Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə131/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   ...   127   128   129   130   131   132   133   134   ...   145

Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

473 


Üşşaq,  Rast,  Busəlik,  İraq,  Nou-ruz,  İsfahan  muğamlarının  səsdüzümünü 

verir. 


“Kitab-

əl ədvar”ın on üçüncü fəsli musiqi sənətinin ən vacib və əsas 

sah

ələrindən biri olan vəzn, ölçü, ritm (iqa) məsələsinə həsr olunmuşdur. 



Bilindiyi  kimi,  “iqa”  b

əhsi  hələ  Urməvidən  çox-çox  əvvəl  Şərq 

musiqişünasları tərəfindən geniş surətdə işlənmiş, şərh və təhlil edilmişdir. 

Musiqid


ə vəznin nədən ibarət olması, onun tutduğu mövqe, onun mahiyyəti, 

daşıdığı  funksiya  haqqında  Urməvidən  qabaq  yaşayıb  yaradan  musiqi 

aliml

əri  musiqi  sənətinin  bu  mühüm  bəhsini  dəqiqləşdirməyə  çalışmış, 



v

əznin  qısaca  elmi  tərifini  vermişlər.  O  cümlədən,  Farabi  vəznin 

mahiyy

ətini belə təyin edir: “İqa - sədaların zaman ərzində yayılışı, müxtəlif 



uzunluqda  olan  s

əslərin  vaxt  daxilində  müntəzəm  surətdə  bölünməsi 

dem

əkdir”.  İbn-Sina  isə  öz  “Kitab-şəfa”  əsərində  vəzni  müəyyən  zaman 



daxilind

ə və müəyyən müddət ərzində müntəzəm qayda üzrə təqsim olunan 

z

ərblərin məcmusu adlandırır. 



Urm

əvi öz böyük ustadlarının vəzn haqqındakı bu elmi təriflərini heç 

d

ə  inkar  etmir.  Lakin  o,  bu  elmi  anlayışların  daha  konkret  və  daha  dəqiq 



ifad

əsinə  çalışır.  O  yazır: “Vəzn,  zaman  etibarı  ilə  bir-birindən  ayrılıqda 

s

əslənən  və  öz  vahidləri  arasında  müəyyən  surətdə  təsbit  edilmiş 



münasib

ətdə  bulunan  və  beləliklə  bərabər  dövrlərdə  xüsusi  vəziyyət  kəsb 

ed

ən  nəqərat  ardıcıllığından  ibarətdir” (Urməvi  və  başqa  Orta  əsr 



musiqişünasları  “nəqərə”  kəlməsini  zərb  mənasında, “nəqərat”  sözünü  isə 

c

əm  sayında  zərblər  mənasında  işlədirlər.  Ehtimal  etmək  olar  ki, 



Az

ərbaycan  zərbli  musiqi  alətlərindən  olan  nağara  bu  sözdən  əmələ 

g

əlmişdir). Urməvinin vəzn haqqındakı tərifi belədir: “Vəzn zaman etibarı 



il

ə  müntəzəm  məntiqi  nisbətdə  olan  və  bərabər  dövrlər  ərzində  müəyyən 

v

əziyyət  (hal)  alan  zərblərin



100

  peyd


ərpey  və  müttəsil  ardıcıllığı 

(

istimrarı)dır”. Sonra Urməvi əlavə olaraq qeyd edir: “Həmin bu dövrlərin 



istimrar (sür

əklilik, ardıcıllıq) bərabərliyini və zərblər nisbətindəki tarazlığı 

v

ə uyğunluğu ən dürüst və düzgün təyin edən mizan isə insanın daxili hissi 



(hass

ə-tül-iqa), ehsas və fərasətidir”. 

                                                           

100


 

Yuхarıda göstərildiyi kimi, Urməvi “nəqərat” yazır. 




Qeydl

ər, şərhlər və monoqrafik məlumat 

474 

Bel


əliklə,  Urməvi  vəznin  əsas  mahiyyətini  şərh  edərək  göstərir  ki, 

z

ərblər  dövr  etməsindəki  (dövranında  olan)  ardıcıllığın  düzgün  nisbətdə 



olub-

olmadığını dürüst təyin edən məhz insanın intuisiyası, şüuru, dərrakəsi 

v

ə duyğusudur. 



Urm

əvi  vəzn  bəhsini  davam  etdirərək  yazır: “Biz,  iki  müxtəlif 

müt

əhərrik  səqil  (ağır)  hərfi  (daha  doğrusu  iki  hecanı  –  Ə.B.)  məsələn, 



“tana”  sözünü  t

ələffüz  etdikdə  dilimizdə  damağımız  üzərinə  iki  müxtəlif 

keyfiyy

ətdə  olan  zərb  vurmuş  oluruq.  Bu  iki  zərb  arasında  müəyyən  bir 



vaxt, müdd

ət keçir: ya uzun, ya qısa, ya da orta. Həmin bu vaxtın, müddətin 

son d

ərəcə qısa bir həddə çatdırılması nəticəsində əldə edilən aralıq (davamı 



etibarı ilə o qədər qısa bir ara ki, onun hiss olunması çətindir) barmaqları 

t

əbil  üzərində  sürüşdürdükdə  əmələ  gələn  titrəyiş  səslərindəki  aralığı 



xatırladır. Eləcə də iki zərb arasındakı müddəti istənilən qədər uzatmaq üçün 

h

ədd-hüdud yoxdur. Belə uzun sürən fasiləni ölçmək asan iş deyil. Odur ki, 



iki z

ərb arasında davam edə bilən bu iki növ ifrat (yəni son dərədə qısa, ya 

da  çox  uzun  sür

ən)  müddət  təbii  (normal)  vəzn  üçün  münasib  olmur. 

Halbuki  orta  sür

ətdə  olan  ölçülər  daha  uyğun  hesab  edilməlidir.  Sən  şeir 

oxuduqda  m

əmdud


101

 

hecaları  icab  etdiyi  tərzdə  uzatmayıb  məqsur



102

 

hecalar kimi yeyin söyl



əsən vəzn büsbütün pozular. Odur ki, tələffüz zamanı 

k

əlmələrin  hecaları  arasındakı  müddət  vəznin  (təfilələrin)  tələb  etdiyi 



ah

əngə tabe olaraq bəzi hallarda nisbətən uzun, bəzi hallarda isə əksinə, qısa 

olmalıdır.  Bu  isə  həmin  qeyd  etdiyimiz  dürüst  vaxtarası,  yəni  fasilə 

dem


əkdir. 

Düzgün  fasil

ə  ölçüsü  zərblərarası  müddətin  bəzisinin  nisbətən  uzun, 

b

əzisinin  isə  qısalığını  tələb  edir.  Bu  tələbə  düzgün  riayət  edilməməyin 



n

əticəsi olaraq ahəngin pozulduğunu hiss etmək üçün çox da böyük istedad 

sahibi olmaq 

şərt deyil. Çünki belə bir uyğunsuzluq dərhal duyulur, nəzərə 

çarpır. Halbuki vəznə hörmət göstərildiyi halda və vəzn düzgün, ahəngdar 

t

ərzdə  vurulduğu  zaman  insan  qəlbində  böyük  fərəh  və  sevinc  duyğusu, 



h

əzz, zövq və qənaətbəxşlik yaranır”. 

                                                           

101


 Musiqi üzr

ə-səqil (ağır) 

102

 Musiqi üzr



ə – хəfif (yüngül) 


Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə