Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə127/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   ...   123   124   125   126   127   128   129   130   ...   145

Qeydl

ər, şərhlər və monoqrafik məlumat 

464 

  Yen


ə də klassik qaydaya riayət üzrə oradaca yazdığı parçada bütün 

peyğəmbərlərin və  xüsusilə  Məhəmməd  peyğəmbərin  ruhunun  şadlığını 

allahdan dil

əyir. Sonra əsil mətləbə keçərək sözünü davam etdirir: 

  -  “Ah

əng (və  ahəngdarlıq)  nisbətləri  haqqındakı  elmdən bəhs edən 

bu risal

ə;  -  qədim  Yunanıstan  alimlərinin qəbul etdikləri üsula müvafiq 

sur

ətdə, lakin nə onların və nə də onların xələfləri sayılan müasir alimlərin 



yeni 

əsərlərində təsadüf etmədiyim faydalı əlavələr ilə tərtib edilmişdir. 

  Bu risal

əni tərtib etməkdən məqsədim böyük qüdrət və iqtidar sahibi, 

alic

ənab və  xoş  xasiyyətli, lütf və  kəramət  sahibi  hökmdarımın 



kitabxanasına xidmət göstərməkdir”. 

  Bundan sonra Urm

əvi himayəsi  altında  olduğu  hökmdarın  vəsfini 

uzun-


uzadı həm də həddən ziyadə mübaliğəli sözlərlə tərif edərək: 

  -  “Bu qüdr

ətli  hakimin  oğlu  Harun  da  ağıllı-kamallı,  özü  adil, 

yenilm


əz və  basılmaz  bir  qəhrəman,  iti  qılınc  və  qələm sahibi…” 

sözl


ərindən sonra bildirir ki, o, bu risaləni  islamın  fəxri, dinin günəşi 

m

əhəmməd ibn Məhəmməd ibn Məhəmməd  əl-Cüveyninin müqəddəs 



arzusu v

ə hamının itaət etdiyi fərman-humayunu üzrə tərtib etmişdir. 

  Risal

ə beş fəsildən ibarətdir: 



  Birinci f

əsil  –  sövt (səs) və  onun  küll  halında  birləşmə  halları. 

(Musiqi) s

əsləri ilə  əlaqədar məsələlərdən bəhs olunur. Burada həmin 

mövzu üzr

ə  başqa  müəlliflərin mülahizələrində  şübhəli görünən bəzi 

c

əhətlərdən də danışılır. 



 

İkinci  fəsil  –  İntervallar  arasındakı  nisbətlərin təsnifi,  intervalların 

əyyənləşdirilmə qaydası, intervalların kəmiyyətlərinə ya da simlərin uzun 



qısalığına  əsaslanaraq  onların  nisbətlərini  hesablama  üsulu,  intervalların 

                                                                                                                                                    

оu  dеpitrе  a  Scharaf  еd-Din Abd-al-Mumin  başlığı  ilə  yazısında  Urməvinin  “Şərəfiyyə” 

risal


əsinin fransız dilində mətnini vеrmişdir. О, həm də qеyd еdir ki əldə еtdiyi nüsхə 897-

ci il hicri m

əhərrəm ayında (nоyabr, 1491-ci il miladi) köçürülüb tamamlanmışdır. Оlduqca 

n

əfis хətlə yazılmış və 56 vərəqdən ibarət bu əlyazısının ağ kənarlarında əsərin məzmununa 



aid türkc

ə bəzi хırda qеydlər və şеr parçaları var. 

 

Başqa  fransız  musiqişünası  Еrlanjе  R.  (barоn  Rоdоlphе  D’Erlangеr)  özünün  “la 



musiguе  arabе”  kitabının  üçüncü  cildini  məхsus  Urməvinin iki əsəri:  “Şərəfiyyə” və 

“Kitab-


əl-ədvar”ın fransız dilində tərcüməsinə həsr еtmişdir. Həmin cəldin əvvəlində ingilis 

musiqi  alimi  Hеnri  Cоrc  Farmеrin  (17.I  1882-10.I.1966)  Səfiəddin Urməvi  haqqında 

m

əqaləsinə yеr vеrilmişdir. 




Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

465 


konsonans v

ə dissonanslara ayrılma üzrə təsnifatı və intervalların xüsusiyyət 

v

ə xassələrinə görə adlanması. 



  Üçüncü f

əsil  –  intervalların  toplama  və  çıxma  əməlləri vasitəsi ilə 

yeni keyfiyy

ət alması, orta intervallar vasitəsi ilə janrlar  yaratmaq üsulu. 

  Dördüncü f

əsil  –  böyük intervallar təşkil  edən kvarta cədvəlindəki 

növl

ərin tutduğu mövqe, burada anılan cədvəl və onları şifrləmək üsulu. 



 

Beşinci  fəsil  –  ritm  bəhsi, vəzn dövrlərinin mahiyyəti və  melodiya  

qoşmaq üsulu. 

  Urm


əvi öz əsərini  musiqinin  varlığını  təmin edən  ən birinci ünsür: 

sövt (s


əs)  bəhsi ilə  başlayır.  Bu  xüsusda  öz  fikrini  söyləməzdən  əvvəl 

özünd


ən daha əvvəl  yaşayıb  yaradan  (yəqin ki, ilk növbədə  Əbu-Nəsr 

Farabinin) aliml

ərin verdikləri tərifi sitat gətirir: 

  - 


“Şeyx, imam, yeni müəlliflərdən ən çox hörmət və ehtiram sahibi 

olan  böyük  alim,  allahın  mərhəmətinə  nəsib  olan  Əbu-Nəsr Farabi belə 

demişdir:  “Bəzi cisimlər özünə  təzyiq edən  başqa  cisimlərə  müqafimət 

göst


ərir və onlara tabe olur; - məsələn, yumşaq cisimlər, maye cisimlər, ya 

da asanlıqla bir məkandan başqa yerə nəql olunan cisimlər. Belə cisimlərə 

z

ərb vurulduqda sövt hasail olmur… halbuki biz havanı qamçı ilə yardıqda 



havada s

əs

89



 

əmələ gəlir…” 

  Urm

əvi səs  haqqında  Farabinin bəzi mülahizələri ilə  qismən  razı 



olduğunu bildirməklə bərabər, eyni zamanda bəzilərini olduqca zərif tərzdə 

t

ənqil edib bu xüsusda fikrini söyləyir: “Sövt - hava, duru (maye) və bərk, 



qatı  (sülb)  cisimlər mühitində  əmələ  gələn tətriyişin  (ehtizazın)  eşidilməsi 

dem


əkdir. Sövt əldə etmək üçün sim, sağanağa tarım çəkilmiş heyvan dərisi, 

ya da boru iç

ərisində  hərəkətə  gətirilən  hava  ehtizazı,  yəni iki cismin bir-

birin


ə vuruması, ya da bir-birini tütrətməsi gərəkdir”. 

   


 

 

 



 

 

 



 

 

                                                           

89

 

Çох оla bilsin ki, burada Farabi həm də оmоnim, yəni tələffüzcə bir-birinə  yaхın оlan 



sövt (ayrılıqda - səs və  qamçı, şallaq, qırmanc mənalarını verən) sözündə “təcnis-kəlam” 

işlətmək istəmişdir. 




Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə