоt yazısındakı qarışıqlıq, 



anla

şılmazlıq və hərc-mərclik haqqında  müasir nоtasiyanın banisi sayılan  Arеtsоlu Qvidо 




Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə