Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə125/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   ...   121   122   123   124   125   126   127   128   ...   145

Qeydl

ər, şərhlər və monoqrafik məlumat 

460 

şagirdləri Aristoksen



81

  Evklid,

82

  Ptolomey



83

  v


ə  başqaları  musiqi 

estetikasının ən görkəmli nümayəndələri olmuşlar. 

  H

ələ  eramızdan 580-500 il əvvəl  yaşayan  Pifaqor  incəsənətin, o 



cüml

ədən musiqinin tərbiyəvi  əhəmiyyəti  haqqında  müəyyən fəlsəfi 

mülahiz

ələr irəli  sürmüşdür.  Onun  fəlsəfi məktəbinin  davamçısı  olan 



pifaqorçular  kainatın  özündə  müəyyən bir ahəng  varlığını  sübut  etmişlər. 

Onlar ah


əngdarlığın  mahiyyətini müxtəlifliklərdəki vəhdətdə  və 

ziddiyy


ətlərdəki müvafiqlikdə görmüşlər.

84

    



                                                           

81

 



Aristоksеn еramızdan təхminən 300 il qabaq yaşayıb-yaradan yunan filоsоfu və musiqi 

alimidir.  Ərəstunun  ən  yaхın  şagirdlərin  biridir.  Aristоksеnin  musiqi  sənətinə  aid 

n

əzəriyyələri böyük bir tariхi dövrü təşkil еdir. О, öz zəmanəsində musiqi nəzəriyyəsini bir 



qayda  оlaraq  məhz riyazi rəqəmlər münasibətinə  əsaslandıran  pifaqоrçuların  müddəaları 

əlеyhinə  çıхaraq  musiqi  sənətinin  yalnız  еşitmə  hissi ilə  əsaslanmasını  düzgün  və  dürüst 

hеsab еtmişdir. Оnun bu görüşünün bir çох tərəfdarı оlsa da, оnlar pifaqоrçular müddəasını 

aradan qaldıra bilməmişlər. 

Aristоksеn musiqidə vəzn-ahəng təlimini ilk dəfə işləyib qaydaya salan alim hеsab оlunur. 

Оnun  bu  хüsusda  yazdığı  əsər alman musiqi alimləri  Fеysnеr  (Qanau,  1840)  və  Bartеls 

(Bоni,1854)  tərəfindən tərcümə  və  nəşr  еdilmişdir.  Daha  sоnra  qədim yunan musiqi 

s

ənətində  vəzn və  bəhr məsələləri mövzusu üzərində  хüsusi  оlaraq  çalışan  alman 



musiqişünası Rudоlf Vеstfal (1826-1892) özünün “Sustеm dеr antikеn Rhuitmik” (Brеslavl, 

1865)  kitabında  Aristоksеnin  musiqidə  ölçü məsələsi ilə  əlaqədar mülahizələrini  gеniş 

sur

ətdə bəyan еdir. Həmin məsələ haqqında R.Vеstfalın Mоskvada yaşadığı illərdə (1875-



1880)  yazdığı  məqaləsi ruscaya tərcümə  еdilərək  “Искусство  и  ритм.  Греки  и  Вагнер” 

s

ərlövhəsi  altında  1880-ci ildə  “Русский  вестник”  məcmuəsinin 5-ci nömrəsində  dərc 



еdilmişdir. 

82

 



Еvklid  (еramızdan  3  əsr  əvvəl) qədim  yunan  riyaziyyatçısıdır.  İskəndəriyyə  şəhərində 

yaşamış və yaratmışdır. “İbtida” adlı şah əsərində planimеtriya, həndəsə, еləcə də rəqəmlər 

n

əzəriyyəsi ilə  əlaqədar  bəzi riyazi məsələləri  şərh  еtmişdir.  Еvklid  riyaziyyat  еlminin 



inkişafına böyük хidmət göstərən alimdir. 

83

 



Ptоlеmеy – Klavdi (еramızdan iki əsr əvvəl) – qədim yunan münəccimi, cоğrafiya alimi 

v

ə  хəritəşünasıdır. Özündən  min il  sоnra  müddətdə еlm-nücum üzrə ən sanballı  məlumat 



m

ənbəyi  sayılan  “Almahеst”  kitabının  müəllifidir.  Ptоlеmеy  bu  əsərində  dünyanın 

gеоsеntrik  sistеmi  mülahizəsini irəli  sürmüşdür.  Bu  nəzəriyyəyə  görə,  yеr  kürəsi guya 

h

ərəkətsiz halda kainatda bərqərar dayanmış, göy cisimləri оlan planеtlər isə yеr ətrafında 



h

ərəkət  еdirlər.  Ptоlеmеyin  bu  yanlış  fərziyyəsi  Nikоlay  Kоpеrnikin  (19,  II  1473-24. Y 

1543)  yaratdığı  hеliоsеntrik  sistеmi  (səyyarələr aləminin mərkəzində  Yеr  kürəsinin  yох, 

m

əhz günəşin dayanması) ilə təkzib еdilmişdir. 



84

 

Р.И.Грубер. Всеобщая история музыки, часть первая. Издательство “Музыка”. 



1965, стр.114 


Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

461 


 

Ərəstu göstərir ki, bütün incəsənətlərin əsası təzadlarda olan vəhdət 

prinsipid

ən ibarətdir. O yazır ki, musiqi “zil səslər ilə bəm səsləri, uzadılan 

(m

əmdud) səslər isə qısa (məqsur) səsləri bir-birinə qatmaq yolu ilə vahid 



bir ah

əng yaradır”. 

  Q

ədim  yunan  musiqi  estetikasının  ən ümdə  və  vacib 



nailiyy

ətlərindən biri də  fəlsəfə  üzrə  dərindən  işlənilmiş  əxlaq 

n

əzəriyyəsinin musiqidə  də  geniş  tətbiq olunmasıdır.  Bu  estetikanın 



müdd

əası musiqinin xassəsi və mahiyyəti ilə onun doğurduğu təəssürat və 

duyğular  arasındakı  üzvi  rabitəni təyin  edib  aşkara  çıxarmaqdan  ibarətdir. 

Bu müdd


əa isə  özlüyündə  musiqinin ictimai mövqeyini təsbit etmək və 

bununla da inc

əsənətinin və  o cümlədən musiqinin insan həyatındakı 

t

ərbiyəvi əhəmiyyətini bəlliləşdirmək məqsədini daşımışdır. 



  Q

ədim  yunan  filosoflarından  Platon  göstərir  ki,  üsyana  qalxışan 

kütl

ələrə  qarşı  mübarizə  üçün mətanətli, möhkəm və  davamlı  döyüşçülər 



t

ərbiyələndirmək işində musiqidən hərtərəfli istifadə etmək lazımdır. Bunun 

üçün o, dorida kökünd

ə  bəstələnən  əsərləri daha yüksək qiymətləndirərək 

qeyd edir ki, bu m

əqam dinləyicidə mərdanəlik, çətinliyə qarşı müqavimət 

hissi  oyadır;  halbuki  miksolidiya  ya  da  lidiya məqamında  bəstələnmiş 

musiqi 


əsərləri  insanları  gümrahlıqdan  məhrum edib tənbəl,  ətalətli və 

gücsüz bir hala salır, onlara mürgü gətirir.

85

 

 



Əflatunun  şagirdi  Ərəstu musiqi ilə  insan mənəviyyatı  və  əxlaqı 

arasında  qarşılıqlı  münasibətin  varlığını  iddia  edir.  O  yazır  ki,  idman 

insanların  fiziki  keyfiyyətini  inkişaf  etdirdiyi  kimi,  musiqi  də  eyni ilə 

insanın əxlaqi və mənəvi xassəsinə müəyyən təsir göstərməyə qadirdir. 

 

Ərəstunun şagirdi, adını yuxarıda qeyd etdiyimiz Aristoksen musiqi 



n

əzəriyyəsi məsələlərinin  işlənməsi  yolunda  daha  çox  çalışmışdır.  Demək 

olar ki, m

əhz onun fəaliyyəti sayəsində  qədim dövr musiqi nəzəriyyəsi o 

zamanına görə də yüksək mərhələyə çata bilmişdir. Aristoksen “ahəngçilər” 

adlanan böyük bir c

ərəyanın  rəhbəri  sayılırdı.  Bunlar  musiqi ilə  əlaqədar 

m

əsələlərin təhlilində  eşitmə, musiqi ləhnlərini qavramaq, hiss və  dərk 



etm

ək prinsiplərini daha düzgün hesab edirdilər. Halbuki “kanonçular” 

                                                           

85

 



R.İ.Qrubеr. Göstərilən əsəri, səh.115 

 



Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə